Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə121/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   117   118   119   120   121   122   123   124   ...   137

264 
 

 
Radioloji şöbə; 

 
Funksional diaqnostika şöbəsi

 
Qəbul şöbəsi; 

 
Cərrahiyyə bloku; 

 
Seksion zallar. 
İkinci zonaya orta dərəcəli yoluxma riski olan yerlər aiddir:  

 
ÇDD – vərəmli xəstələr istisna olmaqla, bəlğəmin VMB-na bakterioskopiyasının nəticələri 
mənfi olan xəstələr üçün ayrılmış şöbələr (palatalar). 
Üçüncü zonaya aşağı dərəcəli yoluxma riski olan yerlər aiddir:  

 
Kliniki-diaqnostik laboratoriya; 

 
Aptek; 

 
Administrativ – təsərrüfat kabinetləri. 
Yüksək  yoluxma riski  olan zonalar xəbərdaredici  yazılarla işarələnir, məs:  Diqqət! Yüksək 
yoluxma riski zonası! Respiratordan istifadə edin!  
                
İzolyasiya zonasında işin təşkili 
Hər  bir  vərəm  şöbəsi  2  hissəyə  bölünməlidir:  onlardan  biri  bəlğəm  yaxmasının  VMB 
müayinəsinin nəticəsi müsbət olan xəstələr üçün nəzərdə tutulur və izolyasiya zonası adlanır. Bu 
zona şöbənin digər hissəsindən arakəsmə və kodla bağlanan qapı ilə ayrılır.  
İzolyasiya zonasında xəstələr palatalar üzrə xəstəliyin müddətindən (ilk dəfə aşkar olunmuş, 
əvvəl müalicə almış) asılı olaraq yerləşdirilir. Xəstələrin palatalar üzrə yerləşdirilməsi aparılmış 
müayinələrin nəticələri əsasında müalicə həkimi aparır.  
VMB-na  bakterioskopiyanın  nəticəsi  müsbət  olan  xəstələrdə  müalicəyə  qədər  törədicinin 
DH testini aparmaq lazımdır. Testin nəticələrini əldə edənə qədər müalicə standartları üzrə I sıra 
preparatlar  ilə  aparılır,  nəticələr  əldə  edildikdə  müalicə  sxeminin  və  müalicənin  yerinin 
korreksiyası aparılmalıdır.  
Xəstəni  izolyasiya  zonasına  yerləşdirməzdən  öncə,  onu  şöbənin  bu  hissəsində  yerləşmə 
qaydaları  ilə  tanış  edir  və  ondan  izolyasiya  qaydaları  ilə  tanış  olduğu  və  onlara  əməl  edəcəyi 
barədə imzalı kağız alırlar.  
Diaqnostik  kabinetlərə  göndərilən  xəstələr  bu  struktur  bölmələrində  qəbul  zamanı  3  qrupa 
ayrılmalıdırlar: 
 I-qeyri basilyar vərəm xəstələri,  
 II–basilyar vərəm xəstələri  
               III – ÇDD – vərəm xəstələri. 
İnfeksiyanın  yayılmasının  qarşısını  almaq  üçün  müalicə  həkiminin  infeksion  aerozol  verə 
biləcək  müayinə  və  tədbirlərin  (bronxoskopiya,  spiroqrafiya,  inhalyasion  müalicə)  basilyar 
xəstədə  aparılma  zərurətini  təyin  etməsi  vacibdir.  Xəstə  abasilləşənədək  müvafiq  müayinənin 
təxirə salınması mümkündür.  
Iİzolyasiya  zonasının  xəstələri  öz  palatalarında  olmalıdır  və  onları  orada  qidalanma  və 
lazımi  müayinə  (EKQ),  eləcə  də,  müalicə  prosedurları  ilə  təmin  etmək  vacibdir.  Xəstələr  tibbi 
personalın  icazəsi  olmadan  izolyasiya  zonasından  çıxmamalıdırlar.  Xəstəyə  baş  çəkməyə 
gələnlər  izolyatora  buraxılmır.  Xəstə  ilə  görüşə  mütləq  zərurət  olarsa,  onların  görüşünü  xüsusi 
olaraq  bu  məqsədlə  hazırlanmış  yaxşı  ventilyasiya  olunan  otaqda  təşkil  etmək  olar.  İstisna 
hallarda (məs., xəstənin vəziyyəti ağır olduqda) xəstəyə baş çəkməyə gələnlər xəstəni izolyatorda 
görə bilər, lakin bu zaman onlar respiratordan istifadə etməlidir.  


265 
 
Xəstə palatadan vərəm şöbəsinin dəhlizinə çıxdıqda cərrahi maska geyinməlidir.  
ÇDD – vərəm şöbəsinin və digər yüksək risk şöbələrinin tibbi və xidmət personalı mühafizə 
dərəcəsi FFP2 – dən az olmayan respiratorlarda işləməlidirlər.  
Yaxma nəticəsi müsbət olan xəstələrin izolyasiyası 1 aydan sonra yaxmanın nəticəsi 3 dəfə 
mənfi olarsa dayandırılır.  
ÇDD  –  vərəm  xəstələrində  30  günlük  intervalla  2  mənfi  əkmə  nəticəsinin  alınması 
abasilləşmə hesab edilir.  
Bəlğəm  yığımı  bilavasitə  şöbələrdə  havası  saatda  20  dəfədən  az  olmamaqla  dəyişən  və 
mənfi təzyiq yaradılan, ventilyasiya olunan, UBBŞ cihazları ilə təchiz olunmuş xüsusi otaqlarda, 
yaxud daha yaxşı olar ki, kabinlərdə aparılsın. Bəlğəmin küçədə tibbi personalın nəzarəti altında 
yığımı da mümkündür. Palatalar, tualetlər və digər nəzərdə tutulmayan yerlərdə bəlğəm  yığımı 
qəti  şəkildə  qadağan  edilir.  Bəlğəm  nümunələri  laboratoriyalara  tibbi  işçisi  tərəfindən  qəbul 
pəncərəsindən çatdırılır.  
 
Bakterioloji laboratoriyanın layihələndirilməsi 
Bakterioloji  laboratoriyanın  personalı  laboratoriyadaxili  aerozol  yolla  yoluxma  riskinə 
məruz  qalır.  Buna  görə  administrativ  nəzarət  tədbirlərindən  biri,  ilk  növbədə,  laboratoriya 
otaqlarının,  hər  birinin  ayrı  girişi  olan  infeksiyalaşmış  (“çirkli”)  zonaya  –  burada  diaqnostik 
müayinə  materiallarının  işlənməsi  baş  verir  və  infeksiyalaşmamış  (“təmiz”)  zonaya  bölünməsi 
ilə düzgün planlaşdırılması olmalıdır.  
BL personalın, ətraf mühitin və müayinə materiallarının mühafizəsini təmin edən I və II A 
sinifli,  sertifikatlaşdırılmış  bioloji  təhlükəsizlik  şkafları  ilə  təchiz  olunmalıdır.  Laboratoriyada 
kənar şəxslərin girişini qadağan edən, girişin məhdudlaşdırılması sistemi işləməlidir.  
BL  kənar  şəxslərin  girişi  qəti  qadağandır.  Bu  qapıların  üzərinə  vurulan  “Bioloji  təhlükə” 
xəbərdarlığı ilə bildirilməlidir.  
 
Vərəm əleyhinə müəssisələrin yerləşməsinə dair əsas tələblər 
Vərəm xəstəxanasının yaxınlığında yaşayan əhalinin yoluxma riskini azaltmaq üçün ərazinin 
girişi  də  daxil  olmaqla,  bütün  perimetri  boyunca  hasarın  tikilməsi  zəruridir.  ÇDD  –  vərəm 
xəstələri  istisna  olmaqla,  müxtəlif  şöbə  xəstələrinin  birgə  gəzintisinə  icazə  verilə  bilər,  belə  ki, 
açıq  havada  infeksiyanın  yoluxma  riski  çox  aşağıdır.  Eyni  zamanda,  xəstələr  açıq  havada 
davamlı  təmas  zamanı  çarpaz  yoluxma  ehtimalı  barədə  məlumatlandırılmalıdırlar.  Yaxma 
mikroskopiyasının  nəticəsi  müsbət  olan  xəstələrə  onun  konversiyasına  (təmizlənməsi)  qədər 
vərəm əleyhinə müəssisəni tərk etmək qadağan olunmalıdır.  
Müəssisələrdə  rejimin,  personalın  və  xəstələrin  təhlükəsizliyinin  gözlənilməsi  məqsədilə 
videomüşahidə kameralarının quraşdırılması və daxili işlərin yerli orqanları ilə müqavilə yolu ilə 
gecə - gündüz mühafizəsinin təşkili məqsədəuyğundur.  
 
Vərəmə yoluxmanın qarşısını almaq üçün müəssisənin infeksion nəzarət 
PLANI 
1.
 
İnzibati nəzarət tədbirləri 
 
Tədbirlərin adı 
Tarix 
Məsul şəxs 
 
İnfeksion nəzarət üzrə komissiyanın 
təşkili. Öhdəliklərin və işin 
 
Baş həkim, həkim-
epidemioloq 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə