hesab edilir. Buraya əsasən, milli yeməklər, aş, şirniyyat, qovurğa, ləpə və s.
qoyular, süfrədə şam yandırılardı. Bayram süfrəsi Novruz şamları yandırıl
dıqdan sonra açılardı. Ailənin bütün üzvləri süfrə qırağında əyləşər, bayram
xörəklərindən yeyərdilər.'
Ailə başçısı süfrəyə əyləşməmiş xonçaya əl uzatmağa kimsənin ixtiyarı
olmazdı. O, ilin təhvil olmasına bir neçə dəqiqə qalmış süfrə başında salın
mış döşəkçə üstə oturaraq, arxasına qoyulmuş nazbalışa söykənir. Hamı xon
çanın başına toplaşdıqdan sonra bir qədər bayram yemişində yeyir, anaları
südlü plov qazanmı yerə qoyur, hər uşağm paymı öz boşqabma tökərək ve
rir. Südlü plov yeyilib bitdikdən sonra süfrə yığılır.1
2 3
4
5
İran türklərinin il dəyişməsini təsvir edən Zeynalabdin Makas isə yazır
ki, bayrama qədərki şenliklərdə coşqunluq, bayram günündə isə təmkinlilik
və ağır başlılıq əsasdır. İranm hər tərəfində olduğu kimi, Ərdəbildə də il təh
vil olduğu zaman hər kəs yeddi sin süfrəsində olmalıdır. Bu yeddi sin, baş
hərfi “S” ilə başlayan sirkə, sarımsaq, səbzi, sumaq, sikkə, saat və sudan iba
rətdir ki, bunların da hər birinin Öz mə'nası vardır. Bu arada bir qab içərisin
də balıq başı ilə toyuq köksünü süfrədə bulundurmaq da adətdir/
Azerbaycanda hər bir zonanm xüsusiyyətindən asılı olaraq süfrəyə düzü
lən şeylər də müxtəlif olurdu. Bayram axşamı bütün ailə üzvləri bir yerə top
laşırdılar. Səfərə getməli olanlar bu işi təxirə şahıdılar. Bu axşam heç kəs
başqasının evinə getməzdi.
Hələ orta əsrlərdə ilin təhvilinə az qalmış bütün ailə üzvləri süfrə başın
da səbirsizliklə təhvil saatımn gözləyərdilər. Kənd, qəsəbə və şəhərlərdə ha
kimin əmri ilə yüksələn top, təbil, şeypur, tütək səsləri ilin təhvil olduğunu
xəbər verirdi. Bu xəbərdarlıqdan sonra ailə başçısı hər bir ailə üzvünə üç par
ça nabat və ya şirni, üç xırda pul və üç qaşıq bal verirdi. Süfrəyə təzə pendir
və qatıq da qoyulurdu. İl təhvil olduqda hakimin yaşadığı binanm damı üstün
də böyük tonqal yandırılırdı. Bu, eyni zamanda yeni ilin başlandığım xəbər
verirdi.
İl təhvili zamanı ailə üzvlərindən biri Qur'an oxuyardı. Digərləri se
vinclə onu dinlərdilər. Qur'an oxuma fesli bitincə, balıq atılar. Sonra evdəki
lər bir-birinin bayramım təbrik edərlər və yaxın qohum-qonşunun ziyarətinə
gedərlər. Bu arada ailə başçıları toplanıb köhnə ildə evindən cənazə çıxanla
rın evlərinə gedərdilər. Beləcə onların acılarım bir daha paylaşmış olurdular/
1. A.Nəbiyev. Novruz (toplu). Bakı, Yazıçı, 1989, s. 13.
2. H.Sarabski. Köhnə Bakı. Bakı, Yazıçı, 1982, s.132-133.
3. Z.Makas. Türk milli kültüründe Nevruz. İstanbul, 1987, s.64-65.
4. M.Dadaşzadə. Göstərilən əsəri, s.l 13, 116.
5. Z.Makas. Gösterilən əsəri, s.64.
2 6
________ _________________________________________________________________________________________________________
Son vaxtlara qədər ailə üzvləri bayram süfrəsi başmda ailə başçısmm
Novruz duasmı dinlərdilər: “Ey qəlbləri və gözləri dəyişdirən, ey gecəni və
gündüzü təqdir edən, ey hal və şərtləri başqalaşdıran Allah, bu günkü duru
mumuzu daha yaxşı bir duruma inqilab etdir” . Xalqımız ən çətin zamanlar
da belə bütün qadağaları aşaraq təhvil saatım böyük sevinclə yaşamışdır.
İLQAR HÜSEYNOV
Pedaqoji elmlər namizədi
ƏKİNÇİLİK ƏN ƏNƏLƏRİ
NOVRUZ BA YRAMININ ZƏMİNİ KİMİ
Novruz bayramının bə zən milli, bə zən dini, bə zən də dəyişik adlar al
tında keçirilməsinin səbəbləri nədir, bu səbəblər qaynağım haradan, hansı
şərtlərdə, nə kimi hadisələr nəticəsində, nə zaman və hansı məqsədlə almış
dır? Bu və ya bu kimi Novruza aid başqa sualların cavabını arxeoloji abidə
lərdə, incəsənət əsərlərində şifahi və yazılı qaynaqlarda arayıb-araşdıran
müəlliflərin qənaətləri də sualların özü qədər müxtəlif, rəngarəng və hətta
ziddiyyətli, müəmmalı, mübahisəlidir. Tədqiqatçı alimlərin bir-biri ilə uzla
şan, üst-üstə düşən fikirləri içərisində Novruzun qədim əkinçilik bayramı ol
ması daha çox təqdir edilir.
Tarixin ayrı-ayrı m ərhələlərinə həsr edilmiş tədqiqatlardan mə lum ol
duğu kimi Yaz bayramı kimi mövsümlərin dəyişilməsindən doğan əlamətdar
günlər başqa-başqa adlar altmda bir çox millətlərin sosial həyatlarında möv
cuddur. Türkiyəli tədqiqatçı Zeynalabdin Makas “Türk milli kültürundə Nov
ruz” adlı əsərində Novruzu mövsümün dəyişməsi, yazın qışı əvəz etməsi,
torpağın oyanması, insanların əkinə başlaması kimi araşdırır. Alim qışla y a
zın insan ruhu üzərində buraxdığı mənfi və müsbət tə' sirlərin təzahürlərini
bir kənara buraxaraq və sadəcə rəng mövzusuna toxunaraq yazır: “Bir yanda
hər tərəfi kaplayan sadəcə bir rəng, diger yanda yaşılın dəyişik Ionian arası
na sərpişdirilmiş əlvan-əlvan rənglər. Birisində şəkil yox; digəri şəkilli, biri
si sağır və dilsiz, digəri həm insanı duyuyor, həm də ona bir şeylər fısıldıyor.
1. M.A.Süleymanov. Novruz (tarixi kökləri). Metodik vəsait. Bakı, 1998, s.61.
__________________________________________ 2 7
Birində təbiət canlı, digərində uyuşuq, uykuda və ölü”.'
Təbiətdəki hadisələr insanı daim narahat etmiş və düşündürmüşdür. İn
sanın diqqətini cəlb edən təbiət hadisələrindən biri, bəlkə də lap ilkini qışla
yazm əvəzlənməsi olmuşdur. Zəngin yaradıcılığında bu mövzunu bütün yön
ləri ilə tədqiqata çəkən folklorşünas alim, mərhum M.Seyidov Novruzu in
sanlığın ilk çağlan ilə bağlayır. Onun fikrincə “yazuı gəlişi, hər iki fəslin ara
sında təbii mübarizə ilk ovçuluqla, maldarlıqla, əkinçiliklə uğraşan - məşğul
olan insanı, onun kiçik, böyük toplusunun içindən çıxan müdrikləri, ilkin bi
liciləri, təbiət hadisələrini az-çox götür-qoy edənləri, filosofları düşdündür-
müşdür... Bu ilkm görüşlər nə qədər dürlü olsalar da onların özülü, kökü, ma
yası birdir - ana təbiətdir”. Təbiətdə baş verən hadisələr az-çox aydınlaşdıq
ca bayramların həqiqi mahiyyəti də bir o qədər dərindən dərk edilir. Aydın
olur ki, Novruz bayramı öz mənşəyi e'tibarilə dini mahiyyət daşımayıb, xal
qın bahaıda başlanan təsərrüfat, əkinçilik həyatı ile əlaqədar olaraq ortaya
çıxmışdır. Odur ki, qədim Azərbaycanda baharın, xeyir və bərəkətin simvol
ları olmuş öküz və marala xüsusi, doğma bir münasibət olmuş və onlara çox
lu miqdarda təsviri sənət əsərləri həsr edilmişdir. Mövsüm mərasimlərin
dən bəhs edən Cavad H ey'ət də bu bayramı ibtidai insanların e'tiqadlan, tə
biət hadisələrinə qarşı münasibətləri ve əmək fəaliyyəti ilə əlaqələndirir.
Əkinçilik, maldarlıq, ovçuluq və bu kimi işlərlə də bağlı olaraq mərasimlər
təşkil edilmişdir. Mövsüm mərasimləri içərisində ən çox yayılam yeni il -
Novruz mərasimidir” . Mövsüm mərasimlərinin ibtidai insanın emək fəaliy
yəti ilə bağlılıgı onun dini bayramlardan daha qədim və dərin köklərə malik
olduğunu təsdiqləyir. Bunu Novruz bayramının əzəməti də sübut edir. İstər
qədim dövr və orta əsrlərdə , istərsə də son vaxtlarda* “Novruz” digər bay
ramlardan, hətta qurban ve orucluq bayramlarından dəfələrlə artıq bir təntə
nə ilə keçirilmişdir. Novruz bayramı təbiətə bütün varlığı ile bağlı olan ulu
babalarımızın adət və ən'ənələrilə əlaqədardır.*
Novruz mərasimi xalqlarımızın həyat tərzi, məişəti, əmək fəaliyyəti ilə
sıx bağlı olmuş ve onların təbiətə yanaşmasından yaranmışdır. Təbii ki, hər
xalqın tarixən formalaşmasının, həyat yolunun xüsusiyyətləri, yaşadığı Ölkə
nin coğrafi vəziyyəti ona bir-birindən fərqli milli cəhətlər bəxş etmişdir. İq
limin təkrarolunmaz və gözlənilməz zadisələri də bayramalara öz tə' sirini
göstərmişdir. Professor A.Nəbiyev mövzunu şərh edərək bu fikrə gəlir ki,
daha qədimlərdə təbiətin oyanmasına xoşbəxtlik və səadət rəmzi kimi baxan
insanlar yazm gəlişi, havaların istiləşməsi, yeni əkinçilik mövsümünün baş
lanması, təbiətin yenidən canlanması, yaşıllaşması ilə bağlı müxtəlif nəğmə
lər, oyunlar, mərasimlər yaratmışlar. Bütün bu ilkin, ibtidai sənət nümunəle-
28
• J- 2
ri isə sonralar Novruz ətrafında cəmləşmişdir.
Tarixçi alim T.Bünyadov Novruzu qodim Şərq ölkələrində yaşayan, otu
raq güzəran keçirən və yüksək əkinçilik mədəniyyətinə malik olan xalqlarm
ixtirası, kəşfi, onların bəşərə bəxş etdikləri zəngin m ə'nəvi dünya kimi qiy
mətləndirir. Azərbaycan ərazisi əkinçilik ve maldarlıq təsərrüfat sahələrinin
ilk ocaqları və mərkəzlərindən olduğu üçün Azərbaycan xalqının da bu bay
ramın təşəkkül tapmasında, inkişaf etməsində öz töhfəsi, öz payı və öz yeri
vardır. Əkinçiliklə məşğul olan tayfalar xoş güzəran uğrunda mübarizə apar
mış, qurub-yaratmaq əzmilə məşəqqətlərə sinə gərmiş, eqlin, düşüncənin
gücünə arxalanaraq, alın tərləri, qabarlı əllərilə tərəqqiyə, təkamülə can al
mışlar. Şərq ölkələrilə qarşılıqlı iqtisadi və mədəni əlaqələrin yaratdığı əlve
rişli şərait tədricən Novruz bayramının ilkin izlərinin yaranmasma və təşək
kül tapmasına əsaslı zəmin hesab edilə bilər.
Deməli yaz, onunla bağlı mərasim başlıca olaraq maldarlıqla, əkinçilik
lə, bir sözlə aqrar təsərrüfatla bağlı yaranmış və xalqı gələcək məhsulun
uğurlu olması üçün zəhmətə, fəaliyyətə səsləmişdir. Sonralar insanlar özlə
rinin həyat, sağlamlıq, təmizlik, əmək vərdişi itə bağlı bir çox ayin, e'tiqad
və mərasimini Novruzla bağlamış, beləliklə do onların el içərisində geniş ya
yılmasına və kütləviləşməsino nail olmuşlar. Əkinçinin elik fəlsəfi dünyası
soviyyosino yüksolon mərasim şənlikləri təbiiliyi, səmimiliyi ilə səciyyəvi
dir. Novruz torpağa, onu sevməyə, əzizləməyə, torpaqdan daha bol n e m ə t
götürmoyo çağıran omokçi xalqın bayramıdır. Novruz başdan başa ruh yük-
ö
şəkliyi, emək coşğunluğu, torpağa, insana məhəbbət bayramıdır. *
*
3
4
5
1 Mirzə İbrahimov. Novruza layiq hədiyyə. Novruz (toplu), Bakı, Yazıçı, 1989, s.5.
İ.
Azad Nəbiyev. Elin əziz bayramı. Yenə orada, s.7.
3.
Teymur Bünyadov. Novruz bayramının tarixi köklən. Yenə orada, s. UU-liO .
4. Mirəli Seyidov, Göstərilən əsəri, s.95.
5. Azab Nobiyev. Göstərilən məqaləsi, s.7-14.
29