Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   2   3   4   5   6   7   8   9   ...   24

bir vəsilə  ilə xatırlatmışdı.

İran-Turan  gələnəklərini  kəndisində  məzceden  Novruz  bayramı  Azər­

baycandakı özəlligiylə masaldan ziyadə gerçək bir təbiət, həyat və hürriyyət 

bayramı  olaraq, xalq kütlələrinin adət və en'ənəlerinde yer almaqda və əsil 

dəyəri də  bu nöqtədədir.  Qəməri  təqvimə  tabi,  Qurban və  Ramazan bayra- 

malan  bə'zən  qışa,  bə'zən  bahara,  bə'zən  yaza,  bə'zən  də  güzə  rastlarlar. 

Halbuki  Novruz  bayramı  sabit  bir  tarixdə  tə'sid  olunmaqdadır.  Qaranlıq  və 

soyuq qışdan aydınlıq və ilıq bahara çıxışla Novruz bayramı gəlmiş olur. Ötə- 

kiləri  dini bəsit birer mərasimlə te' sit edən Azərbaycan,  bərikini sözün  tam 

mə'nasıyla, yeni bir gün, yeni bir həyat başlanğıcı kimi qarşılar.

Bu  bayramda hər  şey  yenilənir;  hələ  cocuqlara mutlaka  yeni  əlbəsəlor 

geydirilir; yavrularım sevindirmək üçün ən fəqir ailələr belə bütün imkanla­

rını  sərf edirlər.  Türkiyədəki  Şəkər  bayramı  kimi,  Azərbaycandakı  Novruz 

bayramı da üç  gün davam edir.  Bütün ailələr  bir-birilərini  evlərində ziyarət 

edir,  bayramlaşırlar.  Süfrələri  hər  türlü  şekərlemələrlə  donatılmış  bulunan 

evlorin  qapıları bütün bayram günlərində ziyarətçilərə açıq bulundurulur.

Bayrama  takaddüm  edən  dörd  həftənin  “üskü”  tə'bir  olunan  çərşənbə 

günlərində “Tonqar”  deyilən atəşlər yakılır və  gənclər bu  atəşlər üzərindən 

atılır,  əylənirlər.  Kəza maskara kılıklara girərək  qapı-qapı  dolaşan “kos-ko- 

sa”larm  (Karnaval)  halı  da çox əyləncəlidir.  Əsil  bayram günlərində isə  ço- 

cuklarm  birər qrup  təşkil  edərək,  ailədən  ailəyə gedərək xor

halında:


“Gəldi Novruz bayramı,  açıldı güllər,  lalələr,

Səbzəpuş oldu çəmənlər, bülbül eylər nalələr...”

Matlaiylə başlayan  br “Novruziyyə” oxumaları vardır ki,  bu kəndi başı­

na bir şe'r,  bir bahardır.

Fəqət bütün  bunlar şimdi birər mazidir. Yuxarıdakı hekayədə zatən tazi 

sıyğası  anlatılmalıydı:  Çunkı  Sovet  istilası  altındakı  Azərbaycanda Novruz 

gələnəyinin  halı,  tıpkı  Şəmsəddin  Sami  bəy  Mərhumun  “Kavei  Ahəngər” 

(Dəmirçi  Gavə) pyesində təsvir etdiyi Novruz səhnəsi hahndadır. Bu pyesdə 

bahar və günəş kultunu, bir novruz günündə tə'sit edən insanlar,  qorxunc bir 

istibdad  rejimi  quran  Zuhhakın  qan  içən  cəlladları  tərəfindən  tə  qib  olunu- 

yorlar.

“Novruz  günüdür,  günəş  doğuyor!”  -  deyib  təbiətə  tapan  hürriyyət 



mö  minlərini nasıl Zuhhakın cəlladları yaxalayıb boğazlayırdılarsa, hürriyyət 

və  istiqlal  aşiqi  çağdaş  Azərbaycanlılar  da  bu  günün  Zuhhak  rejimi,  yə'ni 

KQB idarəsinin eyni zülm və tə'qibatma m ə’ruz qalıyorlar.  Novruz bu gün- 

kü Sovet əsiri Azərbaycanda da məmnu günlərdəndir. Gözəl bir təbiət və tə­

bii  qurtuluş  bayramı,  milli  bir  xalq  gələnəyi  olduğu üçün, Novruz menedil- 

mişdir. Bu yasaq ona bütün özəllik və gözəllikləri üstündə, yeni bir mə'na və 

10

  ___________________________________ 



________

əhəmiyyət bağışlamış, bizi onu özləməyə daha qüvvətli bir vəsilə vermişdir.

Əvət, zamanın axışı və şərtlərin dəyişməsiylə kültürəl, siyasi və dini tür­

lü hadisələrdən mütəəssir olan, bütün insanlığa şamil təbiət bayramı Novru­

zun Azərbaycan xalq gəlenəyində sarsılmaz bir yeri vardır.  Gerçək bü təbi­

ət, yenidən doğuş,  qurtuluş və yenilənmə simvolu olan bu gün,  Azərbaycan 

folkloruna mal olmuş, həqiqi bir gələnək halını almış və xalq bayramı olmuş- 

dur.


Bir millətin  təşəkkülündə  dil,  din,  tarix  qədər gələnəyin  də  önəmli bir 

rolu vardır, hətta bə'zi sosioloq və filosoflar bu sonuncuya bilxassə əhəmiy­

yət atfediyorlar.

Çağdaş  Demokrasi  anlayışı  baxımından  ihmali  caiz  olmayan  xalq  gələ- 

nəyinə,  insanlıq ideallarına əngəl olmaması şərtiylə,  önəm vermək, onu təş­

viq etmək bir zərurət,  bir vəzifədir.

Yaxın bir gələcəkdə  Hürmüzə mukaddər olan bir zəfər  günündə,  Sovet 

“Ərgənəkonü’ndan  qurtulacaq  Azərbaycanda  yeni  bir  günün  gələcəyinə  - 

Novruzun təkrar bayram ediləcəyinə şübhə etmiyəlim.

Novruz gələnəyinin il təhvili deyilən bir mərasimi vardır.  Əski ilin yeni 

ilə keçdiyi,  gecə  ilə  gündüzün  tam  müsavi olduğu  saata təhvil  saatı  deyilir. 

Təhvil  saatında bütün  ailə  əfradı  “Xonça”  tabir  olunan  bir  süfrənin  başma 

toplanırlar. Mumlar yakılır.  Ailə rəisi Novruz duasmı oxuyur. Dua budur: 

“Ya Mukallibel kulubi vel absar,

Ya Müdəbbirel leyli ven nahar,

Ya muhavvilel holi vel ahval,

Hawil halena ila ahsenil hal!”

Mə'nası belədir:

Ey qəlbləri ve gözləri dəyişdirən, ey gecəni və gündüzü təqdir edən,  ey 

hal və şərtləri başqalaşdıran Allah, bugünkü durumumuzu daha iyi bir duru­

ma inqilab etdir!”.

“Azərbaycan” (Ankara) dərgisi, 

sayı:  12  (24)  mart 1954

Təqdim  edəni sənətşünaslıq namizədi

Mübariz Süleymanlı

ı ı



ƏZİZƏ CƏFƏRZADƏ

Filologiya elmləri doktoru, professor

İLİN  ƏZİZ GÜNÜ

Müsibət günləri o qədər ağır keçirdi ki, Novruz bayramını  təkcə uşaqlar 

deyil, böyüklər də qəlblərinin dərinliyində bir həsrətlə arzulayırdılar. İnsamn 

üzü təkcə bu bayramda gerəyince gülə bilirdi.  Bayramı hazırlıq, vallah, deyə 

bilərəm ki, bütün ili gedirdi. Necə? Necəsi yoxdur ki, bayram xərclərini ödə­

yə bilmək üçün qəpeyi-qəpek üstünə qoymalı  olanlar,  uşaqlarının əyin-başı­

nı  təzələmək,  balacalanm  sevindirmək,  qonum-qonşudan  geri  qalmamaq, 

əziz  günü  ürəyincə  qarşılaya  bilmək  üçün  şübhə  yoxdur  ki,  pul  lazım  idi. 

Doğrudur  o  zamanlar  kasıba,  fağıra  ol  tutan,  ianə  verən,  vaxtile  xalqımızın 

mord  qızı  Xurşidbanu  Natəvanın,  Hacı  Zeynalabdmm  etdiyi  kimi  bayrama 

xeyli  qalmış  m ə'lum  kasıb  evlərinə  bayramqabağı  xorc  üçün  pul  ve ya  pal- 

paltarlıq göndərilirdi.  Amma bu  hamıya nəsib  olmurdu.  “Şapalaqnan  üz  qı­

zardan” elə ailə başçıları  tanıyırdım ki,  ölsə də  başqa daha fağır külfətə  çat­

malı olan ianəni qəbul etməmək üçün əlindən gələni də, gəlməyəni do edir­

di. Bu əziz gündə qəmdən nəyə danışaq? Yaxşısı, adətlərimizdən danışım ki, 

yadında yaxşı qalsın.  Son də qızına, o da nəvənə öyrətsin. Gözol adətlərimiz 

var idi.  Bayrama hazırlıq,  dledim ki,  xeyli əvvəldən başlayırdı.

Atalar  oğul  uşaq  üçün  paltarlıq və ya  hazır  geyim  alıb  anaya tapşırırdı. 

Xma  bu bazarlıqların  içində  xüsusi  yer tuturdu.  Ana da  yavaş-yavaş  bu par­

çalardan uşaqlara paltar tikirdi.

Əslində dörd çərşənbə var. Amma analar bu çərşənbələrin sayma ikisini 

də  əlavə  edirdi.  “Yalançı  çərşənbə”,  “Xəbərçi  çərşənbə”,  bu  çərşənbələrin 

xuşgaban çox olmazdı  (quru meyvəsi), Şam-zad da çox yandırılmazdı. Xörə­

yi də yüngül  çilovdan-zaddan olardı.

Ən qədim anlayışlarla bağlı çərşənbə dörd idi.

1-ci  çərşənbə  “Suya  baxırdı”  -  nəfəsi  suları  oyadırdı.  Bu  çərşənbədən 

başlayaraq  şam  yandırmaq,  əlvan  yumurta  boyamaq,  tonqal  qalamaq,  lopa 

yandırmaq başlanırdı.  Su  dolu  camın  üstünü  örtüb  “üzük  falına  baxardılar”. 

Vəsf-halm bayatıları məhz bu fal üçün idi.

Eləmi əli bağlar 

Döşənib xəli bağlar

12

  _________________________________________________________



Sidqi dürüst olamn,

Kəmərin Əli bağlar.

Eləmi dalda yeri,

Meh vurar dalda yeri,

İki könül bir olsa 

Tez tapar dalda yeri.

Ağac başında Əli 

Altında yaşıl xəli,

Allah muradın versin,

Ya Məhəmməd, ya Əli!

kimi  vəsfhallar kimin  üzüyünə  çıxsaydı,  muradına irişməlıydı.  Sevinər­

di,  belə qaydaydı. İnam vardı. Bir şeyə də ki, inadın, niyyətin hara, mənzilin 

oradadı.


2- 

ci çərşənbə “oda baxırdı” .  Şamlar hərənin öz  adma yandırılır,  tonqal­

lar  qalanırdı.  Od  nəfəsi  havanı  isidir,  insanı  günahlardan  təmizləyirdi  axı. 

Oğlanlar-qızlar ürəklərində  niyyət  tutub  tonqalın üstündən  atılır,  gülüşərək 

deyirdilər, “ağırlığım, uğurluğum tökülsün”.

Piləmbəri,

Baxtı bəri 

Baxtım açılsın!

3- 


cü çərşənbə “torpağa baxırdı”.  Səməni üçün buğda aradılıb  islağa qo­

yulurdu.


Səməni,

Saxla məni,

İldə göyərdərəm səni.

Bu çərşənbənin nəfəsi torpağı oyadırdı, gələcək qarşıdakı ilin taxıl m əh­

sulu,  ilin ruzusu bu çərşənbəyə, onun anamız torpağa verdiyi nəfəsə bağlıydı.

4-cü çərşənbə “küləyə baxırdı” - havaya nəfəs verirdi, nəfəsilə otlar,  çi­

çəklər,  torpaqlardan  baş  verir,  qan  itələyib  boylanan,  yaza  həsrət  güllərini 

boynu bükük bənövşələr  əvəz edirdi.  Çox yerdə “İlaxır çərşənbə”  də  adla­

nan bu  gün, deyərdim ki, bayram axşamı kimi çox əziz tutulurdu.  Qızlar qu­

laq falına çıxırdı:



13


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə