Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə54/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   46   47   48   49   50   51   52   53   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
133
 
 
kəndlər - okolnitsalar və ovalnitsalar adlanırdı. Sosial-iqtisadi və mədəni inkişaf 
prosesində  Polşa  kəndlərinin  planlaşdırılması  və  tikilmə  növləri  dəyişməyə 
başladı. Bir çox kəndlərdə inşa edilən binalar - məktəblər, klublar, kafe və digər 
tikililərin  memarlığında  müasir  üslub  və  yerli  ənənələrin  elementlərindən 
istifadə  olunur.  Klublarda  və  kafelərdə  qədim  üslubda  yığılmış  mebellərə  rast 
gəlinir  və  kafenin  içi  bəzi  kəndlərdə  hələ  də  qorunub  saxlanılan  qədim  meh-
manxanalar  tərzində  tərtib  olunur.  Burada  polyak  milli  yeməkləri  və  içkilər 
qonaqlara təqdim olunur. 
Bir  çox  kənd  yaşayış  məntəqələrində  çatılı  binalar  üstünlük  təşkil  edir. 
Bəzi  rayonlarda  tikililərin  karkasını  ağac  gövdəsindən  istifadə  etməklə  və 
onların  arasını  gil,  kərpic  qırıqları  doldurmaqla  inşa  edirlər.  Lakin  hər  yerdə 
müasir tikinti materiallarından istifadə etməklə inşa edilən tikililərin sayı artır. 
Ölkənin  qərb  və  şimal-qərbində  qalereya  şəklində  tikilmiş  evlər  qorunub 
saxlanılmışdır. 
Qərbi  slavyanların  ənənəvi  geyimlərində  müxtəliflik  müşahidə  edilir. 
Qadın  və  kişi  kostyumlarının  əsasını  qədimdə  kətan  və  ya  çətənədən  tikilmiş 
köynək təşkil edirdi. Qərbi slavyanların üst paltarlarının forma və fasonları da 
müxtəlif idi (yarımkürklər, qolsuz geyimlər, kaftanlar və s.) [2, s.450]. 
Polşa xalq geyimləri çiçəkli çəməni xatırladır. Ənənəvi kostyumların bir 
çoxu  yerli  çeşidlərə  malikdir.  Polyak  kostyumları  üçün  rəngli  zolaqlar  xarak-
terikdir  və  güllü  kostyumların  əsasını  ürək  şəklində  olan  orijinal  tikişlər  təşkil 
edir.  Qadın  geyimlərində  qırmızı  muncuqlar  rəngli,  zərli  tikmələrlə  işlənmiş 
məxmər  korsetlərin  altından  geyinilən  ağ  köynəklərlə  təzad  təşkil  edir.  XIII-
XVI  əsrlərdə  cəmiyyətdə  kəndlilərin,  şəhərlilərin  və  şlyaxtanın  ayrılması  pro-
sesi  gedirdi.  Getdikcə  daha  da  dərinləşən  sosial  fərqlilik  üç  növ  geyimin 
yaranmasına səbəb oldu. Şəhərli və şlyaxta geyimləri dəbdən və Qərbi Avropa 
nümunələrinin təsirindən asılı olaraq dəyişirdi. Kəndli geyimlərində isə əksinə, 
dəyişikliklər  əhəmiyyətsiz  dərəcədə  nəzərə  çarpırdı  və  ləng  şəkildə  gedirdi. 
Yalnız XVI-XVII əsrlərdə zəngin və yoxsul kəndlilərin geyimləri arasında çox 
nəzərə çarpan dəyişikliklər yaranmağa başladı. 
XVII əsrin əvvəlləri kişi geyim formaları  ənənəvi və  milli xüsusiyyətləri 
əks  etdirirdisə,  digər  tərəfdən  isə  onlar  Avropa  dəbinə  üstünlük  verən  kral 
sarayının və zadəgan zümrəsinin təsirində idi [7, s.3]. 
Belə  ki,  zəngin  kəndli  geyimləri  şlyaxta  və  şəhərli  geyimlərinin  təsiri 
altında dəyişməyə başladı. Amma kiçik şlyaxta geyimləri eynilə kəndli geyim-
ləri kimi qədim geyimlər  əsasında inkişaf edərək və dəbin tez-tez dəyişməsinə 
baxmayaraq  kəndli  geyimlərinin  bir  çox  xüsusiyyətlərini  götürmüşdür.  Məhz 
şlyaxta geyimi polyak milli kostyumu kimi Avropada şöhrət qazandı. 
Polşa  şlyaxtası  və  şəhərlilər  üst  çiyin  geyiminin  müxtəlif  növlərini 
(germyak,  yarmyak,  kuntush,  opancha,  feryaz,  plaş  və  s.)  geyinirdilər.  Hal-
hazırda polyakların çoxu müasir kostyumlar geyinirlər. Bayramlarda kəndlərin 
bir hissəsində ənənəvi xalq paltarları geyinilir. Məhsul və ümumxalq bayramları 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
134
 
 
üçün  müxtəlif  bölgələrdən  gələn  kəndlilərin  ənənəvi  kostyumları  müxtəlif  və 
rəngarəng olur. Ənənəvi geyimə daha çox Loviç şəhəri və dağlıq kəndlərdə rast 
gəlinir. Loviç kostyumu üçün zolaqlı parçalar tipikdir. Onlardan ətəklər, önlük-
lər, qadın örtükləri tikilir. 
Üst kişi geyimi  - sukman adlanır. Dağlıq ərazilərdə kişilər gümüş və  ya 
başqa  bir  metaldan  düymələri  olan  qısa  kətan  köynək,  ürək  formalı  naxışlarla 
bəzədilmiş  ağ  parçadan  olan  şalvar,  enli  dəri  kəmər,  ağ  yundan  qısa  pencək 
geyinirlər.  Kəndli  qadınlar  naxışlı  və  eynirəngli  parçadan  tikilmiş  ətək  və 
qolsuz  köynəklər  geyinirlər.  Krakov  özünəməxsus  kostyumları  ilə  seçilir. 
Krakov milli qadın kostyumuna çiçəkli parçadan tikilmiş ətək, tül və ya kətan 
önlük, köynəyin üstündən qızıl və ya gümüş tikməylə bəzənmiş məxmər korsaj 
aiddir.  Kişi  milli  kostyumuna  isə  geniş  yaxalıqlı  köynək,  zolaqlı  şalvar,  bol 
tikməli göy kaftan, baş geyimlərinə isə xəz papaq, şlyapa və s. aiddir. 
XVII əsrin ilk yarısında, macar və türk botlarını təkrarlayan qısa botların 
dəbi  meydana  gəldi.  Botlar  düymələrlə  və  ya  daxildən  iplə  bağlanırdı,  daban 
hissə dəridən və ya metal döymələrdən hazırlanırdı. Bununla yanaşı düz dabanlı 
ayaqqabılar da dəbdə idi [7, s.16]. 
XIII-XVI  əsrlərdə  cəmiyyətdə  kəndlilərin,  şəhərlilərin  və  şlyaxtanın 
ayrılması  prosesi  gedirdi.  Getdikcə  daha  da  dərinləşən  sosial  fərqlilik  üç  növ 
geyimin yaranmasına səbəb oldu. Şəhərli və şlyaxta geyimləri dəbdən və Qərbi 
Avropa nümunələrinin təsirindən asılı olaraq dəyişirdi. Kəndli geyimlərində isə 
əksinə,  dəyişikliklər  əhəmiyyətsiz  dərəcədə  nəzərə  çarpırdı  və  ləng  şəkildə 
gedirdi.  Yalnız  XVI-XVII  əsrlərdə  zəngin  və  yoxsul  kəndlilərin  geyimləri 
arasında  çox  nəzərə  çarpan  dəyişikliklər  yaranmağa  başladı.  Belə  ki,  zəngin 
kəndli  geyimləri  şlyaxta  və  şəhərli  geyimlərinin  təsiri  altında  dəyişməyə 
başladı.  Amma  kiçik  şlyaxta  geyimləri  eynilə  kəndli  geyimləri  kimi  qədim 
geyimlər  əsasında  inkişaf  edərək  və  dəbin  tez-tez  dəyişməsinə  baxmayaraq 
kəndli geyimlərinin bir çox xüsusiyyətlərini götürmüşdür. Məhz şlyaxta geyimi 
polyak  milli  kostyumu  kimi  Avropada  şöhrət  qazandı.  XVIII  əsrin  sonu  XIX 
əsrin  əvvəllərində  əsas  geyimlərin  iki  böyük  qrupa  bölünməsi  idi.  XIX  əsrin 
ortalarında  isə  daha  bir  qrup  -  üçüncü  qrup  da  yarandı.  İki  əsas  qrupun 
ayrılmasının  əsasında  parçalar  dururdu:  birinci  qrupa  aid  olan  kostyumlar  ağ 
kətan  və  təbii  rəngdə  qoyun  yunundan  tikilirdi.  İkinci  qrupda,  xüsusilə  də 
qadınların kostyumlarında, zolaqlı  yun  parçalar üstünlük təşkil edirdi. Üçüncü 
qrup  geyimlərin  meydana  gəlməsi  ölkənin  xüsusi  sosial-iqtisadi  və  siyasi 
şərtləri ilə əlaqəli idi. Kənddə təhkimçilik hüququnun ləğv edilməsindən sonra 
kapitalist  əlaqələrin  inkişafı  daha  da  güclənir.  Digər  sənaye  məhsulları  ilə 
yanaşı,  fabrikdə  istehsal  olunan  parçalar  da  buraya  daxil  olur.  Kəndlilərin 
geyimləri  daha  zəngin  və  rəngli  olur,  əsasən  mağazada  satılan  parçalardan 
tikilmiş  olsa  da,  özünəməxsusluğunu  itirmir.  Eyni  zamanda  ənənəvi  kəndli 
kostyumunun şəhərləşmə prosesi də davam edirdi. 
Vilamovyanlar Polşanın cənub-qərbində, Sileziyada, Vilamovitse şəhərin-


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
135
 
 
də yaşayan polyakların etnoqrafik bir qrupudur. Şəhər 1250-ci ildə salınmışdır. 
XIV  əsrdə  bu  şəhərdə  Almaniyadan,  Hollandiyadan  və  hətta  Şotlandiyadan 
köçkünlər  məskunlaşmışdır. Buna görə  də, vilamovyanların  ənənəvi geyimləri 
şotland  kostyumunun  elementlərini  özündə  birləşdirən  yun,  damalı  parçadan 
tikilmiş  örtük  şəklindədir.  Vilamovyanların  bayram  və  toy  kostyumları  parlaq 
və dəbdəbəli idi. Boyuna ən azı beş mərcan sapla gümüş xaç taxılırdı [8]. 
Polşa milli mətbəxinin formalaşmasına uğurlu coğrafi mövqeyi və zəngin 
mədəni-tarixi  keçmişi  güclü  təsir  göstərib.  Ona  görə  də  Polşa  mətbəxinin  bəzi 
təamları rus, belarus və ukrayna mətbəxinin yeməkləri ilə oxşardır. 
Polyaklar yeməyi ənənəvi üsulla hazırlayırlar. Dağlıq rayonlarında fiqurlu 
pendirlər,  süddən  hazırlanmış  turş  sərinləşdirici  içkilər,  duru  yeməklər  geniş 
yayılmışdır.  Jur,  kvasnitsa,  barşç  yeməkləri  çox  məşhurdur.  Duru  yeməklərə 
sala,  yağ,  smetan  əlavə  edirlər.  Ən  çox  yayılmış  yemək  ət,  kolbasa,  soğan, 
göbələk, alma və dəfnə yarpağı ilə birlikdə bişirilən duza qoyulmuş və ya təzə 
kələmdən  hazırlanan  biqosdur.  Polyakların  yeməklərində  əsas  yeri  kartof,  süd, 
kəsmik,  pendir  tutur.  Polşa  mətbəxi  şirniyyatı  ilə  də  məşhurdur.  Məşhur 
şirniyyatlara quş və heyvan şəkilli toy və yeni il peçenyeləri, pryaniklər, tortlar 
və s. aiddir. Bəzi kəndlərdə "toy çörəyi" də bişirilir. Polyakların içkilərinə çay, 
kofe və s. aiddir. 
Polşada  bütün  şənliklər  milli  spirtli  içkilərin  qəbul  edilməsi  ilə  keçirilir. 
Polyaklar üçün bahalı xüsusi, alkoqollu içki "Qoldvasser" arağı sayılır, bir çox 
turistlər suvenir kimi məhz onu alırlar [9]. 
Polyaklar  üçün  əsasən  kiçik  ailə  xarakterikdir.  XIX  əsrdə  isə  mürəkkəb 
ailələrə rast gəlinirdi. 
Qədim  toy  adətləri  hələ  də,  qalmaqdadır.  Ənənəvi  toy  dövrü  keçmişdə 
elçilik,  sözləşmə  (onlar  cehiz  haqqında  razılaşırdılar),  nişan,  nikah  mərasimi, 
toy ziyafətindən ibarət idi. Toyda bəy və gəlinin qohumlarından və dostlarından 
ibarət  iki  "dəstə"  qarşı-qarşıya  dururdu.  Lakin,  müasir  toylarda  çox  qədim 
mərasim  adətləri  demək  olar  ki,  artıq  həyata  keçirilmir,  əsasən  mərasim  oyun 
xarakterini daşıyır. Ənənə üzrə toy ziyafətinin yeməklərlə bol olması qayğısına 
qalırlar. Bəzi kəndlərdə toy çörəyi - "kolaç", xırda fiqurlu peçenyelər bişirilir. 
Polyakların  dəfn  mərasimi  əsasən  əvvəlki  kimi  ikili  (ailəvi-qohum  və 
ictimai) xarakter daşıyır. Polşada hər il 2 noyabr Anım günü kimi qeyd olunur, 
kilsələrdə  cənazə  duaları  edilir,  hamı  öz  yaxınlarının  qəbirlərini  ziyarət  edir. 
Məzarların,  meydan  və  küçələrdə  abidələrin  qarşısında  şamlar  və  çıraqlar 
yandırılır. 
Təqvimdə  qış  bayramlarından  Milad  xüsusilə  fərqlənir.  Milad  ərəfəsi  — 
milad axşamı və onun birinci günü ailə bayramı hesab edilir. Polyaklar Milad 
axşamını ya valideynlərinin ya da öz evlərində keçirirlər. Bu günə özəl olaraq 
Milad  ağacı  bəzəyirlər.  Şam  yeməyinə  əsasən  balıq  yeməkləri  bişirilir,  lakin 
başqa yeməklər də süfrədə olur. Hər kəs bir-birinə hədiyyə verir, xoşbəxt yeni il 
olmasını  arzu  edərək,  bir-birlərinə  uğur,  sağlamlıq  diləyirlər.  Miladın  birinci 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
136
 
 
günündə  yemək  çox  və  əsasən  də  ət  yeməklərindən  ibarət  olmalıdır.  Miladda 
uşaqlar  guya  Müqəddəs  Nikolaydan  hədiyyələr  alırlar.  Milad  və  Yeni  ildə 
bayram mahnıları oxuyurlar. 
Epifani  bayramı,  şərqdən  gələn  Kaspar,  Melxior  və  Baltazar  isimli  3 
münəccimin İsa körpəni ziyarət edən katolik ənənələrdən biridir. Bu Polşada Üç 
Kral  bayramı  (Trzech  Kroli)  adlanır.  Bu  bayram  Milad  bayramından  daha 
qədim  tarixə  malikdir.  Bayramın  tarixi  kökləri  İncilə  gedir,  orada  körpə  İsaya 
üç münəccimin hədiyyələr gətirməsi təsvir olunur. Onlar İsaya hədiyyə olaraq 
smirna  (ətirli  qətran),  ladan  (buxur)  və  qızıl  gətirirlər.  Yeni  dünyaya  gələn, 
bəşəriyyətin  xilaskarı  hesab  edilən  İsanı  ziyarətə  gələn  bu  üç  nəfər  kim  idi. 
İndiyə qədər bu suala dəqiq cavab yoxdur. Onlar kral olublarmı, bu da sirrdir. 
Münəccim  kral  deyil  sehrbaz  və  ya  müdrik  ola  bilərdi.  Amma  Polşa 
ənənələrində onlar Üç Kral kimi məlumdur. Bu bayram "on ikinci gün bayramı” 
olaraq da adlandırılır və Polşa istirahət günləri arasında 6 yanvarda rəsmi tətil 
olaraq qəbul edilir [10]. 
Maslenitsa ictimai həyatda xalq gəzintisi ilə məşhur olan polyak karnava-
lıdır.  Bayramdan  əvvəl  son  cümə  axşamı  Maslenitsa  günü  üçün  bişirilmiş 
xüsusi  ponçiklər,  oladyelər,  yumru  bulkalar  həmin  gün  yeyilir.  Əsas  yaz  bay-
ramı olan ”Velkanots”-u - Pasxanı polyaklar çox təntənəli şəkildə qeyd edirlər. 
Belə  ki,  Polyaklar  Pasxa  günündə  yumurta  rəngləyir,  mərasim  çörəyi  və  müx-
təlif  bayram  yeməkləri  bişirirlər.  Polşada  artıq  yeni  bayramlar  -  Dənizçilər 
günü, Mədənçilər günü, Uşaq günü və s. qeyd edilməyə başlandı. 
Polşada  xalq  yaradıcılığı  ənənələri  -  heykəltəraşlıq,  taxta  üzərində  oyma 
sənəti, şüşə üzərində rəngkarlıq, kağızdan naxışların kəsilməsi, naxışlı tikmələr, 
keramikada, toxuculuqda və hörmədə istifadə olunan naxışlar və s. kimi sahələr 
inkişaf etməkdədir. Peşəkar rəssamlar öz yaradıcılıqlarında xalq motivlərindən 
istifadə  edirlər.  Zəngin  şifahi  xalq  yaradıcılığına  mərasim,  təqvim,  lirik,  ailə, 
əmək  mahnıları,  əfsanələr,  balladalar,  təmsillər,  nağıllar,  atalar  sözləri  və 
başqaları aiddir. Polşanın milli xalq rəqsləri — polonez, krakovyak, mazurka və 
başqalarıdır. Bu rəqslər bütün Avropada da geniş yayılmışdır. 
Polşa  musiqisi  qədim  xalq  rəqs  və  mahnıları  üzərində  kökləndiyindən 
bütün dövrlərdə bəstəkarlar milli ənənələrə sadiq qalmışlar. 
XIX-XX  əsrlərdə  Polşa  mədəniyyətində  virtuoz  sənətkarlar  -  dirijorlar 
E.Mlenarski,  Q.Fitelberq,  pianoçular  Q.Lişetiski.  İ.Qofman,  Y.Turçiniski, 
skripkaçılar Quberman, İ.Lotto və bir çox müğənnilər yetişmişlər. Polşa musiqi 
mədəniyyəti  dünya  mədəniyyəti  xəzinəsinə  dəyərli  klassik  operalar,  simfo-
niyalar, konsertlər, fortepiano əsərləri, vokal əsərlər bəxş etmişdir [3, s.321]. 
Xalq  rəqsləri,  mahnılar  və  musiqilər  müasir  peşəkar  və  həvəskar 
kollektivlərin  repertuarına  daxil  oldu.  Xalq  rəqs  və  nəğmə  melodiyaları  Polşa 
bəstəkarlarının əsərlərində tez-tez səslənir. 
 
 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
137
 
 
Ədəbiyyat: 
 
1.
 
A.Dıbkovskaya, M.Jarın, Y.Jarın. Polşa tarixi. Ən qədim zamanlardan 
bu günlərimizədək/Tərc: H.Məmmədov. Bakı-2010, 378 s. 
2.
 
H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. B: Altay, 1999, 506 s. 
3.
 
Mədəniyyət  tarixi  və  nəzəriyyəsi.  Ali  məktəblər  üçün  dərslik  Bakı: 
2010, 876 s. 
4.
 
Буданов В. П., Горский А. А., Ермолова И. Е. Великое переселение 
народов: Этнополитические и социальные аспекты. — СПб.: 
Алетейя, 2011, 336 с. 
5.
 
Гимбутас М. Славяне: Сыны Перуна. М. 2012, 256 с. 
6.
 
Нидерле Л. Славянские древности / Пер. с чешск. Т. Ковалевой, М. 
Хазанова /Отв. ред. О. А. Платонов. — М.: Институт русской 
цивилизации, 2015, 784 с. 
7.
 
  Серия  исторических  фестивалей  в  Москве  "Времена  и  эпохи" 
С.Шаменков, текст, 2012, 30 с. 
8.
 
https://calapolska.ru/polsha/kultura/polskij-natsionalnyj-kostyum-na-
polotnah-petra-stahevicha 
9.
 
   
http://mypucmy.ru/countries/Poland/59/Poland-kyhnya-osobennostu-
Poland-kyhnu 
10.
 
http://polomedia.ru/news/tradicii/6-yanvarya-prazdnik-tryoh-koroley 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
138
 
 
MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ! 
«Elmi  xəbərlər»  jurnalının  redaksiya  heyəti  bildirir  ki,  nəşr  etdirmək  üçün  təqdim  edilən 
məqalələr aşağıdakı qaydalar əsasında tərtib edilməlidir: 

 
mətnlər  (Azərbaycan,  rus,  ingilis  dillərində)  –  Times  New  Roman  şrifti  (ölçüsü  –  12)  ilə 
yığılmalı; 

 
məqalələr (boşluqları nəzərə almaq şərti ilə həcmi 40 min işarə) və xülasələr kompüterdə çap 
olunmuş şəkildə elektron variantla birlikdə təqdim olunmalı; 

 
məqalənin UOT-u, ədəbiyyatı, istinadı, üç dildə xülasəsi (15 sətrdən artıq olmamaq şərti ilə), 
açar sözləri (ən çoxu 10) və məqalələrin başlıqları verilməli

 
ədəbiyyat  siyahısı  ya  istinad  olunan  ədəbiyyatların  mətndə  rast  gəlindiyi  ardıcıllıqla  ya  da 
əlifba sırası ilə verilməli; 

 
сədvəllərin, sxemlərin, qrafiklərin və şəkillərin adı göstərilməlidir. 
Müəllif haqqında məlumat: soyadı,  adı, atasının adı, telefon nömrələri, elektron poçt ünvanı, 
işlədiyi təşkilatın tam adı. 
Əlyazmaların nəşri haqqında qərar qeydiyyatdan sonra bir ay ərzində qəbul edilir. 
Məqalələrin çapı üçün pul ödənilmir. 
 
К СВЕДЕНИЮ АВТОРОВ! 
Редколлегия  журнала  «Сборник  научных  статей»  доводит  до  вашего  сведения,  что 
направляемые  в  журнал  статьи  следует  оформлять  в  соответствии  со  следующими 
правилами: 

 
рукописи  принимаются  на  азербайджанском,  русском  и  английском  языках,  шрифтом 
Times New Roman (12п); 

 
к тексту обязательно прилагается электронная версия текста; 

 
объем рукописи не должен превышать 40 тыс. знаков (включая пробелы); 

 
пронумерованный  список  использованной  литературы  (либо  в  алфавитном  порядке, 
либо в порядке упоминания в тексте) дается в конце статьи

 
К  рукописи  прилагаются;  УДК,  аннотация  (не  более  15  строк),  ключевые  слова, 
название статьи (на трех языках), имена и фамилии авторов; 

 
таблицы, графики, схемы, рисунки должны быть озаглавлены; 
Авторская  справка:  фамилия,  имя,  отчество  (полностью),  официальное  наименование 
места  работы,  должность,  ученая  степень,  а  также  данные  для  связи  с  автором;  адрес, 
номера телефонов сл., дом., моб., электронный адрес. 
Статьи принимаются в течение одного месяца со дня регистрации рукописи в редакции. 
Плата за публикацию рукописей не взимается. 
 
TO THE ATTENTION OF AUTHORS! 
The editorial  staff of the  «Collection of Scientific Publications» journal  brings to  your notice 
that articles submitted for publication must meet the following requirements: 

 
texts (Azerbaijani, Russian and English) must be typed with Times New Roman font (size 12 
p); 

 
articles  (no  more  than  40  thousand  characters  including  spaces),  list  of  references,  abstracts 
(no more than 15 lines, in Azerbaijani, Russian and English) and keywords (maximum 10, in 
Azerbaijani, Russian and English) must be presented in typed form together with the diskette; 

 
list of references should be enumerated lither alphabetically or in the order of reference in the 
text and be presented at the end of the article

 
tables, graphs, diagrams, figures should be titled; 
Information  about  authors:  surname,  name,  last  name,  position,  academic  degree,  e-mail 
address, telephone number, name of the organization. 
Articles  are  accepted  within  one  month  since  the  date  of  their  registration  in  the  publishing 
house. Payment for article publication is not required. 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
139
 
 
 
Kompyuter yığımı və korrektoru: 
Aynur Qəmbərova 
 
 
 
 
 
 
Məqalələr aşağıdakı ünvana göndərilir:  
Azərbaycan, Bakı şəh., AZ 1001 İstiqlaliyyət küçəsi 27,  
“Western Caspian” Universiteti, tel: 492-61-63;  
E-mail: 
journal@wu.edu.az
  
 
Статьи направляются по адресу:  
Азербайджан, Баку, AZ 1001 ул. Истиглалийят 27,  
Университет “Western Caspian”, тел: 492-61- 63;  
E-mail: 
 
journal @wu.edu.az
  
 
The articles should be sending to the following address:  
27, Istiglaliyyat Str. Baku, AZ 1001 Azerbaijan 
“Western Caspian” University, tel: 492-61-63; 
E-mail: 
 journal@wu.edu.az
  
 
 
Formatı
 
70×100  
1
/
16
 
Həcmi
 
F.ç.v. 8,75
 
Sayı 
500 
 
 
“Western Caspian”
 
Universitetinin
 
nəşriyyat-poliqrafiya
 
mərkəzində
 
yığılmış və çap olunmuşdur. 
  
 
 
 
 
 
 

Document Outline

  • Page 2

Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə