Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

lotməyi sevir. Ümumiyyətlə, yazıçının elə bir əsəri yoxdur ki, orada bu və ya 

başqa şəklidə bayatıya müraciət edilməmiş olsun. Məsələn:



Əziziyəm qəmdə gül,

Qəmdə damş, qəmdə gül.

A ğ  gündə gülən könlüm,

Mərd igidsən, qəmdə gül  (“Yad et məm”)

Yaxud:


Axşamlar, ay axşamlar,

Şam yanar,  ay axşamlar.

E vli evinə gedər,

Qərib harda  axşamlar? ( “Eldən-elə”)

Yaxud da:



M ən ayığam Salyana,

Dara zülfün sal yana.

Necəsən bir ah çəkim,

Kür quruya, sal yana.  ( “Sənsən ümidim”)

Yazıçının  əsərlərində  bayatılardan  istifadənin  bir  çox  səbəbləri  vardır.

I Iər şeydən əvvəl, o, epiqraf kimi bayatı janrına müraciət edir; burada baya­

tı ilə əsərdə  təsvir olunan  əhvalatların məzmun yaxınlığı əsas tutulur.  Digər 

tərəfdən,  Əzizə  Cəfərzadə  kədər,  əzab,  hicran ovqatmı gücləndirmək üçün 

bayatıya müraciət edir. Bə  zən isə bayatı obrazın daxili dünyasını aşkarlamaq 

məramına xidmət edir.  Bundan  əlavə, yazıçı mənsub olduğu xalqın əxlaqını 

əks  etdirmək  üçün  də  yeri  gəldikcə  xalq  ədəbiyyatının bu populyar janrına 

müraciət etmişdir.

Əzizə Cəfərzadə yaradıcılığının folklordan qaynaqlandığını təkcə bunlar 

əks etdirmir. Ədib ayrı-ayrı əsərlərində yeri gəldikcə atalar sözləri və məsəl­

lərə, laylalara,  xalq arasmda yayılmış mahnılara, lətifələrə, rəvayətlərə mü­

raciət etmişdir.  Və bütün bunlar yazıçının əsərlərinin toxumlarına, daxili qat­

larına elə hopdurulmuşdur ki, onun sərhədlərini müəyyənləşdirmək mümkün 

deyildir.

Folklor mövzu  seçimindən  tutmuş  dil-üslub  məsələlərinə qədər yazıçı­

nın yazılarının ruhuna hopmuşdur. Əsərlərinin dili üzərində ötəri təhlil apar­

maqla yazıçının dilində xalqdan alınmış, ədəbi dildə az işlənən, yaxud bu di­

4 4  

...


lə m e'lum olmayan söz və ifadələri aşkarlamaq mümkündür.

Şübhəsiz ki,  kiçik həcmli bir məqalədə Ə.Cəfərzadə və  folklor mövzu­

sunu araşdırmaq mümkün deyildir. Ona görə də ən zəruri m əsələlərə toxun­

duq. Lakin gələcəkdə mövzunun daha ətraflı şəkildə tədqiq olunmasına cid­

di  ehtiyac vardır.

NAİLƏ QASIMOVA

ADMİU-nun əməkdaşı

NOVRUZ XALQIMIZIN MİLLİ D Ə YƏ R İ KİM İ

Xalqımız  əsərlər boyu  cinik  və  m ə'nəvi  aləmini,  qədim  adət-ən'ənələ- 

rini  qoruyub  yaşatmışdır.  Bu  baxımdan  Novruz  neçə  qərinələr  aşaraq  türk 

xalqlarının,  o cümlədən Azərbaycan  türklərinin milli  təfəkkürünə  əsrlər bo­

yu  təkan  vermişdir.  Yaddaşlarda  yaşayan  Novruz  Azerbaycan  tədqiqatçı- 

alimləri tərəfindən dəfələrlə etnoqrafik e'tüdlərlə, milli-mə'nəvi xüsusiyyət­

lərilə tədqiq edilmişdir. Xalqm folklorunda, mifoloji təfəkküründə özünə yer 

tutan  Novruzla  bağlı  m üxtəlif illərdə  araşdırmalar  aparılıb,  elmi  məqalələr, 

kitablar və monoqrafiyalar yazılmışdır.  Maraqlı  faktlardan  biri  do  budur  ki, 

hələ  neçə  əsr  bundan  öncə  (XII  əsr)  yaşayıb,  yaratmış  məşhur  alim,  şair 

Ömər Xəyyam “Novruznamə” adlı  əsərində astronomik  tədqiqatlara əsasla­

naraq yazır ki, qədimlərdən  tezə ilin başlanğıcı günəş  təqvimi  ilə bağlıdır.  O 

yazır ki, Novruzun qeyd  olunması günəşin dövr etməsinin iki  əlaməti  ilə əla­

qədardır. (Bax, Qobustan, N69,  1990.  Ş.IIosən və M.Mahmudov).

Tədqiqatçılar araşdırmışlar ki, Novruzun qeyd  edilməsi  haqqında  ilk ya­

zılı  mə'lumat  eramızdan  əvvəl  505-ci  ilə  təsadüf olunur.  Şərq  ölkələrində, 

xüsusən İranda, İraqda, Ərəbistan və Orta Asiyada islam dininin yaranmasın­

dan  sonrakı dövrlərdə də Novruz ən'ənəlori  mühüm yer tutur.  Bu on’ənə  bu 

gün də davam etdirilir.

Tarixdən  mə'lumdur ki,  Zərdüştliyin  dini  tə'lim ində  adı  çəkilən  yeddi 

bayramın  en  maraqlısı,  təntənəlisi  fars  mənbələrində  Novruz  adı  ilə  qeyd 

olunandır.  O  da  qeyd  olunur ki,  fars mənbələrindən  götürülmüş  “Novruz.”  - 

“Yeni gün” deməkdir. “Yeni gün” yeni ilin başlanğıcı ilə əlaqədardır ki,  gü­

nəş təqvimi ilə bağlı olmuşdur.  (Bax. A.Mirzə, İ.Mehdiyev “Novruz töhfələ­

ri”  səh.4,5.)

45



Respublikamızda  “Novruz”la,  Novruz  tarixi  ilə  bağlı  bir  çox  kitablar, 

tədqiqat  işləri yazılmasına baxmayaraq bu  gün yenə  do  “Novruz”un  bəşəri 

mahiyyətini  açan,  onu xarakterizə edən xüsusiyyətlərin yeni-yeni kitablarda 

bədii-publisistik yazılarla tarixi-etnoqralik baxımdan  tədqiq  edilməsinin  va­

cibliyi duyulur.

Novruz  tarixən  xalqımızın  milli-mə’nəvi  ideologiyasını,  adət  vo 

ən'ənələrini,  milli  qürurunu,  vətənpərvərliyini  özündə  əks  etdirmişdir. 

“Novruz” həmçinin İslamda da öz milli  dəyərləri ilə geniş açıqlanmışdır.  İs­

lam  mədəniyyətində  onun  me'yar  və  ölçüləri,  dini-mədəni  on'onələri,  qə­

dim irsi  sübut olunmuşdur.

Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan son on ildə istər iqtisadi 

islahatların inkişafı istiqamətində, istərsə də elm və mədəniyyətin inkişafı is­

tiqamətində xeyli  nailiyyətlər qazanmışdır.  Bu illərdə “Novruz” respublika­

nın hər yerində tən'tənəli  şəkildə keçirilmişdir.

XXI-ci əsrin ilk “Novruz”ü artıq öz ab-havası ilə məmləkətimizə qədəm 

qoyur. Xalqımızın dilədiyi isə budur ki, yeni əsrin Novruzu xalqa səadət, bol- 

berəkət dolu çal-çağırlı həyat bəxş etsin.

NAMİQ ABBASOV

ADMİU-nun əməkdaşı

HÜRRİYYƏT VƏ MƏHƏBBƏT BA YRAMI

Novruz xalqımızın ta qədim vaxtlardan yüksək əhval-ruhiyyə ile qarşıla­

nan böyük bir bayramıdır.  Xalqımız hər il bu bayramı hədsiz sevinc hissi  ilə 

qarşılayır.  Müxtəlif vaxtlarda bu bayrama rəsmi dairələrdə müxtəlif münasi­

bətlər olsa da -  haqq nazilər,  amma üzülməz - atalar kəlamında deyildiyi ki­

mi,  xalqın öz bayramım istədiyi kimi keçirmək arzusu,  istəyi ən nəhayət ki, 

reallaşmışdn.  İndi  bu  bayrama  biz  bir neçə  gün  əvvəldən  tədarük  görürük. 

