Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə105/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   101   102   103   104   105   106   107   108   ...   137

226 
 
Vaksinasiyaya  daimi  əks-göstərişləri  olan  yenidoğulmuşlar  daimi  müşahidə  və  VM 
mümkün  yoluxmasına  görə  müntəzəm  müayinə  edilməlidirlər.  Müsbət  Mantu  reaksiyası 
əmələ  gəldiyi  hallarda  KP  kursunu,  ehtiyac  olarsa,  aparmaq  lazımdır.  Yoluxmanın  yüksək 
riski olduğu hallarda (məsələn, ailə təması) KP kursunu aparmaq mütləq lazımdır. 
 
Vaksinasiyanın əsas qaydaları  

 
BSJ vaksininin bir dozalı inyeksiyası doğuşdan 4-7 gün sonra aparılmalıdır  

 
Vaksinasiya  mütləq  olaraq  istehsalçı  tərəfindən  təqdim  edilən  təlimata  uyğun 
aparılmalıdır 

 
Vaksinasiyanın  üsulu  –  dəridaxilidir,  sol  bazuda  deltavarı  əzələnin  birləşən  yerində 
aparılmalıdır 

 
Vaksinin  dərialtı  və  ya  əzələdaxili  inyeksiyası  yolverilməzdir,  belə  ki,  fəsadlarla 
müşahidə  olunur:  inyeksiya  yerində  soyuq  abseslər,  qoltuqaltı  limfadenitlər,  yayılmış  BSJ-
infeksiyanın əmələ gəlməsinə səbəb ola bilər 

 
Vaksinin  həll  edilməsi,  peyvəndin  aparılması  və  ondan  sonra  BSJ  vaksinində  olan  diri 
mikobakteriyaların otaqda yayılmasının qarşısının alınması üçün mütləq olaraq bütün tədbirlərin 
görülməsi vacibdir  

 
Vaksinasiya  səhər  saatlarında  aparılır,  sonrakı  saatlarda  yenidoğulmuşun  müşahidəsi 
aparılır  ki,  mümkün  olan  allergik  reaksiyalar  vaxtında  müəyyən  edilib,  qarşısını  almaq  üçün 
zəruri tədbirlər görülsün 

 
Uşağın  anası  xəbərdar  edilməlidir  ki,  4-6  həftədən  sonra  vaksinin  daxil  edildiyi  yerdə 
reaksiya  inkişaf  edə  bilər  (əsasən  infiltrat),  bu  halda  uşağı  sahə  həkimi-pediatra  göstərmək 
lazımdır 

 
Vaksinasiya  olunan  uşaqların  müşahidəsi  yerli  reaksiyanın  xarakteri  və  ölçüsünün 
qeydiyyatı  ilə  uşaq  poliklinikaları  və  ya  digər  İSX  müəssisələrində  1,  3,  6,  12  aydan  sonra 
aparılır: papula, qabıqla olan pustula, ifrazatla və ya ifrazatsız, çapıq, piqmentasiya və s. 
 
Anaları İİV-ə yoluxmuş yenidoğulmuşlar 
İİV-müsbət  anaların  yenidoğulmuşlarında  anticismlərin  müəyyən  edilməsinə  yönələn  adi 
testlər tez-tez yalançı müsbət nəticələr verir, çünki 12-15 aya qədər onların qanında anadan cift 
vasitəsilə keçmiş anticismlər mövcud olur. 
Həmin  uşaqlarda  PZR  üsulları  ilə  müayinə  (İİV  DNT  və  ya  İİV  RNT)  və  İİV  antigenlərin 
təyini aparılmalıdır (p24 və s.). 
Yuxarıda göstərilən üsullarla (PZR) İİV-infeksiyasının təsdiq edilməsi BSJ vaksinasiyasına 
əks-göstərişdir. 
Bu uşaqların diqqətli və müntəzəm müşahidəsi məsləhət görülür: 

 
Mantu  sınaqları  hər  6  aydan  bir  5  il  ərzində,  sonradan  15  yaşına  qədər  ildə  bir  dəfə 
aparılır 

 
Müsbət  Mantu  sınağı  olduğu  halda  klinik,  bakterioloji  və  rentgenoloji  müayinələr 
aparılmalıdır. 

 
Vərəmin aktiv forması inkar edildiyi halda, KP kursu təyin edilir 

 
İİV-infeksiyasına görə müntəzəm müşahidə və antiretrovirus terapiyasının vaxtında təyin 
edilməsi 


227 
 
İİV-ə  yoluxmuş  anadan  doğulmuş  uşağın  İİV-statusunun  müəyyən  edilməsi  mümkün 
olmadığı hallarda uşaq sağlam doğulursa və ana doğuşdan əvvəl antiretrovirus terapiyası alıbsa – 
vaksinasiya mümkündür. 
Bu  hallarda  immunodefisit  və  yayılmış  BSJ-infeksiyanın  inkişafı  ehtimalının  qarşısının 
alınması  üçün  uşağın  sonrakı  həyatı  müddətində  müntəzəm  və  yaxından  müşahidəsi  məsləhət 
görülür. 
 
Vərəmlə xəstə olan ailələrdə yenidoğulmuşlar 

 
Ana vərəm xəstəsidirsə, vaksinasiya  yalnız uşağın ailədən 2 aydan az olmayan müddətə 
təcrid olunduğu halda mümkündür 

 
Ana sağlam olduğu halda və ailədə vərəm xəstəsi varsa, BSJ vaksinasiyası yalnız uşağın 
ailədən  2  aydan  az  olmayan  müddətə  təcrid  olunduğu  halda  mümkündür  (və  ya  vərəmlə  xəstə 
olan ailə üzvünün təcrid edilməsi şərti ilə) 

 
Təcrid mümkün olmadığı halda vaksinasiya aparılmır 

 
Ana  və  uşağın  digər  qohumlarına  ev  şəraitində  infeksion  nəzarətin  aparılma  qaydaları 
öyrədilməlidir 

 
Uşağın müşahidəsi zamanı aşağıdakı tədbirlər aparılır: 

 
Uşaqda vərəm inkar edildiyi halda, anada aşkar olunan VM-nin həssaslığını nəzərə alaraq 
KP kursu təyin edilir 

 
Uşaqda həyatının ilk iki ilində hər 6 aydan bir, sonra 18 yaşına qədər –ildə bir dəfə Mantu 
sınaqları aparılır 
Vərəmi inkar etmək məqsədi ilə, müsbət tuberkulin reaksiyası qeyd olunduğu halda klinik
bakterioloji və rentgenoloji müayinələr aparılırBSJ vaksinasiyasından sonra müşahidə olunan 
ağırlaşmalar 
Postvaksinal  dövrün  normal  keçməsi  inyeksiya  yerində  2  həftədən  sonra  papulanın  əmələ 
gəlməsi  ilə  xarakterizə  olunur.  Adətən  papula  olan  yerdə  yara  əmələ  gələ  bilər,  sonra  isə 
qartmaqla  örtülür  və  bir  neçə  aydan  sonra  dairəvi,  bir  qədər  batıq  çapığın  əmələ  gəlməsi  ilə 
sağalır. BSJ vaksinasiyasından sonra  yaranan ağırlaşmaların  əsas səbəbi inyeksiya texnikasının 
pozulması  və  bunun  nəticəsində  vaksinin  dərialtı  toxumalar  və  ya  daha  dərin  sahələrə  daxil 
olması  ilə  bağlıdır.  Yanaşı  səbəbinə  görə  İİV-infeksiyası  daxil  etməklə,  birincili  və  ikincili 
immunodefisit vəziyyətlər ola bilər.  
Çox  nadir  hallarda  vaksinasiyadan  sonra  yaranan  ağırlaşmalar  vaksinin  öz  xüsusiyyətləri 
səbəbindən ola bilər. 
BSJ vaksinasiyasının ağırlaşmaları 

 
İlkin patoloji reaksiyalar: 

 
Xora, abses, dərialtı infiltratlar 

 
Periferik limfadenitlər 

 
Dessiminə  olunmuş  BSJ-infeksiya;  generalizə  olunmuş  və  lokal  zədələnmələr;  ölümlə 
nəticələnməyən 

 
Ostitlər 

 
Udlaqarxası abseslər 

 
Vərəm mənşəli spesifik dəri zədələnmələri  

 
Metastatik dərialtı və əzələ zədələnmələri 

 
Oynaq və əzələ zədələnmələri  

 
Nefroloji və urogenital zədələnmələr 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə