Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə118/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   114   115   116   117   118   119   120   121   ...   137

257 
 
dozanın  tədricən bərpa  edilməsidir. Cədvəl  9-da 1-ci  sıra dərman vasitələri ilə müalicə zamanı 
dəri reaksiyasına görə kəsilmiş terapiyanın bərpasına dair sxem verilmişdir. 
 
Cədvəl  9.  Ağır  dəri  reaksiyasına  görə  kəsilmiş  kimya  terapiyası  kursunun  bərpasına 
dair təqribi sxem. 
Gün 
Preparat 
Doza 

Н 
0.050 

Н 
0.300 

RН 
½ həb 

RН 
1 həb 

RН 
Tam doza 

RН+Z 
Gündəlik doza 5 + ½ həb 

RН+Z 
Gündəlik doza 5 + 1həb 

RН+Z 
Tam doza 

RН+Z+E 
Gündəlik doza 8 + ½ həb 
10 
RН+Z+E 
Gündəlik doza 8 + 1 həb 
11 
RН+Z+E 
Tam doza 
Ayrı - ayrı kateqoriyalı xəstələrdə müalicənin yanaşı təsirləri 
Böyrək çatışmazlığı olan xəstələrdə vərəmin müalicəsi 
Bəzi  xəstələrdə  zaman  keçdikcə  böyrəyin  ifraz  etmə  funkiyasının  pozulması  əmələ  gələ 
bilər.  BÇ  olduqda  VƏDV,  xüsusilə  ikinci  sıra  preparatları  ehtiyatla  istifadə  etmək  lazımdır. 
Dozalar və/və ya intervallar cədvəl 10-da verilmiş tövsiyələrlə uyğunlaşdırılmalıdır. 
Kreatinin klirensinin normal hədləri:  
-kişilər: 97 - 137 ml/dəq   
-qadınlar: 88 - 128 ml/dəq 
   
Cədvəl 10. Böyrək çatışmazlığı olan xəstələrdə vərəmin müaliəcəsi zamanı VƏDV 
dozaları
 
Prepat 
Qəbul 
dövrlülüyünün 
dəyişməsi 
Kreatinin klirensi <30 ml/dəq və, eləcə 
də, hemodializ alan xəstələrdə tövsiyə 
olunan dozalar və qəbul dövrləri 
İzoniazid 
dəyişiksiz 
300 mq gündə 1 dəfə və ya 900 mq həftədə 
3 dəfə 
Rifampisin 
dəyişiksiz 
600 mq gündə 1 dəfə və ya 600 mq həftədə 
3 dəfə 
Pirazinamid 
bəli 
Gündəlik doza 25-35 mq/kq, həftədə 3 dəfə 
Etambutol 
bəli 
Gündəlik doza 15-25 mq/kq, həftədə 3 dəfə 
Siprofloksasi

bəli 
Gündəlik doza 1000-1500 mq/kq, həftədə 3 
dəfə 
Ofloksasin 
bəli 
Gündəlik doza 600-800 mq/kq, həftədə 3 
dəfə 


258 
 
Levofloksasi

bəli 
Gündəlik doza 750-1000 mq/kq, həftədə 3 
dəfə 
Moksifloksas
in 
dəyişiksiz 
400 mq gündə 1 dəfə hər gün 
Sikloserin 
bəli 
250 mq gündə bir dəfə hər gün və ya 
gündəlik doza 500 mq, həftədə 3 dəfə|| 
Etionamid 
dəyişiksiz 
Gündəlik doza 250-500 mq, hər gün 
Paraaminsali
sil turşusu 
dəyişiksiz 
4 q hər qəbula gündə2 dəfə 
Streptomisin 
bəli 
Gündəlik doza 12-15 mq/kq, həftədə 2 və ya 
3 dəfə** 
Kapreomisin 
bəli 
Gündəlik doza 12-15 mq/kq, həftədə 2 və ya 
3 dəfə** 
Kanamisin 
bəli 
Gündəlik doza 12-15 mq/kq, həftədə 2 və ya 
3 dəfə** 
Amikasin 
bəli 
Gündəlik doza 12-15 mq/kq, həftədə 2 və ya 
3 dəfə** 
Klofazimin 
dəyişiksiz 
Gündəlik 200-300 mq 
Amoksisillin/ 
klavulan 
turşusu 
bəli 
1q gündəlik (amoksillinlə birgə) 
Qeydlər: 

 
  VƏDV-in bakteriosid təsiri konsentrasiyadan asılı olduğu üçün yalnız fərdi dözülməzlik 
olarsa standart dəyişdirilmiş dozalardan istifadə etmək lazımdır. 

 
  preparatlar  hemodializ  günü  seansdan  sonra  qəbul  edilməlidir  (bu  preparatların 
qəbulunu həftədə 3 gün bir başa nəzarəti asanlaşdırar). 

 
  ola bilsin ki, preparatın qan zərdabında olan sıxlığına nəzarət etmək məqsədə uyğun olar 
ki, onların adekvat adsorbsiyası artıq sıxlıq olmadan təmin edilsin; bu, toksiki təsirdən qaçmağa 
imkan verər. 

 
  hazırda  peritoneal  dializdən  keçən  xəstələr  barədə  məlumat  yoxdur.  Belə  məlumatlar 
olmayınca müalicəni hemodializdə olan xəstələr üçün tövsiyə olunan dozadan başlamaq lazımdır 
və dozaların uyğunluğunu qan zərdabında konsentrasiyasını yoxlamaq lazımdır. 

 
  Sikloserinin  gündəlik  250  mq  dozanın  adekvat  olacağı  hələ  müəyyən  edilməmişdir. 
Neyrotoksiklik əlamətlərinin əmələ gəlməsinə sıx nəzarət etmək lazımdır (imkan varsa, zərdabda 
konsentrasiyasını yoxlamaq lazımdır və müvafiq qaydada dozanı uyğunlaşıdrmaq) 

 
**  yüksək  ototksiklik  və  nefrotoksiklik  riski  olduğu  üçün  böyrək  funksiyası  aşağı  olan 
xəstələrdə inyeksion preparatlardan ehtiyatla istifadə etmək lazımdır. 
PASK  böyrək  asidozunun  ağırlaşmasına  təkan  verə  bilər.  PASK-ın  natrium  duzunun 
istifadəsindən  qaçmaq  lazımdır,  çünki  bu  artıq  natrium  yükünə  səbəb  ola  bilər.  Bunun  əvəzinə 
natri  duzu  istifadə  edilməyən  dərman  formalarından  istifadə  etmək  olar  (məsələn,  Jacobus 
PASER ®), və beləliklə natriumun yığılması təhlükəsini azaltmaq mümkündür. 
Siprofloksasin böyrəklərlə, levofloksasindən və ya ofloksasindən daha az xaric olur və buna 
görə də onun xronik BÇ zamanı istifadəsi yetərincə əsaslanmayıb. 


259 
 
Aşağıda böyrək çatışmazlığı olan xəstələrdə dozaların korreksiyası nümunələri verilmişdir: 
Xəstə — kişi, zərdabda kreatinin səviyyəsi - 2,4 mq/100 ml, yaş - 59, çəki - 53 kq, kreatinin 
klirensi göstəricisi - 24, 8. Kapreomisinin dozası nəqədər olmalıdır (Сm)? 
Addım  1:  Cədvəl  15  uyğun  dozanı  uyğunlaşdırın.  Bu  halda  göstərici  (24,8  ml/dəq)  30 
ml/dəq-dən  azdır.  Cədvəl  15-ə  görə  kapreomisinin  dozası  12-15  mq/kq  olmalıdır.  Bu  xəstəyə 
kapreomisini 12 mq/kq х 53 kq = 636 mq-dan 15 mq/kq х 53 kq = 795-dək təyin etmək lazımdır. 
Bu halda dozanın flakon ilə ölçülməsi nisbətən yüngül və məqsədəuyğundur. Bu halda 750 mq 
həftədə 3 dəfə doza təyin edilir. 
Addım  2:  dövrü  olaraq  kreatinin  səviyyəsini  yoxlamaq  (hər  həftə  və  ya  hətta  ağır  böyrək 
çatışmazlığı olanda daha tez-tez) və parametlər dəyişdikdə preparatın dozasını müvafiq şəkildə 
uyğunlaşdırmaq lazımdır. 
Qeyd:  bu  xəstədə  hər  preparatın  dozasının  düzgünlüyünü  yoxlamaq  və  müvafiq  şəkildə 
uyğunlaşdırmaq lazımdır. 
 
Latent vərəmin terapiyasının yanaşı təsirləri 
Latent  vərəm  (L-vərəm)  –  insanın  MBT  ilə  yoluxmuş  olduğunu,  lakin  onun  orqanizmində 
fəal infeksion prosesin olmadığı vəziyyəti əks etdirir. Yoluxma müxtəlif yollarla müəyyən edilir, 
o  cümlədən,  tuberkulinlə  allergik  sınaqlarla,  rentgenoqrafik  yol  ilə  və  yeni  bioloji  müayinələr 
vasitəsi  ilə  (interferon  sınaqları).  Belə  insanların  bir  hissəsində  (10%-dək,  ABŞ 
qiymətləndirmələrinə  görə  immunokompetentlər  sırasından  isə  5%-dək)  sonralar  aktiv  vərəm 
əmələ gələ biləcəyinə görə onlara izoniazidlə (INH)kimya terapiyası aparılır, izoniazidə davamlı 
MBT ilə yoluxmaya şübhə edildikdə isə rifampisinlə. Müasir tövsiyələr 6 ay ərzində izoniazid və 
ya  4  ay  ərzində  rifampisin  ilə  kimyəvi  profilaktik  müalicəni  təklif  edir  (Vərəmin  profilaktikası 
protokoluna uyğun olaraq).  
L-vərəmin müalicəsi ağır YT-lərlə müşayiət olunur. İNH qəbulu zamanı YT-lər sırasında ən 
tez-tez  qaraciyər  və  böyrək  zadələnmələri  müşahidə  olunur.  Biokimyəvi  göstəricilərə  əsasən, 
qaraciyər  zədələnməsi  gənclərin  7%-də,  orta  yaşlı  insanların  isə  18%-də  müşahidə  olunur, 
onlardan  ağır,  o  cümlədən  ölümcül  formaları  0,5%  halda  baş  verir
-
.  Xəstələrin  10%-ə  qədəri 
müxtəlif  YT  səbəbindən  L-vərəmin  müalicəsində  fasilə  əmələ  gələ  bilər.  Yaşı  65-dən  çox  olan 
xəstələrdə L-vərəmin terapiyası çox təhlükəlidir və istisna hallarda tətbiq edilməlidir. 
Remissiya vəziyyətində  olan vərəm  xəstələri paralel olaraq immun  blokatorları  ilə  (şişlərin 
nekrozu  faktorunun  blokatorları  (THF-alfa),  adətən  etanersept  və  monoklonal  anticismlərlə 
(infliksimab,  adalimumab)  müalicə  aldıqda  vərəm  prosesinin  kəskinləşməsi  ola  bilər. 
Autoimmun  xarakterli  xronik  xəstəliklər  ayrıca  problem  təşkil  edir  (Kron  xəstəliyi,  psoriaz, 
revmatoid poliartrit və s.). Fəal vərəmin qarşısını almaq üçün belə xəstələrdə L-vərəmə müəyyən 
etmək  üçün  tuberkulin  sınağı  və  ağciyərlərin  rentgeni  vasitəsi  ilə  müayinə  etmək  lazımdır. 
Yoluxmuşlar aşkar edildiklə onlara autoimmun terapiyasından əvvəl izoniazid terapiyası aparılır.
 
Hətta  təcili  hallarda  belə  autoimmun  terapiya  izoniazidlə  müalicənin  başlanmasından  sonra  1 
aydan  tez  aparılması  tövsiyə  olunmur.  Müvafiq  olaraq,  autoimmun  istifadəsinə  dair  qərar  L-
vərəmin  aktivləşməsi  riskindən  asılıdır,  L-vərəmin  müalicəsinin  təyini  isə  qaraciyərin 
zədələnməsi  riskindən  asılıdır.  Təəssüflər  olsun  ki,  bu  və  ya  digər  ağırlaşmalar  barədə 
məlumatlar məhduddur və əsasən həkimin subyektiv qiymətləndirməsinə əsaslanır

 
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə