Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə117/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   113   114   115   116   117   118   119   120   ...   137

255 
 
Müalicədən  əvvəl  epilepsiyaya  qarşı  dərman  vasitələrini  qəbul  edən  xəstələrdə  tutmaların 
profilaktikasına  daxildir  -  piridoksinin  təyini  (150-200  mq/gündə)  və  eləcə  də,  bütün  müalicə 
kursu  boyu  qan  zərdabında  preparatın  konsentrasiyasına  nəzarət.  Bu  bəzi  tutmalar  əleyhinə 
dərmanların  VƏDV-lərlə  (izoniazid,  sikloserin  və  ftorxinolonlar)  qarşılıqlı  təsir  yaratması  ilə 
bağlıdır. 
Qıcolma  tutmaları  olduğu  zaman  və  digər  səbəblər  istisna  edildikdə,  epilepsiyaya  qarşı 
terapiyanı başlamaq lazımdır. Şübhə edilən VƏDV müalicə rejiminin əsas komponenti deyilsə, 
onun  qəbulunun  dayandırılması  və  digər  preparatın  təyini  tələb  olunur.  Şübhə  edilən  VƏDV 
qəbulunun  dayandırılması  qeyri  mümkün  olduğu  halda,  onun  istifadəsini  xəstənin  epilepsiyaya 
qarşı preparatların qəbulu fonunda vəziyyəti sabitləşdikdən sonra bərpa etmək olar. 
Terapiyaya  adətən  daxildir:  qıcolmalara  qarşı  prepartların  biri,  məsələn,  benzobarbital 
(benzonal) — 0,1-0,2 q gündə 3 dəfə yeməkdən sonra; bariant — valproy turşusu, yemək zamanı 
və ya dərhal sonra 0,3-0,6 q gündə, sonra 1-2 həftə ərzində dozanın 0,9 - 1,5 q-dək artırılması ilə. 
Qıcolmalara qarşı belə müalicə vərəmin müalicəsinin bütün kursu zamanı davam etdirilməlidir. 
Müalicə kursu başa çatdıqdan sonra epilepsiayaya qarşı terapiyanı dayandırmaq olar. 
 
Depressiya və digər psixi pozğunluqlar 
Depressiya  —  fərdin  normal  fizioloji  və  funksionlar  fəaliyyətini  məhdudlaşdıran  müxtəlif 
simptomlarla  səciyyələnir:  kefsizlik,  sevimli  məşğuliyyətlərə  marağın  itməsi,  gücsüzlük, 
psixomotor reaksiyaların zəifləməsi  (nitq, düşünmə, hərəkət),  yuxunun və iştahanın  pozulması, 
günahkarlıq,  əlacsızlıq  və  ümüdsizlik  hissinin  yaranması,  fikrin  cəmləşdirilməsi  qabiliyyətinin 
itirilməsi.  Psixotik  simptomlar  və  özünə  qəst  fikirləri  də  mümkündür.  Ədətən,  iki  və  daha  çox 
həftə qalan simptomlara diqqət yetirilir. 
Sikloserin,  izoniazid,  etionamid  və  amoksisillin/klavulan  turşusunun  qəbulu  zamanı 
xəstələrin  əhval-ruhiyyəsi  dəyişə  bilər,  lakin  depressiya  ilk  növbədə  sikloserinin  qəbulu  ilə 
əlaqələndirilir.  Psixososial  amillər  (o  cümlədən,  yoxsulluq,  sosial  təcrid  olunma,  ailədə 
zorakılıq),  hipotireoz,  alkohol  və  narkotik  asılılıq  (o  cümlədən  benzodiazepinlərin  qəbulu)  da 
depressiyaya  səbəb  ola  bilər.  Müalicə  kursundan  öncə  depresiv  vəziyyətlər  daha  çox  xronik 
xəstələrdə  müşahidə  olunur.  Vərəm  xəstələrinin  sosial  təcrid  olunması,  onlarda  günahkarlıq  və 
şəxsi əhəmiyyətsizlik hissi kəskinləşir. 
Depressiya  zamanı  xəstənin  müalicə  yollarının  müəyyən  edilməsi  zamanı  depressiyaya 
təkan  verən  digər,  o  cümlədən,  psixososial  amilləri  də  müayinə  etmək  lazımdır.  Ənənəvi 
psixoterapiya üsullarından istifadə etmək lazımdır, o cümlədən, dəstək qrupları, tibb işçilərinin 
intensiv müşahidəsi və xəstənin ailə üzvlərinin dəstəyi əsas rol oynayır. 
Yüngül  hallarda  antidepressantların  qəbulu  yetərli  ola  bilər,  məsələn,  MAO  inhibitorları 
(iproniazid,  nialamid,  fenelzin  və  s.)  və  ya  trisiklik  antidepressantlar  (amitriptilin,  fluoksetin, 
sertralin  və  s.).  Xəstədə  kəskin  aqressivliklə  və  ətrafdakıların  təhlükəsizliyinə  təhlükə 
yarandıqda,  suisid  meylləri  əmələ  gəldikdə,  xəstənin  müşahidəsinə  psixiatr  cəlb  olunmalı  və 
xəstənin  psixiatrik  stasionara  yerləşdirilməsi  məsələsi  nəzərdən  keçirilməlidir.  Davamlı 
depressiya  səbəbindən  vərəm  əleyhinə  dərman  vasitələrinin  qəbulunun  dayandırılması  nadir 
halda gündəmə gəlir. 
Baş ağrıları 
Lokal  və  yayılmış  baş  ağrıları  VƏDV  terapiyasının  ilk  ayları  zamanı  baş  verir.  Psixi  və 
sosial  problemlər  baş  ağrılarının  əmələ  gəlməsinə  təkan  verir.  Tərkibində  sikloserin  olan 
sxemlərin  istifadəsi  zamanı,  terapiyanın  əvvəlində  əmələ  gələn  baş  ağrısının,  yuxu 


256 
 
pozğunluqlarının qarşısının alınması üçün, ilkin olaraq aşağı dozalar (250-500 mq) təyin olunur, 
sonra tədricən bir-iki həftə ərzində tam terapevtik dozaya qədər artırılır. 
Adi baş ağrıları qeyri-steroid  iltihab  əleyhinə dərman vasitələri ilə müalicə olunur, onların 
qeyri- effektivliyi zamanı isə trisiklik antidepressantlar və ya kombinə edilmiş dərman vasitələri 
kömək edir — kodein əlavələri ilə iltihab əleyhinə dərman vasitələri. Olduqca nadir hallarda baş 
ağrıları  ilə  meningit  özünü  biruzə  verir  və  bu  halda  təxirəsalınmaz  terapevtik  tədbirlər  tələb 
olunur. 
 
Psixoz 
Psixozlar psixi proseslərin pozulmasını və ya ətraf reallıqla əlaqənin itirilməsini əks etdirən 
simptomlarla təzahür edir. Eşitmə və görmə halusinasiyaları, paranoya, katatoniya, sayıqlama və 
davranış  pozuntuları  psixozların  əsas  simptomlarındandır.  Tibb  işçiləri  psixotik  vəziyyətləri 
müəyyən etməyə qadir olmalıdır, çünki ilkin mərhələlərdə psixozlar daha rahat müalicə olunur. 
Sikloserindən  başqa  izoniazid,  ftorxinolonlar  və  tiamidlər  psixozlara  səbəb  ola  bilər.  Psixotik 
əlamətlərə sosial və psixoloji problemlər, hipotireoz eləcə də digər preparatların (benzodiazepin 
bəzi antidepressantlar)  yanaşı təsiri, narkotiklərin istifadəsi və alkoqoldan sui istifadə səbəb ola 
bilər. 
Piridoksinin  profilaktik  qəbulu  VƏDV-lərin  yanaşı  təsirlərindən  olan  nevrotik  və  psixotik 
əlamətlər  riskini  azaldır.  Sikloserin  qəbul  edənlər  üçün  piridoksinin  adi  dozası  gündə  150  mq 
təşkil edir. 
Psixoz  diaqnozu  müəyyən  edildikdən  sonra  VƏDV  təsirindən  başqa  ona  səbəb  olan  digər 
amilləri  də  aydınlaşdırmaq  lazımdır.  Psixiatrın  məsləhəti  və  gündəlik,  daimi  nəzarət,  suisid 
əhval-ruhiyyəsi və ətrafdakılara qarşı zorakılıq meylləri kimi qabarıq simptomları olan xəstələrin 
isə  xəstəxanaya  yerləşdirmə  məsələsini  həll  etmək  lazımdır.  Psixozun  müalicəsinə  ən  ilk 
simptomlar  əmələ  gələndə  başlamaq  lazımdır  (məsələn,  ilkin  olaraq  v/d  1-5  mq  halloperidol 
sonra daxili,  yeməkdən yarım saat əvvəl, və  ya parenteral.  İlkin gündəlik doza— 0,5–5 mq 2-3 
dəfəyə,  sonra  tələb  olunan  terapevtik  təsirin  əldə  edilməsi  üçün  dozanın  tədricən  0,5–2  mq 
artırılması  (davamlı  formalarda  2–4  mq  artırılması);  maksimal  gündəlik  doza  -  100  mq,  orta  - 
10–15  mq).  Neyroleptiklərin  istifadəsi  onların  YT-lərinin  müalicəsi  ilə  müşayiət  olmalıdır,  əks 
təqdirdə neyroleptiklərin YT-ləri müalicəni xəstələr üçün dözülməz edir.  
İlkin sabitləşmə dövründə sikloserin qəbulu  dayandırılmalıdır və psixoz  əlamətləri itəndən 
sonra  aşağı  dozalarla  bərpa  edilməlidir.  Bəzi  xəstələr  pis  keçirdiklərinə  görə  sikloserini  təkrar 
qəbul  edə  bilməyəcəklər  və  belə  hallarda  müalicə  sxeminə  digər  VƏDV-ləri  daxil  etmək 
lazımdır.  Simptomlar  kəsildikdən  sonra  psixozun  müalicəsini  dayandırmaq  olar.  Sikloserinin 
qəbulu  davam  etdiriləcəkdirsə,  bəzi  xəstələrə  vərəmin  müalicə  kursu  boyu  antipsixotik 
preparatların  verilməsi  tələb  olunacaq.  Belə  hallarda  psixozun  müalicəsini  yalnız  vərəmin 
müalicəsi başa çatdıqdan sonra dayandırıla bilər. 
 
Dəridə qaşınma  
VƏDV-lə müalicə zamanı dəri qaşınmalarına kifayət qədər tez-tez rast gəlinir. Onlar əsasən 
təhlükəli  deyil,  yüngül  keçirilir,  lakin  xəstələk  hərdən  əziyyətli  və  hətta  təhlükəli  də  ola  bilər. 
Dəri  qaşınmaları  altında  gizlənən  digər  fəsadları  qaçırmamaq  vacibdir  –  elektrolit  tarazlığının 
pozulması 
və 
periferik 
sinirlərin 
zədələnməsi. 
Dəri 
qaşınması 
kimi 
YT-nin 
yüngünlləşdirilməsinin  əsas  yolu  ona  səbəb  olan  preparatın  dozasının  azaldılması  və  sonralar 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə