VeriLƏNLƏr bazalari ümumi məlumat



Yüklə 292,45 Kb.
səhifə12/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   44
C fakepathLav vsait

2.2.2. İyerarxik model

İyerarxik model verilənlərin nizamlı qraf (və ya ağac) şəklində təsvirinə əsaslanır. Qraf diaqramında təpələr (düyünlər) mahiyyətlərin tipini, budaqlar isə mahiyyətlər arasındakı əlaqələri göstərir (şəkil 2). İyerarxik modelin əsas məhdudluqları bunlardır:



Şəkil 2. İyerarxik modellə mahiyyətlərin və əlaqələrin təsviri

  • əlaqələrin bütün tipləri funksional xarakterlidir (1:1,1:M, M:l);

  • əlaqələr ağacvari struktura malikdirlər.

Verilənlər bazasının sxemini əks etdirən qraf-diaqrama təyinat ağacı deyilir. Əgər verilənlər təbii olaraq ağacvari struktura malikdirsə, iyerarxik modelin tətbiqi heç bir problem yaratmır. Lakin ağacvari strukturdan fərqli strukturların təsviri üçün modelə əlavə vasitələr daxil edilir. İyerarxik modeldə struktur dəyişikliklərinin aparılması, ələlxüsüs altağaclann ağacdan kənarlaşdırılması və ya ağaca əlavə edilməsi böyuk çətinliklərlə əlaqədardır.

İyerarxik modelin hər hansı proqramlaşdırma dilində təsviri ücün «ağac» («tree») adlı verilənlər tipindən istifadə olunur. «Ağac» tipi PL/1 və C dillərində «struktura», PASCAL dilində isə «yazı» («record») tiplərinə oxşardır. Burada tiplərin bir-birinə daxil olması, yəni iç-içə tiplər mümkündür.

«Ağac» tipi tərkiblidir. O, alttiplərdən («altağaclardan») ibarət ola bilər, hər bir altağac isə öz növbəsində «ağac» tiplidir. Hər bir «ağac» tipi bir ədəd əsas tipdən və nizamlı dəstdə tabeli tiplərdən (onların içində boş tip də ola bilər) ibarətdir. «Ağac» tipinə daxil olan hər bir tip sadə və ya tərkibli «yazı» tipi ola bilər. Sadə «yazı» bir tipdən (məsələn, tam), tərkibli «yazı» isə bir neçə tipin (məsələn, tam və simvol) birləşməsindən ibarət olur. Tiplər dəstindən ibarət olan «ağac» tipinə misal şəkil 3-də göstərilmişdir.

Baş tip-tabeli tiplərə malik olan və özü alttip olmayan tipə deyilir. Tabeli tip valideyn tipin törəməsi hesab olunur. Eyni tipin törəmələri bir-birinə münasibətdə ekizlər hesab olunur.

Ümumiyyətlə, «ağac» tipi «yazı» tiplərinin iyerarxik təşkil olunmuş dəstidir. İyerarxik VB-nin yazılarına baxış yuxarıdan aşağıya aparılır.



Şəkil 3. “Ağac” tipinə misal

«Ağac» tipinin təyinatına uyğun olaraq valideyn və törəmələr arasında əlaqələrin tamlığına avtomatik nəzarət təmin edilir.

İyerarxik modelli VBİS-lərin sayı çox deyil. Onlara misal olaraq İMS və onun əsasında yaradılmış OKA sistemlərini, PC/Focus, Team-Up və Data Edge sistemlərini göstərmək olar.


2.2.3. Şəbəkə modeli

Şəbəkə modelində verilənlər ixtiyari qraf şəklində təsvir olunur. İyerarxik modeldən fərqli olaraq, şəbəkə modelində 1:1, 1:M, M:1 funksional əlaqələrlə yanaşı M:N tipli əlaqələr də qurmaq mümkündür (şəkil 4).





Şəkil 4. Şəbəkə modelində əlaqələrin təsviri

Şəbəkə modelində M:N tipli əlaqənin reallaşdırılması onun k sayda (l

Şəbəkə modelli VB-nin sxeminə aid misal şəkil 5-də göstərilmişdir.

Şəkil 5. Şəbəkə modelli VB-nin sxeminə aid misal

Şəbəkə modellərinin və onlara uyğun VBİS-lərin yaradılmasında və inkişafında verilənlərin emalı sistemləri üçün dil vasitələrinin yaradılması ilə məşğul olan CODASYL komitəsinin verilənlər bazaları üzrə işçi qrupunun (DBTG) verdiyi tövsiyyələrin və təlimatların böyük rolu olmuşdur. CODASYL modeli müxtəlif məsələlərin həlli üçün tətbiq edilən fayl sistemlərinin və onların sonrakı inkişafı nəticəsində yaranan ilk şəbəkə sistemlərinin təsiri altında yaradılmışdır. Şəbəkə modelli VBİS-lərə misal olaraq MARK-I, MARK-II, 9 PAC, İDMS, TOTAL, ADABAS, CET, SETOP sistemlərini göstərmək olar.



Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə