Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

MEHMAN MƏMMƏDOV

Filologiya elmləri namizədi

N O V R U Z -  YAZ MƏRASİMİNDƏ 

MİFOLOJİ ÜNSÜRLƏR

Novruz  -  yaz bayramı  təbiətin  oyanışı  ilə bağlı əski təqvim mərasimi 

olduğundan  onun  tərkibini  təşkil  edən  komponentlərin  müəyyən  hissəsi 

mifoloji  səciyyəvi  ünsürlərdir.  Bayram  mərasiminin  mifoloji  səciyyəvi 

komponentlərinin bir qismi rəng simvolikası ilə bağlıdır.  Səməni - yaz, ya­

şıllıq;  qırmızı boyanmış yumurta - günəş, havaların isinməsi, iqlimin yum­

şalması mifik inamının ifadəsidir.

Şirniyyat  və  nəğm ə  -  musiqi vasitəsi ilə ifadə  olunan psixoloji  ovqat 

da  mifoloji  səciyyəlidir.  Qedim  insan  belə  bir  təsəvvürdə  olmuşdur  ki, 

nəğmə-musiqi  və  şirniyyat  vasitəsi  ilə  himayəçi  ruhları  çağırmaq,  bəd 

ruhlan  isə  qovmaq mümkündür.  Axşamüstü  ocaq yandırmaq,  tonqal  qala­

maq,  qaranlığa  lopa  -  alov  saçan kösöv  atmaq  da  qışı  -  qara qorxunu,  çə­

tinliyi,  soyuq,  aclıq,  xəstəlik  gətirən  bəd  ruhları  qovub  uzaqlaşdırmaq 

məqsədi  daşıyan rəmzi  - mifoloji  aktlardır.

Novruz bayramında axar su üstündən adlamaq, qablardakı suyu təmiz­

ləmək,  su  ilə  bəxt  falına  çıxmaq  və  s.  bu kimi  elementlər  qədim  insanın 

suya bağlı mifoloji inanışlarım əks etdirir. Əski mifoloji təsəvvürə görə su 

həyatın,  yaşayışın rəmzidir.

“Kosa-kosa”  oyun  mərasimindəki  “Kosa”,  “Keçəl”,  “Keçi”  obrazları 

da mifoloji məzmun kəsb edir.  Burada “Kosa” və “Keçəl” q ış , “Keçi” isə 

baharla bağlı mifoloji  simvolikanm ifadəsidir.

Oyun-tamaşanın  sonunda  Keçinin  Kosanı  öldürməsi  yazın  qışa  qalib 

gəlməsi  anlamındadır.

Novruz  mərasimində  icra  olunan digər  oyun-tamaşaların  məqsədi  və 

tarixi-semantik funksiyası da  təbiətə tə'sir göstərmək,  ilin-günün yeniləş­

məsini,  baharın uğurlu gəlişini  tə'm in etməkdir.



30

31


İRADƏ KÖÇƏRLİ

Sənətşünaslıq  namizədi

N O VRU Z BA YRAM I VƏ AZƏRBA YCAN 

PROFESSİONAL MUSİQİSİ

Novruz gəlir, yaz gəlir... Novruz bayramı yaxınlaşır. Çərşənbə axşamlanıı- 

dan  biı-bir keçərək biz her gün bir az da  çox bayramın ilıq nəfəsini duyuruq. 

Havalar istiləşir.  Qızlarımız gözəlləşir.  El-obamız yaşıllaşır, gül-çiçək açır.

Bayrama hazırlaşırıq... Çərşənbə axşamları bizi agah edir ki, qarışdan qo- 

naq-qaralı  günlər  gəlir.  Evlər  sahmana  salmır,  süfrəyə  tədarük  görülür,  sə­

məni göyərdilir.  Yemək  işində çox “arif” olan, “yoxdan” çox şey  yaratma­

ğı  bacaran  qadınlarımız  işindən  zövq  alaraq  aş  dəmləyir,  bayram  şirniyyatı 

bişirir.  Hətta  “ərköyün”  xanımlarımız  belə  paxlavamn,  şəkərburanın  ətrini 

duyaraq bu “şirin” reallıq qarşısmda əriyir, hər əziyyətə qatlaşaraq, onlardan 

dadmaq ümidilə, işə başlayırlar.

Bayram  gəlir...  Tonqallar  yandırılır,  qapılara  torbalar  atılır,  qızlar  fala 

baxdırır,  bəxtinə  kimin  düşəcəyini  bilmək  həsrəti  ilə  yaşayır.  Bax  beləcə, 

dərd-səri unudur, yalnız bayram abu-havası ilə yaşayır, gələcək həyata ümid 

toplayır, bu  söylənilən fikirlər kimi məstedici, xoş hisslərə qapılırıq.

Bu  kiçik  lirik  ricətdən  sonra  Azərbaycan  professional  musiqisinə  ötəri 

nəzər salaraq bu gözəl bayramm musiqimizdə tutduğu yeri ayrıd etməyə ça­

lışmışıq.

Novruz  xalqın  milli  təfəkkür  tərzi,  onun  həyat  və  məişəti,  adət  və 

ən  ənələrini  özündə yaşadan,  tetarlaşdırılmış səciyyə daşıyan böyük bir mə­

rasim bayramıdır. Bu mərasim daim musiqi sədaları, mahnı və rəqslərdə mü­

şayiət olunmuş xalq arasında Novruz günləri ile bağlı çox sayda bayatı, mah­

nı və  s.  yaranmışdır.  Aşıqlar,  xanəndələr,  xalq  musiqi  ifaçıları bu bayramın 

birbaşa iştirakçıları olmuş. Novruza həsr olunmuş şe’rlər söyləmiş,  mahnılar 

qoşmuşlar.  Bu,  illər,  əsrlər  boyu  bu  cür  davam  etmiş,  inkişaf etmiş,  xalqın 

adət və ən  ənələri, yaratdığı mədəni sərvətlər qorunub saxlanılmışdır.

Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  Novruz  bayramı 

qeyri-rəsmi olaraq sovet idealogiyasına uyğun gəlməyən bir bayram kimi qa­

dağan olunmuşdur. Buna səbəb, bu bayramın dərin milli köklərə, zəngin adət 

və  en  ənələrə  malik  olması,  xalqın  ictimai,  mə'nəvi  həyatında  böyük  əhə­

miyyət kəsb etməsi idi.  Bütün bunlar Azərbaycan xalqının milli ruhda böyü­

məsi,  xalqın  tarixi  keçmişinin  öyrənilməsi,  millət kimi  formalaşması,  milli 

“mən”liyinin  tanınması üçiin  gözəl  zəmin yarada bilərdi.  Bu isə hakimiyyət

33

idealogiyasınm  ziddinə  idi.  Məhz  bu  cəhət  “Novruz”  mövzusunun  demək 

olar ki, bütün elmi-mədəni sahələrdə - ədəbiyyat, teatr, kino və eyni zaman­

da,  musiqi  mədəniyyəti  sahələrində  qadağan  olunmasının  əsas  səbəblərin­

dən  biridir.  Azərbaycan  bəstəkarlan  Sovet  hakimiyyəti  dövründə  “Novruz 

bayramı”  mövzusuna  məhz  bu  səbəbdən  müraceit  etmələri  Ü.Hacıbəyov, 

M.Moqomayaev, Q.Qarayev, F.Əmirov, C.Cahangirov, C.Hacıyev və s.  kimi 

böyük bəstəkarların yaradıcılığında bir baş bu mövzu ilə bağlı olan əsərlərə 

rast gəlmirik.  T.Quliyev,  E.Sabitoğlu kimi mahnı janrında işləyən bəstəkar­

larımızın yaradıcılığında da  təəssüf ki, bu mövzuda mahnılar yox dərəcəsin­

dədir.  Bu  baxımdan  Azərbaycan  musiqisində  bu  mövzu  sandan  bir  boşluq 

yaranmışdır. Halbuki milli,  xalq musiqisi ruhunda,  lirik-romantik səpkili da­

hiyanə  əsərlər  yazan  bəstəkarlarımız  üçün  bu  mövzu  çox  zəngin  və  rənga­

rəng  bir  mənbə  idi.  Sözsüz  ki,  bəstəkarlar  bu  mənbədən,  bəhrələnərək  öz 

qüdrətli əsərlərini  yarada bilər,  musiqi  mədəniyyətimizi  daha da zənginləş­

dirərdilər. Bununla belə,  qeyd etməliyik ki, hər bir Azərbaycan bəstəkarının 

yaradıcılığında  “Bahar”,  “Yaz”  mövzusu  daim  sevilərək  işlənən  mövzu  ol­

muş,  bu məzmunda çox sayda  əsərlər yaranmış,  və dolayı  yolla da  olsa,  bu 

əsərlərdə Novruz ruhu yaşadılmışdır.

Lakin  son  illər  müəyyən  arxivlər  açılır,  əvvəlki  illərdə  yazılmış  bə'zi 

“arzuolunmaz”  əsərlər  meydana  çıxır.  Belə  əsərlərdən biri  də Ü.Ilacıbəyo- 

vun əsrin əvvəllərində yazdığı Novruza həsr olunmuş  “Bahar nəğməsi” əsə­

ridir.  Son illərdə bəstəkar S.Fərəcov həmin nəğməni bir neçə redaksiyada iş­

ləmiş  və əsər ilk dəfə ifa olunmuşdur.

Bu  əsərin tapılması  digər böyük bəstəkarlarımızın yaradıcılığında da bu 

mövzulu  əsərlərin  olmasının  mümkünlüyü  fikrini  ortaya  atır.  Bunun  üçün 

şəxsi  arxivlər  öyrənilməli  və  ümumiyyətlə,  indiyədək  mə  İtim  olmayan 

əsərlər üzə çıxarılmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan bəstəkarları­

nın yeni nəsli  bu mövzuya daha  cür'ətlə  meyl  etmiş,  70-ci  illər,  ölkədə  ge­

dən “Yenidənqurma” illəri və nəhayət, 90-cı illərdən e'tibarən, müxtəlif janr 

və formalarda əsərlər yazmışlar.

70-ci illərdə bu mövzuda.yazılmış əsərlər,  əsasən, mahnı janrında bəstə­

lənmiş  əsərlər idi.  F.Əmirovun  “Gülür  ellər”,  R.Mirişlinin  “Bayram  axşam­

larında”, O.Zülfüqarovun Uşaq mahnıları, O.Rəcəbovun, Ə.Tağıyevin, R.Şə- 

fəqin və başqalarının mahnıları məhz bu dövrə təsadüf edir. M.Quliyev  1977- 

ci  ildə  bəstələdiyi  “Aldanmış  ulduzlar”  operasma Novruz  bayramı  ilə  bağlı 

səhnə daxil  edir,  1975-ci  ildə R.IIosənova özünün  “Kosa-kosa” balet-panto- 

mimasmı yazır.

80-cı  illərdə  daha  iki  formalı  əsərlər  yazılmasının  şahidi  oluruq.  Gənc 

bəstəkarlardan E.Dadaşova, S.Fərəcov, C.Abbasov maraqlı bəstəkar yozumu 

ilə  fərqlənən simfonik və xor əsərləri yazırlar.

3 3



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə