Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   46   47   48   49   50   51   52   53   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
122
 
 
vahidinin) çayıdır, Qaliqaladan çıxır, Adas (سدعلا) nahiyəsinin rustaqı və onun 
bazarı (هقوس) -mərkəzindən axıb keçməyə davam edir və Dəbillə axır, buradan 
keçib Mədainlə axır (نيادملاب رمي).” M.J. de Quye Mədainə etdiyi qeyddə bunun 
heç şübhəsiz Arran olduğunu qeyd etmişdir (Sic sine dubio pro نارلاب) [10, s.89]. 
Bu  elə  İbn  Rustanın  Araz  haqqında  sonrakı  qeydlərində  də  özünü  göstərir  və 
Mədain  ifadəsini  dəqiqləşdirir:  “Araz  Qaliqaladan  çıxır  və  Aranla  (نارلاب)  axır, 
burada  ona  Arran  çayı  (نارا  رهن)  tökülür.  Sonra  Araz  çayı  Varsanla  (ناثرو) 
Bərzəncə keçir və Kürlə birləşdiyi yerə qədər axır. Birləşib Təbəristan (Xəzər) 
dənizinə  tökülür.”  Arazla  Kürün  arasında  Beyləqanın  (ناقليبلا)  olması  çox 
əhəmiyyətli  məlumatdır.  Ən  əhəmiyyətli  məqam  Arran  çayı  ilə  bağlıdır. 
Arranın  indiki  hansı  çay  olması  mənbədən  dəqiq  bilinmir.  Qaliqaladan 
(Ərzurumdan)  Araza  axan  ən  böyük  çaylar  -  Qərbi  (Axurian)  Arpaçay 
(başlanğıcını Şirəkdəki Arpa gölündən götürür – 186 km) və Şərqi Arpaçaylar 
(başlanğıcını  Cənubi  Göyçə  (Vardenis)  dağlarından  götürür  -128  km),  Zəngi 
çayı  (Hrazdan,  başlanğıcını  Göyçə  gölündən  İrəvanı  keçərək  –  141  km), 
Bərgüşad/Bazarçay (178 km – Araza çox az qalmış Həkəriyə qovuşur), Həkəri 
(155  km)  kimi  çayların  hamısının  tarixi  Azərbaycan  ərazisindən  axması 
onlardan  hər  birinin  Arran  çayı  olması  ehtimalını  verir.  Lakin,  bu  çayların 
arasında Bazarçay/Bərgüşadın Kürlə birləşmə nöqtəsinə yaxınlığı, digər çaylara 
nisbətlə  Dəbildən  Kürlə  Arazın  birləşmə  nöqtəsinə  qədər  olan  ərazidə  çayın 
Arranın  ortasında  olması,  onun  Arran  çay  olması  ehtimalını  daha  çox 
gücləndirir. Aran əhalisinin, Araz ətrafı əhalinin Xilafətin həyatında mühüm yer 
tutması,  xəzərlərlə  çox  yaxın  olması,  ərəb-xəzər  əlaqələrində  mühüm  rol 
oynamaları bir çox mənbədə qeyd olunmuşdur. İbn Fədlanda Bulqar hökmdarı 
Almışa göndərilən elçilik heyətinin içində demək olar ki, hamısının türk və ya 
nisbəsinin  türklərlə  əlaqəli  olması  (Tigin  əl-Türki,  Bars  əl-Səqlabi,  Sevsən 
(Süsən-R.M.) əl-Rassi [14, s.69] ) Sevsən əl-Rassinin (ىسرلا نسوس) də türklərlə 
əlaqəli olduğunu düşünməyə əsas verir. Çox güman ki, əl-Rassi nisbəsi bir başa 
Araz çayı ilə əlaqəli olub və Süsən Arazətrafı bölgələr də daxildir. 
İbn  Rustadakı  digər  maraqlı  qeyd  Kür  çayı  ilə  bağlıdır.  İbn  Rustanın 
coğrafi  biliklərinə  görə  Kür  çayı  əl-Landan  (نلالا)  çıxır.  Tiflis  (سيلفَتلا)  və 
Bərdədən (ةعذرب) keçir və Təbəristan dənizinə axır [10, s.89]. Bilinir ki, Kür öz 
başlanğıcını  Qarsın  Səlim  ilçəsindən  götürür,  buraların  isə  əl-Lana  heç  bir 
aidiyyatı  yoxdur.  İbn  Rustanın  dediyi  dövrdə  Dəryal  keçidindən  qərbdə  yerlə-
şən əl-Landa Böyük Liaxvi və Ksani çayları Kürə qovuşurdu. Yəqin ki, bununla 
İbn Rusta Kürün başlanğıcını Böyük Liaxvi çayı (115 km) və ya Ksani çayı (84 
km)  ilə  götürmüşdür.  Məsudi  də  Kürün  Tiflis  ölkəsindən  və  Suğdəbil  şəhə-
rindən axdığını, daha sonra Bərdəyə keçdiyini, Arazla birləşdiyini, Arazın həm 
də  Varsan  adlandığını  (ناثرو  رحن  وه)  qeyd  edir  [11,  s.62].  Güman  ki,  o  dövrdə 
Kür çayının başlanğıcı ərəb coğrafiyaşünasları üçün əl-Landan götürülürmüş. 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
123
 
 
Daha sonra İbn Rusta Səfidrud çayı haqqında qeyd edir ki, o Bab-Sisər-
dən çıxır, Azərbaycan ölkəsindən keçərək Deyləmdə Təbəristan dənizinə tökü-
lür. Şahrud da Səfidruda birləşib Xəzərə tökülən çay kimi qeyd edilir [10, s.89].  
Daha sonra İbn Rusta Dünyanı yeddi iqlimə bölür (ةعبسلا ميلاقلاا) [10, s.96]. 
Xəzər  dənizi  ilə  bağlı  tədqiqata  maraqlı  olanlar  dörd,  beş,  altı  və  yeddinci 
iqlimlərdir.  Hər  dörd  iqlimə  Xəzər  dənizi  düşür.  Şərqdən  başlayıb  (  نم  ئدتبي
قرشملا)  Tibet  tərəfdən  davam  edən  dördüncü  iqlimdən  (عبارلا  ميلاقلاا)  Xəzərin 
birbaşa adı keçməsə də Təbəristan (ناتسربط), Curcan (Gürgan) (ناجرج), Deylə-
min (ملْيَد) adının çəkilməsi ilə Xəzərin cənub sahillərinin dördüncü iqlimə uyğun 
gəlməsini müşahidə edirik. Bu iqlim də Kipr və Rodos adalarından ( سربق ةريزج
سدور و) keçərək Məğrib dənizində bitir (برغملا رهب ىلا ىهتني) [10, s.97-98]. 
Beşinci  iqlim  şərqdə  yəcuclar  ölkəsindən  (جوجاي  دلاب)  başlanır,  Xorasan, 
Xarəzm  və  daha  sonra  Azərbaycana  (ناجيبرذآ)  keçir.  İbn  Rusta  bu  iqlimdə 
Bərdə,  Nəşavə  (ىوشن),  Sisəcanın  (ناجسيس)  adlarını  çəkir.  Beşinci  iqlim 
Əndəlüsdən keçib Məğrib dənizində bitir [10, s.98] 
Şərqdən başlayıb məcuclar ölkəsinə (جوجام دلاب), oradan da Xəzər ölkəsinə 
(رزخلا  دلاب)  keçən  altıncı  iqlim  Xəzər-Təbəristan  dənizini  İbn  Rustanın  dili  ilə 
deyilsə kəsir (ناتسربط رحب عطقيف) [10, s.98]. Daha sonra Konstantiniyyə (İstanbul) 
tərəfə və oradan da Məğrib dənizində bitir. 
Yeddinci  iqlim  isə  yəcuclar  ölkəsinin  şimalından  başlayır,  türklərin 
ölkəsinə  (كرتلا  دلاب)  keçir,  Xəzər  dənizinin  şimal  sahillərindən  Rum  dənizinə 
keçir, Burcan (ناجرب) və səqaliblərin (ةبلاقص) ölkəsini keçərək Məğrib dənizində 
bitir. 
Yeddinci iqlimin arxasında bilinən məskun torpaqların sırasında ( ام اما و
هانفرع ىذللا نوكسملا عضوملا مامت ىلا ميلاقلاا هذه ءارو) İbn Rusta Yəcuc ölkəsi, Toğuzğuz 
ölkəsi (زغزغتلا دلاب), türklərin yeri (كرتلا ضرا), alanların ölkəsi (نلالا دلاب), avarlar 
(ربلاا) (açıqlamada tatarların (رتتلا) ), daha sonra Burcan və səqaliblərdən Məğrib 
dənizinə qədər ərazilərin adını çəkmişdi [10, s.98]. 
“İranşəhr  və  Savadın  sifətləri”  bölməsində  İbn  Rusta  Azərbaycan 
şəhərləri və Xəzər dənizi sahilləri haqqında bir məlumat vermir, əsasən mərkəzi 
İran əyalətləri haqqında məlumatlar verilir [10, s. 103-105]. Lakin “İranşəhrin 
qismləri”  bölməsində  bir  neçə  ölkə  adını  çəkməklə  burada  nəzərdə  tutulanın 
Sasani  imperiyasının  siyasi  bölgüsünün  olduğunu,  coğrafi  cəhətdən  isə  İran 
yaylasının nəzərdə tutulduğu müşahidə edilir. İranşəhrin ölkələri (نادلب) bunlar-
dır:  Xorasan,  Sicistan,  Kirman,  Fars,  Əhvaz,  Cibal,  Azərbaycan,  Ərminiyə 
(inzibati  bölgü  olaraq),  Mosul,  əl-Cəzirə,  Şam,  Suristan  (Suriyanın  digər  adı) 
[10,  s.105].  Cibalda  yerləşən  həm  də  ona  aid  olmayan,  lakin,  Xorasana  da  aid 
olmayan vilayət və şəhərlər arasında Xəzər dənizinə sahili olan Təbəristanın və 
Curcanın  adının  çəkilməsi  burada  qeyd  edilməlidir.  Güman  ki,  İbn  Rusta  “nə 
Xorasana, nə Cibala aiddir” deyərkən məhz bu iki əyaləti nəzərdə tutub ( امم و
ناسارخ نم لا و هنم سيل و لبجلا ىلا بسني) [10, s.106]. 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə