Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   16   17   18   19   20   21   22   23   24

SAM İRƏ  SOFİYEVA

BDU-nun IV  kurs tələbəsi

İ.ŞIXLININ “D Ə L İK Ü R ” ƏSƏRİNDƏ NOVRUZ 

BA YRAM ININ BƏDİİ İN İKASI

Türklərin həyatına daxil  olmuş Novruz bayramı türk rəvayətlərində və 

bədii  ədəbiyyatında öz əksini  tapmışdır.  Türklərdə nəzərə çarpan rəvayyət- 

lərin en əhəmiyyətlisi bu günün (Novruz - yeni gün) qurtuluş günü - “Ərkə- 

nokon” və ya “Boz qurd” bayramı kimi qəbul edilməsidir. Digər bir tərəfdən 

Novruzla  əlaqədar  gələnəklərə  diqqət  yetirdikdə  bu  günün  doğrudan  da 

türklərdəki, təbiət kultu ile bağlı olduğu görünür.

Novruz  bayramı  bir  çox Azərbaycanlı  yazıçı  və şairlərin  əsərlərində,  o 

cümlədən  Azərbaycanın  xalq  yazıçısı  İ.Şıxlınm  “Dəli  Kür”  əsərində  bədii 

təsvirlərlə  geniş  oxucu kütləsinə  təqdim edilir.  Bu bayramın təbiət kultu ilə 

bağlı  olmasını  yazıçı  həmin  əsərində  belə  təsvir  edir:  “Baharın  ilıq  nəfəsi 

yastı qara daxmaları  Kürün  sahilinə  qədər səpələnmiş Göytəpə kəndinə xü­

susi gözəllik və təravət gətirir” .  Və yaxud, “Nəhayət yenicə cücərib yaşılla- 

şan yamacları,  torpaqdan baş  qaldıran çiçəkləri  isti nələsi  ilə xumarlandıran 

günəş  qərbə  doğru  əyildi,  üfüqdəki pəmbe buludlar çəhrayı rəngə boyandı. 

Kürün üstünə qanadını  gərən axşam kölgəsi  sürünə-sürünə kəndə doğru ye­

ridi.  Pəncərələrdən  solğun  işıqlar göründü. Ancaq heç kəs  içəri, evə girmək 

istəmirdi.  İlıq bahar havası hamını xumarlandırırdı”.  Göründüyü  kimi,  seçil­

miş  ayn-ayrı  təfərrüat,  zəruri  və  real  detallar əlaqələnərək,  biri  digərini  ta­

mamlayaraq təbiət mənzərəsini dolğunlaşdım, əlvanlaşdırır və əyaniləşdirir. 

Novruz  bayramında  təbiətin yazıçı  tərəfindən işlənmiş  təsviri  Novruzun  tə­

biət kultu ilə bağlılığına dəlalət edir.

Min illərin dibindən qaynayıb gələn bir ən'ənə ilə xalqımız bu günü bay­

ram  edir.  Şərəfli,  məşəqqətli  tariximizin,  keşməkeşli keçmişimizin  en  ağu, 

dözülməz,  iztirbalı  çağlarında  belə  bu  gün  xalq  ruhunda,  xalq  yaddaşında, 

xalq mənşəlində ilıq bir fərəhlə, kövrək bir ümidlə, ürkək bir gümanla bağlı 

yaşayıb.  Kasıb  da,  varlı  da  ayından-oyundan  bir  bayram  süfrəsi  açıb  düzəl­

dər,  təzə  paltar  geyərdilər.  İnsanlar  Novrz  bayramını  keçirərkən  çalışır  kı, 

əvvəlki ildən bu ilkini daha yaxşı  keçirsin.  Bunu İ.Şıxlı romanda belə təsvir 

edir:  “Qızlar da sakit olurmurdular.  Özlərinə təzə  paltar tikir,  axşama  qədər 

hazır edib geyinməyə çalışırdılar. Gəlinler yumurta boyayar, arvadlar tez-tez 

düyü arıtlayan qızlara göz yetirirdilər.  Səmənilər süfrələrə düzülürdü.  Hamı



72

bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi  boş qal­

masın. Aylarla yığdıqlarını  bir gecə üçün xərcləyənler də var idi.

Pakizə evdə o yana - bu yana qaçır,  anasına və gəlinlərinə əl-ayaq verir, 

həm   də  axşamın  tez  düşməsini  gözləyirdi.  O,  nədənsə,  bu il  Novruz  bayra­

mını  daha da böyük həvəs  və eşqlə qarşılamağa çalışırdı”.

Osərdə  bayram  şənliyində tonqallara  od vurulub  yandırılması,  sonra ot­

ların alışıb çatırdaması, kəndin şəfəqlərə  qərq olması,  uşaqların  əl-ələ verib 

toqnalların  ətrafında  oynaması  onu  göstərir  ki,  bəşər  zəkasının  ilk  oyanış 

dövründə insan, heç vaxt üzünü görmədiyi allahlara yox, hər gün gördüyü gü­

nəşə, oda, torpağa, ağaca, ota inanıb onlara sitayiş edib. Torpağı qoruyub, tor­

pağa kömülonlər hər baharda,  hər təzə yaz günündə,  hər Novruzda torpaqla 

birlikdə oyanacaqlar, ot olub, yabanı çiçək olub, kədər olub, şe'r misrası olub 

yenidən dünyamıza qayıdacaqlar.

Novruzun gəlişi klassik  Şərq,  o  cümlədən Azərbaycan poeziyasında ge- 

niş  yayılmış  bahariyyə adlı  lirik  şe rlərdə təsvir və tərənnüm edilmişdir.

Sovet imperiyasında Novruz bayramının keçirilməsi vo bədii ədəbiyyat­

da  tərənnümü  qadağan  olunduğu  dövrdə  İ.Şıxlınm  “Dəli  Kür”  romanında 

(1967) Novruz bayramının  bədii  in'ikası  öz əksini  tapmış  və  1970-ji  ildə  bu 

əsər əsasında çəkilmiş  eyni  adlı  filmdə də Baharın  gəlişi  və  Novruz  şənliyi 

bədii  çalarlarla canlandırılmışdır.

LEYLA  QARAYEV A

ADMİV-nun I  kurs tələbəsi

NOVRUZ ÖZÜNƏQA YIDJŞ BA Y RAMIDIR

Osrlərin, minilliklərin o tayından ta bu günümüzə qədər gəlib çatan bay­

ramlardan biri də Novruzdur. Bahar təravətli,  bahar qoxulu Novruz  bayramı. 

Novruz  xalqımızın  en  qədim  adət-ən'ənələrini  özündə  birləşdirən,  yaşadan 

ən mükəmməl sənət əsəridir. Bu əsərin hər sətrində, hər kəlməsində keçmi­

şimizin izi  görünür.  Dünənimizi özündə qoruyan bu bayramın qeyd  olunma­

sı  haqqında bir çox  rəvayətlər mövcuddur.  Daha  çox dinlərlə  əlaqədar  olan 

bu  rəvayətlərdən  başqa  Novruz  bayramının  bütün  dinlərdən  daha  əvvəl  ya­

randığım  göstərən  rəvayətlər  də  var.  Bunlardan  birində  Novruz  bayramı 

Oğuz  oğlu ilə  əlaqələndirilir.  Oğuz  oğlu  ilin başlanğıcını  Novruzdan  hesab-



7 3


məqsəd  daşımışdır.  Baharı  ata-babalarımız  qızıla,  inciyə bərabər  tutmuşlar. 

“Baharda bir gün itirən,  yayda bir ay, payızda bir il itirər”  - demişlər.

Novruz - sərhəd bilməyən,  çox geniş regionda yayılan, yazın gəlməsini, 

yeni əmək mövsümünün başlanmasını vəsf eyləyən böyük el bayramıdır.



E M İN  ABDULLA YEV

ADMİU-nun I  kurs tələbəsi

NO VRU Z ADƏTLƏRİ

Azərbaycanda ilin  başlanmasının  -  yazın gəlməsinin  bayram  kimi  qeyd 

edilməsi  qədim bir tarixə malikdir.  Yaz bayramının zərdüştilərin daha geniş 

və  təntənə  ilə  qarşılaması dini  e'tiqada  görə  Ahuraməzdenın Əhriman üzə­

rində qələbə əldə etməsi ilə izah edilirdi.  Yaz bayramının  Novruz adlanma- 

sı ilk orta əsrlərdən mə'lumdur. Qədim məlumatlarda bu bayram cəşn-bahar 

bayramı kimi də adlanmışdı. Ömər Xəyyamın “Novruznamo” əsərində Nov­

ruz bayramının tarixindən söhbət gedərkən deyilir: “Novruzun yaranmasının 

birinci  səbəbi odur ki, həmin gündə Günəş dövrə vurub 365 gün altı saatdan 

sonra  öz  yerinə  qayıdır”.  Cəmşid  bu  günü  müəyyənləşdirdiyi  üçün Novruz 

adlandırmış  və bayram  etmişdir.  Yaz bayramı haqqında yazılı  mə'lumat e.ə. 

505-ci ildə mə'lumdur. Novruz bayramı mərasimi haqqında bəhsə başlamaz­

dan ə w ə l icra edilən şənlik və bə'zi adətlərdən danışmaq lazımdır. Bu adət­

lər çərşənbə axşamı və xüsusi ilə axır çərşənbə axşamı mərasimində qabarıq 

şəkildə  əks  etdirilir.  Bu  mərasimdə  əsas  yeri  odla  əlaqədar  adət  və  ayinlər 

tutur. İlin axır çərşənbəsində xalq arasında müxtəlil adətlər olmuşdur. Həmin 

adətlərdən biri də bütün həyətlərdə tonqal qalamaqdan ibarətdir. Tonqal yan­

dırılarkən ailə üzvləri onun ətrafında toplanıb  şadlıq edir,  tonqalın üstündən 

tullanırdılar.  Tonqal mərasimi  qurtardıqdan sonra qulaq falma çıxırdılar.

Şal  sallamaq  və bunun digər forması  olan  qaşıqla kasa çalmaq  axır  çər­

şənbə ilə əlaqədar olan adətdir. Bu, axır çərşənbə ilə əlaqədar olan adətlərin 

içərisindo on  qədimlərindən biridir.

Bayram  günlərində müxtəlif əyləncələr,  o cümlədən zorxana səhnələri, 

çofgən,  çəpeq oyunları,  ox atma və s.  yanşlar da keçirilirdi. Novruz bayramı 

nəinki orta əsrlərdə, hal-hazırda xalqımızın həyatmda özünəməxsus yer  tut­

muşdur.


78

R A M İLƏ   Q ASIM OVA

ADMİU-nun I  kurs tələbəsi

ULULARIMIZIN ƏMANƏTİ NOVRUZ

Azərbaycan xalqının erkən çağlardan yaradıb bu günümüzə qədər yaşat­

dığı  zəngin  adət-ən  ənə  və  mərasimləri  vardır.  Onların  bir qismi  bizə  gəlib 

çatmış,  bir  qismi  müxtəlif dövrlərin  keşməkcşlorində  yaddaşlardan  silinib 

getmişdir. Xalqımızın ruhunda yaşatdığı bayramların b ə’zisi isə uzun illər bi­

zə yasaq olunmuşdur.  F.lo anlar,  dövrlər,  tarixi  məqamlar olmuşdur  ki,  müd­

rikliklə, mə nəvi sağlamlıq və bütövlük idealı ilə bağlı olan yüzlərlə adət və 

ən  ənəmizin yanından laqeyidliklə ötüb keçmiş, ulu babalarımızın öz soy kö­

kümüzü yaşatmaq ümidi ilə bizə miras verdiyi  bu me'nəvi  sərvətə e'tinasız- 

lıq  etmişik.  Nə  itirmişik?  Nə  qazanmışıq?  Bir  şey qazandığımızı  söyləməyə 

adamın doğrusu heç üzü gəlmir... Öz soy kökümüzdən,  ulu babalarımızın ya­

şadığı  ocaqlardan  ayrı  düşmüşük.  Dədə-baba  adətlərimizi  pozub,  bölük-bö­

lük  torpaqlarımızdan  ətəyimizə  qısılan  gəlmələrə  pay  payladıq.  Səxavətin 

də,  qonaqpərvərliyin  do həddi  var.  Biz  bu  həddi aşdıq.  Babalanmızın  hansı 

xəritəsində Qarabağ iki yero bölünmüşdü? Azərbaycan  bölünmüşdü,  bu dərd 

bizə  bes deyildimi?

Doğma  torpaqlarımızdan  uzaqlaşdıqca,  onları  atıb  getdikcə  elə  bil  birli­

yimiz, mehribanlığımız pozuldu.  Öz keçmişimizdən, gözəl  adət və ən'ənələ- 

rimizdən  uzaqlaşa-uzaqlaşa  özümüz  də  dəyişdik,  başqalaşdıq.  Amma  atalar 

yaxşı deyib, ziyanın yarısından da qayıtmaq xeyirdir. Gəlin hələ nə qədər gec 

deyil,  nə  qədər  ki,  hələ  yaddaşımızda qalanların  hamısını  itirməmişik  qayı­

daq yaddaşımıza,  özümüzü  özümüzə qaytaraq.  Bunun üçün  adət-on'ənələri- 

mizi,  mərasimlərimizi  bərpa etmək  bizə bu gün nə qədər fayda  verərdi.  Bu 

mərasimin sıralarında elələri  də  var ki,  taleyimiz kimi  bizə  təmənnasız  bəxş 

olunub.  Özü do bu  bayramların təntənəsinə insan daxili,  ruhi  oyanışın to’siri 

ilə  hazırlaşır.  Bu  Zərdüştün  dini  təTimində  qeyd  olunan  yeddi  bayramın  ən 

təntənəlisi,  fars  mənbələrində  “Novruz” (Yeni  gün)  adı  ilə  qeyd  olunamdır. 

Bu bayramda varlı-kasıb eyni  şəkildə,  eyni  hüquqla iştirak  etmiş,  umu-küsü­

nü unudub dostluq münasibətlərini möhkəmləndirməyə çalışmışdır.  İstər qə­

dim, istər orta əsrlər,  istərsə də sonrakı dövrlərdə xalqımız Novruzu  ən əziz 

gün kimi gözləmişdir.  Novruz ən'ənosi xalqımızın ruhuna o qədər hopub ki, 

hətta 70 illik imperiya dəhşəti də onu sarsıda bilməmişdir.  Şükürlər olsun ki, 

xalqımız bu gün do Novruz sevinclərini yaşamaqdadır.

79



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə