232
50-65 yaş – risk səviyyəsi “А”, “B” olanlarda
65 yaşdan yuxarı – risk səviyyəsi “А” olanlarda
“Mənfi” Mantu reaksiyası olanlar
İmmunodefisit vəziyyətlə əlaqədar anergiyası olan insanlar: İİV/QİÇS, immunosupressiv
terapiya qəbul edənlər, anadangəlmə immunodefisiti olanlar
4.
Vərəmə yoluxma, latent formanın inkişafı və latent vərəmin proqressivləşməyə görə
risk qrupları (İnfeksiyaya yoluxma, latent formanın formalaşması və latent vərəmin
proqressivləşməsi üzrə risk qrupları)
1.
QİÇS/İİV infeksiyası – risk səviyyəsi ”А”
2.
Orqan transplantasiyası ilə bağlı immunosupressiv terapiya – risk səviyyəsi “А”
3.
Silikoz – risk səviyyəsi “А”
4.
Xroniki böyrək çatışmazlığı və hemodializ – risk səviyyəsi “А”
5.
Baş və boyunun bədxassəli törəmələri – risk səviyyəsi “А”
6.
Spontan sağalmadan sonra ağciyərlərdə fibroz-ocaqlı dəyişikliklər – risk səviyyəsi “А”
7.
Şiş nekrozu faktoru inhibitorları ilə müalicə (TNF-α) – risk səviyyəsi “А”
8.
Kortikosteroid dərman vasitələri ilə müalicə – risk səviyyəsi “B”
9.
Şəkərli diabet (bütün növləri) – risk səviyyəsi “B”
Müayinə: bu qruplarda Mantu sınaqları ilə aparılmır
KP: İzoniazid (6 ay) təyin edilir:
1-7 qruplarında olan bütün xəstələrdə
bütün yaşlarda
8, 9 qruplarda
65 yaşa qədər xəstələrdə aparılır
Qeyd. Vərəmin aktiv formalarına görə müalicə alan xəstələrə profilaktik kimyəvi terapiya
məsləhət görülmür.
Məsləhət görülən kimyəvi profilaktika rejimləri
Əsas rejim
Əsas KP rejimi
İzoniazidlə aparılan 6 aylıq müalicə kursu sayılır.
Böyüklər – 5 mq/kq çəkiyə, maksimum 300 mq gündə,
bir dəfə, hər gün.
15 yaşadək uşaqlar – 10 mq/kq çəkiyə, maksimum 300 mq gündə, bir dəfə, hər gün.
Neyropatiya riskini azaltmaq üçün əsas rejimin piridoksin (vitamin B6) qəbulu ilə
tamamlandırılması məsləhət görülür, gündə 25 mq.
VM-nin yüksək dərman rezistentliyi hallarında KP
İzoniazidə qarşı rezistentlik olduqda kontaktda olan insanlarda həmin preparatla KP
effektsizdir.
Bu həm də VM-nin digər vərəm əleyhinə preparatlarına rezistent olduğu hallarda
keçərlidir. Buna görə də VM-in dərman rezistentliyi haqqında məlumatlar mövcud olduğu
hallarda KP üçün həssaslığı saxlanılan dərman preparatları istifadə edilməlidir. Əgər dərman
rezistentliyi haqqında məlumatlar yoxdursa, əsas rejim təyin edilir (izoniazidlə 6 aylıq müalicə
kursu).
VM-nin izoniazidə rezistenliyinin yüksək ehtimal olduğu hallarda KP rejimləri
(mono- və polirezistentlik: H, HS, HE, HES)
Rifampisinlə 4 aylıq rejim məsləhət görülür.
Böyüklər: 600 mq sutkada, bir dəfə,
hər gün
15 yaşadək uşaqlar: 10 mq/kq çəkiyə, maksimum 600 mq sutkada (gündə), bir dəfə, hər gün
233
VM-nin rifampisin, etambutol və ya streptomisinə rezistentliyinin yüksək ehtimal
olduğu hallarda KP rejimləri
(mono- və ya polirezistentlik: R, RS, RE, RES; E; S, SE)
Əsas rejim məsləhət görülür: izoniazid, 6 ay (yuxarıda bax).
GDD/ÇDD VM-nin yüksək ehtimal olduğu hallarda KP
Təəssüf ki, indiyə qədər ÇDD VM KP-nin optimal rejiminin seçilməsi və effektivliyinin
müəyyən edilməsi üçün heç bir klinik təhqiqat aparılmamışdır. Bu məqsədlə izoniazidin
istifadəsi effektiv deyildir.
Tövsiyələr
ÇDD VM-ilə vərəmli xəstələrlə təmasda olan insanlar, yoluxma və gizli vərəm riski olanlar
müntəzəm müşahidə, müayinə edilməli, fəal vərəmin inkişaf etdiyi halda mütləq olaraq həkimə
müraciət etməlidirlər.
Müayinə aşağıdakı qaydada aparılır:
Təmasdan tam 2 ay keçdikdən sonra Mantu sınağının aparılması (vərəm ocaqlarında –
ocağın birinci müayinəsi zamanı)
Sonra – 2 il ərzində hər 6 aydan bir Mantu sınağının qoyulması
Mantu sınağı “müsbət” olduğu hallarda (viraj) 2 il ərzində hər 6 aydan bir klinik,
bakterioloji və rentgenoloji müayinələr aparılır
Rentgenoqramlarda patoloji dəyişikliklər və bəlğəmin müayinəsində müsbət bakterioloji
nəticələr olduğu halda GDD VM-li fəal vərəm xəstələrinə təcili kimyəvi terapiyanın başlanılması
üçün göstəriş sayılmalıdır.
NƏTİCƏ
Vərəmin profilaktikası vərəmlə mübarizədə ən vacib bölmələrdəndir. Profilaktikaya aid
tədbirlərdə tibbi işçilərlə yanaşı bütün səviyyədə olan administrasiyalar sanitariya-epidemioloji
təşkilatlar, sosial-müdafiə orqanları, ictimaiyyət nümayəndələri və respublika əhalisi özü də
iştirak etməlidir. Profilaktikanın bütün bölmələrinin düzgün istifadəsi (immunizasiya, KP,
infeksion nəzarət)
olduqca effektiv olaraq, əhalinin vərəmdən qorunmasına kömək edə bilər.
234
VƏRƏM ƏLEYHİNƏ KİMYƏVİ TERAPİYANIN YANAŞI TƏSİRLƏRİ
Yanaşı təsirlərin diaqnostikası
Vərəm əleyhinə dərmanların əksər YT-ları asan aşkar olunur. Onların ümumi təsnifatı
aşağıda verilir.
Vərəm əleyhinə dərmanların əsas yanaşı təsirlərinin təsnifatı
1.
Hepatotoksik reaksiyalar
•
medikamentoz hepatit
•
qaraciyər probalarının simptomsuz artması
2.
Nefrotoksik reaksiyalar
•
proteinuriya
•
kreatinin səviyyəsinin artması
3.
Ototoksik və vestibulyar reaksiyalar
•
eşitmənin azalması
•
qulaqlarda küy
•
baş fırlanma və müvazinətin pozulması
4.
Mədə-bağırsaq pozuntuları
•
ürək bulanma/qusma
•
ishal
•
qarın ağrıları
•
meteorizm
5.
Elektrolit pozuntuları
•
hipokali-, hipomaqni-, hiponatri-, hipokalsiemiya
6.
Endokrin
pozuntular
•
hipotireoz
•
mastopatiya
7.
Neyrotoksik reaksiya (MSS)
•
həyəcan vəziyyətləri, psixoz
•
depressiya
•
epileptiform tutmalar
8.
Neyrotoksik reaksiya (periferik sinir sistemi)
•
periferik qıcolmalar
•
periferik neyropatiyalar
9.
Allergik reaksiyalar
•
dəri səpməsi
•
dəridə qaşınma
10.
Dayaq-hərəkət sistemi
tərəfindən fəsadlaşmalar
•
əzələ ağrıları
•
artralgiya
Ağırlıq dərəcəsinə görə YT aşağıdakı kimi bölünür:
Geridönən (yüngül) - əlavə müdaxilə tələb etməyən
Geridönən (orta ağır) - dərman qəbulu müvəqqəti dayandırılır, doza azaldılır. “Günahkar”
vərəm əleyhinə dərmanın qəbul rejiminin dəyişdirilməsi tələb olunur