Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

dən bir çox alimləri maraqlandırmış və bu haqda bir sıra qiymtəli fikirlər irə­

li sürülmüşdür.  Bunlar içərisində incəsənət təbiətin insanlara tə'siri  və  onun 

təqlid edilməsi  nəticəsində meydana çıxmışdır; incəsənət ibtidai insanda re­

al  hadisələrin praktiki  müşahidələrini  toplamaq  və möhkəmləndirmək  ehti­

yacı doğduğu zaman əmələ gəlmişdir;  incəsənətin yaranmasında ictimai  şü­

ur mütərəqqi rol oynamışdır; rəssamlıq təbiətin nəvəsidir’ və s. kimi m üddə­

alardan  kifyaət qədər nümunələr  vermək mümkündür.  Bu  müddəalar  içəri­

sində bir-birinə zidd fikirlər mövcud olsa da hər halda incəsənətin sonrakı in­

kişaf mərhələlərində dini e'tiqad və mərasimlərini rolunu danmaq mümkün 

olmamışdır.

Zaman keçdikcə  cəmiyyətdə  formalaşan  ayin və  mərasimlər  heykəltə­

raşlıq  əsərlərinə  də  öz  tə'sirini  göstərmişdir.  Qədim  Azərbaycanda  dini 

inamlar,  əqidələr həmişə bir-birilə bağlı  olmuşdur.  Nisbətən zəif inam ЛяЬя 

qüvvətli  inamların  himayəsinə  sığınmışdır.  Məsələn,  totemizm  inamı  çox 

hallarda günəş inamının himayəsində  olmuşdur. Bunun nəticəsində keçi,  at, 

qoyun,  şir, totemləri günəş simvoluna çevrilmişdir.  Masallı rayonu  ərazisin­

dən  tapılmış  ve Azərbaycanda  güneş  simvolunu təmsil edən tuncdan hazır­

lanmış kiçik şir heykəlinin başında günəşi təmsil edən girdə bir lövhə qoyul­

muşdur.  Qədim Azərbaycanda  bolluq ilahəsinin  obrazına həsr edilmiş  hey­

kəllərə nümunə üçün Xanlardan tapılmış son tunc dövrünün məhsulu olan ki­

çik tunc  fiquru göstərmək olar,  Fiqur kainatın  iki hissəsinin - göy və yeraltı 

hissələrinin rəmzi təsvirindən ibarətdir. Fiqur kosmoqonik tərzdə, müqəddəs 

göylərlə əlaqədar  şəkildə  bolluq ilahəsini  təmsil edir.  Mum üsulu isə  tökül­

düyü üçün yeganə nümunə olan tunc fiqur çox ustalıqla hazırlanmış və tama­

şaçıda bədii maraq oyadan heykəltəraşlıq əsəridir/

İslama qədərki tariximizə nəzər salarkən At kultu və atçılıq gələnəyinin 

də dil, mifologiya və etnoqrafiya, o cümlədən sənət əsərlərində dərin iz bu­

raxdığının şahidi oluruq. Kür-Araz mədəniyyəti çağlarından totem kimi tapı­

nılan At kultu izinin başlanğıcı daha qədimə gedib çıxsa da,  onun ulu yaşım 

əcdadlarımız qayaüstü rəsmlərə həkk etmiş, sonrakı yaşantısı isə m.ö.  II  m i­

nillikdən üzübəri  arxeoloji  qaynaqlar,  incəsənət əsərləri  ilə  bizə çatmışdır.3 

Həmin dövrim sənət nümunələrinin bir qismi totemizm və səma cisimlərinə 

sitayiş  kimi  dini-maqik  təsəvvürlərin  əsasmda  yaradılmışdır.  Bu  mənbənin 

yaratmış olduğu ornamental qrupa qədim dövrdə müqəddəs hesab edilmiş ke­

çi, qoyun, at, maral, ilan və s. heyvanların qrafik və qabanqlı təsvirləri daxil­

dir.  Səma cisimlərinə  sitayiş nəticəsində yaranmış  Güneş və Aym qrafik ve *

 2

 3

]. N.İ.Rzayev. Mö'cüzəli qərinələr.  Bakı, Azəməşr,  1984, s.5-7.



2. N.İ.Rzayev. Əsrlərin səsi. Bakı, Azəməşr,  1974, s.20-22.

3. 


F.Ağasıoğlu. Buradan bir atlı keçdi. Qobustan,  1990, N2(86), s.12-18.

3 8

_______________________________________________________________________________________________'

qabarıqlı tesvirləri bu qrupu yeni ornamental motivlərlə zənginləşdirmişdir.

Şamanizm ideyalarının vaxtilə çox geniş yayıldığı dövrlərə aid heykəltə­

raşlıq  nümunələrində  də  şaman  ayinlərinin  izləri  görünür.  Mingcəçevir,  İs­

mayıllı və Azərbaycanın digər yerlərində tapılmış gil insan fiqurları başsız və 

əksər  hallarda  kiçik  qadm  fiqurlarıdır.  Bu  fiqurlann  qadm  təsviri  olmasmı 

heykəllərim  boğazlarındakı  bir neçə  muncuq  sırası  təsdiq  edir.  N.Rzayevin 

qəqnaətinə görə şaman ayinlərində adamlann xəstəlikləri  fiqurlara köçürül­

dükdən sonra onlarm başları sındırılıb atılmış,  özləri  isə qəbiristanlıqda bas­

dırılmışdır.  Muncuqlara  gəldikdə  isə  ta  qədimdən  əcdadlarımız  inanmışlar 

ki, bu bəzəklər insanları bədxah ruhların bəlasından qoruyur. Bu qədim  ina­

mın qalığıdır ki,  xalq  arasında göz muncuğu  gəzdirmək adətinə  indi  də  rast 

gəlinir. Onu da göstərmək lazımdır ki, Azərbaycanda kiçik həcmli heykəltə- 

raşlığm inkişafi  və  geniş yayılmasında xəstəliklərin kiçik gil fiqurlara köçü­

rülməsi adəti mühüm rol oynamışdır.

Mingəçevir qazıntıları zamanı I-IV əsrlərə aid katakomba qəbrindən şa­

man avadanlığma daxil olan və hündürlüyü  10,5 sm olan tunc maral fiquru ta­

pılmışdır. Görünür şaman o dövrdə Azərbaycanda məhsuldarlıq, xeyir-bərə­

kət allahı hesab edilən maralın himayəkarlığmdan istifadə etmişdir.  Şamanın 

paltarına bənd etmək üçün fiqurun üstündə bir halqa, bədxah ruhları qovmaq

üçün isə onun altında zmqırov asılmışdır.

Eramızın ilk əsrlərinə doğru animistik təsəvvürlər daş heykəllərin yaran­

masına  tə'sir  göstərmişdir.  Şamaxı  rayonu  ərazisindən  tapılmış  heykəllər 

türk tayfalarının ölən adamın öz dəfn mərasimində iştirkım zəruri  sayan  ma­

təm ayini üçün yonulmuşdur.  Heykəl mərhumun qəbri üstündə qoyulurdu ki, 

ölənin ruhlarından biri (qədim əqidəyə görə kişilərin beş, qadınların isə dörd 

ruhu var idi) həmin heykələ  daxil  olub həmişəlik  olaraq  yaşasın.  Animistik 

əqidəyə görə belə heykəllər dəfn mərasimində ölüləri əvəz edə bilirdi. Çün­

ki,  qədim əcdadlarımız içərisinə ruh daxil  olmuş daş heykəli  canlı  hesab et­

məklə ona mərhumun timsalı kimi baxırdılar.

Qədim Azərbaycanın plastik  sənət nümunələrində heyat ağacının müx­

təlif şəkildə rəsm edilmiş variantalarma rast gəlinir. Lap qədim zamanlardan 

e'tibaren səmən adlı bitki həyat rəmzi kimi  müqəddəsləşdirilmişdir.  Səmən 

baharın girməsini,  təbiətin həyat qüvvəsini  təmsil  etmişdir. Bu ən'ənə N ov­

ruz ərəfəsində bu gün də davam etdirilməkdədir.

Yeni-yeni  dini  təsəvvürlərin  -  allahlar  və  ilahələrin  yaradılması  qədim 

insanların şüurunun yüksəlməsi  və mədəni  səviyəsinin ümumi  tərəqqisi  ilə 

bağlı olmuşdur. Qədim türk qəbilələrində başqa əşyalar kimi heykəllər də fe- 

tişləşdirilirdi. Gildən, ağacdan, keçədən hazırlanmış,  totemlərin və babaların 1

1. N.İ.Rzayev. Əsrlərin sesi. Bakı, Azəməşr,  1974, s.31-43.

3 9



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə