Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə119/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   115   116   117   118   119   120   121   122   ...   137

260 
 
İNFEKSİON NƏZARƏT 
 
 
Ümumi məlumat 
İnfeksion  nəzarət  vərəm  infeksiyasına  yoluxmanın  qarşısını  almaq  üçün  yönəlmiş 
tədbirlərdir.  
Xəstəxanadaxili vərəm infeksiyasının yayılma yolları:      

 
Xəstə ↔ Tibb işçisi 

 
Tibb işçisi ↔ Xəstə 

 
Xəstə ↔Xəstə 

 
Xəstəxanadaxili  transmissiyanın  ən  təhlükəli  yolu  –  tibb  işçisinin  xəstədən 
yoluxması və patoloji materialla iş zamanı yoluxma riskidir.  

 
Yüksək riskə məruz qalan tibb işçiləri ağıdakılardır: 

 
xəstələrlə uzun müddət və davamlı birbaşa təmasda olan tibb işçiləri

 
vərəm  diaqnozu  təsdiq  olunmamış  və  müalicə  təyin  olunmamış  vərəm  xəstələri  ilə 
təmasda olan tibb işçiləri; 

 
fərdi  qorunma  vasitələrindən  (respirator)  istifadə  etməyən  və  ya  düzgün  istifadə 
etməyən tibb işçiləri; 

 
vərəm infeksiyasının mikrobioloji və genetik təhlilini aparan labaratoriya işçiləri

 
infeksion  nəzarət  tədbirlərinin  keyfiyyət  meyarlarına  uyğun  gəlməyən  tibb 
müəssisələrində çalışan tibb işçiləri;  

 
xəstələrə təhlükəsiz öskürək və bəlğəm yığma qaydalarını öyrədən tibb işçiləri. 
ÜST-ün  məlumatlarına  əsasən  vərəmin  ən  yüksək  transmissiya  riski  həbsxanalarda  və 
qısamüddətli  azadlıqdan  məhrumetmə  yerlərində  qeyd  edilir.  Penitensiar  sistemdə  vərəm 
infeksiyasının  transmissiyası  ilə  əlaqədar  gərginlik  infeksion  nəzarət  tədbirlərinin  lazımi 
səviyyədə aparılmaması, qapalı şəraitdə çox sayda insanların saxlanılması və diaqnozun vaxtında 
təyin olunmaması ilə əlaqədardır.  
Vərəm  mikobakteriyası  üçün  xarici  mühit  faktorlarına  (soyuğa,  istiyə,  rütubətə,  işığa) 
yüksək  davamlılıq  xasdır.  Vərəm  mikobakteriyası  günəş  işığı  olmadan  həyat  qabiliyyətini  bir 
neçə  ay,  hətta  il  ərzində  belə  qoruya  bilər.  Yayılmış  işıq  şüaları  altında  törədicilər  1-1,5  aydan 
sonra məhv olur. Küçə tozunda mikobakteriyalar 10 gün, kitab səhifələrində 3 aya kimi, suda isə 
5 aya kimi həyat qabiliyyətini saxlaya bilir. 
Lakin,  bəzi  fiziki  və  kimyəvi  təsirlər  mikobakteriyaların  məhvinə  səbəb  olur.  Məsələn, 
günəş  şüası  almış  mikobakteriya  kulturası  1,5  saat  ərzində  tələf  olur.  Ultrabənövşəyi  şüalar  isə 
onları  2-3  dəqiqədən  sonra  məhv  edir.  Qaynama  zamanı  45  dəq-dən  sonra  mikobakteriyalar 
dağılır. 
 
İnfeksion nəzarət strategiyası 
 İnfeksion nəzarət tədbirlərinin ardıcıllığı 
Vərəm  əleyhinə  müəssisələrdə  infeksion  nəzarət  –  kompleks  tədbirlər  və  texnoloji 
prosedurlardan ibarətdir. Bu tədbirlərin sayəsində vərəmin transmissiya ehtimalı azalır. Vərəmə 
infeksion nəzarətin məqsədi - vərəm infeksiyasının yayılma riskini azaltmaqdır.  
İnfeksion nəzarət vərəmin xəstədən ↔ tibb işçisinə ↔ xəstəyə ↔ xəstə yanına gələnə; 
 tibb işçisindən ↔ tibb işçisinə ↔ xəstəyə ↔ xəstə yanına gələnə; 


261 
 
 xəstə  yanına  gələndən  ↔  tibb  işçisinə  ↔  xəstəyə  ↔  xəstə  yanına  gələnə  ötürülməsinin 
qarşısının alınmasına yönəldilmiş tədbirlər komkleksi kimi qəbul edilməlidir.   
İnfeksion nəzarət tədbirləri dörd səviyyədə aparılır: 
-
 
inzibati 
-
 
ətraf mühitin vəziyyətinə nəzarət (texniki nəzarət)  
-
 
tənəffüs orqanlarının fərdi mühafizəsi  
İnzibati  infeksion  nəzarət  tədbirlərinin  həyata  keçirilməsində  əsas  rolu  nəzarət 
strategiyasının  hazırlanması  və  büdcənin  planlaşdırılmasıdır.  İnzibati  nəzarət  tədbirləri  tibb 
işçilərinin və xəstələrin yoluxma riskini azaltmaq məqsədi daşıyır.  
İkinci prioritet istiqamət texniki nəzarət tədbirləridir. Bu tədbirlər ətraf mühitdən infeksion 
aerozol hissəciklərin kənar edilməsini və ya konsentrasiyasının azaldılmasını təmin etməlidir.  
Tənəffüs orqanlarının fərdi mühafizə tədbirlərinin rolu və əhəmiyyəti o zaman artır ki, artıq 
aerogen  infeksiyanın  konsentrasiyasını  inzibati  və  ya  texniki  nəzarətlər  sayəsində  azaltmaq 
mümkün olmur.  
Beləliklə,  infeksion  nəzarət  tədbirləri  aerogen  infeksiyanın  yaranmasının  profilaktikasına, 
VMB-nın tibb işçiləri və xəstələrə təsir intensivliyinin azaldılmasına yönəlmişdir. 
 İnzibati nəzarətinin məqsədləri 

 
Strategiyanın hazırlanması, tədbirlərin planlaşdırılması, büdcənin ayrılması; 

 
Müşahidə, nəzarət və qiymətləndirmə

 
Monitorinq və qiymətləndirmə; 

 
Tibb müəssisələrinin rəhbərlərin nəzarət tədbirləri: 

 
Müəssisənin dezinfeksiya planı. 

 
Müəssisədə infeksion nəzarət tədbirlərinə cavabdeh olan işciləri təyin etmək  

 
Müəssisəyə  aid  olan  vərəm  üzrə  infeksion  nəzarətin  həyata  keçirilməsi  üçün  büdcə 
planının hazırlanması; 

 
Tələbatlara  uyğun  olaraq  müəssisələrin  inşaatının,  layihələndirilməsinin  və 
renovasiyalarının təmin edilməsi; 

 
Personal  arasında  vərəm  xəstəliyinə  epidemioloji  nəzarətin  qiymətləndirilməsinin 
aparılması; 

 
Vərəm üzrə infeksion nəzarət tədbirlərinin qiymətləndirilməsinin və monitorinqinin 
aparılması; 
  
İnfeksion nəzarətin inzibati tədbirləri  
Bu tədbirlər vərəm xəstələrinin yoluxucu dövrdə  başqaları ilə təmasının davamiyyətinin və 
tezliyinin azaldılması və təhlükəsizliyinə yönəldilmişdir. 

 
Konkret  tibb  müəssisəsində  və  onun  struktur  bölmələrində  infeksiyanın  yayılma  riskinin 
qiymətləndirilməsi; 

 
İnfeksion nəzarət planının tərtibi və həyata keçirilməsi; 

 
Potensial yoluxucu vərəm xəstələrinin erkən aşkarlanması; 

 
Xəstə axınının vaxtında şöbələr üzrə bölüşdürülməsi

 
Vərəm əleyhinə terapiya kursunun vaxtında başlanması; 

 
Öskürəyin artmasına səbəb olan proseduraların maksimal dərəcədə azaldılması; 

 
Xəstələrin maarifləndirilməsi; 

 
Tibb işçilərinin infeksion nəzarət üzrə təlimi

 
Tibb işçiləri üçün vərəmin skrininq proqramı. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə