“Western Caspian” University № 3, 2017 Scientific Bulletin
120
to Caspian sea in Ibn Rustahs “Kitab al-alaq al-nafisa” and for checking
reliability was comparing it with other sources.
Keywords: Ibn Rusta, Masudi,
Ibn Fadhlan,
Caspian sea, khazars
КАСПИЙСКОЕ МОРЕ, ПРИКАСПИЙСКИЕ ОБЛАСТИ
И ПЛЕМЕНА ПО СВЕДЕНИЯМ ИБН РУСТА
РЕЗЮМЕ
Абу Али Ахмад ибн Омар ибн Руста был из самых важнейших
географов и путешественников Х-го века. Свои труды он собирал в
«Китаб ал-алаг ал-нафиса» - «Книга драгоценных камней». В главе
«Описание морей» есть информации о Каспийским морем. Мы изучаем от
ибн Руста что он называл Каспийскую морю как Табаристанское море,
Джурджанское море, Море эл-Баба и Хазарское море. В главе «Описание
рек» напоминается реки как Кура, Аракс, Итиль, Сафидруд которые течет
Каспию. В источнике находятся информации о городах расположенные на
берегах Каспия и так же племени и государства которые находились на
берегах Каспия. Цель исследования был найти информации связанные с
Каспийским морем и проверять их достоверность в сравнение другими
источниками.
Ключевые слова: Ибн Руста, Масуди, Ибн Фадлан, Каспийское
море, хазары
Əbu Əli Əhməd ibn Ömər ibn Rusta X əsrin ən əhəmiyyətli coğrafiya-
şünas – səyyahlarından biri olmuşdur. Əslən İsfahandan olan [3, s.41] İbn Rus-
tanın fars olduğu, Samanilər sarayında qulluq etdiyi iddia edilir [8, s.35]. Elmi
ədəbiyyatda İbn Rusta uzun müddət D.A.Xvolsonun səhvi nəticəsində İbn
Dasta adı ilə tanınmışdır. Lakin, sonradan M.J. de Quye bu səhvi ortadan qal-
dırmışdır [3, s.41-42]. Hal-hazırda tədqiqatımız üçün cəlb edilən əsəri “Kitab
əl-alaq ən-nəfisə” (“Nəfis daş-qaşlar kitabı”) (ةسيفنلا قلاعلاا باتك) əsəridir. Bu
əsərin dövrümüzə VII hissəsi çatmışdır. Əsərin bu hissəsi coğrafiya və astro-
nomiyadan bəhs edir və öz dövrü üçün olduqca qiymətli məlumatlara sahibdir.
Əsasən əsərin D.A.Xvolsonun (fraqmentar) və M.J. de Quyenin (tam) Britaniya
əlyazması əsasında tərtib etdirdikləri nəşrləri məşhurdur. Eyni zamanda
N.A.Karaulovanın “Qafqaz ərazilərinin və tayfalarının təsviri haqqında məlu-
matlar toplusu”nda da İbn Rustanın məlumatları nəşr olunmuşdur. Tədqiqatda
nəşrlərin hər üçündən istifadə edilmişdir. İbn Rustanın əsərində bəzi məlumat-
ları dəqiqləşdirmək üçün bir sıra mənbələrə, xüsusilə bölgəni yaxından tanıyan
və əraziləri gəzən müasiri səyyah Məsudinin (d.896 – ö.956) verdiyi məlu-
matlara da diqqət yetirilib.