Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   2   3   4   5   6   7   8   9   10   ...   24

hesab edilir. Buraya əsasən, milli yeməklər, aş, şirniyyat, qovurğa, ləpə və s. 

qoyular,  süfrədə  şam  yandırılardı.  Bayram  süfrəsi  Novruz  şamları  yandırıl­

dıqdan sonra açılardı. Ailənin bütün üzvləri  süfrə qırağında əyləşər, bayram 

xörəklərindən yeyərdilər.'

Ailə başçısı  süfrəyə əyləşməmiş xonçaya əl uzatmağa kimsənin ixtiyarı 

olmazdı.  O, ilin  təhvil  olmasına bir neçə dəqiqə qalmış  süfrə başında salın­

mış döşəkçə üstə oturaraq, arxasına qoyulmuş nazbalışa söykənir. Hamı xon­

çanın  başına  toplaşdıqdan  sonra  bir  qədər  bayram  yemişində  yeyir,  anaları 

südlü plov qazanmı yerə qoyur,  hər uşağm paymı  öz boşqabma tökərək ve­

rir.  Südlü plov yeyilib bitdikdən sonra süfrə yığılır.1

 2 3

 4

 5



İran  türklərinin il  dəyişməsini  təsvir edən Zeynalabdin  Makas  isə  yazır 

ki,  bayrama qədərki  şenliklərdə coşqunluq,  bayram günündə isə təmkinlilik 

və ağır başlılıq əsasdır. İranm hər tərəfində olduğu kimi, Ərdəbildə də il təh­

vil  olduğu  zaman hər kəs  yeddi  sin  süfrəsində  olmalıdır.  Bu yeddi  sin,  baş 

hərfi “S” ilə başlayan sirkə, sarımsaq, səbzi, sumaq, sikkə, saat və sudan iba­

rətdir ki, bunların da hər birinin Öz mə'nası vardır. Bu arada bir qab içərisin­

də balıq başı ilə toyuq köksünü süfrədə bulundurmaq da adətdir/

Azerbaycanda hər bir zonanm xüsusiyyətindən asılı olaraq süfrəyə düzü­

lən şeylər də müxtəlif  olurdu. Bayram axşamı bütün ailə üzvləri bir yerə top­

laşırdılar.  Səfərə  getməli  olanlar  bu  işi  təxirə  şahıdılar.  Bu  axşam  heç  kəs 

başqasının evinə getməzdi.

Hələ orta əsrlərdə ilin təhvilinə az qalmış bütün ailə üzvləri süfrə başın­

da səbirsizliklə təhvil saatımn gözləyərdilər. Kənd, qəsəbə və şəhərlərdə ha­

kimin əmri  ilə yüksələn top,  təbil,  şeypur,  tütək səsləri ilin təhvil olduğunu 

xəbər verirdi. Bu xəbərdarlıqdan sonra ailə başçısı hər bir ailə üzvünə üç par­

ça nabat və ya şirni, üç xırda pul və üç qaşıq bal verirdi.  Süfrəyə təzə pendir 

və qatıq da qoyulurdu. İl təhvil olduqda hakimin yaşadığı binanm damı üstün­

də  böyük  tonqal  yandırılırdı.  Bu,  eyni zamanda yeni  ilin başlandığım xəbər 

verirdi.

İl  təhvili  zamanı  ailə  üzvlərindən  biri  Qur'an  oxuyardı.  Digərləri  se­

vinclə onu dinlərdilər. Qur'an oxuma fesli bitincə, balıq atılar.  Sonra evdəki­

lər bir-birinin bayramım təbrik edərlər və yaxın qohum-qonşunun ziyarətinə 

gedərlər. Bu arada ailə başçıları toplanıb köhnə ildə evindən cənazə çıxanla­

rın evlərinə gedərdilər. Beləcə onların acılarım bir daha paylaşmış olurdular/

1. A.Nəbiyev.  Novruz (toplu).  Bakı,  Yazıçı,  1989, s. 13.

2. H.Sarabski.  Köhnə Bakı.  Bakı,  Yazıçı,  1982, s.132-133.

3.  Z.Makas. Türk  milli kültüründe Nevruz. İstanbul,  1987, s.64-65.

4. M.Dadaşzadə. Göstərilən əsəri, s.l 13,  116.

5. Z.Makas. Gösterilən əsəri,  s.64.

2 6

 

________ _________________________________________________________________________________________________________



Son  vaxtlara  qədər  ailə  üzvləri bayram  süfrəsi  başmda  ailə  başçısmm 

Novruz duasmı dinlərdilər: “Ey  qəlbləri və gözləri dəyişdirən, ey gecəni və 

gündüzü təqdir  edən,  ey hal  və şərtləri başqalaşdıran Allah, bu günkü duru­

mumuzu daha yaxşı bir duruma inqilab  etdir” .  Xalqımız ən çətin zamanlar­

da belə bütün qadağaları aşaraq təhvil saatım böyük sevinclə yaşamışdır.

İLQAR HÜSEYNOV

Pedaqoji elmlər namizədi

ƏKİNÇİLİK ƏN ƏNƏLƏRİ 

NOVRUZ BA YRAMININ ZƏMİNİ KİMİ

Novruz bayramının bə  zən milli, bə  zən dini, bə  zən də dəyişik adlar al­

tında  keçirilməsinin  səbəbləri  nədir,  bu  səbəblər  qaynağım  haradan,  hansı 

şərtlərdə, nə kimi hadisələr nəticəsində, nə zaman və hansı məqsədlə almış­

dır? Bu və ya bu kimi Novruza  aid başqa sualların  cavabını  arxeoloji  abidə­

lərdə,  incəsənət  əsərlərində  şifahi  və  yazılı  qaynaqlarda  arayıb-araşdıran 

müəlliflərin qənaətləri  də  sualların  özü  qədər  müxtəlif,  rəngarəng  və  hətta 

ziddiyyətli, müəmmalı,  mübahisəlidir.  Tədqiqatçı alimlərin bir-biri  ilə  uzla­

şan, üst-üstə düşən fikirləri içərisində Novruzun qədim əkinçilik bayramı  ol­

ması  daha çox təqdir edilir.

Tarixin  ayrı-ayrı  m ərhələlərinə həsr  edilmiş  tədqiqatlardan  mə  lum  ol­

duğu kimi Yaz bayramı kimi mövsümlərin dəyişilməsindən doğan əlamətdar 

günlər başqa-başqa adlar altmda bir çox millətlərin sosial həyatlarında möv­

cuddur. Türkiyəli tədqiqatçı Zeynalabdin Makas “Türk milli kültürundə Nov­

ruz”  adlı  əsərində  Novruzu  mövsümün  dəyişməsi,  yazın  qışı  əvəz  etməsi, 

torpağın oyanması, insanların  əkinə başlaması  kimi  araşdırır.  Alim qışla y a­

zın  insan ruhu üzərində buraxdığı  mənfi  və müsbət tə' sirlərin  təzahürlərini 

bir kənara buraxaraq və sadəcə rəng mövzusuna toxunaraq yazır: “Bir yanda 

hər tərəfi kaplayan sadəcə bir rəng, diger yanda yaşılın dəyişik Ionian  arası­

na sərpişdirilmiş əlvan-əlvan rənglər. Birisində şəkil yox; digəri şəkilli,  biri­

si sağır və dilsiz, digəri həm insanı duyuyor, həm də ona bir şeylər fısıldıyor.

1.  M.A.Süleymanov.  Novruz (tarixi kökləri). Metodik vəsait.  Bakı,  1998, s.61.

__________________________________________  2 7



Birində təbiət canlı, digərində uyuşuq, uykuda və ölü”.'

Təbiətdəki hadisələr insanı  daim narahat etmiş və düşündürmüşdür.  İn­

sanın diqqətini cəlb  edən təbiət hadisələrindən biri, bəlkə də lap ilkini qışla 

yazm əvəzlənməsi olmuşdur. Zəngin yaradıcılığında bu mövzunu bütün yön­

ləri  ilə  tədqiqata  çəkən  folklorşünas  alim,  mərhum M.Seyidov Novruzu in­

sanlığın ilk çağlan ilə bağlayır. Onun fikrincə “yazuı gəlişi, hər iki fəslin ara­

sında təbii mübarizə ilk ovçuluqla, maldarlıqla, əkinçiliklə uğraşan - məşğul 

olan  insanı, onun kiçik, böyük toplusunun içindən çıxan müdrikləri,  ilkin bi­

liciləri,  təbiət hadisələrini  az-çox götür-qoy edənləri,  filosofları düşdündür- 

müşdür... Bu ilkm görüşlər nə qədər dürlü olsalar da onların özülü, kökü, ma­

yası birdir - ana təbiətdir”.  Təbiətdə baş verən hadisələr az-çox aydınlaşdıq­

ca bayramların həqiqi mahiyyəti  də bir  o qədər dərindən dərk edilir.  Aydın 

olur ki, Novruz bayramı öz mənşəyi e'tibarilə dini mahiyyət daşımayıb, xal­

qın  bahaıda  başlanan  təsərrüfat,  əkinçilik  həyatı  ile  əlaqədar  olaraq  ortaya 

çıxmışdır. Odur ki,  qədim Azərbaycanda baharın, xeyir və bərəkətin simvol­

ları olmuş öküz və marala xüsusi, doğma bir münasibət olmuş və onlara çox­

lu miqdarda təsviri  sənət  əsərləri  həsr  edilmişdir.  Mövsüm mərasimlərin­

dən bəhs edən Cavad H ey'ət də bu bayramı ibtidai insanların e'tiqadlan,  tə­

biət  hadisələrinə  qarşı  münasibətləri  ve  əmək  fəaliyyəti  ilə  əlaqələndirir. 

Əkinçilik, maldarlıq,  ovçuluq və bu kimi işlərlə də bağlı olaraq mərasimlər 

təşkil  edilmişdir.  Mövsüm  mərasimləri  içərisində  ən  çox  yayılam  yeni  il  -

Novruz mərasimidir” .  Mövsüm mərasimlərinin ibtidai insanın emək fəaliy­

yəti ilə bağlılıgı onun dini bayramlardan daha qədim və dərin köklərə malik 

olduğunu təsdiqləyir.  Bunu Novruz bayramının  əzəməti də sübut edir.  İstər

qədim dövr və orta əsrlərdə ,  istərsə də son vaxtlarda* “Novruz” digər bay­

ramlardan, hətta qurban ve orucluq bayramlarından dəfələrlə artıq bir təntə­

nə ilə keçirilmişdir.  Novruz bayramı təbiətə bütün varlığı ile bağlı olan ulu 

babalarımızın adət və ən'ənələrilə əlaqədardır.*

Novruz mərasimi xalqlarımızın həyat tərzi,  məişəti,  əmək fəaliyyəti ilə 

sıx bağlı  olmuş  ve  onların  təbiətə  yanaşmasından yaranmışdır.  Təbii  ki,  hər 

xalqın tarixən formalaşmasının, həyat yolunun xüsusiyyətləri, yaşadığı Ölkə­

nin coğrafi vəziyyəti ona bir-birindən fərqli milli cəhətlər bəxş etmişdir. İq­

limin  təkrarolunmaz  və  gözlənilməz  zadisələri  də  bayramalara  öz  tə' sirini

göstərmişdir.  Professor A.Nəbiyev mövzunu  şərh  edərək  bu  fikrə gəlir ki, 

daha qədimlərdə təbiətin oyanmasına xoşbəxtlik və səadət rəmzi kimi baxan 

insanlar yazm gəlişi,  havaların istiləşməsi, yeni  əkinçilik mövsümünün baş­

lanması, təbiətin yenidən canlanması, yaşıllaşması ilə bağlı müxtəlif nəğmə­

lər, oyunlar, mərasimlər yaratmışlar. Bütün bu ilkin, ibtidai sənət nümunəle- 

28

•  J-  2


ri isə sonralar Novruz ətrafında cəmləşmişdir.

Tarixçi alim T.Bünyadov Novruzu qodim Şərq ölkələrində yaşayan, otu­

raq güzəran keçirən və yüksək əkinçilik mədəniyyətinə malik olan xalqlarm 

ixtirası, kəşfi,  onların bəşərə bəxş  etdikləri zəngin m ə'nəvi dünya kimi  qiy­

mətləndirir. Azərbaycan ərazisi əkinçilik ve maldarlıq təsərrüfat sahələrinin 

ilk  ocaqları və mərkəzlərindən olduğu üçün Azərbaycan xalqının da bu bay­

ramın  təşəkkül  tapmasında,  inkişaf etməsində  öz  töhfəsi,  öz  payı  və  öz yeri 

vardır. Əkinçiliklə məşğul olan tayfalar xoş güzəran uğrunda mübarizə  apar­

mış,  qurub-yaratmaq  əzmilə  məşəqqətlərə  sinə  gərmiş,  eqlin,  düşüncənin 

gücünə arxalanaraq,  alın  tərləri,  qabarlı  əllərilə  tərəqqiyə,  təkamülə  can  al­

mışlar. Şərq ölkələrilə qarşılıqlı iqtisadi və mədəni əlaqələrin yaratdığı əlve­

rişli şərait tədricən Novruz bayramının  ilkin izlərinin yaranmasma  və təşək­

kül  tapmasına əsaslı  zəmin hesab edilə bilər.

Deməli yaz,  onunla bağlı mərasim başlıca  olaraq maldarlıqla,  əkinçilik­

lə,  bir  sözlə  aqrar  təsərrüfatla  bağlı  yaranmış  və  xalqı  gələcək  məhsulun

uğurlu olması üçün zəhmətə,  fəaliyyətə səsləmişdir.  Sonralar insanlar  özlə­

rinin həyat,  sağlamlıq,  təmizlik,  əmək vərdişi itə  bağlı  bir çox ayin,  e'tiqad 

və mərasimini Novruzla bağlamış, beləliklə do onların el içərisində geniş ya­

yılmasına və kütləviləşməsino  nail  olmuşlar.  Əkinçinin  elik  fəlsəfi  dünyası 

soviyyosino yüksolon  mərasim  şənlikləri  təbiiliyi,  səmimiliyi  ilə  səciyyəvi­

dir.  Novruz  torpağa,  onu  sevməyə,  əzizləməyə,  torpaqdan  daha bol  n e m ə t 

götürmoyo  çağıran  omokçi xalqın  bayramıdır.  Novruz  başdan  başa ruh  yük-

ö

şəkliyi, emək coşğunluğu,  torpağa,  insana məhəbbət bayramıdır. *



 *

 3

 4



 5

1  Mirzə İbrahimov.  Novruza layiq hədiyyə.  Novruz (toplu),  Bakı, Yazıçı,  1989, s.5.



İ.

  Azad Nəbiyev.  Elin əziz bayramı.  Yenə orada, s.7.



3. 

Teymur Bünyadov.  Novruz bayramının tarixi  köklən.  Yenə  orada,  s. UU-liO .

4.  Mirəli Seyidov, Göstərilən əsəri, s.95.

5.  Azab  Nobiyev.  Göstərilən məqaləsi, s.7-14.

29



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə