Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
108
 
 
çilər unudurlar ki, bərabərlik, ədalətli cəmiyyət haqqında ilk fikirlərin mənbəyi 
tarixən  Şərq  olmuş,  onların  reallaşması  uğrunda  fəal  sosial  mübarizə  də  məhz 
burada  baş  vermişdir.  Bunun  üçün  sadəcə  olaraq  Məzdəkilər,  Xürrəmilər  və 
digər  tarixi  sosial  hərəkatları  yada  salmaq  kifayətdir.  Lakin  elmi-texniki, 
mədəni  nailiyyətlər,  xüsusi  mülkiyyət  institutu,  mülki  və  dini  hakimiyyətlərin 
bölünməsi  və  digər  amillər  Qərbdə  ictimai  təşkilatlanmanın  daha  səmərəli 
formalarının  tapılmasına  təsir  göstərmiş,  nəticədə  müasir  Qərb  demokratiyası 
təşəkkül tapmışdır. 
Beləliklə,  heç  bir  sivilizasiya,  nə  qədər  güclü  olursa  olsun,  bütün 
bəşəriyyət üçün məsuliyyət yükünü təkbaşına aparmaq iqtidarında deyildir. Ona 
görə  də  bəşəri  böhrandan  çıxış  yolu  da  birgə,  ümumbəşəri  səylərlə  axtarılıb 
tapılmalıdır. Şərqlə Qərbi qarşı-qarşıya qoymaq, bu və ya digər tərəfə üstünlük 
vermək  heç  bir  müsbət  nəticəyə  gətirə  bilməz.  Hamını  heyrətə  salan  Yapo-
niyada  Şərq  və  Qərb  təfəkkür  tərzlərinin  uğurlu  vəhdəti  əsas  götürüldü,  yəni 
Şərqin  yüksək  mənəvi  potensialı  Qərbin  rasional  düşüncə  mədəniyyəti  ilə 
birləşdirildi.  Deməli,  bəşəriyyətin  əsasının,  bütövlükdə  insan  cəmiyyətinin 
mütərəqqi mənəvi mədəni irsini təşkil edən yeni inkişaf paradiqmasının işlənib 
hazırlanması lazımdır. Bunun üçün sivilizasiyaların və mədəniyyətlərin dialoqu 
zəruridir.  Elə bir dialoq ki, bütün bəşəriyyətin,  müxtəlif sivilizasiyaların, xalq-
ların humanitar potensialını hərəkətə gətirə bilsin, müxtəlif mədəniyyətlər ara-
sındakı fərqləri aradan qaldırmağa deyil, onlar arasında balansın yaradılmasına 
səy  göstərsin.  Mədəniyyətlərin  qarşılıqlı  əlaqəsi,  dialoq  rejimində  inkişaf 
etdirilməsi,  sivilizasiyalararası  gərginliyin  aradan  qaldırılması  üçün  dövlətlər 
bir-biri  ilə  qarşılıqlı  əlaqəli  üç  məsələyə  qadağa  qoymalıdırlar:  1.  Mədəni 
əsasda  qarşıdurma  ideyasından  imtina  etməli;  2.  Mədəniyyətləri  qarşı-qarşıya 
qoymaq cəhdlərinə,  başqa mədəniyyəti aşağılayan sözlərə, hərəkətlərə  yol ver-
məməli;  3.  Nəhayət,  dialoqun  baş  tutması  üçün  onun  iştirakçıları  öz  mədəniy-
yətini daha üstün tutan ifrat iddialardan birdəfəlik əl çəkməlidirlər [5]. 
Tarixən sivilizasiyaların dialoqu iki yolla baş vermişdir: 1. Uzunmüddətli 
sivilizasiyalararası  qarşılıqlı  əlaqələr  vasitəsilə.  Bu,  obyektiv  bir  proses  olub, 
coğrafi,  tarixi  amillərlə  şərtlənir  və  kimlərinsə  iradəsindən,  ya  da  seçimindən 
asılı  deyil.  Bu  cür  əlaqələr  lap  qədim  dövrdən  başlamışdır  və  indiyə  qədər 
davam edir. Misal olaraq Qədim Şərqlə antik dünyanın əlaqələrini, orta əsrlərdə 
Asiya  və  Avropa  arasındakı  Böyük  İpək  yolu  vasitəsilə  həyata  keçirilən 
əlaqələri  göstərmək  olar;  2.  Sivilizasiya  və  mədəniyyətlərin  nümayəndələri 
arasındakı  əlaqələr  vasitəsilə  gedən  dialoq.  Dialoqun  bu  forması  coğrafi  və 
tarixi amillərlə şərtlənmir, məqsədyönlü fəaliyyət sahəsində həyata keçirilir. 
Dialoq  beynəlxalq  münasibətlərin  yaxşılaşması  üçün  universal  model 
kimi  istər  siyasətdə,  istərsə  də  dində  və  mədəniyyətdə  birtərəfliliyi,  monoloqu 
inkar  edir.  Beynəlxalq  hüququn  bəzi  normalarının  dəyişdirilməsi  ilə  bağlı  son 
vaxtlar  səslənən  təkliflər  də  məhz  bu  zərurətdən  doğur.  Sirr  deyil  ki,  bu 
normaların  əksəriyyəti  çoxqütblü  dünyanın  məhsuludur  və  iri  dövlətlərin 
maraqlarına hesablanmışdır. Bu  məsələdə müsəlman dövlətlərin  maraqları heç 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
109
 
 
vaxt nəzərə alınmır. Təsadüfi deyil ki, qlobal sivilizasiyanın təşəkkülü prosesin-
də əsas təhlükə də məhz müxtəlifliyin qiymətləndirilməməsidir. "Maneələri dəf 
edərkən.  Sivilizasiyalararası  dialoq"  kitabının  müəllifləri  "müxtəliflik  qor-
xusu"nu  mədəniyyətlər  və  sivilizasiyalar  arasında  dialoqun  qarşısında  ən 
təhlükəli maneə hesab edirlər [6]. 
Sivilizasiyalararası,  mədəniyyətlərarası  münasibətlərin  dramatikliyinə  və 
mürəkkəbliyinə baxmayaraq, onların dialoqu fundamental ziddiyyətlərin aradan 
qaldırılmasının, bütün tərəfləri qane edən qarşılıqlı əlaqə və prinsiplərin müəy-
yənləşdirilməsinin  ən  konstruktiv  üsuludur.  Bəzi  hallarda  dialoqun  yalnız  ənə-
nəvi  cəmiyyətlər  üçün  əhəmiyyət  kəsb  etdiyini,  onun  texnogen  cəmiyyətlər 
üçün  bir  o  qədər  də  aktual  olmadığını  iddia  edənlər  də  tapılır.  Lakin  bu  gün 
dünya elə vəziyyətdədir ki, mövcud inkişaf modellərindən heç biri başqa ölkələr 
üçün  etalon  ola  bilməz.  Ona  görə  də  bütün  sivilizasiyaların,  mədəniyyətlərin 
bərabər şəkildə iştirak etdiyi, iştirakçıları inkişaf etmiş, inkişaf etməmiş, birinci, 
ikinci, üçüncü dərəcəli ölkələr və başqa təsnifatlara görə ayırmayan dialoq elə 
texnogen  sivilizasiyanın  özü  üçün  də  xeyirlidir.  Bu,  bir  tərəfdən  onun 
daşıyıcılarının  başqa  mədəniyyətlərə  münasibətdə  özünü  göstərən  lovğalıq, 
təkəbbürlülük  kimi  ziyanlı  yanaşmaları,  fərdiyyətçiliyi,  istehlakçılıq  təzahurlə-
rini  aradan  qaldırmağa  şərait  yaradır;  digər  tərəfdən,  texnogen  birliklərin 
daxilində mədəni zənginlik, özünəməxsusluqlar qorunub saxlanır. 
Şübhəsiz,  müasir  siyasi,  iqtisadi,  mədəni  qloballaşma  və  inteqrasiya  bu 
proseslərin qanunauyğun  mərhələsi  olan  sivilizasiyaların konvergensiyasına  və 
hətta  konfederasiyasına  doğru  aparır.  Onların  arasında  qarşılıqlı  münasibətlər 
birgə fəaliyyətin məhsulu olan və hamının qəbul etdiyi hüquqi normalarla, etik 
prinsiplərlə  tənzimlənəcəkdir.  Əlbəttə,  bunun  nə  vaxt  baş  verəcəyi,  hansı 
formalardan və mərhələlərdən keçəcəyi haqda proqnoz vermək mümkün deyil. 
Lakin  son  nəticədə  qlobal  sivilizasiyanın  təşəkkül  tapacağı  bu  ümumdünya 
prosesinin əsas xüsusiyyətini mədəniyyətlərin və sivilizasiyaların dialoqu təşkil 
etməli,  eləcə  də  ümumbəşəri  dəyərlərə  münasibətdə  qarşılıqlı  anlaşma 
olmalıdır. 
Yeni  dünya  düzəninin  konturları  artıq  müəyyənləşməkdədir.  Dünyanı  də-
yişmək,  humanistləşdirmək  üçün  "yeni  təfəkkür"ə  ehtiyac  duyulduğu  getdikcə 
daha artıq dərk edilməkdədir. Məhz yeni planetar humanizm gələcək inkişafın 
əsas  rəhnidir.  Bu  təfəkkürün  mənəvi-ideoloji  əsasında  planetar  şüura  malik, 
bütün  Yer  kürəsinin  məsuliyyətini  öz  üzərində  dərk  edən  insanların  dünya-
görüşü  durmalıdır.  Bunun  isə  ilkin  şərti  dünyanın  müxtəlifliyinin,  çox- 
çalarlılığının qəbul edilməsi və saxlanmasıdır. Yəni yaxın gələcəkdə eyniliyin, 
həmahəngliyin,  yeknəsəkliyin  bərqərar  olması  inandırıcı  görünmür.  Müxtəlif 
sivilizasiyaların  bir  sivilizasiyada  qovuşacağı  və  sivilizasiyalararası  fərqlər 
əsasında vahid sivilizasiyanın təşəkkül tapacağının ciddi əsasları yoxdur. BMT 
Təhlükəsizlik Şurasının 56/6 saylı qətnaməsində qeyd edildiyi kimi: vahid bəşər 
ailəsi  bütün  sivilizasiyaları  birləşdirir,  bu  sivilizasiyalar  müxtəlifliyin  nailiy-


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə