Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə123/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   119   120   121   122   123   124   125   126   ...   137

269 
 
mühəndis, 
Baş tibb bacısı 
3.6. 
Xəstələrə təlim keçmək və onlara maska geyinməyin 
vacibliyini izah etmək 
Stasionara 
daxil  olarkən 
və 
bütün 
müalicə  dövri 
ərzində 
Şöbənin 
tibb 
bacısı 
3.7. 
Vərəmə  yüksək  yoluxma  riski  olan  əraziləri  : 
“Diqqət! 
Yüksək 
yoluxma 
riski 
zonası! 
Respiratordan  istifadə  edin!”  yazıları  ilə  təchiz 
etmək 
 
Şöbə müdiri 
 
 
Tibb işçilərinin maarifləndirilməsi və təlimi
 
İN planında əsas administrativ tədbirlərdən biri vərəm əleyhinə müəssisələrin və ÜMŞ-nin, 
həmçinin,  BMoTkabinetlərin  tibb  işçilərinin  maarifləndirilməsi  və  təlimidir.  İN  planında 
vərəmin  diaqnostikası,  müalicəsi,  əlamətləri  və  simptomları,  infeksiyanın  ötürülmə  yolları, 
VMB-nin  transmissiya  riskinin  dərəcəsi  və  onun  məhdudlaşdırılması,  infeksiyanın  yoluxma 
riskini  artıran  amillər,  xüsusilə  immunosupressiyalı  risk  qruplarından  olan  işçilər  üçün  vərəmə 
yoluxmanın  professional  riski  barədə  həkimlər  və  tibb  bacıları  üçün  təhsil  –  tədris  seminarları 
nəzərdə tutulmalıdır. Vərəm əleyhinə müəssisələrin personalına respiratorlardan düzgün istifadə 
barədə  (respiratorun  düzgün  fərdi  uyğunlaşdırılması)  təlim  verilməlidir.  Bütün  tibb  işçiləri  ildə 
bir dəfədən az olmayaraq təlim keçməlidirlər.  
Tibb  işçiləri  vərəm  infeksiyasına  nəzarətin  prinsipləri  və  tədbirləri  ilə  yaxından  tanış 
olmalıdırlar  ki,  bu  da  xəstəxanadaxili  infeksiya  riskini  azaldacaq.  İN  üzrə  tədbirlər  planının 
hazırlanmasının  zəruriliyini  və  hər  bir  tibb  işçisinin  sanitar-epidemioloji  rejim  tələblərinin 
gözlənilməsi  və  həyata  keçirilməsində  məsuliyyət  daşıdığını  göstərmək  lazımdır.  Vərəm 
əleyhinə  müəssisəyə  işə  daxil  olarkən  müayinə,  sonra  isə  profilaktik  tibbi  müayinələrin 
aparılması, vərəmə yoluxmuş işçinin işə buraxılması və işdən kənarlaşdırılması aiddir.  
İN planında zəif immunitetli tibb işçilərinə xüsusi diqqət yetirilir, belə ki, onlarda VMB-na 
yoluxduqdan sonra patoloji prosesin sürətlə proqressivləşməsi qeyd olunur.  
Deməli, immunoloji çatışmazlığı olan tibb işçilərinin diaqnozu təyin edilmiş xəstələr ilə və 
ya  vərəmə,  xüsusilə,  ÇDD  –  vərəmə  şübhəli  xəstələr  ilə  təmasının  qarşısının  alınması  olduqca 
vacibdir. Belə tibb işçilərinə aşağı risk zonalarında işləmək imkanı verilməlidir.  
               
 
Xəstələrin maarifləndirilməsi və təlimi 
Xəstələrə  vərəm  törədicisinin  ötürülmə  yolları,  eləcə  də,  öskürmə  zamanı  VMB-lı  bəlğəm 
hissəciklərinin  havaya  düşməsini  minimuma  endirən  “etiket”  qaydalarına  riayət  etmə  barədə 
məlumat vermək lazımdır. “Öskürmə etiketi” – vərəmə İN-in əsas komponentidir.  
“Öskürmə etiketi” və respirator gigiyena qaydaları administrativ nəzarətin effektiv və ucuz 
tədbiri  kimi İN planına daxil edilməlidir.  
“Öskürmə etiketi” və bəlğəm yığımı qaydalarını təbliğ edən plakatlar vərəm stasionarlarında 
və vərəm əleyhinə dispanserlərdə (kabinetlərdə) görünən yerlərdə asılmalıdır.  


270 
 
 
 
İnfeksion nəzarətin texniki tədbirləri
  
 Ümumi rolu 
İnfeksion  nəzarətin  texniki  tədbirləri  –  havada  infeksion  aerozolun  konsentrasiyasının 
azaldılmasına  yönəlmiş  tədbirlər  kompleksidir.  Texniki  tədbirlər,  infeksion  nəzarətin  ikinci 
tərkib  hissəsi  kimi,  administrativ  nəzarət  tədbirlərinə  riayət  etdikdə  daha  effektivdir. 
Administrativ  nəzarətlə  bağlı  məsələlərin  qeyri-adekvat  həlli  zamanı  texniki  tədbirlər  riski 
aradan qaldırmaq üçün yetərsiz olur. 
Texniki  tədbirlərə  ventilyasiya  (təbii  və  mexaniki),  UB  –  şüalanma,  filtrlər  və  hava 
təmizləyicilər  aiddir.  Baxmayaraq  ki,  bu  tədbirlərin  bəziləri  üçün  böyük  vəsait  tələb  olunmur, 
onların digər əksəriyyəti texniki cəhətdən çətin olur və böyük xərclər tələb edir.  
Müəssisə  üçün  konkret  texniki  tədbir  seçimi  onun  layihəsindən,  yerli  iqlim  şəraitindən, 
həmin müəssisədə  müalicə  olunan xəstələrin sayından, mövcud vəsaitdən  asılı  olacaq.  Havanın 
vəziyyətini lazımi səviyyəyə çatdırmanın başlıca üsulu - tikililərin ventilyasiya sistemlərinə dair, 
eləcə  də,  infeksion  nəzarət  tədbirlərini  həyata  keçirməyə  şərait  yaradan  müasir  tələblərə  uyğun 
şəkildə inşasıdır. Lakin belə qərarlar böyük kapital qoyuluşu tələb edir.  
Mexaniki ventilyasiyası olmayan və ya otaqlarında lazımi hava mübadiləsini təmin etməyən 
mexaniki ventilyasiya ilə təchiz olunmuş tikililərdə, əlavə olaraq bunlar istifadə oluna bilər: 
-
 
Təbii havalandırma; 
-
 
Yerli ventilyasiya
-
 
UB – lampaların köməyi ilə zərərsizləşdirmə
-
 
Havanın filtrlər vasitəsilə zərəsişləşdirilməsi. 
                              
  Təbii ventilyasiya 
Təbii  ventilyasiya  –  təbiət  amillərinin  təsiri  altında  hava  axınının  təbii  hərəkətidir.  Bu, 
xəstələrin  olduğu  məkanda  infeksion  aerozolu  yox  etməyin  və  ya  onun  konsentrasiyasını 
azaltmağın ən sadə və ucuz üsuludur.  
Təbii ventilyasiyanın növləri:  
1.
 
Küləyin  yaratdığı  (horizontal)  ventilyasiya  –  açıq  pəncərələr  (qapılar)  və  ya  pəncərə 
çərçivələrindəki boşlulqar vasitəsilə həyata keçirilir.  
Külək hava axınına səbəb olaraq, effektiv hava mübadiləsi yarada bilər.  
Lakin  bəzi  hallarda,  məsələn,  küləksiz  havada,  məkanda  infeksion  aerozolun  miqdarını 
azaltmaq və yox etmək üçün zəruri olan hava axını lazımi səviyyədə olmaya bilər. Həmçinin, ilin 
soyuq aylarında təbii ventilyasiyadan istifadə məhdudlaşır.  
 Bir  pəncərəsi  açıq  olan  otaqda  hava  mübadiləsi  bu  pəncərənin  yaxınlığında  gedir, 
pəncərədən bir qədər aralıda hava mübadiləsinin intensivliyi zəifdir. Pəncərə və qapısı açıq olan 
otağın  hava  mübadiləsi  daha  intensivdir  (2  tərəfli  havalandırma).  Lakin  bu  zaman  hava 
hərəkətinin istiqamətinə nəzarət etmək lazımdır.  
   Azərbaycan  Respublikasının  iqlim  şəraitində  MPM-də  (ventilyasiya  sistemlərinə  dair 
müasir  tələblərə  cavab  verməyən  havasorucu  mexaniki  ventilyasiya  ilə  təchiz  olunmuş 
müəssisələrdə)  havalandırma  pəncərələr  vasitəsilə,  havanın  “çirkli”  zonadan  “təmiz”  zonaya 
doğru axma ehtimalı olmadıqda, 2 tərəfli havalandırma yolu ilə aparılmalıdır:  
-
 
daima ilin isti aylarında; 
-
 
ilin  soyuq  dövründə,  periodik  şəkildə,  lakin  sutkada  4  dəfədən  az  olmayaraq,  30-60 
dəqiqəlik davamiyyətlə. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə