Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə109/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   105   106   107   108   109   110   111   112   ...   137

238 
 
Bu və ya digər vərəm əleyhinə dərmanın qəbulunun YT-lərə görə dəyandırılması yalnız 
həkimlər konsiliumunun qərarı əsasında edilə bilər. 
 
Cədvəl 3. VƏDV alan xəstələrin dövrü müayinəsinin tövsiyə olunan həcmi və dövriliyi. 
 
Müayinə 
Dövrülük 
İzahat 
Həkim baxışı 
İlk olaraq və bakterioloji müayinənin nəticəsi 
mənfi olana qədər ən azı ayda bir dəfə, sonra 
hər 2-3 aydan bir 
 
Tibb işçisi tərəfindən 
skrininq 
Nəzarət altında dərmanın hər qəbulu zamanı 
 
Qan serumunda kaliumun və 
kreatininin səviyyəsi 
İlkin olaraq bütün xəstələrə. 
Böyrək  xəstəliyi  riski  olmayan    xəstələr: 
inyeksiya tədbiq olunan dövrdə hər ay. 
Şəkərli diabet, İİV-ə yoluxmuş, böyrək 
çatışmazlığı olan xəstələr; yaşı 50-dən çox 
olan xəstələr və digər yüksək riski olanlar – 
birinci ay ərzində kreatinin və kaliumun 
səviyyəsi hər həftə, sonra ayda bir dəfədən az 
olmayaraq yoxlanılmalıdır 
Kreatinin  artdığı 
zaman 
doza 
uyğunlaşdırılır; 
bundan 
sonra 
kreatinin 
səviyyəsi 
sabitləşənə qədər 
hər 
həftə 
yoxlanılır. 
Hemoqlobin və leykositlər 
Linezolid qəbulu zamanı birinci ayda hər 
həftə, sonra isə hər ay və ya tələb olunduğu 
zaman simptomlara əsasən. İİV infeksiyası 
olanlarla AZT daxil olmaqla ART, sonra tələb 
olunduğu zaman simptomlara əsasən. 
 
Tireotrop hormonun 
səviyyəsi (TTQ) 
 
Etionamid, protionamid və PASK aldıqda hər 
6  aydan  bir;  hipotireozun  əlamətlərinin 
aşkarlanması  üçün  hər  ay  baxış.  Qalxanvari 
vəzin hormonlarının müayinəsi tələb olunmur 

Yaşı  50-dən  çox 
olan  xəstələrdə 
ilkin 
müayinə 
zamanı  müəyyən 
edilməlidir 
Qaraciyər funksiyası 
göstəriciləri 
Xəstə hepatotoksik dərmanlar (H, R, Z, Eto) 
aldığı zaman – hepatit riski yüksək olduğu 
zaman hər 1-3 aydan bir və ya İİV-ə 
yoluxmuş olduğu zaman hər ay. 
 
Qan serumunda qlükoza 
Xəstə qatifloksasin aldığı zaman hər həftə 
Xəstəyə hipo- və 
hiperqlikemiya 
əlamətlərinin 
öyrədilməsi 
 
Vərəm müalicəsinin yanaşı təsirlərinin profilaktikası və müalicəsi 
Yanaşı təsirlərin profilaktik prinsipləri 


239 
 
YT  profilaktikasının  əsas  yolu  təyin  edilmiş  kimya  terapiyası  rejiminə,  o  cümlədən,  doza, 
qəbul  müddəti,  keyfiyyətli  qidalanma  tələblərinə  riayət  etməkdir.  YT-lərın  erkən  diaqnostikası 
və profilaktikasının önəmli elementi birbaşa nəzarət altında müalicənin aparılması, yəni xəstə ilə 
gündəlik sıx əlaqənin qurulmasıdır.  
Yanaşı təsirlərin idarə olunması 
YT şübhə edildikdə aşağıdakıları etmək lazımdır: 

 
baş  vermiş  YT-lərin  xəstənin  qəbul  etdiyi  VƏDV  üçün  səciyyəvi  olub-olmadığını 
müəyyən etmək; 

 
xəstənin qəbul etdiyi dozaların düzgün olduğunu yoxlamaq

 
YT-nin ağırlığını qiymətləndirmək; 

 
YT-ni  səbəbkar  olması  ehtimal  olunan  preparatın  göstərilməsi  ilə,  xəstəlik  tarixində 
qeydiyyat aparmaq. 
Əksər  hallarda  YT-lərın  ağırlıq  səviyyəsi  dozadan  asılıdır.  Belə  hallarda  standart  yanaşma 
YT  törədən  dərmanın  qəbulunun  dayandırılması  və  ya  dozanın  azaldılmasıdır.  Dözülməz  YT 
əmələ  gəldikdə  bu  təsiri  yaradan  vərəm  əleyhinə  dərman  vasitəsinin  kəsilməsi  tövsiyə  edilir. 
Dərman kəsildikdə bəzi YT-lər itir və dərman qəbulunu simptomlara sıx nəzarət etməklə bərpa 
etmək  olar.  Adətən  belə  hallarda  dərmanlar  aşağı  dozadan  başlayaraq  təyin  edilir,  sonra  isə  bir 
neçə gün ərzində dozanı tövsiyə olunan səviyyəyə qaldırırlar. Digər dərmanlar isə davamlı YT-
lara  səbəb  olur  və  onlar  dərman  kəsildikdən  sonra  itmir  (streptomisinlə  müalicə  zamanı  eşitmə 
sinirinin  nevriti).  Müvafiq  olaraq  həmin  dərmanlarla  terapiyanın  davam  etdirilməsi  YT-nı 
gücləndirəcək. 
Yüngül  YT  əmələ  gəldikdə,  məsələn  yerli  reaksiyalar  və  ya  mədə-bağırsaq  sistemi 
tərəfindən yüngül simptomlar, VƏDV ilə müalicə kəsilmir. YT-ni aradan qaldırmaq üçün əlavə 
dərmanlardan  istifadə  edilir  və  ya  qidalanma  ilə  bağlı  məsləhətlər  verilir.  YT  verən  dərmanın 
kəsilməsi və ya dozasının azaldılması vərəm terapiyasında arzuolunmazdır. Bəzi hallarda YT-nin 
qabarıqlığını gündəlik dozanın bir neçə dəfəyə bölərək azaltmaq olar. 
VƏDV  alan  xəstələr  tək  YT-lərlə  deyil,  eyni  zamanda,  bir  sıra  həyat  problemləri,  o 
cümlədən,  ailə  münasibətlərinin  mürəkkəbləşməsi  ilə,  təcrid  olma  və  işdə  problemlərlə 
qarşılaşırlar. Bəzi YT-lar həmin psixososial məsələlərlə əlaqəli ola bilər. Xəstələrə tibb işçiləri, 
müalicədə  iştirak  edən  digər  şəxslər,  yaxınları  tərəfindən  dəstək  tələb  olunur.  Dəstək  YT-lərə 
baxmayaraq effektiv müalicənin davam etdirilməsində əhəmiyyətli rol oynayır. 
VƏDV qəbulu ilə bağlı bəzi YT-lərə dair tövsiyə olunan addımlar cədvəl 4-də verilmişdir.  
Cədvəl 4. Vərəm əleyhinə terapiya zamanı tez-tez baş verən yanaşı təsirlərə qarşı 
tövsiyə olunan əsas addımlar  
YT 
VƏDV, 
müalicə 
şəraiti 
YT-rə dair tövsiyə olunan 
hərəkətlər 
Şərhlər 
Elektrolit 
mübadiləs
inin 
pozulması 
Cm 
Km 
Am 

1.
 
 qan  serumunda  kaliumun 
səviyyəsinin 
müəyyən 
edilməsi  
2.
 
 kaliumun səviyyəsi aşağı 
olduqda maqneziumun 
səviyyəsini yoxlamaq 
(hipokalsiemiya sübhə 
olunduqda həmçinin 
1.
 
elektrolit 
pozuntuları 
tez-tez kapreomisin istifadəsi 
zamanı müşahidə olunur 
2.
 
minerallarla zəngin olan 
profilaktik pəhriz əksər 
hallarda elektrolit 
mübadiləsinin pozulmasının 
qarşısını alır 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə