246
Qeyd: yuxarıda göstərilən sxemi yalnız zəif və ya mülayim allergik reaksiya vermiş
dərmanlara qarşı istifadə etmək olar. Ağır reaksiyalar zamanı daha aşağı dozalar və daha uzun
müddət ərzində istifadə edilməlidir.
Elektrolit mübadiləsinin pozulması
Qan zərdabında kaliumun və maqneziumun mülayim azalması özünü biruzə vermir, lakin
pozuntu dərinləşdikcə xəstələrdə yorğunluq, əzələ ağrıları, qıcolmalar, ayaqlarda zəiflik, psixi
qeyri-sabitlik, yanma və qaşınma hissləri və hətta, huşun pozulması əmələ gəlir. Daha ağır
pozuntular tetaniyaya, iflicə və həyat üçün təhlükəli aritmiyaya səbəb ola bilər. Bununla əlaqəli
qusma və/və ya ishal nəticəsində maye itirən, eləcə də, inyeksiya şəklində vərəm əleyhinə
dərman (bax cədvəl 3) alan xəstələrdə müntəzəm olaraq elektrolitlərin səviyyəsinin yoxlanılması
tövsiyə olunur. Elektrolitlərin itirilməsi adətən kapreomisinin qəbulu ilə bağlıdır. Kaliumun (K+)
və maqneziumun (Mg++) bədən toxumaları tərəfindən itirilməsi onların qan zərdabında
səviyyəsinin azalmasından dəfələrlə çox ola bilər.
Hipokaliemiya (kaliumun zərdabda 3,5 mekv/l-dan az olması) və hipomaqnemiya
(maqneziumun zərdabda 1,5 mekv/l-dan az olması) adətən vərəmə görə müalicə alan xəstələrdə
müşahidə olunur və aşağıda göstərilən səbəblərin nəticəsində olur:
aminoqlikozidlərin və kapreomisinin böyrəklərə birbaşa zədələyici
təsiri
qusma və ishal
Hipokaliemiya və hipomaqnemiya halları olduqda aşağıdakılar edilməlidir:
qusma və ishalın
müalicəsi
ürək aritmiyasına səbəb ola bilən dərmanların qəbulunun mümkün qədər dayandırılması
(məsələn, diqoksin, trisiklik antidepressantlar)
elektrolit balansının əhəmiyyətli pozulması olan xəstələrdə EKQ-nin aparılması; QT
intervalının uzunluğu artdığı zaman bütün səbəbkar ola bilən dərmanların, o cüməldən
ftorxinolonların, qaloperidolun, flukonazolun və sisapridinin qəbulunu dayandırılması
16
Hipokaliemiyanın və hipomaqnemiyanın müalicəsi
Elektrolit defisiti əleyhinə dərmanların peroral təyin edilməsi daha məqsədəuyğundur:
yüngül elektrolit pozuntuları zamanı maqnezium və kalium tərkibli dərmanların təyin
edilməsi
aminoqlikozidlərin və ya kapreomisinin qəbul kursu müddətində kalium və maqnezium
preparatlarının
verilməsi tələb oluna bilər
hipokaliemiya yalnız maqnezium defisiti aradan götürüləndən
sonra müalicə olunur
Elektrolitlərin bərpasına başlamazdan əvvəl böyrəklərin normal fəaliyyət göstərdiyinə əmin
olmaq lazımdır. Böyrək çatışmazlığı olan xəstələrə elektrolitlərin defisintini aradan qaldırmaq
məqsədilə istifadə olunan preparatları aşağı dozalarla təyin etmək tövsiyə edilir. Kalium və
maqnezium preparatlarını peroral və ya venadaxili təyin etmək olar. Mümkün qədər kalium
pəhriz və ya tərkibində kalium duzları olan (kalium-normin, rehidron) peroral dərman vasitələri
ilə təmin edilməlidir. Asparkam, panangin və kalium orotat aşağı dozalı olduğu
üçün bu məqsədə
uyğun deyil.
Venadaxili preparatların təyin edilməsi xəstədə mədə-bağırsaq pozuntuları və ya kalium
defisitinin yüksək olduğu zaman tövsiyə olunur. İnfuziya vasitəsi ilə defisitin aradan götürülməsi
zamanı qanda elektrolitlərin kəskin artması riski var. Venadaxili üsul seçildikdə gündəlik doza
bir neçə yerə bölünməli və ürək ritminə və qan təzyiqinə nəzarət edərək elektrolitlər mümkün
qədər yavaş-yavaş yeridilməlidir.