238
Bu və ya digər vərəm əleyhinə dərmanın qəbulunun YT-lərə görə dəyandırılması yalnız
həkimlər konsiliumunun qərarı əsasında edilə bilər.
Cədvəl 3. VƏDV alan xəstələrin dövrü müayinəsinin tövsiyə olunan həcmi və dövriliyi.
Müayinə
Dövrülük
İzahat
Həkim baxışı
İlk olaraq və bakterioloji müayinənin nəticəsi
mənfi olana qədər ən azı ayda bir dəfə, sonra
hər 2-3
aydan bir
Tibb işçisi tərəfindən
skrininq
Nəzarət altında dərmanın hər qəbulu zamanı
Qan serumunda kaliumun və
kreatininin
səviyyəsi
İlkin olaraq bütün xəstələrə.
Böyrək xəstəliyi riski olmayan xəstələr:
inyeksiya tədbiq olunan dövrdə hər ay.
Şəkərli diabet, İİV-ə yoluxmuş, böyrək
çatışmazlığı olan xəstələr; yaşı 50-dən çox
olan xəstələr və digər yüksək riski olanlar –
birinci ay ərzində kreatinin və kaliumun
səviyyəsi
hər həftə, sonra ayda bir dəfədən az
olmayaraq yoxlanılmalıdır
Kreatinin artdığı
zaman
doza
uyğunlaşdırılır;
bundan
sonra
kreatinin
səviyyəsi
sabitləşənə qədər
hər
həftə
yoxlanılır.
Hemoqlobin və leykositlər
Linezolid qəbulu zamanı
birinci ayda hər
həftə, sonra isə hər ay və ya tələb olunduğu
zaman simptomlara əsasən. İİV infeksiyası
olanlarla AZT daxil olmaqla ART,
sonra tələb
olunduğu zaman simptomlara əsasən.
Tireotrop hormonun
səviyyəsi (TTQ)
Etionamid, protionamid və PASK aldıqda hər
6 aydan bir; hipotireozun əlamətlərinin
aşkarlanması üçün hər ay baxış. Qalxanvari
vəzin hormonlarının müayinəsi tələb olunmur
.
Yaşı 50-dən çox
olan xəstələrdə
ilkin
müayinə
zamanı müəyyən
edilməlidir
Qaraciyər funksiyası
göstəriciləri
Xəstə hepatotoksik dərmanlar (H, R, Z, Eto)
aldığı zaman – hepatit riski yüksək olduğu
zaman hər 1-3 aydan bir və ya İİV-ə
yoluxmuş olduğu zaman hər ay.
Qan
serumunda qlükoza
Xəstə qatifloksasin aldığı zaman hər həftə
Xəstəyə hipo- və
hiperqlikemiya
əlamətlərinin
öyrədilməsi
Vərəm müalicəsinin yanaşı təsirlərinin profilaktikası və müalicəsi
Yanaşı təsirlərin profilaktik prinsipləri
239
YT profilaktikasının əsas yolu təyin edilmiş kimya terapiyası rejiminə, o cümlədən, doza,
qəbul müddəti, keyfiyyətli qidalanma tələblərinə riayət etməkdir. YT-lərın erkən diaqnostikası
və profilaktikasının önəmli elementi birbaşa nəzarət altında müalicənin aparılması, yəni xəstə ilə
gündəlik sıx əlaqənin qurulmasıdır.
Yanaşı təsirlərin idarə olunması
YT şübhə edildikdə aşağıdakıları etmək lazımdır:
baş vermiş YT-lərin xəstənin qəbul etdiyi VƏDV üçün səciyyəvi olub-olmadığını
müəyyən etmək;
xəstənin qəbul etdiyi dozaların
düzgün olduğunu yoxlamaq;
YT-nin ağırlığını qiymətləndirmək;
YT-ni səbəbkar olması ehtimal olunan preparatın göstərilməsi ilə, xəstəlik tarixində
qeydiyyat aparmaq.
Əksər hallarda YT-lərın ağırlıq səviyyəsi dozadan asılıdır. Belə hallarda standart yanaşma
YT törədən dərmanın qəbulunun dayandırılması və ya dozanın azaldılmasıdır. Dözülməz YT
əmələ gəldikdə bu təsiri yaradan vərəm əleyhinə dərman vasitəsinin kəsilməsi tövsiyə edilir.
Dərman kəsildikdə bəzi YT-lər itir və dərman qəbulunu simptomlara sıx nəzarət etməklə bərpa
etmək olar. Adətən belə hallarda dərmanlar aşağı dozadan başlayaraq təyin edilir, sonra isə bir
neçə gün ərzində dozanı tövsiyə olunan səviyyəyə qaldırırlar. Digər dərmanlar isə davamlı YT-
lara səbəb olur və onlar dərman kəsildikdən sonra itmir (streptomisinlə müalicə zamanı eşitmə
sinirinin nevriti). Müvafiq olaraq həmin dərmanlarla terapiyanın davam etdirilməsi YT-nı
gücləndirəcək.
Yüngül YT əmələ gəldikdə, məsələn yerli reaksiyalar və ya mədə-bağırsaq sistemi
tərəfindən yüngül simptomlar, VƏDV ilə müalicə kəsilmir. YT-ni aradan qaldırmaq üçün əlavə
dərmanlardan istifadə edilir və ya qidalanma ilə bağlı məsləhətlər verilir. YT verən dərmanın
kəsilməsi və ya dozasının azaldılması vərəm terapiyasında arzuolunmazdır. Bəzi hallarda YT-nin
qabarıqlığını gündəlik dozanın bir neçə dəfəyə bölərək azaltmaq olar.
VƏDV alan xəstələr tək YT-lərlə deyil, eyni zamanda, bir sıra həyat problemləri, o
cümlədən, ailə münasibətlərinin mürəkkəbləşməsi ilə, təcrid olma və işdə problemlərlə
qarşılaşırlar. Bəzi YT-lar həmin psixososial məsələlərlə əlaqəli ola bilər. Xəstələrə tibb işçiləri,
müalicədə iştirak edən digər şəxslər, yaxınları tərəfindən dəstək tələb olunur. Dəstək YT-lərə
baxmayaraq effektiv müalicənin davam etdirilməsində əhəmiyyətli rol oynayır.
VƏDV qəbulu ilə bağlı bəzi YT-lərə dair tövsiyə olunan addımlar cədvəl 4-də verilmişdir.
Cədvəl 4. Vərəm əleyhinə terapiya zamanı tez-tez baş verən yanaşı təsirlərə qarşı
tövsiyə olunan əsas addımlar
YT
VƏDV,
müalicə
şəraiti
YT-rə dair tövsiyə olunan
hərəkətlər
Şərhlər
Elektrolit
mübadiləs
inin
pozulması
Cm
Km
Am
S
1.
qan serumunda kaliumun
səviyyəsinin
müəyyən
edilməsi
2.
kaliumun səviyyəsi aşağı
olduqda maqneziumun
səviyyəsini yoxlamaq
(hipokalsiemiya sübhə
olunduqda
həmçinin
1.
elektrolit
pozuntuları
tez-tez kapreomisin istifadəsi
zamanı müşahidə olunur
2.
minerallarla zəngin olan
profilaktik pəhriz əksər
hallarda elektrolit
mübadiləsinin pozulmasının
qarşısını alır