Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə46/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
115
 
 
ildə ABŞ istehsalı olan "Möhtəşəm yeddi" adlı yeni versiya ilə "Hollywood"da 
təqdim edilmişdir. 
Kurasavadan  sonra  Yapon  kino  tarixinin  ən  tanınmış  siması  Yasujiro 
Ozodur.  O,  müharibədən  sonra  dəyişən  toplum  dəyərlərinə  və  Qərbin  Yapon 
ailə mədəniyyətinə olan təsirinə ilk və ən önəmli reaksiya verən şəxslərdən biri 
olmuşdur.  Məhz  bu  xüsusiyyətinə  görə  onu  Yapon  rejissorlar  içərisində  "Ən 
yapon rejissor " adlandırırlar. Bu illərdə çəkilən "Rashomon", "Yeddi samuray" 
və  "Tokyo  hekayəsi"  bu  dövrə  aid  filmlərdir  (8,  s.28).  Ozonun  filmləri  həm 
yapon  tamaşaçıları,  həm  də  kino  tənqidçiləri  arasında  çox  məşhur  idi.  Gündo-
ğan  ölkədə  böyük  marağa  səbəb  olmalarına  baxmayaraq,  onun  filmləri  digər 
ölkələrdə  elə  də  çox  təqdim  olunmadı:  hətta  eyni  vaxtda  fəaliyyət  göstərən 
A.Kurasava kimi beynəlxalq şöhrət qazana bilmədi. Ozonun  filmləri ölkəsində 
orta  sinfə  mənsub  ailələrin  həyatından  daha  çox  bəhs  edir.  "Tokio  hekayəsi" 
filmində, bir çox başqa filmlərdə olduğu kimi, yapon ailə daxili münasibətlərini 
mükəmməl şəkildə təsvir edir. 
II Dünya müharibəsindən sonra, yapon kinosunun inkişafında mühüm rol 
oynayan  şəxslərdən  biri  də  Şoei  İmamuro  olmuşdur.  1926-cı  ildə  Tokioda 
dünyaya gələn İmamuro əvvəllər kino sahəsi ilə maraqlanmamış, teatrdan gələn 
gəlir  onun  xərclərini  ödəmədiyindən,  sonralar  film  sənayesinə  maraq 
göstərməyə  başlamışdır.  İlk  olaraq  Şoçiko  (1951-1954),  daha  sonra  isə, 
Nikkatsu  Film  şirkətlərində  rejissor  vəzifəsində  çalışmışdır.  1958-ci  ildə  ilk 
filmi "Oğurlanan arzu" ("Nusumareta Yokujo")- nu ekranlaşdırdı. İmamuronun 
bu  ilk  filmi,  peşə  həyatı  boyunca  davam  edəcək  yenicə  formalaşan 
düçüncələrini özündə ehtiva etmişdi. Yapon mədəniyyətinin kənar hüdudlarında 
olanların  ləhcələri  və  adətləri  onun  filmlərində  işlədiyi  əsas  mövzular  oldu. 
Rejissorun ilk 4 filmi, əlbəttə ki, tələsik çəkilmiş və aşağı büdcəyə malik şirkət 
sifarişləri  idi.  Yaponiyanın  müasirləşməsindən  bəhs  edən  "Donuzlar  və 
müharibə gəmiləri" ("Buto to Gunkan") adlı ilk yetkin filmini 1961-ci ildə lentə 
aldı (8, s.26). 
1960-cı  illər.  60-cı  illərdən  sonra  Kurasavayla  başlayan  dalğa,  yeni 
Yapon dalğası idi. Ku- rasavadan sonra bu dövrün ən önəmli isimlərindən biri 
Shoie İmamura idi. 1970-ci illərdə bütün dünyada olduğu kimi Yaponiyada da 
televiziyanın təsiri kinoya olan marağı azaldır. "Pink" adlanan ucuz eşq filmləri 
və  Yakutza  (mafiya)  filmlərinin  salonları  işğal  etdiyi  bu  dövrdə,  Yaponiyada 
boş  qalmış  kino  salonlarını  doldurmaq  üçün,  Avropa  və  Amerika  filmlərinin 
tamamilə  kopiyaları  çəkilərək  yapon  tamaşaçısına  təqdim  olunur.  Bununla 
əlaqədar Kurasava maraqlı bir fikir söyləyib: "Yaponiyadakı eşq münasibətləri 
Fransa  və  ya  İtaliyadakına  bənzəməz.  Amma  təəssüflər  olsun  ki,  gənc 
rejissorlarımız  Qərb  filmlərində  gördüklərini  alçaq  bir  biçimdə  kopya  edirlər. 
İzləyicilər də bu filmlərdə gördüklərindən gerçək həyatlarında bəhrələnirlər. Bu 
çox gülünc bir şeydir" (3. s.815) . 
1980-90-cı  illər.  Bəhs  edilən  dövrdə  cizgi  filmləri  (animeler)  daha  cox 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
116
 
 
məhşurlaşmışdı.  XX  əsrin  əvvəllərində  Yaponiya  kinematoqrafiyasında  yeni 
dalğa  yaranır.  Günümüzdə  baxış  sayına  görə  bəzi  filmləri  də  qabaqlamağı 
bacaran Yaponiya istehsalı olan animasiyalar, onların öz dili ilə desək animelər, 
dünya kinematoqrafiyası üçün tamamilə yenilik oldu desək yanılmarıq. Həmin 
dövr üçün animenin əsas təmsilçisi Osamu Tezuka sayılır. Anime xarakterləri-
nin  xüsusi  görünüşləri:  uzun  saçları,  uzun  ayaqları,  çox  böyük  gözləri,  balaca 
burun  və  ağızları  insanların  psixologiyası  haqqında  araşdırmaların  nəticəsi 
olaraq  yaradılmışdır.  Bəzən  xarakterlərin  bu  formada  təsvir  edilməsini 
yaponların  balaca  gözlərinə,  qısa  saçlarına  qarşı  olan  kompleksi  ilə  də 
əlaqələndirirlər. 
Yaponiyada  çəkilən  ilk  anime  sayılan  "hərəkətli  şəkillər"  (Katsudö 
şyaşin)  -  50  kadrdan  ibarət  olan  qısa  animasiyadır.  1907-ci  ilə  aid  olan 
"Hərəkətli  şəkillər"in  yaradıcısı  haqqında  məlumatlar  saxlanılmayıb.  Lakin 
məhz  Katsudö  şyaşin'in  Yaponiyada  ilk  anime  olduğu  həqiqəti  danılmaz  fakta 
çevrilib.  Hərəkətli  şəkilləri  Osaka  və  Tokio  Universitetlərində  incəsənət  və 
musiqi fənlərindən dərs deyən müəllim Natsuki Matsumoto Kiotoda qədim ailə 
proyektorunda digər xarici cizgi filmi kadrları kolleksiyası arasında aşkar edib. 
Qeyd  edilən  proyektorda  selluloiddən  ibarət  olan  lentdə  çəkilən  50  kadr 
saxlanılmışdı.  "Hərəkətli  şəkillər"  animesi  cəmi  3  saniyə  davam  edir.  Kadrın 
mövzusunu  gəmiçi  paltarında  oğlan  uşağının  lövhədə  kanci  ilə  "hərəkətli 
şəkillər"  yazaraq  tamaşaçılara  çevrilib  nəzakət  əlaməti  olaraq  papağını 
çıxartması təşkil edir. 31 iyul 2005-ci ildə kadrların Kiotoda tapılmasına qədər 
"Gözətçi (qapıçı) Mukuzo İmokava'nın əhvalatı" (İmokava Mukuzö Genkanban 
no maki) adlı anime Yaponiyada ilkin hesab olunurdu. 5 dəqiqə davam edən bu 
anime Öten Şimokava tərəfindən 1917-ci ildə yaradılmışdı (10). 
İqtisadi böhranla əlaqədar olaraq Yapon film sənayesi də xeyli zəifləmiş-
di.  Bunun  əksinə  olaraq  yapon  cizgi  filmləri  dünya  miqyasında  tanınmağa 
başlandı. 1990-cı illərdə iqtisadi böhranla üzləşən Yapon kinosu həm keyfiyyət 
həm də kəmiyyət olaraq olduqca aşağı filmlər istehsal edirdi. Böhranın ardından 
canlanan  kino  sektoru  fərqli  istiqamətlərə  yönəlir:  anime (cizgi  və  animasyon) 
və  qorxu.  Texnologiyanın  inkişafı  ilə  birlikdə,  bütün  dünyada  diqqət  çəkən 
animelər istehsal etməyə başlayan Yaponiya animasyon film bazarında ABŞ-la 
yarışır. Anime anlayışının mənası fransız dilindən "cizgi filmi" deməkdir. Qeyd 
etdiyimiz  kimi,  Osamu  Tezuka  Yaponiyada  müasir  animenin  ən  məşhur 
nümayəndəsi  kimi  tanınır.  Ümumiyyətlə,  anime  tarixi,  XX  əsrin  əvvəllərində 
yapon  film  istehsalçıları  tərəfindən  Fransa,  Almaniya,  ABŞ  və  Rusiyadan 
animasiya  texnikasının  mənimsənilməsindən  sonra  başlayır.  1970-ci  illərdə 
manqa  çəkimləri  Yaponiyada  bu  sahəyə  böyük  maraq  yaratdı.  Bu  şəkillərin 
böyük  bir  hissəsindən  animelərin  çəkilişində  istifadə  olunmuşdu:  xüsusilə, 
Osamu  Tezuka  "Manqanın  tanrısı"  səviyyəsinə  qədər  yüksəlmişdi.  Yapon 
kinosunda  anime  janrının  günümüzdəki  ən  məşhur  təmsilçisi  Hayao  Miyaza-
kidir.  Əsrarəngiz  görüntüləri  və  dəqiq  rəsmləri  ilə  Miyazaki  bütün  dünyada 
məşhur olan rejissorlar sırasına qoşuldu. Onun filmləri arasında "Gəzən saray", 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə