Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə53/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   46   47   48   49   50   51   52   53   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
131
 
 
xardı.  Lakin  birləşmə  prosesi  Polşanın  ayrı-ayrı  rayonlarında  müxtəlif  cür 
gedirdi: Kiçik Polşa və Sileziyada tez, Mozoviya və Şərqi Pomoryedə nisbətən 
zəif,  Qərbi  Pomoryedə  xeyli  zəif.  Bu  ərazidə  yaşayan  əhalinin  digər  polyak 
slavyanları  ilə  əlaqələrinə  baxmayaraq,  burada  xüsusi  bir  xalqın  təşəkkül 
tapması qeyd edilməlidir. X əsrin axırları XI əsrin əvvəllərində Polska dövləti 
adı və onun əhalisi olan polyaklar adı meydana çıxdı. Onun əsasını, qərbi slav-
yan tayfaları 

 polyan, slenzan, vislyan, mazovşan, pomoryan birləşmələri təş-
kil edirdi [2, s.446]. 
Polyan torpaqlarının qalan hissəsi ilə Pomoryenin birləşdirilməsi prosesi 
yalnız  Qədim  Polşa  dövləti  ilə  siyasi  əlaqələrin  möhkəm  olmaması  ilə  deyil, 
eyni  zamanda,  sosial-iqtisadi  və  mədəni  inkişafın  unikallığı  ilə  də  məhdudlaş-
dırıldı.  Polyan,  slenzan  və  vislyan  tayfalarının  danışıq  dilləri  oxşar  idi.  Siyasi 
parçalanma  dövründə  (XI-XIII  əsrlər)  Polşa  torpaqları  ayrıldı,  lakin  onların 
arasında  mədəni  və  iqtisadi  əlaqələr  kəsilmədi.  Alman  ekspansiyası  və  siyasi 
parçalanmanın aradan qaldırılması (XIII-XIV əsrlər) müqavimətində Polşa tor-
paqları birləşdi, xalqları arasında əlaqələr genişləndi və gücləndi. Eyni zamanda 
almanlar  (Aşağı  Sileziya,  Pomorye,  Mazuriya,  Qərbi  Böyük  Polşa)  tərəfindən 
tutulan qərb və şimal torpaqlarının almanlaşdırılması prosesi davam edirdi. 
XIV-XV  əsrlərdə  Polşa  dövlətinin  torpaqlarının  birləşməsi  polyak  xalqı-
nın  XVII  əsrdə  intensivləşən  milli  birlik  prosesini  sürətləndirdi.  Çoxmillətli 
dövlət  -  Reç  Pospolita  çərçivəsində  Polşa  xalqının  birləşməsi  prosesi  baş 
vermişdir. Bu proses Rusiya, Avstriya və Prussiya arasında Reç Pospolitanın üç 
dəfə bölüşdürülməsi və Polşa dövlətçiliyinin itirilməsi ilə əlaqədar olaraq XVIII 
əsrin  sonlarından  etibarən  mürəkkəbləşdi.  XVIII-XIX  əsrin  sonlarında  polyak 
xalqının  milli  şüurunun  qorunub  saxlanmasında  və  inkişafında  milli  azadlıq 
hərəkatı  böyük  rol  oynadı  və  polyak  xalqı  vətənə,  ana  dilinə  və  adətinə  sadiq 
qaldı. 
Rusiya  İmperiyasının  tərkibinə  birləşdirilən,  lakin  Polşa  Krallığına  daxil 
olmayan Reç Pospolita rayonlarını polyaklar əllərindən alınmış torpaqlar hesab 
edirdilər [1, s.170]. 
Polyakların siyasi baxımdan bölünməsi etnik tarixinə təsir etdi. Hələ XIX 
əsrdə dialekti və etnoqrafik xüsusiyyəti ilə seçilən bir neçə polyak qrupları var 
idi:  qərbdə  -  böyük  polyanlar,  lençitsanlar  və  seradzyanlar,  cənubda  -  kiçik 
polyanlar,  Sileziyada  -  slenzanlar,  şimal-şərqdə  -  mazurlar  və  varmyaklar, 
Baltik dənizi sahillərində - pomoryanlar. Kiçik polyan qrupunu quralilər (dağlıq 
bölgələrin  əhalisi),  krakovlular  və  sandomirlilər  əhatə  edirdi.  Sileziyalılar  ara-
sında  lyax,  sileziyan,  quralilər  və  digər  qruplar  fərqlənirdi.  Böyük  polyanlara 
kuyavyanlar, mazurlara isə kurpilər aid edilirdi. Pomoryedə dil və mədəniyyətin 
spesifikliyini  qoruyan  kaşublar  xüsusi  ilə  fərqlənirdilər.  XIX  əsrin  sonlarından 
etibarən  sənayenin  və  şəhərləşmənin  artması  ilə  bu  qruplar  arasındakı  fərqlər 
azalmağa başladı. 
Qərbi  slavyanların  mənəvi  həyatında  din  mühüm  yer  tutur.  Polyakların, 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
132
 
 
çexlərin,  slovakların  böyük  bir  hissəsi  katoliklərdir.  Məhz  buna  görə  də 
xalqların  ənənəvi  mədəniyyətində, konkret  məskənlərin,  müqəddəslərin  adı  ilə 
bağlı məbəd bayramlarına və kütləvi gəzintilərə böyük yer verilirdi [2, s.450]. 
Birinci  Dünya  müharibəsindən  sonra  müstəqil  Polşa  dövləti  formalaşdı, 
lakin ora şimal və qərbi Polşa torpaqlarının çoxu daxil deyildi. Vahid dövlətin 
yaradılması  bölünmüş  əhali  qruplarının  etnik  reinteqrasiyasının  əsasını  təşkil 
etmişdir.  Polşanın  şimal  və  qərb  torpaqlarının  birləşməsi  yalnız  İkinci  Dünya 
müharibəsindən sonra baş vermişdir. Ölkə ərazisində əhalinin böyük yerdəyiş-
məsi  baş  verdi.  Böyük  Polşanın  qərb  ərazilərində,  almanların  tərk  etdiyi  Sile-
ziya,  Pomorye  və  Mazuriya  bölgələrində  Polşanın  digər  ərazilərindən,  SSRİ-
dən,  Rumıniyadan,  Yuqoslaviyadan və  digər  Qərbi Avropa  ölkələrindən  köçü-
rülmüş  polyaklar  yerləşdirildi.  Polşa  milli  tərkibinə  görə  eyni  millətli  ölkəyə 
çevrildi. 
Əhalinin  yarıdan  çoxu  şəhərlərdə  (Varşava,  Lodz,  Krakov,  Vrotslav, 
Poznan) yaşayır və onlar müxtəlif sənaye, ticarət, istehlakçı xidmətləri, səhiyyə, 
təhsil,  elm və  mədəniyyət sahələrində çalışırlar. Kənd  təsərrüfatının əsas sahə-
ləri əkinçilik və heyvandarlıqdır, əsas istiqaməti isə taxıl bitkilərinin  yetisdiril-
məsidir.  Əkin  sahəsinin  əhəmiyyətli  hissəsi  isə  kartofdur.  Bağçılıq  və  meyvə-
çilik vacib sahələrdən hesab olunur. Kənd təsərrüfatı sahələrində müasir texni-
kanın  tətbiqi  ilə  yanaşı,  qədim  alətlərdən  də  istifadə  olunur:  dırmıq,  bel  və  s. 
Heyvandarlıqda südçülük və ətçilik sahələrinə üstünlük verilir. Kəndlilər əkin-
çilik işi üçün nəqliyyatda ənənəvi olaraq atdan, nisbətən daha az sayda isə öküz-
dən  istifadə  edirlər.  Təbii  şəraitin,  müxtəlif  sahələrdə  tarixi  faktorların  fərqli 
olması ayrı-ayrı ərazilərin təsərrüfat və mədəni həyatının inkişafında müxtəlif-
liyə  gətirib  çıxarmışdır.  Məsələn,  Kiçik  Polşa  ilə  Sileziya  dağlıq  rayonunun 
əhalisi  qoyunçuluq  təsərrüfatında  qədimdən  qalma  adətləri  hələ  də  istifadə 
edirlər. Adətə görə qoyunçuluq təsərrüfatının sahibləri baş çobanı (basu), onun 
köməkçisini və qoyun otaranları (xonelnik) seçirlər. 
Tapılmış  arxeoloji  materiallar,  xüsusən  Polşanın  sahilyanı  rayonlarında 
balıqçılığın  inkişaf  etdiyini  göstərir.  Balıqçılığın  daha  çox  izləri  erkən  feodal 
cəmiyyəti  dövrünün  mədəni  laylarının  qazıntıları  nəticəsində  aşkar  edilmişdir 
[2, s.449]. 
Qərbi  və  Şərqi  Pomoryedə  dəniz  balıqçılığı  qədim  zamandan  inkişaf 
etmişdir. Bununla əsasən, dövlət balıqçılıq sənayesi təşkilatları və müasir tipli 
kooperativlər  məşğul  olurlar.  Lakin  burada  qədim  balıqçılıq  artelləri  vardır  və 
kollektiv  balıqçılığın  qədim  ənənələri  hələ  də  qorunub  saxlanılır.  Balıqçılıq 
ölkənin  çay  və  gölətrafı  ərazilərində  inkişaf  etmişdir.  Balıq  ovu  və  daşınması 
müasir  texnologiya  ilə  yanaşı  qədim  balıqçılıq  alətləri  ilə  də  həyata  keçirilir: 
nizə,  tor  və  s.  Arıçılıq,  göbələk  və  giləmeyvə  yığımı  da  köməkçi  məşğuliy-
yətlərə aid edilir. 
Kənd yaşayış məskənlərinin ən qədim forması müxtəlif tipli kiçik kəndlər 
idi.  Bunlar  nal  formasında  və  ya  dairə  formasında  olan  evlərdən  ibarət  kiçik 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə