Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   46   47   48   49   50   51   52   53   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
124
 
 
Azərbaycana  aiddir:  Ərdəbil,  Mərənd,  Bacərvan, Varsan,  Marağa.  Ərmi-
niyəyə  aiddir:  Arran,  Curzan,  Nəşəva,  Xilat,  Dəbil,  Sirac,  Suğdəbil,  Ərciş, 
Bəcuneys,  Sisəcan  və  Bab  əl-Əbvab  [9,  s.106].  Nəzərə  alsaq  ki,  Ərminiyəni 
digər  ərəb  müəlliflərinin  adətən  bir  neçə  Ərminiyəyə  bölməsi  və  Ərminiyənin 
inzibati bölgü olaraq göstərilməsi (məsələn: İbn Xordadbeh, Bəlazuri) [1, s.136-
137;  4,  s.34-35]  İbn  Rustanın  Ərminiyə  bölgüsü  məsələsinə  diqqətlə 
yanaşmadığını  göstərir.  Məsələn,  İbn  Xordadbeh  “Kitab  əl-Məsalik  əl-
məmalik”də  Ərminiyəni  dörd  yerə  bölür,  əs-Sisəcan,  Arran,  Tiflis,  Bərdə, 
Beyləqan, Qəbələ, Şərvanı birinci Ərminiyədə göstərir. Əsas Ərminiyə şəhərləri 
isə dördüncü Ərminiyədə qeyd edilir: Şimşat, Xilat, Qaliqala, Arciş, Bacuneys. 
Bunun ardınca qeyd edilir ki, Arran, Sisəcan, Curzan (ikinci Ərminiyə) Xəzər 
məmləkətində  idi  [13,  s.122;  8,  s.13;  6,  s.54-55].  Bəlazurinin  “Futuh  əl-
Buldan”ında  Şimşat,  Qaliqala,  Xilat,  Ərciş,  Bacuneys  dördüncü  Ərminiyənin 
tərkibində verilir. Sisəcan və Arran isə birinci Ərminiyənin tərkibində göstərilir 
[12, s.272-273]. N.M.Vəlixanlı qeyd edir ki, ərəblər hələ Azərbaycan torpağına 
qədəm qoymamış 639-640-cı illərdə Bizans tərkibindəki erməni torpaqlarını ələ 
keçirmiş,  daha  sonra  ərəb  işğal  zonasını  idarə  edən  ərəb  canişininin  qərargahı 
Dəbil-Dvində olmuş, özlərindən əvvəlki Bizans üsul-idarəsini saxladıqları üçün 
bu  yerlərin  əvvəlki  Ərminiyə  adını  da  saxlamışdılar.  Daha  sonra  Albaniya  və 
Gürcüstan ərazilərinə daxil olan ərəblər Qafqazda tutduqları əraziləri, azərbay-
canlıların, gürcülərin, ləzgilərin və b.-nın yaşadıqları yerləri də əvvəlki işğal zo-
nasına qatmış, bu yerlərin hamısını, idarə etmək asan olsun deyə, əllərində olan 
Ərminiyə  vilayətinin  adı  ilə  adlandırmış,  Cənubi  Qafqazdakı  işğal  zonasının 
idarəsini isə Dəbildə oturan canişinə həvalə etmişlər. Digər bir səbəb isə erməni 
din xadimlərinin Bizansa qarşı ideoloji mübarizə aparması və Xəlifənin erməni 
din xadimlərinə xüsusi iltifat göstərməsi idi [4, s.34]. İnzibati bölgü sistemində 
əvvəllər  Sasanilərin  idarəçiliyini  eynilə  tətbiq  edən  Xilafət  [1,  s.136]  sonrakı 
bölgünün  təkmilləşdirmə  zamanı  Bizansın  da  təcrübəsindən  istifadə  etmiş, 
Ərminiyə adı və onun bölgüsünü I Yustinianın (527-565) 536-cı ildə keçirdiyi 
islahatdan miras almışdılar [4, s.34]. Nəticədə etnik sərhədlər pozulmuşdu. 
Xəzərətrafı  tayfalardan  və  ölkələrdən  danışarkən  xəzərlər  və  onlara  tabe 
xalqların  qurduğu  dövlətlər  qeyd  edilməlidir.  İbn  Rusta  Xəzər  (رزخلا)  adlı 
xüsusi  bir  bölmədə  xəzərlər  haqqında  məlumatlar  vermişdir.  O,  peçeneqlərlə 
(ةيكاناجبلا)  xəzərlər  arasındakı  yolun  ongünlük  meşəlik  və  səhralıq  ərazidən 
keçdiyini  qeyd  edir.  Bu  iki  ölkə  arasında  gedilən,  bilinən  yol  (كولسم  قيرط)  və 
məqsədli, xüsusi böyük yollar (ةدوصقم جهانم) yoxdur [10, s.139; 9, s.15-16]. 
İbn  Rusta  Xəzər  ölkəsinin  böyük  ölkə  olduğunu  qeyd  edir.  Bu  ölkə  bir 
tərəfdən  böyük  dağlara  çatır.  Bu  dağların  ucqarlarında  tulaslar  (سلاوط)  və 
luğarlar  (رغول)  yaşayırlar.  Bu  dağ  Tiflis  ölkəsinə  (سيلفت  دلاب)  qədər  uzanır.  De 
Quye luğarların hansı millət olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir [9, s. 
16]. Luğardakı (رغ) və quz-ğuzzdakı (زغ) luğarların oğuzların fərqli qolu və ya 
oğurlar ola biləcəyi ehtimalını irəli sürmək olar. D.A.Xvolson da oğuz varian-


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
125
 
 
tını  inkar  etmir.  “Luğar”  üçün  D.A.Xvolson  “qırğız”  variantını  irəli  sürsə  də 
qırğızın ərəbcə (زيخريخ) şəklində yazılması və bu regiondan uzaqda- daha şimal-
şərqdə  yaşaması,  luğarın  digər  yazılışlarının  “Kərğara”  (هرغرك)  və  “Ğaznar” 
(
غ
رانز )  olması  onun  bu  fikrinə  ehtiyatla  yanaşmağa  vadar  edir  və  “ğaznar”ın 
üzərində dayanmağın vacibliyini qeyd edir. Adın ikinci hissəsinin isə oğuzlarla 
əlaqələndirilməsini qeyd edir. Tulas isə aydınlaşdırılmamış qalır [9, s.53-54]. 
İbn Rusta Xəzərlərin ən böyük hakiminin Xəzər xaqanı olduğunu, məlik-
lərinin  isə  “İşa”  (اشيا)  olduğunu  qeyd  edir.  İbn  Rusta  Xaqanın  sadəcə  formal 
hökmdar  olduğu,  real  hakimiyyətin  İşanın  əlində  cəmləşdiyini  qeyd  edir  [10, 
s.139].  İşanın  “Aşina”  nəslinin  ərəb  variantı  olduğunu  da  güman  etmək  olar. 
Xəzərlərin  hökmdarları,  həmçinin  İşa  yəhudi  dinindədir.  Lakin,  əsilzadələr  və 
hərbi əyanlar digər  xəzərlər  kimi türklərin  dininə  bənzər  dinə  (  نيد  هيبش  نيد  ىلع
كارتلاا) sitayiş edirlər. 
Bu  məlumatdan  görünür  ki,  yəhudiliyin  qəbulu  xəzərlərdə  hansısa  siyasi 
məqsədlə əlaqəli olmuşdur. Belə ki, şəhərlərin adlarını çəkərkən İbn Rusta qeyd 
edir  ki,  Saraşin  (نشعراس)  və  Hab  Nəla  (علن  به)  şəhərlərində  müsəlmanlar 
yaşayır, onların öz məscidləri, imamları, müəzzinləri və məktəbləri (بيتاتك) var 
[10, s.140]. Bu onu sübut edir ki, xəzərlərin arasında türklərin təktanrıçılıq dini 
ilə  yanaşı  İslam  da  geniş  yayılmışdı.  Eyni  zamanda  İbn  Fədlanın  “Səyahətna-
mə”sində  Bulqar hökmdarı  tərəfindən  Xəlifə  əl-Müqtədirə  Abdullah  ibn  Baştu 
əl-Xəzərinin (
ادبع
ىرزخلا وتشب نبا لله
) elçi olaraq göndərilməsi [5, s.1-2; 14, s.69] 
xəzərlərdə  həm  bu  dinin  əvvəldən,  həm  geniş  kütlələrə  və  geniş  arealda 
yayılmasının,  Xilafətlə  diplomatik  və  mədəni  əlaqələrin  mütəmadi  olması 
nəticəsində  Xəzər  ölkəsində  ərəb  dilini  bilən  diplomatların  yetişdiyinin  sübutu 
idi. Qışda əhalinin şəhərlərdə yaşaması, yaz gəlincə ovalıqlara-səhralara çıxma-
sını  və  qış  yaxınlaşana  qədər  oralarda  qalmasını  məlumat  verən  İbn  Rusta 
xəzərlərdə  yarımköçəri  yaşayış  tərzinin  olduğunu  göstərmişdir.  Eyni  zamanda 
xəzərlərin hər il peçeneqlər üzərinə hərbi və qarətçi yürüşlər etdiyi məlum olur 
[10, s.140; 9, s.18].  
Əlyazmada  xəzərlərə  tabe  olan  burdaslar  haqqında  da  məlumat 
verilmişdir. Burdaslar xəzərlərin ordusuna yürüşlərdə 10 min süvari verirdilər. 
İnancları  oğuzların  inanclarına  bənzərdir.  İbn  Fədlan  oğuzların  inancları 
haqqında onların səmadakı “bir Tanrı”ya inandıqlarını [14,  s.10], başqırdlarda 
isə  bir  neçə  tanrı  olduğunu,  lakin,  göydəki  rəbbin  -  Göy  Tanrının  bunların 
arasında  ən  güclü  olduğunu  bildirir  [14,  s.20].  Güman  ki,  başqırd-burdasların 
dini  də  oğuzların  dininə  çox  yaxın  din  imiş  və  ya  İbn  Fədlan  ruh  və  ya 
qüvvələri  tanrı  kimi  qələmə  verib.  İbn  Rusta  deyir  ki,  burdasların  bəziləri 
ölülərini  yandırır,  bəziləri  basdırır.  Bu  da  güman  ki,  onlarda  din  fərqliliyinin 
göstəricisidir.  Onların  çoxlu  dəvələri,  davarları,  arı  balı  var  və  əsas  malları 
samur dərisidir [10, s.140-141].  
Xəzərlərə qismən tabe olan bulqarlar haqqında olan qeydlərdə bulqarların 
Xəzər dənizinə (رزخلا رحب) axan İtil (لتا) adlanan çayın sahilində  yaşadığı qeyd 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə