Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə112/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   108   109   110   111   112   113   114   115   ...   137

245 
 
xırıltılı  olması.  Bu  simptomlar  şok,  qıcolmalar  və  ishal  ilə  müşayiət  oluna  bilər.  Anafilaksiya 
zamanı  həyatı  əhəmiyyət  kəsb  edən  funksiyaların,  tənəffüs  yollarının  keçiriciliyinin  və  qan 
dövranının  bərpası  üçün  təcili  tədbirlər  görülməli,  adrenalin  vurulmalı  və  xəstə  xəstəxanaya 
çatdırılmalıdır. 
Digər  ağır  allergik  reaksiyalar  dərman  qəbulundan  sonra  bir  neçə  gündən,  bir  neçə 
həftəyədək  əmələ  gələ  bilər  –  səpmə,  hərarət  və  hepatit.  Stivens-Conson  sindromu  nadir,  lakin 
ağır  YT-dır.  Bu  eritemanın  ağır  formasıdır  və  epidermisin  nekrozu  və  90%  hallarda  selikli 
qişanın zədələnməsi ilə xarakterizə olunur. 
Yuxarıda  sadalanan  hər  hansı  allergik  reaksiya  baş  verdiyi  zaman  bütün  vərəm  əleyhinə 
dərmanların  qəbulu  dayandırılmalıdır.  Allergik  reaksiyaların  müalicəsində  yuxarıda  göstərilən 
adrenalindən  başqa,  kortikosteroidlər  və  antihistamin  preparatlardan  istifadə  edilir.  Allergik 
reaksiyanı  hansı  dərmanın  törətdiyinin  müəyyən  edilməsi  əhəmiyyətlidir.  Xəstənin  vəziyyəti 
yaxşılaşdıqdan  sonra  antibakterial  terapiyanı  dərmanları  tədricən  əlavə  edərək  və  dozaları 
artıraraq  bərpa  etmək  lazımdır  (cədvəl  5),  bununla  belə  ehtimal  olunan  allergen  ilkin  (birinci) 
təyin olunur (“təhrik edici sınaq”). 
Göstərilən  metod  anafilaktik  reaksiya  vermiş  VƏDV-rə  yaramır.  Nadir  hallarda 
anafilaksiyaya  səbəb  olmuş  dərmanı  desensibilizasiya  sxemi  ilə,  stasionar  vəziyyətdə  və 
allerqologiya  və  immunologiya  sahəsində  təcrübəsi  olan  həkimin  nəzarəti  altında  daxil  etmək 
olar. Desensibilizasiya yalnız müalicə seçimi məhdud olduğu zaman aparılır. Səpmə və yüngül 
qaşınma ilə məhdudlaşan yüngül allerqik reaksiyalar zamanı antihistaminlərin qəbulu yetərli ola 
bilər. 
Cədvəl  5.  Mülayim  allergik  reaksiyadan  sonra  VƏDV-lərin  dozasının  bərpasının 
təxmini sxemi 
Preparat 
Doza, mq gündə 
 
1-ci gün   2-ci gün 
3-cü gün  4-cü gün 
İzoniazid 
25 
50 
100 
5 mq/kq 
Rifampisin 
50 
100 
150 
10 mq/kq 
Pirazinamid 
125 
250 
500 
25-30 mq/kq 
Etambutol 
100 
200 
400 
20-30 mq/kq 
Streptomisin 
Kanamisin 
Kapreomisin  
Amikasin 
125 
250 
500 
15-20 mq/kq 
Siprofloksasin 
125 
250 
500 
20 mq/kq 
Ofloksasin 
100 
200 
400 
800 mq 
Etionamid 
Protionamid 
62, 5 
125 
250 
15 mq/kq 
Sikloserin 
62, 5 
125 
250 
15 mq/kq 
PASK 
100 
səhər, 
200 
axşam 
500  səhər, 
1000 
axşam 
2000 
səhər, 
2000 
axşam 
150 mq/kq 


246 
 
Qeyd:  yuxarıda  göstərilən  sxemi  yalnız  zəif  və  ya  mülayim  allergik  reaksiya  vermiş 
dərmanlara qarşı istifadə etmək olar. Ağır reaksiyalar zamanı daha aşağı dozalar və daha uzun 
müddət ərzində istifadə edilməlidir. 
Elektrolit mübadiləsinin pozulması  
Qan  zərdabında  kaliumun  və  maqneziumun  mülayim  azalması  özünü  biruzə  vermir,  lakin 
pozuntu  dərinləşdikcə  xəstələrdə  yorğunluq,  əzələ  ağrıları,  qıcolmalar,  ayaqlarda  zəiflik,  psixi 
qeyri-sabitlik,  yanma  və  qaşınma  hissləri  və  hətta,  huşun  pozulması  əmələ  gəlir.  Daha  ağır 
pozuntular tetaniyaya, iflicə və həyat üçün təhlükəli aritmiyaya səbəb ola bilər. Bununla əlaqəli 
qusma  və/və  ya  ishal  nəticəsində  maye  itirən,  eləcə  də,  inyeksiya  şəklində  vərəm  əleyhinə 
dərman (bax cədvəl 3) alan xəstələrdə müntəzəm olaraq elektrolitlərin səviyyəsinin yoxlanılması 
tövsiyə olunur. Elektrolitlərin itirilməsi adətən kapreomisinin qəbulu ilə bağlıdır. Kaliumun (K+) 
və  maqneziumun  (Mg++)  bədən  toxumaları  tərəfindən  itirilməsi  onların  qan  zərdabında 
səviyyəsinin azalmasından dəfələrlə çox ola bilər. 
Hipokaliemiya  (kaliumun  zərdabda  3,5  mekv/l-dan  az  olması)  və  hipomaqnemiya 
(maqneziumun zərdabda 1,5 mekv/l-dan az olması) adətən vərəmə görə müalicə alan xəstələrdə 
müşahidə olunur və aşağıda göstərilən səbəblərin nəticəsində olur: 

 
aminoqlikozidlərin və kapreomisinin böyrəklərə birbaşa zədələyici təsiri 

 
qusma və ishal 
Hipokaliemiya və hipomaqnemiya halları olduqda aşağıdakılar edilməlidir: 

 
qusma və ishalın müalicəsi 

 
ürək aritmiyasına səbəb  ola bilən dərmanların  qəbulunun  mümkün qədər dayandırılması 
(məsələn, diqoksin, trisiklik antidepressantlar) 

 
elektrolit  balansının  əhəmiyyətli  pozulması  olan  xəstələrdə  EKQ-nin  aparılması;  QT 
intervalının  uzunluğu  artdığı  zaman  bütün  səbəbkar  ola  bilən  dərmanların,  o  cüməldən 
ftorxinolonların, qaloperidolun, flukonazolun və sisapridinin qəbulunu dayandırılması
16
 
 
Hipokaliemiyanın və hipomaqnemiyanın müalicəsi 
Elektrolit defisiti əleyhinə dərmanların peroral təyin edilməsi daha məqsədəuyğundur: 

 
yüngül  elektrolit  pozuntuları  zamanı  maqnezium  və  kalium  tərkibli  dərmanların  təyin 
edilməsi 

 
aminoqlikozidlərin  və  ya  kapreomisinin  qəbul  kursu  müddətində  kalium  və  maqnezium 
preparatlarının verilməsi tələb oluna bilər 

 
hipokaliemiya yalnız maqnezium defisiti aradan götürüləndən sonra müalicə olunur 
Elektrolitlərin bərpasına başlamazdan əvvəl böyrəklərin normal fəaliyyət göstərdiyinə əmin 
olmaq  lazımdır.  Böyrək  çatışmazlığı  olan  xəstələrə  elektrolitlərin  defisintini  aradan  qaldırmaq 
məqsədilə  istifadə  olunan  preparatları  aşağı  dozalarla  təyin  etmək  tövsiyə  edilir.  Kalium  və 
maqnezium  preparatlarını  peroral  və  ya  venadaxili  təyin  etmək  olar.  Mümkün  qədər  kalium 
pəhriz və ya tərkibində kalium duzları olan (kalium-normin, rehidron) peroral dərman vasitələri 
ilə təmin edilməlidir. Asparkam, panangin və kalium orotat aşağı dozalı olduğu üçün bu məqsədə 
uyğun deyil. 
Venadaxili  preparatların  təyin  edilməsi  xəstədə  mədə-bağırsaq  pozuntuları  və  ya  kalium 
defisitinin yüksək olduğu zaman tövsiyə olunur. İnfuziya vasitəsi ilə defisitin aradan götürülməsi 
zamanı qanda elektrolitlərin kəskin  artması  riski var.  Venadaxili üsul seçildikdə gündəlik doza 
bir  neçə  yerə  bölünməli  və  ürək  ritminə  və  qan  təzyiqinə  nəzarət  edərək  elektrolitlər  mümkün 
qədər yavaş-yavaş yeridilməlidir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə