UOT 628.381
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ
SULARI
SİSTEMLƏRİNİN İDARƏ
OLUNMASI
1/2016
85
Giriş
Nəzəri cəhətdən təsdiq olunub ki, suların durulma üsulu ilə təmizləyən qurğuların
arasında ən effektlisi nazik laylı durulduculardı. Onlar digər durulduculardan fərqli
olaraq bir sıra vacib üstünlüklərə malikdirlər. Emal olunan suların sərfləri eyni
olduğu halda adi qurğulara nisbətən nazik laylı durulducuların inşası üçün 4-5 dəfə
az tikinti sahəsi tələb olunur, müdaxilə edilmədən suların lazımi keyfiyyətə çatdırıl-
masını bu durulducular 3-4 dəfə az müddətində aparır.
Hər hansı bir durulducunun su təmizləmə effektivliyi onun işlək həcminin istifadə
dərəcəsindən asılıdır. Adi durulducularda bütöv maye kütlə axını sərbəst və müstəqil
hərəkət etdiyindən onun ayrı-ayrı şırnaqları bir-birilə kəsişir, qarışır və burada su-
ların durulması üçün şərait tələb olunan sakit, müntəzəm və bərabər axın rejimini
lazımınca təmin edilə bilmir. Hazırda mövcud durulducularda həcmlərinin istifadə
olunma əmsalı 40-60 % -dan artıq olur Ümumiyyətlə asılı maddələrin qravitasion
ayrılma şəraitinin yaradılmasına təsir edən həlledici amil qurğunun supaylayıcı və
suayırıcı sistemləridir.
Tədqiqatda istifadə edilən materiallar və metodika
Bu problemə həsr olunmuş çoxsaylı tədqiqatlarda durulducularda, xüsusən də
nazik laylı qurğularda suların paralel lövhələrarası məkanlarda bərabər su axımın
təşkilində (yalnız belə halda nazik layın yüksək effektivliyi təmin oluna bilər) çətin-
liklər qeyd olunmuşdur.
(Səh. 85-90)
NAZİK LAYLI DURULDUCULARIN
SUPAYLAYICI SİSTEMİNİN NƏZƏRİ ƏSASLARI
Şəfizadə İ.H.
“Azərsu” ASC, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, nicol_ici@hotmail.com
Abstract. In work questions of uniform distribution of water in thin layer settlers
are considered. Full use of working volume of a settler is a guarantee of his success-
ful work. Water distribution in the known designs of similar settlers won't be coor-
dinated with laws of hydraulics. By analytical researches, it is established that top
parallel plates have to settle down on a settlement curve.
Açar sözlər: nazik laylı durulducu, paralel lövhələr, suların müntəzəm paylan-
ması, hidravliki hesabatlar, lövhələr düzümü.
Naziklaylı durulducunun lövhələri arasından suyun bərabər paylanmasının prin-
sipial konstruktiv həlli hələ 1959-cu ildə amerikalı tədqiqatçılar D.Kornelissen və
Q.Eylers tərəfindən təklif olunmuşdur. Oxşar tipli qurğular sonralar geniş
yayılmışdır [1]. Bu təklifə əsasən suyun hərəkət istiqamətilə düzülən hər ardıcıl
lövhə əvvəlkindən bir qədəq yüksəkdə yerləşdirilməlidir. Belə ki, qurğunun uzun-
luğu boyunca en kəsiyində paralel lövhələrin yuxarı tilləri ilə əmələ gələn xəyalı
AO düz xətti horizontalla hər hansı bir bucaq əmələ gətirir (şək.1,a). Məlum kon-
struksiyaların əksəriyyətində bu xətt horizontal qəbul edilmişdir, belə ki, bucaq sıfra
bərabərdir (şək.1,b) [2, 3, 4, 5].
Durulducunun uzununa en kəsiyində suların bərabər və müntəzəm paylanmasını
təmin edə biləcək məlum konstruktiv həllər hec də qənaətbəxş hesab oluna bilməz,
çünki onlar ixtiyari seçilmiş, nəzəri cəhətdən sübut olunmayıb və ümumiyyətlə,
hidravlika qanunlarına uyğun deyillər. Əslində paralel lövhələr (3) arasında su
axınının eyni sürətdə axması üçün onların üzərində hərəkət edən əsas su axını öz
sərfini lövhələr arasında bərabər paylaşdırmalıdır. Beləliklə, lövhələr üzərində
hərəkət edən suyun həcmi paylaşdırıcı həcm (1) kimi hesab oluna bilər, onun axını
isə açıq dəyişkən kütləli axındır [6]. Dəyişkən kütləli axından eyni sərfin ötürülmə
şərtinin ödənilməsi üçün bu axının sürəti şaxələnmə nöqtələrində (bizim halda hər
bir lövhə üzərində) eyni olmalıdır. Durulducunun uzunluğu boyunca en kəsiyində
lövhələrin yuxarı tilləri ilə əmələ gələn OA xəttinin horizontal olması bu qanunu
pozur, çünki sabit en kəsiyə malik olan paylaşdırıcı həcmində suyun sərfi və sürəti
arası kəsilmədən dəyişilir, azalır. OA düz xəttinin bir qədər maili olması paylayıcı
su axınından bərabər su həcminin ayrılmasını təmin edə bilməz, belə ki, pay-
laşdırıcıda su sərfinin azalması ilə uyğun olaraq axırıncı lövhə üzərində sərfin
qiymətinin sıfra qədər düşməsi tələb olunur.
Şəkil 1. Nazlı laylı durulducuların sxemi.
1-supaylaşdıran həcm, 2-
paralel lövlələr, O və A - birinci və sonuncu lövhələrin yuxarı tilləri,
Z
h
– basqı itkisi, OA – lövhə tilləri ilə yaranan xəyali xəttlər.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Şəfizadə İ.H. Nazik laylı durulducuların
supaylayıcı sisteminin nəzəri əsasları
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
1/2016
86