Belə ki,  cavan qızlar niyyət  tutmaq həvəsiylə, nişanlılar bayrampayı tədarü- 

küylə bayramı sevinclə, həyəcanla qarşılayırlar.

A.Mirzə və  İ.Mehdiyevin  birgə yazdıqları  “Novruz  töhfələri” kitabında 

deyildiyi  kimi,  Hər  dəfə  ilimiz  gəlib  novruz  məqamına  yetəndə  dünyanın 

rəngi-ruhu gözgörəsi dəyişir.  Belədə zaman  atlıdı, çaparlıdı hər, nədisə dün­

yanın beli uzunu çapıb bax bu günümüzdə yetəndə dağların, düzlərin, çayla-

4 6   __________________________________________________________

rm, irmaqların səsi, sehləmi dəyişir. Bu bahar gecəsində ağaclar torpağa səc­

dəyə gəlir, barınır torpaqdan.  Bəli, demək olar ki, hər il günümüz bu ana, bu 

məqama  çatanda  təbiətdə  olduğu  kimi,  içimizdə  bir  canlanma,  ruhumuzda 

oyanış hiss edirik. Ağaclar çiçəkləndiyi kimi,  bahar gülü bənövşə öz ətrini ət­

rafa yaydığı kimi,  insan ürəyində də həyat eşqi  aşıb daşır.  Nə xoş  təsadüf ki, 

təbiətlə insan ruhunun  oyandığı gün bir vaxta düşür.  Məhz elə buna görə də 

yəqin ki, ulularımız bayramı bu vaxt keçinnəyi lazım bilmişlər.

Bu gün dövlət müstəqilliyimiz,  dövlətlərimizin suverenliyimiz şəraitin­

də  “Novruz”  əsl  bayram  kimi  qeyd  edilir.  Hətta  prezidentimiz  bu  bayram 

günlərində  elin,  camaatın  içərisinə  çıxır,  meydanlara,  şenliklərə  axışan  ca­

maatın  sevincinə  şərik  olur.  Musiqiçilərimiz,  aktyorlarımız  bayrama  həsr 

olunmuş kompozisiyalar göstərir.  Oxuyur,  roqs edirlər.  Camaat dəstə-dosto, 

topa-topa küçələrə, meydanlara axışır. Hamı biri-birini təbrik edir, ən xoş ar­

zularını, istəklərini  ifadə edirlər.  Bütün bunlar hamıda xoş əhval-ruhiyyə  və 

sevinc hissi  yaradır.  Və  biz  böyük  fəxrlo  - bax,  budur müstəqillik,  müxtəlif 

əziyyətlərlə,  itkilərlə əldə etdiyimiz suverenlik - deyirik.

RAUF Ə LİYEV

ADMİU-nun  dissertantı

M ƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİ NOVRUZ 

ƏN ƏNƏSİNİN KEŞİKÇİSİDİR

Dövlət mədəniyyət sisteminin başlıca vəzifəsi milli mədəniyyət sərvətlə­

rinin,  dünya mədəniyyəti nümunələrinin  e'tibarh  şəkildə  toplanıb  qorunaraq 

gələcək  nəsillərə  çatdırılmasından,  onların  əhali  arasında  geniş  təbliğindən, 

Azərbaycan xalqının adət və on’ənələrinə bağlı, milli m ə'nəvi və mədəni, bə­

şəri dəyərlərə yiyələnən, müstəqil və yaradıcı düşünən vətəndaşlar yetişdiril- 

məsinə fəal yaradım etməkdən ibarətdir.  Xalqımızın əsərlərdən bəri qoruyub 

saxladığı  adət-ən'ənələr, bayram və mərasimlərin kütləvi  formada təbliği  işi 

bu gün də, gələcəkdə də aktuallığını itirməyən vəzifələrimizdondir.  Bu  vəzi­

fələrin  icrasında mədəniyyət müəssisələri üzərinə də böyük məs'uliyyət dü­

şür.  Mədəniyyət  müəssisələrinin  kütləvi  tədbirlər  planında  isə  xalqımızın

1. 


Medəniyyot haqqında Azerbaycan Respublikası  qanunu.  Modəniyyot qozeti,  13 

may  1998.



4 7


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə