Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

90-cı  illər  isə  mövzunun  geniş  vüs'ət  aldığı bir dövrdür.  V.Adıgözəlov 

“Novruzum” adlı kantatasmı bəstələyib, C.Quliyev mahnı jannnda, teatr mu­

siqisi  sahəsində  məhsuldar  işləyir.  E.Dadaşova,  S.Fərəcov,  C.Abbasov  öz 

yeni  əsərlərini  yazır.  A.Dadaşov,  Ş.Axundova,  Ə.Cavanşirov,  İ.Abdullayev 

və başqaları m üxtəlif janrlarda əsərlər yaratmışlar.

Novruz bayramı mövzusu hər bir Azərbaycanlı üçün doğma olduğundan 

mövzuya maraq ilbəil artır və ümid etmək olar ki, bundan sonra daimi olaraq, 

bu məzmunda yeni-yeni gözəl  əsərlər yaranacaqdır.



M İN  AXANIM  ƏSƏDOVA

ADMİU-nun baş müəllimi

“N O VRU Z”A.ŞAİQ   YARADICILIĞINDA

Əsərlərin  süzgəcindən keçmiş,  tanx boyu  insanların qan yaddaşında qo­

runmuş, məişətdə bir ən ənəyə çevrilmiş, intizarla gözlənilən bayramlarımı­

zın ən ümdəsi Novruzdur. Bu bayramın yaranışı insanın öz varlığım, yaşadığı 

mühiti dərk etdiyi vaxtdan başlanır.  Odur ki, zamanın çevrəsi dəyişdikcə, şü­

ur inkişaf etdikcə Novruzun da ən'ənələri təkmilləşir. Baharın gəlişi yeniləş­

mə,  saflaşma,  ruhun  təzələnməsi  deməkdir.  Yazm  vəsf edilməsi  şifahi  xalq 

ədəbiyyatında,  folklor nümunələrində  minlərlə  şe'rlər,  sanamalar,  bayatılar, 

nəğmələr şəklində  intişar  edib.  Yazıçılar,  şairlər,  yaradıcı  insanlar ən  gözəl 

əsərlərini,  şe'rlərinı, nəğmələrini, dram əsərlərini Novruza həsr ediblər.

Arxeoloji  abidələrdən m ə'lum  olur ki,  bu ən'ənə ilkin dövrlərdən müx­

təlif  sənət  əsərləri,  kiçik  heykəllər  vasitəsilə  qorunub  saxlanmışdır.  Orta 

əsrlərin yazılı mənbələrində isə çox az yazıçı və şair tapılar ki, onun əsərlə­

rində Novruza xüsusi yer ayrılmasın.  Son yüzillikdə, o cümlədən Cümhuriy- 

yətəqədərki və sonrakı dövrlərdə də Bahara dair tədqiqat əsərlərinin sayı-he­

sabı yoxdur. M.Ə.Sabir, A.Səhhət, S.Vurğun və digər iste'dad sahibləri kimi 

Abdulla Şaiq də bütün yaradıcılığı dövründə öz əsərlərində Bahar mövzusu­

na xüsusi yer ayırmışdır. A.Şaiq nasir, şair, dramaturq, görkəmli pedaqoq ola­

raq,  istər uşaq  şe'rlərində,  istər nəsr  əsərlərində,  pyeslərində  və  istərsə  də 

pedaqoji fəaliyyətində milli adet-ən'ənələrin simvolu olan Novruz mövzusu­

na biganə  qalmamış,  uşaqlarımızın,  gənclərimizin milli  ruhda  tərbiyə  edil­

məsinə,  ana dilində təhsil almasına çalışmışdır.



3 4

Bahar eylədikcə naz,

Elin kefi olur saz- 

Əkir, biçir həvəslə,

Deyir:  -  Var ol,  gözəl y a z '  -  söyləyən  şair  yenicə  dil  açmış  körpənin 

dərk  edəcəyi  şəkildə  baharı  tərənnüm  edir,  uşaqlara  Novruzun  əkin,  biçin, 

əmək  bayramı  olduğunu  aşıl ayır.  “Bahar”,  “Bənövşə””,  “Bülbül”,  “Tura- 

ğay”, “Bahar bayramı” kimi onlarla şe'rləri bütün uşaqlar əzbər bilir.

A.Şaiqin pedaqoji fəaliyyətində də bu ən'ən ə özünü bariz şəkildə göstə­

rir. Hələ çar üsul idarəsinin tüğyan etdiyi, ana dilində danışmağın yasaq edil­

diyi bir dövrdə ilk milli dərsliyin müəllifi olan A.Şaiq “Uşaq gözlüyü”, “Gül­

zar”, “Türk çələngi”,  “Müntoxabat”, “Ədəbiyyat dərsləri” kitablarında Nov­

ruza xüsusi yer  ayırmış,  ziyalıların,  şair və nasirlərin ədəbiyyat nümunələri­

ni bir yerə toplamışdır.  1919-cu ildə nəşr olunmuş, üçüncü və dördüncü sinif­

lər üçün nəzərdə tutulmuş “Türk çələngi” kitabında görkəmli şair və drama­

turq Hüseyn Cavidin-

Bahar,  bahar gəlmiş, yenə  ilk bahar;

Güllər,  çiçəklər gülər, quşlar oynar.

Göyün altun saçlı qızı nur saçar,

İnsanların tutqun könlünü açar

-  mislaran  ilə  başlanan  “İlk  bahar”  şe'rində  Novruz  məhəbbətlə  tərənnüm 

olunur.

Təsadüfi  deyil  ki,  Şaiq  şairliyindən  çox  müəllimliyi  ilə  fəxr  edirdi.  O, 



yaratdığı  dram əsərlərində,  tərcümə və təbdillərdə  do  tərbiyəviliyi  əsas  gö­

türürdü.  Bu  səbəbdəndir  ki,  A.Şaiqin  əsərləri  ilə  böyük  bir  nəslin  əxlaqlı, 

milli ruhda yetişməsinin böyük əhəmiyyəti olub. İlk dram əsərləri olan “Gö­

zəl  bahar”,  “Çoban”,  “Danışan  kukla”,  sonralar  yaratdığı  “Xasay”,  Vətən, 

“Eloğlu”, “Ana”,  “Nüşabə” peysləri milli adət ən'ənələri vəsf edib.  Cümhu­

riyyət  dövründə  bu  xüsusiyyətlər,  kökünə,  tarixinə  qayıdış  daha  obrazlı  şə­

kildə görünürdü.  Sonralar totalitar rejimin hökm  sürdüyü  dövrlərdə  də N ov­

ruzun ruhu duyulur,  gizli də olsa ən'ənələrə riayət edilirdi.

Abdulla  Şaiq  1961-ci  ildə  çap  olunmuş  “Xatirələrim”  kitabında  Bahar 

mövzusuna xüsusi  yer  ayırmış,  onu “təbiətə  bütün varlığı  ilə bağlı  olan  ulu 

babalarımızın adət və ən'ənələri ilə əlaqədar olan”4 bir bayram kimi qiymət­

ləndirmişdir. 1

 2

 3

 4



1.  Abdulla Şaiq.  Əsərləri.  Ill cild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı,  1972,  s.26.

2. Abdulla Şaiq.  Türk çələngi  (dərslik).  Bakı,  Hökumət mətbəəsi,  1919,  s.401.

3.  Abdulla Şaiq.  Əsərləri  V cild,  Bakı, Azərbaycan Dövlət Nəşriyyatı,  1974,  s.26.

4. Abdulla  Şaiq.  Xatirələrim.  Bakı, Uşaqgəncnəşr,  1961, s.41.



3 5


Novruz rəmzlər, simvollar, qalibiyyət bayramıdır. Bu baxımdan  öz əsər­

lərində qədim ayinlərə, mifoloji xüsusiyyətlərə, rəmzi xarakterlərə xüsusi yer 

ayıran Abdulla Şaiqin “Gözəl bahar” əsəri maraq doğurur. Bu pyes Azərbay­

canda uşaqlar üçün yazılan  ilk dram əsəridir.  Burada  Bahar,  Yer,  Su,  Boran, 

Külək kimi təbii ünsürlər şərti olaraq obraz kimi səhnəyə gətirilir və dilləndi- 

rilir.  Qış istibdadın, Bahar isə azadlığın rəmzi kimi göstərilir. Yer, Su, Qaran­

quş, Torpaq, Çiçəklər Baharın ordusunu, Boran, Qar, Külək isə Qışın ordusu­

nu təmsil edir. M üəllif təbiətin bu əksliklərini sadə bir dillə uşaqlara başa sa­

lır,  bu haqda alleqorik şəkildə onlara məTumat verir,  təbiət hadisələrinə ma­

raq oyadır. Pyesdə təsvir olunan bütün qüvəllər bir-birinə zidd qütblərdə top­

lanmışdır.  Boranlı Qış ilə səfalı Bahar arasında gərgin mübarizə gedir. Nəha­

yət, Bahar qalib gəlir. Səhnə arxasından təntənəli mahnı eşidilir:



Yaşıllaşır bağ,  çəmən,

Bir səs gəlir hər у  etidən 

Xoş gəldin gözəl Bahar!

Yaşa-yaşa bəxtiyar.

Təsadüfi  deyil ki,  bu əsərin əlyazmasmı oxuyan F.Köçərli pyesi operet­

ta yazmaq üçün Ü.Hacıbəyova  verməyi  Şaiqə məsləhət  görmüşdü.2 Akade­

mik  Kamal  Talıbzadə  bu  əsərin  səhnə  taleyi  haqqında deyir ki,  “Gözəl  ba­

har” pyesinin ilk rejissoru,  musiqi  tərtibatçısı,  rəssamı  A.Şaiq özü olubmuş. 

Dərs dediyi Realni Məktəbin  şagirdləri ilə tamaşa hazırlayan müəllim bütün 

personajlarm  geyimlərini  rəngli  kağızlardan  özü  düzəldibmiş.  Sonralar  bu 

osər uzun müddət repertuardan düşməmiş, görkəmli səhnə ustası Л.М.Şərif­

zadənin rejissorluğu ilə  tamaşaçılara göstərilmişdir.

Novruz insanlığın, təbiətin qürur, qalibiyyət bayramıdır. Təbii ki, hər bir 

xalqm qələbəsi üçün onun mütləq birliyə və vahid amala sahib olması vacib­

dir.  Bu  mə  nada  Novruz  milli  olduğu  qədər  də  bəşəridir  vo  bütün  Türk 

xalqlarının birliyi tarixən qədim köklərə malik olan Novruzun qələbəsidir.

İQT^bdulla  Şaiq.  Əsərləri,  III  cild,  Bakı,  Azərbaycan  Dövlət  Nəşriyyatı,  1972, 

^2. ı Abdulla  Şaiq.  Əsərləri,  III  cild,  Bakı,  Azerbaycan  Dövlət  Nəşriyyatı,  1974,

36

VÜSAL BAĞIROV

Azərbaycan EA Memarlıq və İncəsənət 

İnstitutunun dissertantı

HEYKƏLTƏRAŞLIĞIN İNKİŞAFINDA  E  TİQAD, 

A YİN  VƏ MƏRASİMLƏRİN ROLU

Azərbaycan heykəltəraşlığınm  mənşəyi  vo  tarixi  kökləri  barədə  müəy­

yən təsəvvürlər yaradan Qobustan qaya təsvirləri incəsəntimizin hələ mezo- 

lit dövründə  yaranmağa  başlamasından xəbər  verir.  Sonrakı  dövrlərdə  hey­

kəltəraşlıq  özünəməxsus  çox  mürəkkəb  bir  inkişaf yolu  keçmişdir.  Plastik 

sənət  növü kimi  xalq yaradıcılığının bir  çox  sahələrini  özündə  birləşdinniş, 

bədii metal e'malı, keramika, daş üzərində oyma kimi  sənətlərin sintezindən 

yaranmışdır.  Bədii  metal  ustalarının  mürəkkəb  plastik  forma  olan  dairəvi 

heykəl nümunələrini mum - model üsulu ilə tökməsi dövrünə görə mütərəq­

qi bir addım idi.’  Alban dövrü plastikasının zirvəsini təşkil  edən daş heykəl­

təraşlıq mə'bəd daxilində qoyulmaq üçün  portret və simvolik qabarıqlar,  ki­

çik  kişi  büstü,  nəhəng  ilahə  heykəli  və  s.  ilə  qədim  təsviri  incəsənətimizi

zənginləşdirmişdir.2  Ilcykəltoraşlığın  belə  bir  inkişafını  istiqamətləndirən 

amillər içərisində dini  e'liqadlar,  ayin və mərasimlər aparıcı mövqe  tutmuş­

dur. Lakin incəsənət haqqında külli miqdarda osərlər yazılmasına, bu barədə 

çoxsaylı  fikirlər  söylonmosino  baxmayaraq,  indiyə  qədər  heykəl təraşlığın 

yaranmasının “ümumi  qanunauyğunluqları” tam mə  lum deyil.  Z.Yampolski 

yazır  ki,  təbiətə  vo  erkən  ictimai  təzahürlərə  (daşla  müşayət  olunan  əmək) 

incəsənət üçün xarakterik olan  proporsiya,  simmetriya,  uyarlıq, ritm, parlaq­

lıq kimi - insanlar üçün xeyirli olub xoş hisslər oyadan - xüsusiyyətlər xasdır. 

Buna  görə də  bütün  bu  xüsusiyyətlərin qavranılması  incəsənətin  yaranması 

üçün əsas ola bilməzdi.  İncəsənətin hiss olunan bütün  növləri, eləcə də  hey­

kəltəraşlıq insanlara lap qədimdən mə'lum olub. İncəsənətin bütün hiss olu­

nan növləri daş dövründə,  ov qabağı hadisələrlə bağlı ictimai əsaslar üzərin­

də yaranıb.’  Ümumiyyətlə, incəsənətin mənşəyi məsələsi hələ uzaq keçmiş- 1

 2

1.  S.B.Aşurbəyli. Qədim ve orta əsrlordə Azərbaycan heykəlteraşlığı (rus dilindo). 



Azərbaycan Tarixi  Muzeyinin əsorləri,  I  cild, Bakı,  1956, s.70-71.

2.  N.I.Rzaycv. Qafqaz Albaniyası  incəsənətinə  dair.  Azərb.  SSR EA-nın  xəbərlorı 

(ictimai  elmlər seriyası),  Bakı,  1961, N3,  s.49-63.

3  Z Yampolski.  incəsənətin  yaranması  haqqında.  Qobustan,  N1(41),  Azərnəşr, 

1979, s.92-93.



3 7


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə