228
Ağciyər zədələnmələri və ağciyər
kökünün zədələnmələri
Mezenterial düyünlərin zədələnmələri
Limfa düyünlərinin çox saylı zədələnmələri və/yə ya splenomeqaliya, digər lokalizasiyalı
limfoadenitlər
Dessiminə olunmuş BSJ-infeksiya; generalizə olunmuş; ölümlə nəticələnən
BSJ vaksinasiyası səbəbindən yaranan postvaksinal sindromlar və ya patoloji
dəyişikliklər
Yerli xroniki dəri ağırlaşmaları (kelloid çapıqlar, histiositomalar)
Kəskin dəri səpkiləri (düyünlü eritema),
digər növ səpkilər
Görmə orqanları tərəfindən ağırlaşmalar
Ölümlə nəticələnməyən digər sindromlar
Ölümlə nəticələnən digər sindromlar
Ağırlaşmaların müalicəsi
Əksər hallarda yerli ağırlaşmalar (dəri və periferik limfatik düyünlərin zədələnmələri) öz-
özünə sağalır və spesifik müalicə tələb etmir. Proqressivləşməyə meylli olduğu halda spesifik
müalicə aparıla bilər.
Sistem ağırlaşmaları olduğu halda, izoniazid, rifampisin, etambutol əsasında qurulan
kimyəvi terapiyanın tam kursunun aparılması və müvafiq simptomatik müalicənin təyini
məsləhət görülür.
229
KİMYƏVİ PROFİLAKTİKA
Kimyəvi profilaktikanın növləri
Kimyəvi profilaktika - yoluxmanın qarşısının alınmasıdır.
Preventiv (Qabaqlayıcı) terapiya (PT) – vərəm infeksiyasının proqressivləşməsi və onun
fəal xəstəlik formasına keçməsinin qarşısının alınmasıdır.
KP və preventiv terapiyanın rejimləri bir-birindən fərqlənmir, buna görə də protokolda
ümumi termin kimi – “
kimyəvi profilaktika” istifadə olunur.
KP-nin aparılması üçün əsaslar
Hal-hazırda mikobakteriyalarla yoluxmanın diaqnostikası üçün İGRA üsullarına əsaslanan
sınaqlar və tuberkulin sınaqları istifadə olunur.
Mikobakteriyalarla yoluxmanın diaqnostikası üçün hal-hazırda İGRA metodikalarına
əsaslanan Mantu reaksiyasından və sınaqlardan istifadə olunur (təsviri aşağıda verilib). İmmun
cavab yoluxmadan 2 ay sonra formalaşır. Bundan sonra yuxarıda adları çəkilən sınaqlar müsbət
olurlar.
Vərəm infeksiyasının proqressivləşməsinin risk amilləri
Cədvəl 1. Vərəmin latent formasının proqressivləşməsinə təsir göstərən risk amilləri
Risk amili
Vərəmin
müqayisəli
riski
5
А. Yüksək risk (müayinə və KP bütün yaş qruplarında göstərişdir)
QİÇS
110 – 170
İİV-infeksiyası
50 – 110
Sonrakı immunosupressiv terapiya ilə müşaiyət olunan orqan
transplantasiyası
20 – 74
Silikoz
30
Xroniki böyrək çatışmazlığı və hemodializ
10 – 25
Başın və boyunun
bədxassəli törəmələri
16
pləri, 5-ci bənd).
5
İF- müalicənin intensiv fazası
230
Vərəmə bu yaxınlarda yoluxma (≤ 2 il)
15
Spontan sağalmadan sonra ağciyərlərin yuxarı paylarında fibroz-
ocaqlı dəyişikliklər
6 – 9
Şiş nekrozu faktoru amili inhibitorları ilə müalicə (TNF-α): etanersept,
infliksimab və s.
1,7 – 9,0
B. Artmış risk (müayinə və KP 65 yaşdan cavanlarda göstərişdir
**
)
Kortikosteroid dərman
vasitələri ilə müalicə
4,9
Şəkərli diabet (bütün növləri)
2,0 – 3,6
Ömrün ilk yaşlarında yoluxma (0-4 yaş)
2,2 – 5,0
C. Cüzi artmış risk (müayinə və müalicə 50 yaşdan cavanlara göstərişdir)
Bədən çəkisi defisiti (normadan <90%; əksər hallarda BÇİ ≤ 20)
2 – 3
Siqaretçəkmə (günə 1 qutu)
2 – 3
Ağciyər rentgenoqramlarında qranulomatoz dəyişikliklər
2
D. Cüzi risk (müayinə və müalicə 35 yaşdan cavanlara göstərişdir
**
)
Risk amilləri və rentgenoloji dəyişikliklər olmadan gizli vərəm
1
E. Çox aşağı risk (müayinə və müalicə tələb olunmur)
Təkrari müsbət Mantu reaksiyaları olan insanlar (güclənmə effekti və
ya buster-effekt), risk amilləri və rengtenoloji dəyişiklikləri
olmadan
0,5
Yaş qruplarına bölgü izoniazidlə KP aparıldığı halda medikamentoz hepatitlərin əmələ
gəlmə tezliyi əsasında məsləhət görülür
65 yaşdan yuxarı: hepatitlərin tezliyi 5%-dən yuxarı
50-65 arasında yaş: hepatitlərin tezliyi 3-5%
35-50 arasında yaş: hepatitlərin tezliyi 1-3%
35 yaşdan aşağı: hepatitlərin tezliyi 1%-dən aşağı
Kimyəvi profilaktikanın aparılması üçün göstərişlər
KP-yə başlamazdan əvvəl vərəmin fəal formasının inkar edilməsi üçün tam klinik,
bakterioloji və rentgenoloji müayinənin aparılması mütləqdir.
KP-nin təyin edilməsi latent vərəmin fəallaşma riskinə və müxtəlif yaş qruplarında KP-nin
təyin edilməsi ilə əlaqədar əlavə təsirlərin inkişaf risklərinə aid məlumatlar əsasında aparılır
(cədvəl 1-ə bax).
231
Mantu sınağının
virajı KP təyin edilməsi üçün əsasdır. KP-nin uzunmüddətli, çoxillik
qoruyucu effekti təsdiq olunub, buna görə də təkrar kurslara ehtiyac yoxdur, yalnız təkrar
yoluxma riski olan ağır immunodefisiti olan xəstələr istisna təşkil edir.
Bəzi hallarda Mantu reaksiyası “mənfi” olan insanlara da KP təyin edilir: vərəmli xəstə ilə
təmasda olanlara, yoluxma və infeksiya inkişafının risk faktorlarının olduğu halda (aşağıya bax).
Vərəmin gizli (latent) formasının müayinə və müalicəsi tələb olunan əhali qrupları
1.
1-15 yaş arasında olan uşaqlar
Müayinə: Tuberkulin sınaqları hər il aparılır. Bu cür müayinə qrafikinə riayət edildikdə
tuberkulin sınağının virajı infeksiyaya yoluxmanı təyin etməyə kömək edir (2 ildən az müddət
ərzində baş vermiş), bu da öz növbəsində vərəmin latent formasının proqressivləşməsi ehtimalları
ilə əlaqədardır (“А” risk qrupu, cədvəl 1)
KP: İzoniazid (6 ay)
Mantu sınağının konversiyası (virajı) olan uşaq və yeniyetmələrdə aparılır.
2.
Vərəmli xəstə və ya xəstələrlə təsadüfi təmasda olmuş şəxslər
Müayinə:
VM ifraz edən xəstə ilə təmasda olduqda, mütləq olaraq vərəm əleyhinə preparatlara
həssaslıq yoxlanılmalıdır
Təmasdan 2 ay sonra tuberkulin sınaqları aparılmalıdır
Mantu reaksiyası “müsbət” olan insanlarda aktiv vərəm prosesinin inkar edilməsi üçün
müvafiq klinik, bakterioloji və rentgenoloji müayinələr aparılmalıdır
Mantu reaksiyaları “mənfi” olan şəxslərdə təkrari sınaqlar 2 il ərzində 6 aydan bir aparılır
KP: VM-nin dərmanlara qarşı həssaslığı təyin edildikdən sonra aparılmalıdır:
Mantu reaksiyası “müsbət” olduğu halda
35 yaşa qədər – bütün təmasda olan şəxslərə
35-50 yaş – risk səviyyəsi “А”, “B”, “C” olanlara (cədvəl 1-ə bax)
50-65 yaş – risk səviyyəsi “А”, “B” olanlara
65 yaşdan yuxarı – risk səviyyəsi “А” olanlara
Mantu reaksiyası “mənfi” olduğu halda
İmmunodefisit vəziyyətlə əlaqədar anergiyası olan şəxslərə: İİV/QİÇS, immunosupressiv
terapiya, anadangəlmə immunodefisiti
3.
Vərəm ocaqlarından olan şəxslərə
Müayinə:
Ocaqda yoluxma mənbəyi olan VM ifraz edən xəstədə VM-nin vərəm əleyhinə dərmanlara
həssaslığının müayinəsi
MÜTLƏQDİR.
Ocaqdan olan bütün şəxslərin ilkin müayinəsi zamanı tuberkulin sınaqları aparılmalıdır.
“Müsbət” Mantu reaksiyası olan insanlarda aktiv vərəm prosesinin inkarı məqsədilə
rentgenoloji müayinə aparılmalıdır.
Aktiv vərəm prosesi müəyyən edilmiş xəstə ilə kontakta olmuş “mənfi” Mantu reaksiyası
olan şəxslərə təkrar tuberkulin sınaqları hər 6 aydan bir aparılmalıdır. Bu, xəstədə aktiv vərəm
prosesi davam etdiyi müddətdə, həmçinin vərəm xəstəsinin evə yazıldığı, sağaldığı və ya
ölümündən sonra da 1 il müddətində davam etdirilməlidir.
KP VM-nin dərmana həssaslığı nəzərə alınmaqla təyin edilir:
“Müsbət” Mantu reaksiyası olduğu hallarda
35 yaşdan aşağı – bütün kontaktda olan insanlarda
35-50 yaş – risk səviyyəsi yüksək “А”, “B”, “C” olanlarda (cədvəl 1-ə bax)