Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə29/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

Giriş
İçməli su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsində geo-
deziyanın müasir yanaşmalarından istifadə olunması daim aktuallığı ilə səciyyələn-
mişdir. Qeyd etmək lazımdır ki, şəhər və regionlarda həyata keçirilən belə layihələrin
əsas məqsədi bütün əhali üçün davamlı və təhlükəsiz içməli su təchizatının təmin
edilməsindən ibarətdir. Beləliklə, bu layihələr ölkə ərazisinin böyük hissəsini əhatə
etməklə içməli su təchizatı və kanalizasiya xidmətlərinin yenilənməsini və bərpa
olunmasını nəzərdə tutur. Zəruri olaraq belə layihələrin həyata keçirilməsi zamanı
işlərin daha keyfiyyətli, səmərəli və effektiv aparılmasını, o cümlədən dayanıqlığını
təmin  etmək  üçün  müasir  geodeziyanın  imkanlarından  istifadə  olunmasına  hər
zaman  zərurət  vardır.  Su  və  kanalizasiya  sistemlərinin  layihələndirilməsində,
həmçinin su anbarlarının və digər obyektlərin inşa olunmasında geodeziya sahəsinin
nəzəri-metodoloji və praktiki tərəfini xüsusi qeyd etmək lazımdır. 
Geodeziyanın Yer elmlərinin inkişafında və iqtisadiyyatın əksər sahələrində xü-
susi əhəmiyyətə malik geniş əhatəli məsələlərin həll edilməsində müstəsna rolu
vardır [1]. Belə ki, insanın təsərrüfat fəaliyyəti üçün Yerin təbii və süni obyektlərinə
aid materialların olması xeyli vacibdir. Həmin informasiyaları almaq üçün müxtəlif
geodeziya ölçmələri aparılır ki, bunun da nəticəsində müxtəlif plan, xəritə və pro-
fillər tərtib edilir [2]. Layihələndirmə işlərinin aparılmasında qarşıya çıxan texnoloji
(Səh. 78-84)
SU TƏCHİZATI SİSTEMLƏRİNİN 
LAYİHƏLƏNDİRİLMƏSİNDƏ GEODEZİYA
ŞƏBƏKƏSİNİN DƏQİQLƏŞDİRİLMƏSİ
(Xırdalan şəhəri timsalında)
Qurbanov Ç.Z.
1
, Alıyev E.M.
2
1
Bakı Dövlət Universiteti, Bakı şəhəri, chgurbanov@mail.ru
2
MAKA-nın T.K.İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu, 
Bakı şəhəri, elvin.aliyev.m@gmail.com
Abstract. One of the main problem which is facing when preparing infrastructure
projects are geodesic and topographical works. Reconstruction and expansion of the
water supply and sewerage systems are great importance for population. İn this ar-
ticle has considered clarification of geodetic network.    
Açar  sözlər GPS  EPOCH  50,  WGS-84,  geodeziya  şəbəkəsi,  Dövlət  Trian-
qulyasiya Şəbəkəsi.
78
1/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
UOT 528.42
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


79
1/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Qurbanov Ç.Z., Alıyev E.M. Su təchizatı sistemlərinin
layihələndirilməsində geodeziya şəbəkəsinin...
və konseptual məsələlərin həlli onun digər sahələrlə inteqrasiyalı şəkildə aparıl-
masını və elmi əsaslarla tədqiq edilməsini tələb edir.
Məlumdur  ki,  ölkə  ərazisində,  xüsusi  ilə  də  böyük  şəhərlərin  (Bakı,  Gəncə,
Sumqait  və  s.)  içməli  su  təchizatı  üçün  geniş  magistral  su  təchizatı  kəmərləri
şəbəkəsi yaradılmışdır. Bu kəmərlər müxtəlif fiziki-coğrafi şəraitə, geoloji quruluşa,
seysmik-tektonik aktivliyə malik rayonlardan keçir. Məhz bu səbəbdən, geodeziya
metodlarının imkanlarından səmərəli istifadə olunmalıdır. Həmin ərazilərin nəzarət
altında saxlanılması və orada müəyyən zaman intervalında geodezik monitorinqlərin
aparılması  xüsusi  aktuallığa  malikdir.  Bundan  başqa,  mövcud  geodeziya
şəbəkələrinin istifadə olunmasından əvvəl onların müfəssəl araşdırılması da vacib
məsələlərdəndir. Belə ki, həmin şəbəkələrin məntəqələri üzrə göstəricilərin təhlil
olunması layihələndirmə işlərində onun tətbiqi imkanlarının araşdırılmasına xidmət
göstərir.
Tədqiqatın məqsədi, “Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sis-
temlərinin yenidən qurulması və genişləndirilməsi layihəsi” çərçivəsində ərazidə
əvvəllər qurulmuş geodeziya şəbəkəsinin dəqiqləşdirilməsindən və onun su təchizatı
sistemlərinin layihələndirilməsində tətbiqi imkanlarının araşdırılmasından ibarətdir.
Bu  zaman  buraxıla  bilən  xəta  nəzərə  alınmalıdır  və  geodeziya  şəbəkəsinin
dəqiqləşdirilməsində poliqon nöqtələrinin ölçmə dəqiqliyi Dövlət Trianqulyasiya
Şəbəkəsinə bağlanmaqla təyin olunmalıdır. Bu baxımdan, yüksəklik və plan üzrə
qiymətlərin müəyyən olunması qarşıda duran vacib məsələlərdəndir.
Tədqiqatlarda istifadə edilən materiallar və metodika
Yerinə yetirilən topoqrafiya-geodeziya işlərinin əsasını ilkin layihədə alınmış
nəticələr təşkil etmişdir. Bunun üçün zəruri sənədlər müfəssəl şəkildə araşdırılmış
və işin yerinə yetirilməsində müxtəlif proqram təminatlarından, geoinformasiya sis-
temlərindən, müasir geodeziya alətlərindən istifadə olunmuşdur.
Qeyd  edək  ki,  ilkin  verilənlər  “Xırdalan  qəsəbəsində  geodezik  şəbəkənin
sıxlaşdırılması” sxemindən və koordinatlar kataloqundan ibarət olmuşdur. İşin icra
olunması prosedurlarında qarşıya çıxmış məsələ layihə ərazisində aparılmış geo-
deziya şəbəkəsinin sıxlaşdırılması işlərinin yoxlanılması olmuşdur ki, bu da yerinə
yetiriləcək işin əsas hissəsini təşkil etmişdir.
“Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qu-
rulması və genişləndirilməsi layihəsi” ilə əlaqədar olaraq əvvəllər qurulmuş geo-
deziya  şəbəkəsinin  yoxlanılması  üçün  təqdim  edilmiş  müxtəlif  materiallar  (yer
üzərində qurulmuş poliqon nöqtələrinin koordinatları kataloqu, nivelirləmənin və
statik ölçüdə aparılmış ölçmələrin nəticələri və s.) təhlil olunmuşdur.
Yoxlama işləri ilkin olaraq kameral şəraitdə aparılmış və bu zaman işlərin yerinə
yetirilməsi  metodlarına  diqqət  edilmişdir.  Layihə  çərçivəsində  aparılmış


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə