Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə48/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
120
 
 
to  Caspian  sea  in  Ibn  Rustahs  “Kitab  al-alaq  al-nafisa”  and  for  checking 
reliability was comparing it with other sources. 
Keywords: Ibn Rusta, Masudi, Ibn Fadhlan, Caspian sea, khazars 
 
КАСПИЙСКОЕ МОРЕ, ПРИКАСПИЙСКИЕ ОБЛАСТИ  
И ПЛЕМЕНА ПО СВЕДЕНИЯМ ИБН РУСТА  
 
РЕЗЮМЕ 
 
Абу  Али  Ахмад  ибн  Омар  ибн  Руста  был  из  самых  важнейших 
географов  и  путешественников  Х-го  века.  Свои  труды  он  собирал  в 
«Китаб  ал-алаг  ал-нафиса»  -  «Книга  драгоценных  камней».  В  главе 
«Описание морей» есть информации о Каспийским морем. Мы изучаем от 
ибн  Руста  что  он  называл  Каспийскую  морю  как  Табаристанское  море, 
Джурджанское море, Море эл-Баба и Хазарское море. В главе «Описание 
рек» напоминается реки как Кура, Аракс, Итиль, Сафидруд которые течет 
Каспию. В источнике находятся информации о городах расположенные на 
берегах  Каспия  и  так  же  племени  и  государства  которые  находились  на 
берегах  Каспия.  Цель  исследования  был  найти  информации  связанные  с 
Каспийским  морем  и  проверять  их  достоверность  в  сравнение  другими 
источниками. 
Ключевые  слова:  Ибн  Руста,  Масуди,  Ибн  Фадлан,  Каспийское 
море, хазары 
 
Əbu  Əli  Əhməd  ibn  Ömər  ibn  Rusta  X  əsrin  ən  əhəmiyyətli  coğrafiya-
şünas – səyyahlarından biri olmuşdur. Əslən İsfahandan olan [3, s.41] İbn Rus-
tanın fars olduğu, Samanilər sarayında qulluq etdiyi iddia edilir [8, s.35]. Elmi 
ədəbiyyatda  İbn  Rusta  uzun  müddət  D.A.Xvolsonun  səhvi  nəticəsində  İbn 
Dasta adı ilə tanınmışdır. Lakin, sonradan M.J. de Quye bu səhvi ortadan qal-
dırmışdır  [3,  s.41-42].  Hal-hazırda  tədqiqatımız  üçün  cəlb  edilən  əsəri  “Kitab 
əl-alaq  ən-nəfisə”  (“Nəfis  daş-qaşlar  kitabı”)  (ةسيفنلا  قلاعلاا  باتك)  əsəridir.  Bu 
əsərin  dövrümüzə  VII  hissəsi  çatmışdır.  Əsərin  bu  hissəsi  coğrafiya  və  astro-
nomiyadan bəhs edir və öz dövrü üçün olduqca qiymətli məlumatlara sahibdir. 
Əsasən əsərin D.A.Xvolsonun (fraqmentar) və M.J. de Quyenin (tam) Britaniya 
əlyazması  əsasında  tərtib  etdirdikləri  nəşrləri  məşhurdur.  Eyni  zamanda 
N.A.Karaulovanın  “Qafqaz  ərazilərinin  və  tayfalarının  təsviri  haqqında  məlu-
matlar toplusu”nda  da İbn Rustanın  məlumatları nəşr olunmuşdur. Tədqiqatda 
nəşrlərin hər üçündən istifadə edilmişdir. İbn Rustanın əsərində bəzi  məlumat-
ları dəqiqləşdirmək üçün bir sıra mənbələrə, xüsusilə bölgəni yaxından tanıyan 
və  əraziləri  gəzən  müasiri  səyyah  Məsudinin  (d.896  –  ö.956)  verdiyi  məlu-
matlara da diqqət yetirilib. 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
121
 
 
“Kitab əl-alaq ən-nəfisə”nin “Dənizlərin təsviri” hissəsində o dövrün dün-
yasında ən məşhur olan beş dənizin adı çəkilir: 1. Hind və ya Fars və ya S(Ç)in 
dənizi (
و دنهلأ رحب
 
نيصلا و سراف
). 2. Rum və ya Afrika və ya Şam dənizi ( مورلا رحب
ماشلا و ةيقيرفا و). 3. Okean dənizi, hansı ki, Məğrib dənizidir ( وه ىذلا سونايقوا رحب
برغملا  رحب).  4.  Pont  dənizi  (Qara  dəniz)  (سطنب  رحب).  5.  Təbəristan  və  Curcan 
dənizi (ناجرج و ناتسربط رحب). Məhz Təbəristan və Curcan dənizi deyilərkən İbn 
Rustanın qeydlərində Xəzər dənizi nəzərdə tutulur [10, s.83]. Ən maraqlısı odur 
ki,  İbn  Rustada  Xəzər  o  dövrdə  ətrafındakı  əyalətlərin  adı  ilə  adlandırılıb.  İbn 
Rustanın sonrakı qeydlərindən də göründüyü kimi Xəzər dənizinin digər bir adı 
da “əl-Bab dənizi” olur ki (بابلا رحب وه و ناجرج و ناتسربط رحب) [10, s.86], bu da 
məhz Xəzər sahilində yerləşən Dəmirqapı-Dərbənd şəhərinin adı ilə bağlı olub. 
Bulqarlarla  bağlı  İbn  Rustanın  qeydlərində  isə  Xəzərin  adı  elə  Xəzər  dənizi 
kimi də  qeyd  edilir  (رزخلا  رحب)  [10,  s.141].  İbn  Rustanın  Xəzər  dənizini  israrla 
Təbəristan  və  Curcan  kimi  təqdim  etmək  istəməsinə  baxmayaraq  Əbu-l Həsən 
Əli  ibn  Hüseyn  ibn  Əli  əl-Məsudi  “Kitab  əl  tənbih  və-l  işraf”  (  و  هيبنتلا  باتك
فارشلاا)  əsərində  belə  qeyd  edir:  Xəzəri  dənizi,  o  ki,  Xəzər,  Bab  əl-Əbvab, 
Ərminiyə,  Azərbaycan,  Muğan,  Cil  (Gilan),  Deyləm  və  Abaskun  dənizidir. 
Təbəristan, Curcan və Xarəzmə sahili var (رحبلا  باوبلاا بابلا و رزخلا رحب وه يرزخلا
ليجلا و ناقوم و ناجيبرذآ و ةينيمرا و
 
مزراوخ و ناتسربط و ناجرج لحاس ىه و نوكسبآ و مليدلا و
 ) 
[11, s.60]. İbn Rusta Xəzər dənizi haqqında qeyd edilir ki, onun qərbdən şərqə 
uzunluğu 1800 mildir, eni isə 600 mildir ( ةئام نامث و فلا قرشملا ىلا برغملا نم هلوط
ليم  ةئامتس  هضرع  و  ليم)  [10,  s.86].  Məsudi  isə  qeyd  edilən  əsərində  Xəzər 
haqqında  məlumat  verərkən  dənizin  ölçüləri  haqqında  uzunluğunun  800  mil, 
eninin  600  mil  olduğunun  qeyd  edir  [11,  s.60].  Eyni  zamanda  Məsudi  Xəzər 
dənizinin zahiri formasının bağırsağa bənzədiyini qeyd edir [11,  s.60; 7, s.31]. 
Xəzər  dənizinin  maksimum  şimaldan  cənuba  uzunluğunun  1200  km,  şərqdən 
qərbə  500-530  km  olduğunu  nəzərə  alsaq  Məsudinin  izahlarının  daha  doğru 
olduğunu  görərik.  Bu  məlumat  İbn  Rustanın  coğrafi  biliklərinin  aydın-
laşdırılmasından ötrü çox vacibdir. “Ərminiyə dənizi” qeydi İbn Rustanın Xəzər 
dənizinin  coğrafi  mövqeyini  qeyd  edilərkən  çəkilir.  Ərminiyə  dənizinin  Xər-
çəng  bürcündən  21  cüz  şimala  uzandığı,  şimalda  yerləşdiyi  qeyd  edilir. 
Şimalında şiddətli küləklərin hökm sürdüyü, qatı zülmətin olduğu və insanların 
olduğu  qeyd  edilir  [10,  s.88].  Belə  ki,  Xərçəng  bürcü  23.5°  şimal  enliyində 
yerləşir.  Ondan  21  cüz  şimala  44°  şimal  enliyi  edir  ki,  bu  enlik  də  Xəzər 
dənizindən  keçir.  Bu  onun  göstəricisidir  ki,  İbn  Rustanın  coğrafi  bilgiləri 
kifayət  qədər  doğruya  yaxın  olsa  da,  çox  da  mükəmməl  olmamışdır.  Qeyd 
edilməlidir ki, bu ad güman ki, Cənubi Qafqazda mövcud olan inzibati –bölgü 
sistemi ilə  əlaqəli  olmuşdur.  Məqalənin  sonrakı  hissələrində  bu  ad haqda  daha 
geniş məlumat veriləcəkdir. 
Həmin  əsərin  “Çayların  təsviri”  bölməsində  Xəzər  dənizinə  Azərbaycan 
tərəfdən tökülən çaylar diqqəti cəlb edir. İbn Rusta böyük çaylar sırasında Araz 
çayının  (سرلا  رحن)  adını  qeyd  edir.  “Araz  Ərminiyə  vilayətinin  (inzibati 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə