Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   46   47   48   49   50   51   52   53   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
126
 
 
edilir.  Bulqarların  hökmdarı  Almış  (شملأ)  adlı  şəxsdir  və  müsəlmandır  [10, 
s.141].  Eyni  qeyd  İbn  Fədlanın  səyahətnaməsində  də  təsdiqlənir  [5,  s.1-2]. 
Bulqarların çoxu müsəlmandır və yaşayış məntəqələrində (مهلاحم) məscidləri və 
məktəbləri,  onlarda  isə  müəzzinləri  və  imamları  (pişnamazları)  var.  Hətta 
geyimləri  də  müsəlman  paltarlarına  bənzəyir  [10,  s.141;  9,  s.23].  Bu  məlumat 
özlüyündə  çox  dəyərlidir.  Xəzər  dövlətinin  yanında  və  ya  daxilində  bu  qədər 
çox  müsəlman  türklərin  yaşaması,  hökmdar  səviyyəsində  İslamın  qəbulu  üç 
məsələyə  diqqəti  cəlb  edir:  1.  Güman  ki,  xəzərlər  arasında  da  İslam  kifayət 
qədər geniş yayılmışdı ki, bu din daha şimaldakı bulqarlar arasında bu cür geniş 
və  rahat  yayıla  bilmişdi.  Yuxarıda  da  qeyd  edildiyi  kimi  İbn  Fədlanın 
“Səyahətnamə”sində Bulqar hökmdarı tərəfindən Xəlifə əl-Müqtədirə Abdullah 
ibn Baştu əl-Xəzərinin elçi olaraq göndərilməsi də bunun sübutlarından biridir. 
2.  Ərəblərin  xəzərlərin  dövlətindən  şimala  keçmədiyini,  Xarəzmlə  bulqarların 
arasında  oğuzlar  və  peçeneqlər  olduğunu  nəzərə  alsaq  iddia  edə  bilərik  ki, 
bulqarlar arasında İslam tam dinc, əmin-amanlıq və sülh şəraitində yayılmışdır. 
3. Türk dünyasında İslamı ilk dəfə qəbul edən toplumun Qaraxanlılar olduğuna 
yenidən  baxılmalıdır.  İlk  müsəlmanların  xəzərlər  və  ona  tabe  olan  digər  türk 
xalqları  olması  versiyası  nəzərdən  keçirilməlidir.  Əlbəttə,  bəzi  yerlərdə 
bulqarların  xəzərlərdən  qismi  asılılığı  nəzərə  çarpsa  da,  Bulqar  hökmdarının 
oğlu  Xəzər  xaqanının  yanında  girov  saxlanılsa  da  Bulqar  xaqanının  müstəqil 
xarici  siyasət  yürütməsi,  müdafiə  üçün  qala  tikməsi  [14,  s.37],  qərarlarını 
sərbəst verməsi onun tam müstəqil hökmdar olduğunu göstərir.  
Bulqarlar  özləri  üç  hissəyə  bölünür:  Bərsula  (لاوصرب),  Əsəğal  (لغسا), 
Bulqar  (راكلب)  [10,  s.141].  D.A.Xvolson  Barsulaya  verdiyi  şərhdə  Barsulanın 
bulqarlardan  olub  Xəzər  dənizi  ətrafında  yaşadığını  və  Volqanın  mənsəbindən 
çox  uzaqda  yaşamadığını  qeyd  edir  və  xəzərlərlə  əlaqəli  tarixi  Barsiliyyənin 
məhz burada yerləşdiyini qeyd edir [9, s.94]. 
Xəzər  torpaqlarının  içində  Sərir  torpaqları  yerləşir.  Məlik(lərinin)  qalası 
(كلملا  ةعلق)  çox  hündür  yerdə-dağın  başında  yerləşir  [10,  s.147].  Bu  qaladan 
Xayzana  (نازيخ)  gedən  yol  var,  onların  da  Azərnərsə  (ىسرنرذا)  adlı  hökmdarı 
var. Bu hökmdar üç dinə qulluq edirdi (نايدا ةثلاثب كسمتي): Cümə günü müsəlman-
larla,  Səbt  günü  (şənbə  günü)  yəhudilərlə,  bazar  günü  xristianlarla.  Azərnərsə 
bunu qeyd edilən dinlərin həqiqətini dərk etməkdən ötrü edirmiş [10, s.148]. Bu 
əlamət  onu  xəzərlərə  yaxınlaşdırırdı.  Məsudi  “Qızıl  yuyulan  yer  və  cəvahirət 
mədənləri” əsərində qeyd edir ki, X əsrin I yarısında Şəkidə hökmdar Adernerse 
ibn Hamam idi [7, s.57; 3, s.61]. Şirinbəy Əliyev Məsudidəki Şəki hökmdarı və 
İbn Rustadakı Xayzan hakiminin eyni şəxs olduğunu qeyd edir [2, s.122]. Çox 
güman ki, bu şəxs məhz Albaniya-Şəki hakimi Adernerse olmuşdur. 
Xəzər  sahilində  olan  ölkələrdən  (دلاب)  biri  də  Təbəristandır.  Təbəristan 
şərqdən  Curcanla  və  Qumislə,  qərbdə  Deyləmlə,  şimaldan  dənizlə  (رحبلا) 
(Xəzər),  cənubda  Qumisdən  sonra  Reylə  əhatələnib.  Uzunluğu  Curcandakı 
Ribat  adlanan  birinci  sərhəddindən  Astrabad  və  Tamis  üzərindən  ən  axırıncı 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
127
 
 
Deyləm  sərhəddinə  qədər  əlli  fərsəxdir.  Eni  Qumisin  yanından  axıb  Dənizin 
(Xəzər)  sahillərinə  tökülən  Səfuhla  (حوفس)  götürmək  olar  -müxtəlifdir-  bəzi 
yerlərdə 36 fərsəx, bəzi yerlərdə 40 fərsəxdir [10, s.149]. İki məşhur, bilinən yol 
vardır: Curcandan çıxmaq üçün istifadə edilən dağ ayaq tərəfdən sol yol və sağ 
asan yol.  
Təbəristanda  on  dörd  kurra  var:  Amul  -  o  qəsəbədir,  Səriyə,  Məmatir, 
Turunca,  Rubist,  Milə,  Mərari  Kədah  (هىدكرارم),  Mehrəvan,  Tamis,  Təmmar, 
Natil,  Şaluş,  Ruyan,  Kəlar.  Təbəristanın  Curcanla  sərhədində  birinci  şəhəri 
Tamisdir  [10,  s.149-150].  Ora  böyük  bir  yol  vardır:  Təbəristan  əhlindən  Cur-
cana çıxan və Curcandan Təbəristana gedən vilayətlərə daxil olduqlarını təxmin 
edə  bilmirlər.  Ancaq  bu  yolda  dağlardan  dənizin  içlərinə  Acarrdan  (رجآ) 
uzadılmış  divarlar  var  ki,  Xosrov  Ənuşirəvan  (ناورشونا  ىرسك)  tərəfindən 
Təbəristanla  türklərin  və  digərlərinin  hücumlarının  arasına  maneə  olmaq  üçün 
inşa  edilmişdir  [10,  s.150].  Buradan  çıxan  nəticə  odur  ki,  Xosrov  Ənuşirəvan 
dövründə,  VI  əsrdə  göytürklər,  ağhunlar  və  Sasanilər  arasında  sərhəd 
Təbəristandan keçirdi və Curcan bu dövrdə türklərin əlində idi. 
“Tamisdə çoxlu insan yaşayır, böyük came-məscidləri, rütbəli başçısı ( دئاق
بترم) var [10, s.150]. Daha sonra Səriyə şəhəri, ondan sonra Amul şəhəri gəlir. 
Amulda  min  nəfər  dəstəsi  olan  başçı  var.  Burada  Təbəristan  xalıları  (  شرفلا
يربطلا)  istehsal  edilir”  [10,  s.150].  Sonra  Ruyan  gəlir  ki,  o  Təbəristandan 
olmayıb, fərdi ölkə şəklindədir əvvəllər Deyləmə aid olub [10, s.150]. Deyləm 
hüdudunda  Şəluş  adlı  şəhər  də  var  ki,  orada  məscid  came  və  minbər  vardır... 
Buradakı  dağ  sahildədir  və  dənizlə  əlaqəlidir  (رحبلاب  ةلصتم)  [10,  s.150-151]. 
Orada  (İslam)  din(in)ə  mənsub  qövm  var,  məscidlər  tikirlər  və  Şəluş  əhli 
onlarla  evlənirlər.  Onlar  Deyləmlə  Təbəristan  valiləri  ilə  birgə  vuruşurlar.  Bu 
şəhərin  əsası  Məmunun  dövründə  qoyulmuşdur  [10,  s.151].  Bu  şəhərin 
dağındakı və onun arxasındakı qövmlər deyləmlilərdir və onlara tabe olmurlar. 
Kəndləri və dağları Ərminiyə dağları və Bab əl-Əbvabla əlaqəlidir (yəni dağlar 
oraya qədər uzanır) [10, s.151]. Bu məlumatlarda deyləmlilərin hələ bu dövrdə 
müstəqil olduğu, hər hansı bir siyasi quruma tabe olmadığını bildirir. 
İbn Rusta Xəzərin şərq sahilində yaşayanlarla bağlı demək olar ki, heç bir 
əhəmiyyətli məlumat vermir. Buna baxmayaraq digər mənbələrdə, xüsusilə İbn 
Fədlanda Xəzərin şərq sakinləri, oğuzlar haqqında geniş məlumat tapmaq olur. 
Bu  mənada  İbn  Rustada  verilən  məlumatlar  mükəmməllikdən  qismən  uzaqdır, 
bir  çox  hallarda  yəqin  ki,  hansısa  mənbədən  köçürmədir  və  mənbə  əsas  kimi 
götürülərkən  dövrün  digər  mənbələri  ilə  araşdırılmalı,  müqayisəli-təhlil  meto-
dundan istifadə edilməlidir. 
 
 
 
 
 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə