Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə120/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   116   117   118   119   120   121   122   123   ...   137

262 
 
 
Vərəm xəstələrinin hospitalizasiyası 
Vərəm xəstələrinin hospitalizasiyasına göstərişlər və hospitalizasiyanın müddəti 
Hospitalizasiyaya optimal göstərişlərin və onun müddətinin təyini inzibati infeksion nəzarət 
tədbirlərinin  əsas  komponentidir.  Bu  göstəricilərin  düzgün  tətbiqi  zamanı  xəstəxanadaxili 
yoluxmanın  azalması  hesabına  ölkədə  dərmana  davamlılıq  səviyyəsinin  aşağı  düşməsi 
mümkündür.  Hospitalizasiya  göstərişlərinin  və  müddətinin  optimallaşdırılması  xərclərin 
əhəmiyyətli dərəcədə azaldılması və onların digər, vərəmlə mübarizənin daha vacib aspektlərinə 
yönləndirilməsinə imkan yaradır. 
Xəstələrin  stasionarlara  hospitalizasiyası  üçün  ciddi  göstərişlərin  hazırlanması  vərəmin 
transmissiyasının azaldılmasına yönəlmiş ciddi inzibati nəzarət tədbiridir.  
 Yaxmanın  mikroskopiyasının  nəticələri  olmayan  xəstələrin  vərəm  xəstəxanalarına 
hospitalizasiyasını  tamamilə  aradan  qaldırmaq  lazımdır,  belə  ki,  bu  meyar  əsasında 
hospitalizasiyaya  ehtiyac olub-olmaması,  eləcə  də, şöbənin  profili  barədə  qərar verilir. Xəstələr 
ümumi  profilli  stasionarlarda  və  ya  ambulator  şəraitdə  bütün  diaqnostik  test  və  müayinələrdən 
keçməlidirlər.  
Vərəm  xəstələrində,  bir  qayda  olaraq,  müalicə  başlayandan  sonra  qısa  zaman  ərzində 
abasilləşmə baş verir. VMB-nın ötürülməsi terapiyanın başlanmasının təxirə salınması,  müvafiq 
kimyəvi  terapiya  rejimini  təyin  edilməməsi,  öskürəyin  artmasına  və  müvafiq  olaraq  VMB 
ifrazının da artmasına səbəb olan proseduraların aparılması ilə əlaqədar ola bilər.  
Vərəm  stasionarında  yerləşən  xəstələrə  hər  ay  bəlğəm  yaxmasının  2  dəfəli  mikroskopiyası 
aparılmalıdır  və  yaxmanın  nəticəsi  dəyişərkən  bu  xəstələr  dərhal  müvafiq  şöbəyə  (bloka) 
keçirilməlidir.  Dərman  həssaslığı  testinin  nəticələri  əsasında  təyin  edilmiş  ÇDD  –  vərəm 
xəstələrinin vaxtında müvafiq şöbəyə keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Təcrübə göstərir 
ki,  bir  çox  xəstələr  stasionarda  olduğu  kimi  ambulator  şəraitdə  də,  əgər  terapiya  tibb  işçisinin 
bilavasitə  nəzarəti  altında  aparılmırsa,  müxtəlif  səbəblərdən  onlara  təyin  olunmuş  preparatları 
qəbul etmirlər. Bu, müalicənin qeyri-effektiv nəticələrinə, VMB-da vərəm əleyhinə preparatlara 
qarşı  dərman  davamlılığının  formalaşmasına,  prosesin  bakteriya  ifrazetmə  ilə  kəskinləşməsinə 
səbəb olur. Bu isə, öz növbəsində, vərəmin transmissiyasına şərait yaradır. Nəzarət edilən vərəm 
əleyhinə  dərman  vasitələrinin  qəbulu  əsasında  aparılan  vaxtında  başlanılmış  adekvat  kimyəvi 
terapiya  infeksion  nəzarət  sistemində  mühüm  yer  tutur  və  infeksiyanın  yayılmasının  qarşısını 
almağa yönəlmiş digər tədbirlərin aparılma ehtiyacını təyin edir. 
Tələb  olunan  kimyəvi  terapiya  kursunu  qəbul  etmiş  və  müsbət  müalicə  nəticələri  nümayiş 
etdirən  xəstələr  əsassız  şəkildə  stasionarda  saxlanılmamalıdır.  Onlar  müalicənin  qalan  hissəsini 
ambulator  şəraitdə  qəbul  etməlidirlər,  bu  isə  təmas  riskini  azaldacaq.  Müxtəlif  formalı  vərəm 
xəstələrində müalicənin davamiyyəti və rejimi “Vərəmin müalicəsi üzrə milli kliniki protokol”da 
şərh edilmişdir.  
Stasionardan  çıxış  zamanı  vərəm  əleyhinə  müalicə  kursu  başa  çatdırılmamış  hər  bir  xəstə 
müalicəni ambulator şəraitdə dərmanların qəbulunu bilavasitə tibb işçinin nəzarəti altında davam 
edir və həkim-ftiziatrın nəzarətində qalır.  
Xəstələrin  qruplara  ayrılması  və  yoluxucu  xəstələrin  stasionarda  izolyasiyası  –  inzibati 
nəzarətin daha vacib  və  çətin bölməsidir. Bilmək lazımdır ki,  ÇDD-li VMB ilə  xəstəxanadaxili 
yoluxma  riski  daha  çox  infeksion  nəzarət  tədbirlərinə  əməl  edilməyən  vərəm  stasionarına 
yerləşdirilmiş xəstələrdə müşahidə olunur.  
 


263 
 
 Vərəm stasionarında xəstələrin yerləşdirilməsi 
İN-in mühüm inzibati tədbiri stasionar şöbələrin (blokların) I-li və ya təkrar xəstələnmənin, 
hospitalizasiya  edilən  xəstələrdə  bakteriya  ifrazetmənin,  ÇDD  –  vərəm  riskinin  və  ya  bu 
formanın  varlığına  əsaslanaraq  bölünməsidir.  Vərəm  əleyhinə  müəssisə  rəhbərinin  əmri  ilə 
aşağıdakı xəstələr üçün şöbələr (bloklar) təyin edilməlidir:  

 
İlk dəfə aşkarlanmış və bəlğəm yaxmasının VMB-na mikroskopiyasının nəticələri müsbət 
olan xəstələr

 
İlk  dəfə  aşkarlanmış  və  bəlğəm  yaxmasının  VMB-na  mikroskopiyasının  nəticələri  mənfi 
olan xəstələr; 

 
Vərəm residivi olan və bəlğəm yaxmasının VMB-na mikroskopiyasının nəticəsi mənfi olan 
xəstələr; 

 
ÇDD – vərəmi olan və bəlğəm yaxmasının VMB-na mikroskopiyasının nəticəsi mənfi olan 
xəstələr; 

 
ÇDD  –  vərəmə  yüksək  risk  olan  və  bəlğəm  yaxmasının  VMB-na  mikroskopiyasının 
nəticəsi müsbət olan xəstələr. 
 
 Vərəmə infeksion nəzarətin planı  
 Ümumi məlumatlar 
Vərəm  əleyhinə  müəssisələrdə  il  ərzində  həyata  keçirilməsi  nəzərdə  tutulmuş  tədbirlərin 
siyahısı,  yuxarıda  da  qeyd  edildiyi  kimi,  inzibati  tədbirlərə  üstünlük  verilən  infeksion  nəzarət 
planında şərh edilməlidir.  
Plana vərəm əleyhinə müəssisələrdə vərəmin transmissiyasının profilaktikası üzrə tədbirlər, 
ilk  növbədə,  təhlükəli  yoluxucu  xəstələrin  (“çirkli”  materialların)  sağlam  insanlarla  və  ya 
abasilləşmiş  xəstələrlə  (“təmiz”  materiallarla)  kəsişməsinin  qarşısını  alan  tədbirlər,  onların 
izolyasiyasını, xəstələrin qruplara ayrılmasını və müalicənin vaxtında başlamasını nəzərdə tutan 
tədbirlər, tibb işçilərinin təlimatlandırılması və hazırlama tədbirləri, xəstələrin və əhalinin sanitar 
maarifləndirilməsi tədbirləri aid edilir.  
İN  planı  sanitariya-epidimioloji  və  gigiyenik  rejimlərə  riayətin  ümumi  qaydalarının  yerinə 
deyil, onlara əlavə olaraq işlənib hazırlanır.  
        Struktur bölmələrinin vərəmə yoluxma riskinin dərəcəsinə görə bölgüsü 
İN  tədbirləri  planında  tibb  işçiləri  və  xidmət  edən  personalın  VMB-na  yoluxma  riskinin 
azaldılmasına,  eləcə  də,  stasionar  müalicədə  olan  və  ya  vərəm  əleyhinə  dispanserə  (kabineti) 
gəlib-gedən  xəstələr  üçün  təkrar  yoluxma  riskinin  aradan  qaldırılmasına  yönəlmiş  tədbirlər 
nəzərdə  tutulmalıdır.  İnfeksion  nəzarət  tədbirlərinin  rasional  bölgüsü  üçün  vərəm  əleyhinə 
müəssisələrin  struktur  bölmələrini  VMB-na  yoluxma  riskinin  dərəcəsinə  görə  sıralamaq 
lazımdır. Bu zaman, bir qayda olaraq, üç zona ayırd edilir. Birinci zonaya yüksək yoluxma riski 
olan  yerlər  aiddir  (bəlğəm  yaxması  müsbət  olan  xəstələr,  infeksion  materiallar  üçün  olan 
məkanlar): 

 
Bokslaşdırılmış şöbələr; 

 
Vərəmli, eləcə də, ÇDD – vərəmli xəstələr üçün ayrılmış şöbələr; 

 
Bəlğəm yığmaq üçün kabinlər (otaqlar); 

 
Bakterioloji laboratoriya

 
Endoskopiya şöbəsi; 

 
İntensiv terapiya palatası olan reanimasiya şöbəsi


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə