Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   2   3   4   5   6   7   8   9   ...   24

Ü N SİYYƏ T BA YRAM I

NİZAM ƏDDİN ŞƏMSİZADƏ

Filologiya elmləri doktoru, professor

Yarandığı gündən  bütün  bəşəriyyət ünsiyyətə can atır.  Şərq-türk təfək­

küründə ünsiyyətə çatmağın ali formalarından biri Novruz mərasimidi. Kökü 

insanın yaranış, yer-göy haqqındakı əski təsəvvürlərə dayaqlanan, nəğmə və 

deyimləri  mifik  təfəkkürümüzün  zoomorfik  və  kosmoqonik  anlayışlarında 

təcəssüm tapan Novruz adi  bayram deyil,  tarixi-fəlsəfi  bir özünüifa tərzidir. 

Ünsiyyət aliliyi-idrakın aliliyidir.  Bu baxımdan Novruz cəmiyyətçiliyimizin, 

milli-mə  nəvi birliyimizin qədimliyini təsdiq edən ünsiyyət mərasimidir.  Bu 

mərasim icra olunarkən nəinki uzaq-uzaq əqidə və düşüncə sahibləri səmimi 

bir əlaqəyə girir, hətta küsülülər barışır,  qan düşmənləri  doğmalaşır.

Tarixin təcrübəsi  göstərir ki,  azad  cəmiyyət  azad ünsiyyətdən başlanar. 

On  amansız köləlik  fikrin  köləliyidir.  Şüurun  məhbəsi  olan yerdə ruhun  qa­

nadları qırılar, insana ünsiyyət baş  tuta bilməz.

Novruz bayramının keçirilməsi təkcə iqtisadi imkanları yox, həm do cə­

miyyətin,  insanların mə'nəvi-psixoloji halətini əks etdirir.

Novruz təsərrüfat, iqtisadi dirçəliş, iqtisadi təməl, əkinçilik - insanın tor­

paqla təmas bayramıdır. Onun nəğm ə və şərqilərində, ayinlərində əməyə ça­

ğırış, bərəkət və bolluq təşnəsi ifadə olunur. Beləliklə do Novruz fəlsəfəsin­

də həyat haqqında konsepsiya,  sevinc  və xoşbəxtlik barəsində ideal  öz əksi­

ni tapıb.

Təbiətin,  torpağın  oyanışı-insanın  oyanışı  deməkdir.  Belə  ki,  Novruz 

mərasimləri,  xüsusilə  günəşə,  suya,  işığa müraciət əsasmda yaranmış,  şərqi 

və şe  rlər göstərir ki,  Novruz idrak anlamıdır, rəmz bayramıdır.  Səməni  dir­

çəliş, təzələnmə rəmzidir.

Novruzda qalibiyyət təntənəsi var:  yaz qışa qalib gəlir, isti  soyuğu məğ­

lub edir, insanın qanı istilənir, o qan yaddaşının enerjisi ilə təbiətlə, ünsiyyə­

tə girir,  ona qovuşur.  Baharın nəfəsi olan Bənövşə qalibiyyət nişanəsidir.

Görün  təbiətin qüdrətli tərənnümçüsü II.Arif necə ilhamla yazıb:



Sellər haray çəkir, çaylar gur axır 

A çır yaxasını göy meşələr də 

Qar altdan başıru qaldırıb baxır 

Yazın ilk sovqatı bənövşələr də.

18

Novruz insansevərlik,  humanizm  bayramıdır.  Ona görə  də  insanın milli 



ruhunu  dustaq edən,  onun  əbədi  və  əzəli arzularını  buxovlayan totalitar  cə­

miyyət və total ideologiya onu qadağan edə bilmədi.

Novruz şifahi bədii düşüncəmizin, el ruhunun qüdsıyyot bayramıdır. Pro­

fessor Azad Nəbiyev  çox doğru deyir:  “Bu bayramın dinlərdən çox-çox  əv­

vəl  qədim  insanların bolluq,  bərəkət,  qüdsiyyət,  əmək,  əkinçilik və məişət 

həyatı ilə bağlı yarandığını əks etdirən solmaz şəfəqləri zaman keçdikcə da­

ha qüdrətli şölələnm əkdədir..

Beləliklə, Novruz xalqm yaddışdan süzülən 

ulu sözün yükündən tutmuş söz-sənət, çal-çağır bayramıdır. Novruz sözümü­

zün, musiqimizin, rəqsimizin-sevinən ruhumuzun mərasimidir.

Novruz  ruh  və  qan  bayramı,  sevinən  ruhumuzun-qaynayan  qanımızın 

güc  və hüsn aldığı  intibah günüdür.



Novruz,  Novruz,  al Novruz.

Novruz,  Novruz,  qal Novruz 

Novruz,  Novruz xoş gəldin 

Dolu gəldin,  boş gəldin 

Quru gəldin, yaş gəldin 

Novruz,  Novruz xoş gəldin.

Novruz insanın təbiətə qovuşma, onun idrak məqamım əks etdirir.  Bura­

da torpağa məhəbbət en parlaq hissdir.

Novruzda gecə  və  gündüz  bərabərləşir,  təbiətin harmoniyası bərpa  olu­

nur.  Buna görə də Novruz vaxt,  zaman,  ömür bayramı hesab  oluna bilər.

Hecələr,  hücələr 

Uzanır gündüzlər 

Qısalır gecələr 

Sallanır torbalar 

Bacadan 

Uşaqlar pay  istər 

Ucadan:

- Xanım bacı dursana 

Torbanı doldursana.

Novruz  ayinləridə  və  mərasim  nəğmələrində  oslo,  kökə  qayıdış,  milli 

mənliyi  uca saxlamaq qayəsi əks olunur. Novruz  süfrəsi  -  milli bərəkət  rəm ­

zidir.


Novruz həm  də nur,  işıq və  sevgi bayramıdır.  Çünki  dünyada ən böyük 

mədəniyyət insan ünsiyyəti, onun isə zirvəsi sevgi  və eşqdir. Novruz sevgisi

_______________ _ _ _   19



ilahi nur və işıq uste köklənib. Tonqallar və şamlar bu nur və sevginin ifadə­

l i 11'- Novruzu nur kimi qəlbində və əməllərində xalq üçün yadların və yağı­

ların qəzəbindən qoruyub saxlamış  Şıxəli Qurbanov necə də gözəl deyib:

Şamlar,  bayram şamları,

Bu bayram axşamları 

M əni də yandıraydı 

Sizi yandıran əllər.

Gəlm qəlbimizi  VƏTƏN  üçün  şam kimi yandıraq.  Qoy bütöv Azərbay­

canın hər obasında Novruz şamları yansın,  onu AZADLIQ nuruna qərq etsin.

VAQİF SULTANLI

Filologiya elmləri doktoru, professor

TƏLXƏKLİK  VƏ  TƏLXƏK OBRAZI

tı,x e k o h rtIİyİnf!arKX1  4ƏdİM  dÖVdƏrƏ  gedİb  Çlxdlğl  klml’  ədəbiyyatımızda 

təxək obrazının da bır çox klassik nümunələri vardır.

1апп0Я


Э ы Г и ° Па ƏSrlƏrdƏ  İSt° r  Ş°rqde’  İSt° rS0 d° 

Qərbde hökmdar 8агаУ- 

armda  təlxəklər  müəyyən  səlahiyyət  sahibi  olmuş,  bir  sıra  mühüm  dövlət

vəzi rəi əri onların elilə  icra edilmişdir.

Təlxəklik ilkin çağlarda ciddi  funksiya daşımış,  sonralar tədricən  əw el-

ındən kəskin surətdə fərqlənən yeni məqam və mahiyyət kəsb etmişdir.  İlk

dövrlərdə  cıddı  məqam  sahibi  olan  təlxəklər,  sonralar  hökmdarı  və  saray

məclislərini  şənləndirmək vəzifəsini  icra etmişlər.  Buna görə də bu  gün  di-

rnızdə işlənən təlxək məfhumu klassik mənasından büsbütün fərqli  səciy­

yə daşımaqdadır. 

7

XI  və  XV-XVII  əsrlər  Şərqdə  təlxəkliyin  çiçəkləndiyi  dövrlər  olub 



Tolxəklıyın saraylarda gücləndiyi dövrlərdə bu xalq arasmda da yayılmış  və 

təlxəklər  kənd-kənd,  mahal-mahal  gəzərək  xalqı  əyləndirməklə pul  qazan­

mış ar.  Bu cur təlxəklərin repertuarında şən mahnılar, gülüş doğuran drama­

tik səhnələr,  əyləncəli  söhbətlər əsas yer tutmuşdur.

20

Lakin XVIII əsrdən e'tibarən təlxəklik tədricən tənəzzül keçirməyə baş­



lamışdır.  Bununla belə XX əsrin əvvəllərinə  qədər Şərq hökmdarlarının  sa­

raylarında təlxəklər fəaliyyət göstərmişlər.

Qeyd  edək  ki,  saraylarda  saxlanan,  hökmdarla  tez-tez  ünsiyyətdə  olan 

təlxəklər hər  adamdan  seçilməzdi.  Təlxəklər  gülüş  doğurmaq bacarığından 

əlavə,  hazırcavablığa,  dərin  mə'lumata,  bilik  və  savada malik  olmalıydılar. 

Onlar incə zövqlü  olmalı,  tükü-tükdən seçməli,  fikirlərini eyham  və sətiraltı 

me'nalarla ifadə etməyi  bacarnıalıydılar.  Bu gün xalq arasmda işlənən  “Sö­

zün  doğrusunu  zarafatla  deyərlər”  kəlamının  arxasmda  təlxəklikdən  gələn 

məzmun və funksiya gizlənməkdədir.

Təlxəyin söz savaşında hökmdar  da daxil  olmaqla məclisdəkilərə  məğ­

lub olması onun fərasətsizliyi demək idi. Belə təlxəklər saraylardan  uzaqlaş­

dırılardı. Ona görə də təlxəklik böyük cəsarət tələb edirdi. Və böyük cəsarət 

sahibi olan təlxək eyni zamanda son dərəcə ehtiyatlı olmalı, sözü harda və nə 

zaman demək lazım olduğunu bilməliydi.  Çünki  ehtiyatsız və yersiz söz hər 

an təlxək üçün ölüm vo e'damla üz-üzə dayanmaq demək idi. Qanunların ka­

ğız üzərində belə olmadığı,  hər şeyin hökmdarın əhvali-ruhiyyəsinə köklən­

diyi  Şərq mühitində heqiqeti  söyləmək isə o qədər asan deyildi. “Siyasətna- 

m ə”  müəllifi Nizamülmülk  tanıdığı  bir  təlxəyin  hər  dəfə  saray  məclislərini 

əyləndirdikdən  sonra  gizli  hücrəyə  çəkilərək  acı-acı  göz  yaşı  tökdüyünü 

qeyd  edir.

Şərq  ədəbiyyatında  olduğu  kimi,  Azərbaycan  ədəbiyyatında  da  təlxək 

obrazının mənfi vo müsbət çalarları vardır.  Belə ki, əsas vəzifəsi hökmdarla­

rı  əyləndirmək,  onların  təlx  ovqatını  yüngülləşdirmək,  saray  məclislərini 

şənləndirmək olan təlxək zarafata salıb həqiqəti söyləyən,  hökmdarların  ey­

bini açan bir obraz kimi  düşünülmüşdür.

Təlxək  obrazına  ilk  öncə  xalq  ədəbiyyatında  təsadüf olunur.  Xüsusilə, 

nağıllarımızda onun maraqlı, yaddaqalan nümunələrinə rast gəlinir.  Sonralar 

bu  obraz yazılı  ədəbiyyata da yol  tapmış,  Nizami  Gəncəvidən  üzü  bəri  epik 

şe'rin  bir çox örnəklərində onun təkrarsız obrazı yaradılmışdır.

Uzun  müddət  Şərq  ədəbiyyatşünaslığında təlxək  obrazı  mənfi  mo'nada 

səciyyəlndirilib, təlxəklik məfhumu birtərəfli  şəkildə dərk olunub.  Onu yal­

nız  yüngül  xasiyyətli,  kloun,  gülüş  doğurmaq  üçün  cürbəcür  oyunlardan  çı­

xan bir şəxs kimi  qiymətləndiriblər.

Təlxəklik missiyasının daha vacib olan digər tərəfi - hoqiqəti  söyləmək, 

xalqın problemlərinə toxunmaq, saray əyanı və hökmdarın eyib və nöqsanla­

rım  söyləmək və s.  amillər unudulmuşdur.

Tarixdə  şairlərin  təlxəklik  etdiyi  məqamlar da  olmuşdur.  Həqiqəti  söy­

ləməyin çətin olduğu və böyük cəsarət tələb  etdiyi dövrlərdə təlxəklik  pər­

dəsinə bürünərək zəmanənin eyiblərini açmaq vəzifəsi bə'zən şairlərin tale­

21



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə