Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə30/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

müşahidələrin tarazlaşdırılması işləri yoxlanılmış və təqdim edilmiş sxem ümumi
analizə  cəlb  olunmuşdur.  Sxemdə  təsvir  edilən  qiymətlərin  ümumi  analizi
nəticəsində aydın olmuşdur ki, bəzi nöqsanları çıxmaq şərtilə aparılmış işin dəqiqliyi
məqbul sayıla bilər. 
Xırdalan şəhəri ərazisində aparılmış yoxlama zamanı topoqrafiya-geodeziya işləri
Leica DNA-10 niveliri (III sinif həndəsi nivelirləmə) və GPS EPOCH 50 GNSS va-
sitəsi ilə yerinə yetirilmişdir. İşlərin həm kinematik, həm də statik rejimdə aparılması
təmin olunmuşdur.
Tədqiqatların şərhi
Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qu-
rulması və genişləndirilməsi ilə bağlı Azərbaycan Hökümətinin qarşıya qoyduğu
məsələ  öz  aktuallığı  ilə  seçilir  və  əhali  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu
məqsədlə layihənin ilkin mərhələsini Xırdalan şəhərinin içməli su təchizatı və kanal-
izasiya sistemlərinin yenidən qurulması işləri təşkil etmişdir. İkinci mərhələ isə la -
yihə  əsasında  aparılacaq  tikinti  işlərindən  ibarətdir.  Qeyd  edək  ki, Azərbaycan
Hökümətinin  və  Səudiyyə  İnkişaf  Fondunun  dəstəyi  ilə  icra  olunan  “Xırdalan
şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və
genişləndirilməsi layihəsi” çərçivəsində aparılacaq tikinti işləri topoqrafiya və geo -
deziya məsələlərinin yüksək dəqiqliklə təminatını tələb etmişdir. Azərbaycan Res -
publikası  Xırdalan  şəhərinin  su  təchizatı  və  kanalizasiya  sistemlərinin  yenidən
qurulması və genişləndirilməsi layihəsi üçün Səudiyyə İnkişaf Fondundan kredit
vəsaiti əldə etmişdir. Layihə, seçilmiş ərazidə bu sahənin tələblərinə cavab ver-
məsində,  səhiyyənin  inkişafı  və  ətraf  mühitin  yaxşılaşdırılmasında  Hökümətə
köməklik edəcək və işlərini asanlaşdıracaqdır. Layihənin əsas məqsədi su təchiza-
tının keyfiyyətini, etibarlığını və dayanıqlığını artırmaqdan ibarətdir. Ümumiyyətlə
həm tikinti işlərinin aparılmasında, həm də digər müxtəlif mühəndisi məsələlərin
həllində geodeziya və topoqrafiya sahəsinin nəzəri-metodoloji və praktiki tərəfi
mühüm rol oynayır. 
Adətən  geodezik  əsasın  yaradılması  üçün  ərazidə  geodeziya  məntəqələri
quraşdırılmalı və onların koordinatları, həmçinin yüksəklik qiymətləri təyin edilmə-
lidir. Topogeodeziya işləri aparılan ərazilərdə geodeziya şəbəkəsinin qurulması üçün
və xətaların minimum həddə çatdırılması məqsədi ilə nisbətən yaxın sahələrdə yer-
ləşən və əvvəlcədən hesablanmış məntəqələrin istifadəsi məqsədəuyğun hesab ol-
unur.  Sonra,  bərkidilməsi  nəzərdə  tutulan  geodeziya  şəbəkəsi  məntəqələrinin
quraşdırılacağı yerlər təyin edilməli və əvvəlcədən bu istiqamətdə hazırlıq işləri
aparılmalıdır. Obyektlərdə geodeziya axtarış işlərinin təhlükəsiz aparılması üçün
ərazi tamamilə tədqiq edilməli, avtomobil yolları şəbəkəsi və ən təhlükəli sahələr
aşkarlanmalıdır. Reperlərin koordinatlarının təyini üçün GPS ölçmələri ilə hər bir
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Qurbanov Ç.Z., Alıyev E.M. Su təchizatı sistemlərinin
layihələndirilməsində geodeziya şəbəkəsinin...
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
1/2016
80


Qurbanov Ç.Z., Alıyev E.M. Su təchizatı sistemlərinin
layihələndirilməsində geodeziya şəbəkəsinin...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
1/2016
81
məntəqədə 60 dəqiqəlik statik rejimdə müşahidələrin aparılması təmin edilməlidir
[3].
Yerinə yetirilən işdə geodeziya şəbəkəsi məntəqələrinin həm hündürlükləri fərqi,
həm də koordinatları dəqiqləşdirilmişdir. Həmin məntəqələrin yüksəklik qiymətləri
nivelirləmə vasitəsi ilə Baltik yüksəklik sistemində təyin olunmuşdur. Məntəqələrin
koordinatları isə statik rejimdə GPS müşahidələri yerinə yetirilməklə WGS-84 və
UTM 39 N sisteminə əsasən dəqiqləşdirilmişdir. İlkin olaraq 5 məntəqə üzrə nivelir-
ləmə işləri aparılmış və ümumi iş üzrə 9 məntəqəyə əsasən alınmış nəticələr aşağı-
dakı cədvəllərdə öz əksini tapmışdır (cədvəl 1, 2).
Cədvəl 1. Geodeziya şəbəkəsi məntəqələrinin koordinat və hündürlükləri
kataloquna əsasən aparılmış yoxlamanın nəticələri 
(yüksəklik qiymətlərinin analizi)
Qeyd: Cədvəldə PM-1429 saylı geodeziya məntəqəsinin kursivlə göstərilməsinin səbəbi
mütəxəssislərimizin həmin məntəqədə 0,22 m xəta aşkar etmələridir.
GPS hər hansı bir obyektin yerləşdiyi yeri, o cümlədən onun koordinatlarını,
dəniz  səviyyəsindən  yüksəkliyini,  hərəkət  istiqamətini  və  sürətini  dəqiqliklə
müəyyən etməyə imkan verir. Lakin GPS vasitəsi ilə koordinatlar dəqiqləşdirilərkən
xətaların yaranmasına səbəb olan bəzi amillər nəzərə alınmalıdır. Belə ki, xətaların
yaranmasına səbəb ionosfer, atmosfer korreksiyası, yüksək gərginlikli xətlər, hündür
mərtəbəli binalar, təkrar əks olunmuş radiodalğalar, sıx meşələr və digər faktorlar
aid edilir [4]. Bu səbəblərdən siqnal GPS qəbuledicisinə çatmaya da bilər. Buna bi-
naların konstruktiv elementləri də təsir göstərir. GPS-in işçi tezliyi radiodalğanın
desimetrlik diapazonunda yerləşir. Həmin səbəblərdən, yəni sıx ağacların altında,
tikililərin  sıx  olduğu  ərazilərdə  və  buludluluğun  müşahidə  edildiyi  rayonlarda
Məntəqələr
İlkin koordinatlar
Alınmış
hündürlük 
Yaranmış
fərq
X
Y
Z
Z

H
PM-0494
392137.681
4478612.736
78.279
78.273
0.006
PM-1307
392480.269
4479344.392
58.430
58.427
-0.003
PM-1357
391964.890
4479911.094
43.042
43.029
0.013
PM-1429
391559.920 4480235.911
32.598
32.829
-0.22
PM-1442
392290.814
4478464.399
84.557
84.557
0.00
PM-1445
392570.026
4479145.887
64.281
64.281
0.00
PM-1468
392431.172
4479508.068
54.673
54.667
0.006
PM-1590
394551.870
4478911.427
61.595
61.555
0.04
PM-1594
394867.226
4478609.466
79.562
79.560
0.002


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə