24
məna kamilliyi və digər amillər bu dilin dərin tarixi köklərə malik olduğunu sübuta yetirir. Həsənoğlu,
Qazi Bürhanəddin, Nəsimi kimi söz sənətkarları Azərbaycan ədəbi dilinin belə bir
bünövrəsi üzərində
yüksəlmişlər.
XVI əsr Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsi ilə əlamətdardır. Səfəvilər dövlətinin
yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda
işlədilməyə başlandı. Səfəvilər dövründə
[61-62]
Azərbaycan dili sarayda və orduda tam hakim mövqe
tutaraq dövlət dili kimi rəsmiləşdi. Anadilli ədəbiyyatın böyük ustadları Şah İsmayıl Xətai və Məhəmməd
Füzuli, xalq ədəbiyyatımızın adı bizə bəlli ilk qüdrətli nümayəndəsi Aşıq Qurbani bu dövrdə yetişmişdir.
Əgər şifahi şer dili Qurbaninin əsərlərində əks olunmuşdusa, xalq şeri dilinin yazılı qolu Şah İsmayıl
Xətai və Məhəmməd Əmaninin yaradıcılığı ilə təmsil olunmuşdu. Füzulinin dolğun dili isə elmi və fəlsəfi
olduğu qədər də xəlqi idi.
XVII əsrin xalq şerində cərəyan edən proseslər XVIII əsrdə şifahi xalq ədəbiyyatının bədii dilə tə-
siri şəklində özünü göstərir. Ədəbi dildə sadəliyə, canlı danışıq elementlərinə meylin gücləndiyi bu
dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır.
XVIII əsrdə Azərbaycan ədəbi dilində üslub baxımından da zənginləşmə prosesi gedir. Elmi
üslubun təşəkkülü üçün şərait yaranır, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər yazılır.
XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından
bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən
fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti ilə
[62-63]
yanaşı,
Rusiyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də
inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və
dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub
saxlamağın ən əsas yolunu məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan
dilinə aid dərslik və lüğətlər yazmağa başlamışdılar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında
o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey
Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ünsüzadə, Rəşid bəy Əfəndiyev, Sultan Qənizadə,
Məmmədtağı Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov, A.Şaiq və başqalarının xidmətlərini qeyd etmək
lazımdır.
Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş,
onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır. Rusca-
azərbaycanca, azərbaycanca - rusca lüğətlər, təcrübi - tədris kitabları nəşr olunmuşdur. Məhz bu dövrdən
başlayaraq, Azərbaycan ədəbi dilinin normalarının müəyyənləşməsində nəzəri dilçilik ideyaları təzahür
edir. Bu baxımdan M.F.Axundovun ədəbi dil haqqında milli ədəbiy-
[63-64]
yatın realist məzmununa
uyğun gələn tezisləri xüsusilə diqqəti cəlb edir.
Dram, satira, realist nəsr dilinin yarandığı XIX əsrdə elmi üslubun əsası kimi müasir elmi-fəlsəfi
dilin ilk nümunələrinə də rast gəlirik. Mətbuat dili də bu əsrin məhsuludur. «Əkinçi»dən başlayaraq
yaranmış milli mətbuat bu dilin inkişafında mühüm rol oynamışdır.
XX üuzillik isə Azərbaycan ədibi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil
məsələsi hələ əsrin əvvəllərindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrdə ana
dili kitabları hazırlanmış, dərsliklər buraxılmış, müntəxabatlar tərtib olunmuşdur. Azərbaycan dilinin səs
quruluşuna və qrammatik sisteminə dair kitablar yazılmışdır.
Mətbuat ana dili, ədəbi dil uğrunda mübarizənin önündə gedirdi. Ədəbi dil normasının müəy-
yənləşməsində bütün görkəmli ziyalılar iştirak edirdilər. Xalq dili xəzinəsinin qapıları «Molla Nəsrəddin»
vasitəsilə ədəbi dilin üzünə açılırdı. Bu dövrdə yaranan səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi
dilə bədii nitq vasitəsilə öz töhfəsini vermişdir.
Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə C.Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi söz ustaları Azərbaycan dilinin
[64-65]
saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar.
Azərbaycan ədibi dilinin tarixində bundan sonrakı yeni mərhələ sovet dövrü ilə başlayır. Ərəb
əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədi ilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və
həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırıldı. Bir qədər sonra isə
yeni əlifbaya keçildi. 1926-cı ildə Bakıda I Beynəlxalq türkoloji qurultay çağırıldı. Bu türk dünyası
üçün böyük tarixi əhəmiyyəti olan bir hadisə idi. Qurultayın Bakıda keçirilməsini 20-30-cu illər
Azərbaycanının dilçilik sahəsindəki elmi-potensialına verilən qiymət kimi səciyyələndirmək olar.
Təəssüflə qeyd etmək lazımdır ki, sonralar qurultayın qərarlarının yerinə yetirilməsi yolunda süni
maneələr yaradıldı, türkdilli xalqların mədəni inteqrasiyasına yönəldilmiş bu nəcib iş siyasi məqsədlərə
qurban verildi. Azərbaycanın dilçi alimlərinin böyük əksəriyyəti isə totalitar rejimin repressiyasına
25
məruz qaldı. 1939-cu ildə latın qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan
yazısına qəti və məcburi keçmək haqqında qərar verildi. Beləliklə, 1924-cü ildən 1939-cu ilə qədər keçən
15 il ərzində xalqın yazı mədəniyyətinə bir-birinin ardınca iki ağır zərbə dəydi. Buna baxmayaraq,
Azərbaycan dili çətinliklə də olsa, bütün bu illər
[65-66]
ərzində yenə öz saflığını qoruya bilmiş, elmi və
bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu nümayiş etdirmişdir.
1945-ci ildən Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun ya-
ranması dilçiliyimizin bir elm kimi inkişafına da təkan verdi. Dilçilik elmimiz XX əsrdə sürətlə inkişaf
dövrü yaşamışdır. Həmin dövrdə ədəbi dilimizi tədqiq edən Bəkir Çobanzadə, Məmmədağa Şirəliyev,
Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev,
Fərhad Zeynalov və başqa dilçi alimlərimizin böyük ordusu yaranmışdır. Dərin qürur və fərəh hissi ilə
demək olar ki, Azərbaycan dilçilərinin gərgin əməyi sayəsində Dilçiliyin bütün sahələrində səmərəli işlər
görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqatlar aparılmışdır.
Keçmiş sovet məkanında, eləcə də beynəlxalq miqyasda Azərbaycan türkoloji araşdırmaların önəmli
mərkəzlərindən biri olmuşdur. Beləliklə, XX əsr bütövlükdə Azərbaycan dilinin yazı mədəniyyətinin əsl
inkişaf yoluna qədəm qoyduğu bir dövrdür. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənmiş,
üslubları zənginləşmiş, dilin daxili inkişaf meylləri əsasında yazı qaydaları cilalanmışdır.
[66-67]
Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olun-
muş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Hər hansı bir dilin dövlət dili
statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır.
Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili
səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həminə ənənə uzun müddət qırılmışdır.
Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq
olunması yolunda böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün
qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan
vermədi.
Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra qəbul edilmiş ilk Konstitutusiyada ümumiy-
yətlə dövlət dili haqqında heç bir maddə olmamışdır. SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə,
daha doğrusu, Azərbaycanın 1937-ci ildə qəbul edilmiş Konstitutusiyasında da belə bir maddə yox idi.
Yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan
dilinin dövlət dili olması barədə maddə əlavə edildi. Lakin respublikanın o dövrkü rəhbərliyinin mövcud
siyasi vəziyyəti lazı-
[67-68]
mınca qiymətləndirə bilməyərək, hadisələri sürətləndirmək cəhdləri bu nəcib
işi uğursuzluğa düçar etdi.
Nəhayət, mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilən
Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi müyəssər oldu. O,
həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi.
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilini daha da
inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Təəssüflər olsun ki, respublikanın o zamankı
rəhbərliyinin səriştəsizliyi nəticəsində xalqın iradəsinə zidd olaraq dövlət dilinin adı qeyri-qanuni şəkildə
dəyişdirildi və məsələyə dolaşıqlıq, anlaşılmazlıq gətirildi. Dövlət dili haqqında məsələ 1992-ci ilin
dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının dəyişdirilməsi nəzərdə
tutulan anti-konstitusion qanun qəbul edildi. Təəssüf ki, belə taleyüklü məsələnin həlli üçün o zaman
Milli Məclisdə cəmi 26 nəfərin lehinə səs verməsi kifayət edirdi. Halbuki dövlət dili haqqında müddəa
Konstitusiyada nəzərdə tutulduğuna görə, ona hər hansı dəyişiklik edilməsi ümumxalq müzakirəsi, ali
qanunvericilik üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə edilə bilərdi. Lakin o zaman adi qanunvericilik
qayda-
[68-69]
larına məhəl qoyulmamış, xalqın iradəsi nəzərə alınmadan volyuntarist və məsuliyyətsiz
bir qərar qəbul edilmişdir.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha
doğrusu, dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni
Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi
forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli
müzakirə olundu. Nəhayət, xalq 1995-ci il noyabr ayının 12-də referendium yolu ilə öz mövqeyini
nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar
olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu,
cəmiyyətdəki mövqeləri tam bərpa edildi.
İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu,
zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı formaları vardır.