Və İNCƏSƏNƏt universiteti TƏLƏBƏ elmi CƏMİYYƏTİ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix23.08.2018
ölçüsü3,34 Mb.
#64001
1   2   3   4   5   6   7   8   9   ...   24

Quzum bulağa çıxıb,

Enib bulağa çıxıb,

Siz allah, xoş söz deyin!

Yarım qulağa çıxıb.

Söz  arasında  onu  deyim  ki,  Novruz  bayramı  ərətəsində,  xüsusilə  çər­

şənbələrdə,  ələlxüsus  İlaxır  çərşənbədə  narahat  söz  danışmaq  olmazdı. 

Axı,  kim  isə bunu  eşidər,  falı pis  alınar,  bütün  il  uzunu n ə narahatçılığı  ol­

sa, həmin sözə bağlardı.  Axı falına pis söz çıxıb.  Söyüş,  qarğış, nifrin... ki­

mi  mənfiliklər qətiyyətlə  qadağan  idi və  pislənərdi.  Belə  söz  ağzından  çı­

xan  adamı  dar-dar danlayardılar “Xalxın  niyyətinə  bəd  fal  açma”  deyərdi­

lər.


Axır çərşənbə əzizləri yada salar, xörək, xonça payı göndərərdilər. Va­

lideynlərdən  başqa heç  yerə  qonaq  getmək  olmazdı.  Bu  axşam və bayram 

axşamı mütləq hərə öz ocağının başmda əyləşib, öz çırağını yandırmalıydı. 

Əzizlərin  ruhu  gəlib  ocağın  işığını  görməsə,  ailə  başçısına  “qarğış,  nifrin 

edərdi”.  Hərə  öz  evində  ailəsini  başına  toplayıb,  əlvan  xonça  ətrafında 

şamların işığında, ləzzətli xörəklərlə şam edərdilər. Al xınalı ellər zəfəran­

lı  plovu boşqablara çəkəndə, adamın iştahı  artırdı.

Bayram axşamı  əzandan xeyli  əvvəl  qəbr üstə  gedib,  əziz valideyn vo 

başqa  qohumları yada  salmaq,  qəbr üstə  şam yandırıb  dilənçilərə  şirniyyat 

paylamaq,  ölənlərin  ruhuna yasin  oxutdurmaq  adət idi.  Amma qəbirdə  ya­

tan  nə  qədər  əziz,  yaxın olsa da,  bayram  axşamı  şivən  salıb,  oxşamaq,  ağı 

deyib  ağlamaq  yaramaz.  Təəssüflə,  rəhmətlə  yad  etmək  lazımdır,  vəssa­

lam!

Novruz bayramı hom folklorumuzda, həm də poeziyamızda özünə mü- 



oyyon, layiqli yer tutub, ayrıca, geniş mövzudur. Amma bu əziz bayramdan, 

bu  qədim  bayramdan,  bu  qanımıza hopmuş  bayramdan yazan  şairlər  içəri­

sində  ikisinin  adını  xüsusilə  qeyd  etmək  istoyirom.  Əgər  incə,  romantik 

ruhlu şair Abbas  Səhhət



Gəldi Martın doqquzu,

Bayram  etdik Novruzu.

(köhnə  stillə  martın  9-na  düşürdü)  misraları  ilə  başlayan  şe'rinde  vurğun- 

vurğun təbiətin gözəlliklərindən, təbiət mənzərələrinin Novruzun gəlişi ilə 

dəyişdiyindən, baharın təbiətə əlvan bayram libası geydirməsindən danışır­

dısa,  uşaqların qəlbində romantik bir nəş'ə oyadırdısa,  inqilabın alovlu  sa- 

tiriki Mirzə Ələkbər Sabir evlərində gur şamlar yanan, mətbəxlərindən qu­

zu  pilov,  fısincan ətri  qalxan,  uşaqlarına zər-ziba geyindirən varlılarla zə- 

1 4   ___________________________________________

manesinin binəsiblərini  qarşılaşdırır,  əğniyalara qarşı bir üsyan qaldırırdı:

Ey tökən mollaların kamına şərbət Novruz,

Əğniyalarla quran məclisi-işrət Novruz.

Səndə  hər kəs sevinir,  bəs niyə  ancaq füqəra 

Çəkir övladını gördükcə xəcalət,  Novruz?!

Bu  epiqramması  ilo  səsləşən  son  şehlərindən birində  dərin  istehza  ilo 

deyirdi:

On bir ay  nalə  çəkib, ağlayıb ah-vay  edərik,

Bir ayı ləbləbi-kişmiş yeyib oxqay edərik.

-  deyə xalqın cəhalətdə  saxlanmasına  qarşı  e'tirazını bildirirdi.

Çərşənbələrin,  bayram  axşamının  öz  xörəkləri  var.  Hərə  ö/,  sınağına 

görə bişirər xörəyi. Amma İlaxır çərşənbə və bayram axşamında turşulu pi­

lov bişirmək olmaz.  Y ə'ni  narqovumıa,  lurşuqovurma,  sirkəpilov, zirincpi- 

lov bişirilməz. Bizim covqanın sınağı belədir. Yalançı çərşənbədə mərcipi- 

lov, xəbərçi çərşənbədə - Lobyaçilov balqabağnan, Birinci çərşənbədə (su)

-  narqovurma,  ya  turşuqovurma,  ikincidə  (od)  paxlapilov,  üçüncüdə  (tor­

paq) səbziqovurma. İlaxır çərşənbədə çığırtına və ya şirinpilov, kişmiş qay- 

sıyla,  bayram  axşamı  toyuqpilov,  amma  turşməzə  ləvəngi  ilo  deyil,  şirin 

kişmiş  qatla touyğu doldurub aşın  altına qoyulan növündən.

Bayrama bir  neçə  gün  qalmış  şəkərbura,  paxlava,  badamburma,  bal li­

badı,  şəkortıxma,  badamh-püsteli  halva,  ədavalı  halva  və  s.  bişirilər.  Yal­

nız  hüzür  olan  “Qarabayram”  keçirməli  olan  evlərdə  şorqoğalı,  külçə  vo 

umac  hazırlanar.  Belə  qəmli  olmayan  evlərdə  şorqoğalı  bişirilməz.  Bişiri­

ləm do qəbr üstündə halva-külçə ilə birlikdə paylayarlar. Şorqoğalı bayram 

süfrəsi  üçün hesab  olunmaz.

Bayrama,  hələ  İlaxır  Çərşənbəyə  bir-iki  gün  qalmış  evlər-eşiklər  tər­

təmiz  təmizlənir,  divarlar  ağardılar,  ilin  pasından  armar,  pal-paltarlardan 

biri  də  çirkli  qalmamalıdır.  Kəsafət hesablanar,  “bayram küsər yoxsa”.  Bir 

gün  irəli  hamı hamamlanar,  təzə  bayram  paltarı  geyər,  əllər-ayaqlar həna- 

lanar,  xınanı qızlar lap  “qızyığdıdakı” kimi bir yerə  toplanıb xına  yaxarlar: 

saçlarına,  əl-ayaqlanna  isə müxtəlif alxına naxışları  salarlar,  qarılar,  qoca­

lar  “fındıqça” xına yaxar,  yə'ni  yalnız barmaqlarının birinci  buğumunu  xı- 

nalayarlar.  Bütün əl-ayaqlarım yox.

Bayramaxşamı  pilovundan, m üxtəlif şirniyyatdan xonça tutub  əzizləri, 

xüsusilə nəslin yaşlı nümayəndələrini təbrikə  getmək vacib idi. Küçələrdə 

əli  bağlamalı  cavanlar  görünərdi.  İlaxır  çərşənbədə,  eləcə  də  bütün  başqa

____________________________________________________________________________________________________________________________  



15


çərşənbələrdə  “yaylıq sallamaq” adəti var idi. Həmin qurşaqlara, yaylıqla­

ra  hədiyyələr,  şirniyyat,  bayram yemişi  yığardılar.  Bayram yemişi  əsasən, 

qum  meyvələrdən  ibarət  idi:  alma qaxı,  armud  qaxı,  gavalı,  zoğal  qurusu, 

alana  (içi  şəkərli qoz doldurulmuş incir və ya qaysı),  buna bə'ziləri miyan- 

pur da  deyirdi.  Xüsusi  qovurğa  qovurulurdu,  yə'ni  təmiz arınıb  yuyulmuş 

buğdanı  qovurur,  içərisinə  küncüt,  çətənə,  xırdalanmış  qoz  və  fındıq,  ba­

dam  qatırdılar.  Qocalar  üçün  həmin  qovurğam  el  dəyirmanında  (girgirə) 

çokib,  üstünə  bəkməz (doşab) gəzdirərdilər,  yumşaq olardı,  qaşıqla yeyər­

dilər dişi olmayanlar.

İltəhvil  vaxtı,  y ə'n i  gecə  ilə  gündüzün  tarazlaşdığı  o  anı  anam  xüsusi 

marağımıza  səbəb  olan hazırlıqla başlardı.  Naxışlı  mis  məcməimizin  orta­

sına  əsil  çinidən  olan  qedim  lacvərdi  kasamızı  qoyar,  içərisinə  zə'fəranla 

adlarımızı yazardı.  Sonra  onun dövrəsinə bir qum balıq qoyar və yeddi  qi­

sim  “s”  hərfilə  başlayan  şey  düzərdi:  piyalədə  SU,  SƏMƏNİ,  SÜMBÜL, 

SÜD,  SONGSİTARƏ  (ay  başı)  boyunbağı,  üzü  qozla  bəzənmiş  SUCUQ 

nimçəsi,  SÜRMƏ.  “S” ilə əşya və ya ərzaq  tapmaqda çətinlik çəkəndə za­

rafata keçər,  təklif edərdik:

- Ana,  sirkə,  sarımsaq,  soğan...

-  Olmaz!  Turş,  acı şeyləri yeni  İltəhvil  xonçasına düzməzlər.

-  Onda  “S” ilə  səm ək - balıq ərəbcə sıynan başlayır da...

Gülümsərdi,  amma  bizə  heç  no  deməzdi.  O  qorxunc,  o  ağır,  o  çətin

1937-39-cu illərdə çoxlarının Novruz bayramı adını  çokmoyo dili  belə gəl­

m əyən  vaxtlarda  analarımız,  qapı-pəncəreni  yad  gözlərdən  bərkidib  bizi 

süfrə başına, Novruz bayramı süfrəsinin dövrəsinə yığar, yavaş səslə də ol­

sa  hər  birimizin  bayramını  təbrik  eder,  bu  gözəl  əıı'ənoni  unutmağa  qoy­

maz, qoruyardı. Bax, bu bayram xalqımızın qəlbinə, şüuruna, məişətinə be­

lə  daxil olub;  onu heç  nəylə unutdurmaq olmaz.

Küsülülər mütləq barışar,  kiçiklər böyüklərin  görüşünə  gedər.  Amma 

belə  də  olurdu  ki,  qohumun  ailə  başçısı  yoxdursa,  nəslin  böyüyü  həmin 

külfəti  özü  gedib  yoxlayır,  bayramlaşır,  kiçiklərin  gəlməsini  gözləmirdi. 

Çünki  həmin ailənin  “qəlbi  sınıqdır,  könül  tikmək isə  savabdır”.

Bayram  günlərində  nəslin  böyüklərini  əvvəlcə,  ehtiyacı  olanları  isə 

bundan sonra, amma mütləq yoxlar, bayramlaşar,  hədiyyə verər,  könül  al­

mağı  bacarardılar.

Bayramlaşmalar  kişilər  arasında  üç  gün,  qadınlar  arasında  on  gün, 

bə'zən bir ay çəkərdi.  Elə görərdin ki,  dosilar,  rəfiqəler,  ailə  üzvləri  dəs­

tə-dəstə  bu  evdən  o  birinə  keçdi  və  bayramlaşdı.  Şirniyyat  evlərdə  o  qə­

dər çox olardı ki,  görüşlərin çoxundan şirniyyat dadmalı olanlardan be'zi- 

si  “Bayrambəyi”  olub  xəstələnərdi  də.  Belə  yüngül  “xəstəliyə”  zarafatla 

gülərdilər.

Novruz  günlərində  seməniyə  xüsusi  qulluq  edərdilər.  Səməni  həm 

külfət üçün, həm de əzizlənənlərin adma tökülərdi xüsusi mıs sını ve boş­

qablara.  Onlara elə qulluq edərdilər ki, “ömrü uzun”  olsun, tez saralıb-sol­

masın.  Hər  səhər  su  səpər,  altının  kiflənmiş  rişələrini  təmizlər,  çox  uza- 

nıbsa  ucun  kəsər,  saralanda  sərin  yerə,  gec  çıxanda  ıstı  yerə  qoyardı  ar. 

Səməni evdə on iki  gün qalmalıydı.  On  üçüncü gün anam elimizdən  tutub 

bizi “səməni axıtmaq” seyrinə aparardı.  Yüngül yemək goturər,  səmemlə- 

rimizi təmiz dəsmala büküb aparardıq.  Mütləq axar  su, çay  qırağı,  Bakıda 

isə dəniz kənarına gedərdik.  Səməndərimizi axar suya buraxardıq.  Bır d ə­

fə  də-  “Səməni,  saxla  məni,  ildə  göyərdərəm  səm”  deyib  yola  salardıq. 

Səməni bərəkət  rəmzidı,  çörək,  ne'mət,  ruzu rəmzidir,  axı.  Onu zibilliyə 

atmaq olmaz!  “Günahdı”  deyərdilər.  Pak suya  axıdardılar.  Sonra da  sahil­

də,  göy otların üstündə  süfrə  salar, birlikdə yüngül nahar edər,  gəzişər  və 

təzəcə  boy  verən  yamyaşıl  otlardan  barmağımıza  uyğun  bir  tutam  tutar, 

ucunu yüngülcə burub üstünə xırdaca bir  daş  qoyar,  “mənim  sarılığım  sə ­

nin,  sənin təzə-tərliyin menim”  deyərdik.  Bu bizim Novruz bayramındakı 

son  diləyimiz idi,  son ibadət kimi.

Bəlkə do anam yalnız öz kiçik yerli adətlərindən danışırdı,  Vətənim i­

zin başqa ellərində, kənd  vo şəhərlərində  başqa daha gözəl,  görməli,  sax- 

_  


1

 amalı  adətlərimiz  var.  Hamısını  öyrənməliyik  ki,  heç  biri  unudulmasın.

Əslində hamısı bir-birinə bağlı  olan  bu adətlərdə xalqımızın,  ulu baba  və 

(V   nənələrimizin ürəyi,  arzu  və  diləkləri  mühafizə  olunmuşdur.  Keçmişi  ol- 

Л   mayan  xalqın gələcəyi de yoxdur deyiblər.  Biz də deyək iki  olsun, üç  ol- 

ГЧ  sun,  istəməyənlərin könlü puç olsun.

V  

Amma bircə şeyi də yada salmaq lazımdır.  Çox deyirlər ki, bu bayram 



da dinidir.  Amma “deyil” deyənlər  çoxdur.  Bizim bircə  sübutumuz budur 

ki,  əgər  dini  bayram  olsaydı,  Qurban  bayramı  kimi,  Qədir  gecəsi,  Oruc 

bayramı  kimi  onun  da  namazı  olardı,  duası  olardı.  Halbuki,  dünyamızda 

yeganə  bayramdır ki,  nə  rəsmi,  qeyri-rəsmi namazı  var, nə  duası.  Namazı 

da,  duası da bizim istəklərimiz,  millətimiz, xalqımız üçün xoş  olan arzula­

rımızdır.  Üzü  gülər bayram yurdumuza xoş  gəlir.  Həmişə  gəlişi  qəlbləri­

mizdə  işıq,  evlərimizdə  şam,  doqqazlarımızda  tonqal  yandırıb.  Əbədi  ol­

sun.


i t

17

16

*

*




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə