Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə113/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   109   110   111   112   113   114   115   116   ...   137

247 
 
Aminoqlikozidlər və kapreomisinin təsiri nəticəsində küllü miqdarda kalium itirildiyi zaman 
kalium  qoruyan  diuretiklər  (spironolakton,  triampur  və  ya  amilorid)  yardımçı  terapiya  kimi 
istifadə  edilə  bilər.  Kalium  preparatlarının  və  kalium  qoruyan  diuretiklərin  eyni  vaxtda  təyini 
zamanı hiperkaliemiya riski olduğu üçün ehtiyatlı olmaq lazımdır. 
Hipomaqnemiya  tez-tez  hipokaliemiyaya  və  hipokalsiemiyaya  səbəb  olur.  Hipokaliemiya 
(eləcə  də,  hipokalsiemiya)  adətən  yalnız  eyni  zamanda  hipomaqnemiyanın  müalicəsi  ilə 
korreksiya  olunur.  Maqneziumun  qan  zərdabında  səviyyəsi  ümumi  maqnezium  səviyyəsini 
həmişə  əks  etdirmədiyi  üçün  maqnezium  səviyyəsi  normal  olduğu  halda  belə  hipokaliemiya 
zamanı maqnezimun təyini tələb olunur. 
 
Kaliumun defisiti 
Normada qan zərdabında kaliumun səviyyəsi – 3,5- 5,0 mekv/l təşkil edir. 
Kalium çatışmazlığının əsas əlamətləri spesifik deyil. Mülayim defisit zamanı zəiflik, 
mialgiya müşahidə olunur, ağır hallarda tənəffüs zəifliyi və iflic mümkündür. EKQ-da T 
dişçiyinin səviyyəsi azalır, U dişciyi hündürləşir, ST seqmenti aşağı olur və QT intervalı uzanır, 
mədəcik ekstrasistolaları mümkündür. 
Kalium defisitinin aradan götürülməsi üçün peroral qəbul və pəhriz təyin olunur: 
• kalium xlorid məhlul və adi tabletlər formasında təyin edilə bilər 
• gündəlik dozanı 2-3 dəfəyə qəbul etmək olar 
•  pəhrizə  banan,  portağal,  pomidor,  qreypfrut  şirəsi,  dərisi  ilə  qızardılmış  kartof,  meyvə 
qurusu kompotu, noxud sıyıqları və şorbaları, kəsmik əlavə etmək olar. 
Venadaxili: 
•  yeridilən  kaliumun  həcmi  saatda  20  mekv-dən  artıq  olmamalıdır.  1  q  KCl  13,3  mekv-ə 
bərabərdir  
•  adətən  1  litr  0,9%li  NaCl-da  40  mekv,  maksimal  60  mekv/l,  KCl  tərkibli  məhluludan 
istifadə olunur. 
40 mekv KCl tərkibli 1 litr məhlul hazırlamaq üçün 7,5 ml 4% KCl məhlulunu 1litr 0,9%-li 
NaCl məhlulunda həll etmək lazımdır. 
60  mekv  KCl  tərkibli  1  litr  məhlul  hazırlamaq  üçün  12,25  ml  4%  KCl  məhlulunu  1llitr 
0,9%-li NaCl məhlulunda həll etmək lazımdır. 
Cədvəl 6. Kalium səviyyəsinə nəzarət tezliyi və onun bərpası sxemi 
Qan zərdabında 
kaliumun 
səviyyəsi (mekv/l) 
KCl yeridilən miqdarı 
(mekv və ya q-la) 
Nəzarətin tezliyi 
(qusma və ishal zamanı 
— daha tez-tez) 
3, 7 və daha çox 
 
Hər ay 
3, 4 - 3, 6 
20 - 40 mekv (1,5-3,0 q) 
Hər ay 
3, 0 - 3, 3 
60 mekv (4,5 q) 
İki həftədən bir 
2, 7 - 2, 9 
80 mekv (6,0 q) 
Hər həftə 
2, 4 - 2, 6 
80 - 120 mekv (6,0- 9,0 q) 
Hər 1 - 6 gün 
2, 0 - 2, 3 
60 mekv (4,5 q) v/d 
və 80 mekv (6,0 q) peroral 
hər 6 - 24 saat 
2,0 - dan az 
60 mekv (4,5 q) v/d və 100  Venadaxili 
intensiv 


248 
 
mekv  (7,5  q)  per  oral. 
Qanda  kaliumun  səviyyəsi 
2,4  mekv/l-dən  artıq  olana 
qədər  infuziyaları  davam 
etdirmək.  
infuziya  zamanı  hər  6 
saatdan bir.  
 
Elektrolitlərin  dozası  adətən  milliekvivalentlərdə  (mekv)  göstərilir.  40  mekv  kalium 
təxminən aşağıdakılarda var: 
3,9 q kalium asetat 
4,0 q kalium bikarbonat 
3,0 q kalium xlorid 
4,3q kalium sistrat 
9,4q kalium qlukonat 
5,4q birəsaslı kalium fosfatda 
3,5q ikiəsaslı kalium fosfatda 
Kalium  asetat,  bikarbonat,  xlorid,  sitrat  və  qlukonat  per  oral  təyin  edilə  bilər.  İnfuzion 
əvəzedici  terapiya  üçün  kalium  xloriddən,  asetatdan  və  fosfatdan  istifadə  olunur.  10  ml  10% 
kalium xloriddə 1 q və ya 13,3 mekv kalium olur. 
Maqnezium defisiti 
Normada maqneziumun qan zərdabında səviyyəsi – 1,5- 2,5 mekv/l təşkil edir. 
Per oral qəbulu üçün maqnezium qlukonat və ya oksid istifadə olunur. 
Müxtəlif  dərman  vasitələrində  maqnezium  elektrolitinin  müxtəlif  miqdarı  olur.  Gündəlik 
dozanın  hesablanması  üçün  400  mq  tabletdə  240  mq  elementar  maqneziumun  olduğu  güman 
edilir. İstifadə edilən preparatda elementar maqneziumun dozası daha az olarsa, tövsiyə olunan 
dozanı əldə etmək üçün tabletlərin sayını artırmaq olar. Gündəlik doza 2000 mq olduqda onun 
vena və ya əzələdaxili yeridilməsi daha rahat ola bilər. 
Venadaxili istifadə: 

 
maksimal konsentrasiya: 5 q (25%-lik 20 ml MgS0
4
 məhlulu) və ya 40 mekv Mg 1l 0,9% 
NaCl və ya 5% qlükoza məhlulunda 

 
dəqiqədə  150  mq-dan  (yuxarıda  qeyd  edilmiş  məhluldan  30  ml)  artıq  daxil  etmək 
yolverilməzdir 

 
vəziyyət təcili deyilsə: əzələdaxili 100 ml 0,9% NaCl və ya 5% qlükoza məhlulunda 2 q 
(8 ml 25% MgSO
4
 məhlulunda) və ya 16 mekv Mg 1-2 saat ərzində, 250 ml-lə 4 q (16 ml 25% 
MgSO
4
  məhlulunda)  və  ya  32  mekv  Mg  250  ml  0,9%  NaCl  məhlulunda  və  ya  5%  qlükoza 
məhlulunda 2-3 saat ərzində 
Əzələdaxili: 

 
1 q (25% – 4 ml) MgSO 
4
 həl etmədən hər 6 saatdan bir əzələdaxilinə 

 
maqneziumun v/d yeridilməsi ilə müqayisədə üstünlüyü yoxdur 

 
v/d və ya per oral vermə mümkün olmadıqda istifadə olunur. 
Cədvəl 7. Maqneziumun səviyyəsinə nəzarət tezliyi və bərpa edilməsi sxemi 
Qan zərdabında 
maqneziumun 
səviyyəsi, mekv/l 
Bərpa üçün tələb olunan 
miqdar (mq-la, tam 
gündəlik doza) 
Nəzarət tezliyi 
1,5 və ya çox 
Tələb olunmur 
Hər ay 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə