90-cı illər isə mövzunun geniş vüs'ət aldığı bir dövrdür. V.Adıgözəlov
“Novruzum” adlı kantatasmı bəstələyib, C.Quliyev mahnı jannnda, teatr mu
siqisi sahəsində məhsuldar işləyir. E.Dadaşova, S.Fərəcov, C.Abbasov öz
yeni əsərlərini yazır. A.Dadaşov, Ş.Axundova, Ə.Cavanşirov, İ.Abdullayev
və başqaları m üxtəlif janrlarda əsərlər yaratmışlar.
Novruz bayramı mövzusu hər bir Azərbaycanlı üçün doğma olduğundan
mövzuya maraq ilbəil artır və ümid etmək olar ki, bundan sonra daimi olaraq,
bu məzmunda yeni-yeni gözəl əsərlər yaranacaqdır.
M İN AXANIM ƏSƏDOVA
ADMİU-nun baş müəllimi
“N O VRU Z”A.ŞAİQ YARADICILIĞINDA
Əsərlərin süzgəcindən keçmiş, tanx boyu insanların qan yaddaşında qo
runmuş, məişətdə bir ən ənəyə çevrilmiş, intizarla gözlənilən bayramlarımı
zın ən ümdəsi Novruzdur. Bu bayramın yaranışı insanın öz varlığım, yaşadığı
mühiti dərk etdiyi vaxtdan başlanır. Odur ki, zamanın çevrəsi dəyişdikcə, şü
ur inkişaf etdikcə Novruzun da ən'ənələri təkmilləşir. Baharın gəlişi yeniləş
mə, saflaşma, ruhun təzələnməsi deməkdir. Yazm vəsf edilməsi şifahi xalq
ədəbiyyatında, folklor nümunələrində minlərlə şe'rlər, sanamalar, bayatılar,
nəğmələr şəklində intişar edib. Yazıçılar, şairlər, yaradıcı insanlar ən gözəl
əsərlərini, şe'rlərinı, nəğmələrini, dram əsərlərini Novruza həsr ediblər.
Arxeoloji abidələrdən m ə'lum olur ki, bu ən'ənə ilkin dövrlərdən müx
təlif sənət əsərləri, kiçik heykəllər vasitəsilə qorunub saxlanmışdır. Orta
əsrlərin yazılı mənbələrində isə çox az yazıçı və şair tapılar ki, onun əsərlə
rində Novruza xüsusi yer ayrılmasın. Son yüzillikdə, o cümlədən Cümhuriy-
yətəqədərki və sonrakı dövrlərdə də Bahara dair tədqiqat əsərlərinin sayı-he
sabı yoxdur. M.Ə.Sabir, A.Səhhət, S.Vurğun və digər iste'dad sahibləri kimi
Abdulla Şaiq də bütün yaradıcılığı dövründə öz əsərlərində Bahar mövzusu
na xüsusi yer ayırmışdır. A.Şaiq nasir, şair, dramaturq, görkəmli pedaqoq ola
raq, istər uşaq şe'rlərində, istər nəsr əsərlərində, pyeslərində və istərsə də
pedaqoji fəaliyyətində milli adet-ən'ənələrin simvolu olan Novruz mövzusu
na biganə qalmamış, uşaqlarımızın, gənclərimizin milli ruhda tərbiyə edil
məsinə, ana dilində təhsil almasına çalışmışdır.
3 4
Bahar eylədikcə naz,
Elin kefi olur saz-
Əkir, biçir həvəslə,
Deyir: - Var ol, gözəl y a z ' - söyləyən şair yenicə dil açmış körpənin
dərk edəcəyi şəkildə baharı tərənnüm edir, uşaqlara Novruzun əkin, biçin,
əmək bayramı olduğunu aşıl ayır. “Bahar”, “Bənövşə””, “Bülbül”, “Tura-
ğay”, “Bahar bayramı” kimi onlarla şe'rləri bütün uşaqlar əzbər bilir.
A.Şaiqin pedaqoji fəaliyyətində də bu ən'ən ə özünü bariz şəkildə göstə
rir. Hələ çar üsul idarəsinin tüğyan etdiyi, ana dilində danışmağın yasaq edil
diyi bir dövrdə ilk milli dərsliyin müəllifi olan A.Şaiq “Uşaq gözlüyü”, “Gül
zar”, “Türk çələngi”, “Müntoxabat”, “Ədəbiyyat dərsləri” kitablarında Nov
ruza xüsusi yer ayırmış, ziyalıların, şair və nasirlərin ədəbiyyat nümunələri
ni bir yerə toplamışdır. 1919-cu ildə nəşr olunmuş, üçüncü və dördüncü sinif
lər üçün nəzərdə tutulmuş “Türk çələngi” kitabında görkəmli şair və drama
turq Hüseyn Cavidin-
Bahar, bahar gəlmiş, yenə ilk bahar;
Güllər, çiçəklər gülər, quşlar oynar.
Göyün altun saçlı qızı nur saçar,
İnsanların tutqun könlünü açar
- mislaran ilə başlanan “İlk bahar” şe'rində Novruz məhəbbətlə tərənnüm
olunur.
Təsadüfi deyil ki, Şaiq şairliyindən çox müəllimliyi ilə fəxr edirdi. O,
yaratdığı dram əsərlərində, tərcümə və təbdillərdə do tərbiyəviliyi əsas gö
türürdü. Bu səbəbdəndir ki, A.Şaiqin əsərləri ilə böyük bir nəslin əxlaqlı,
milli ruhda yetişməsinin böyük əhəmiyyəti olub. İlk dram əsərləri olan “Gö
zəl bahar”, “Çoban”, “Danışan kukla”, sonralar yaratdığı “Xasay”, Vətən,
“Eloğlu”, “Ana”, “Nüşabə” peysləri milli adət ən'ənələri vəsf edib. Cümhu
riyyət dövründə bu xüsusiyyətlər, kökünə, tarixinə qayıdış daha obrazlı şə
kildə görünürdü. Sonralar totalitar rejimin hökm sürdüyü dövrlərdə də N ov
ruzun ruhu duyulur, gizli də olsa ən'ənələrə riayət edilirdi.
Abdulla Şaiq 1961-ci ildə çap olunmuş “Xatirələrim” kitabında Bahar
mövzusuna xüsusi yer ayırmış, onu “təbiətə bütün varlığı ilə bağlı olan ulu
babalarımızın adət və ən'ənələri ilə əlaqədar olan”4 bir bayram kimi qiymət
ləndirmişdir. 1
2
3
4
1. Abdulla Şaiq. Əsərləri. Ill cild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1972, s.26.
2. Abdulla Şaiq. Türk çələngi (dərslik). Bakı, Hökumət mətbəəsi, 1919, s.401.
3. Abdulla Şaiq. Əsərləri V cild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1974, s.26.
4. Abdulla Şaiq. Xatirələrim. Bakı, Uşaqgəncnəşr, 1961, s.41.
3 5
Novruz rəmzlər, simvollar, qalibiyyət bayramıdır. Bu baxımdan öz əsər
lərində qədim ayinlərə, mifoloji xüsusiyyətlərə, rəmzi xarakterlərə xüsusi yer
ayıran Abdulla Şaiqin “Gözəl bahar” əsəri maraq doğurur. Bu pyes Azərbay
canda uşaqlar üçün yazılan ilk dram əsəridir. Burada Bahar, Yer, Su, Boran,
Külək kimi təbii ünsürlər şərti olaraq obraz kimi səhnəyə gətirilir və dilləndi-
rilir. Qış istibdadın, Bahar isə azadlığın rəmzi kimi göstərilir. Yer, Su, Qaran
quş, Torpaq, Çiçəklər Baharın ordusunu, Boran, Qar, Külək isə Qışın ordusu
nu təmsil edir. M üəllif təbiətin bu əksliklərini sadə bir dillə uşaqlara başa sa
lır, bu haqda alleqorik şəkildə onlara məTumat verir, təbiət hadisələrinə ma
raq oyadır. Pyesdə təsvir olunan bütün qüvəllər bir-birinə zidd qütblərdə top
lanmışdır. Boranlı Qış ilə səfalı Bahar arasında gərgin mübarizə gedir. Nəha
yət, Bahar qalib gəlir. Səhnə arxasından təntənəli mahnı eşidilir:
Yaşıllaşır bağ, çəmən,
Bir səs gəlir hər у etidən
Xoş gəldin gözəl Bahar!
Yaşa-yaşa bəxtiyar.
Təsadüfi deyil ki, bu əsərin əlyazmasmı oxuyan F.Köçərli pyesi operet
ta yazmaq üçün Ü.Hacıbəyova verməyi Şaiqə məsləhət görmüşdü.2 Akade
mik Kamal Talıbzadə bu əsərin səhnə taleyi haqqında deyir ki, “Gözəl ba
har” pyesinin ilk rejissoru, musiqi tərtibatçısı, rəssamı A.Şaiq özü olubmuş.
Dərs dediyi Realni Məktəbin şagirdləri ilə tamaşa hazırlayan müəllim bütün
personajlarm geyimlərini rəngli kağızlardan özü düzəldibmiş. Sonralar bu
osər uzun müddət repertuardan düşməmiş, görkəmli səhnə ustası Л.М.Şərif
zadənin rejissorluğu ilə tamaşaçılara göstərilmişdir.
Novruz insanlığın, təbiətin qürur, qalibiyyət bayramıdır. Təbii ki, hər bir
xalqm qələbəsi üçün onun mütləq birliyə və vahid amala sahib olması vacib
dir. Bu mə nada Novruz milli olduğu qədər də bəşəridir vo bütün Türk
xalqlarının birliyi tarixən qədim köklərə malik olan Novruzun qələbəsidir.
İQT^bdulla Şaiq. Əsərləri, III cild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1972,
^2. ı Abdulla Şaiq. Əsərləri, III cild, Bakı, Azerbaycan Dövlət Nəşriyyatı, 1974,
36
VÜSAL BAĞIROV
Azərbaycan EA Memarlıq və İncəsənət
İnstitutunun dissertantı
HEYKƏLTƏRAŞLIĞIN İNKİŞAFINDA E TİQAD,
A YİN VƏ MƏRASİMLƏRİN ROLU
Azərbaycan heykəltəraşlığınm mənşəyi vo tarixi kökləri barədə müəy
yən təsəvvürlər yaradan Qobustan qaya təsvirləri incəsəntimizin hələ mezo-
lit dövründə yaranmağa başlamasından xəbər verir. Sonrakı dövrlərdə hey
kəltəraşlıq özünəməxsus çox mürəkkəb bir inkişaf yolu keçmişdir. Plastik
sənət növü kimi xalq yaradıcılığının bir çox sahələrini özündə birləşdinniş,
bədii metal e'malı, keramika, daş üzərində oyma kimi sənətlərin sintezindən
yaranmışdır. Bədii metal ustalarının mürəkkəb plastik forma olan dairəvi
heykəl nümunələrini mum - model üsulu ilə tökməsi dövrünə görə mütərəq
qi bir addım idi.’ Alban dövrü plastikasının zirvəsini təşkil edən daş heykəl
təraşlıq mə'bəd daxilində qoyulmaq üçün portret və simvolik qabarıqlar, ki
çik kişi büstü, nəhəng ilahə heykəli və s. ilə qədim təsviri incəsənətimizi
zənginləşdirmişdir.2 Ilcykəltoraşlığın belə bir inkişafını istiqamətləndirən
amillər içərisində dini e'liqadlar, ayin və mərasimlər aparıcı mövqe tutmuş
dur. Lakin incəsənət haqqında külli miqdarda osərlər yazılmasına, bu barədə
çoxsaylı fikirlər söylonmosino baxmayaraq, indiyə qədər heykəl təraşlığın
yaranmasının “ümumi qanunauyğunluqları” tam mə lum deyil. Z.Yampolski
yazır ki, təbiətə vo erkən ictimai təzahürlərə (daşla müşayət olunan əmək)
incəsənət üçün xarakterik olan proporsiya, simmetriya, uyarlıq, ritm, parlaq
lıq kimi - insanlar üçün xeyirli olub xoş hisslər oyadan - xüsusiyyətlər xasdır.
Buna görə də bütün bu xüsusiyyətlərin qavranılması incəsənətin yaranması
üçün əsas ola bilməzdi. İncəsənətin hiss olunan bütün növləri, eləcə də hey
kəltəraşlıq insanlara lap qədimdən mə'lum olub. İncəsənətin bütün hiss olu
nan növləri daş dövründə, ov qabağı hadisələrlə bağlı ictimai əsaslar üzərin
də yaranıb.’ Ümumiyyətlə, incəsənətin mənşəyi məsələsi hələ uzaq keçmiş- 1
2
1. S.B.Aşurbəyli. Qədim ve orta əsrlordə Azərbaycan heykəlteraşlığı (rus dilindo).
Azərbaycan Tarixi Muzeyinin əsorləri, I cild, Bakı, 1956, s.70-71.
2. N.I.Rzaycv. Qafqaz Albaniyası incəsənətinə dair. Azərb. SSR EA-nın xəbərlorı
(ictimai elmlər seriyası), Bakı, 1961, N3, s.49-63.
3 Z Yampolski. incəsənətin yaranması haqqında. Qobustan, N1(41), Azərnəşr,
1979, s.92-93.
3 7