Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
106
 
 
buna  inteqrasiya  mərkəzlərinin,  dövlətlərin  inkişaf  yollarının  müxtəlifliyi, 
sivilizasiyalararası  ziddiyyətlərin  dərinliyi  imkan  vermir.  Ümumiyyətlə,  bütün 
xalqların  dünyagörüşlərinin  eyniləşməsi  çox  mürəkkəb  və  ağrılı  prosesdir. 
Çünki onun nəticəsində bəzi sivilizasiyalar daha güclü inteqrasiya mərkəzlərinə 
güzəştə getməli, ikinci, hətta üçüncü rollarla kifayətlənməlidirlər. 
Yuxarıda adı çəkilən sivilizasiyalardan hər birinin (Afrika istisna olmaq-
la)  gələcəkdə  dünyanın  lider  sivilizasiyasına  çevrilməsi  üçün  böyük  potensialı 
vardır,  lakin  bu  potensialın  reallaşması  həm  dünyada  gedən  iqtisadi  -  siyasi 
proseslərdən,  həm  də  hər  sivilizasiyanın  öz  mədəni  xüsusiyyətlərindən  və 
mentalitetindən asılıdır. 
Şərq  və  Qərb  anlayışları  təkcə  coğrafi  termin  kimi  işlənmir.  Şərq 
ənənəviliyin,  Qərb  isə  müasirliyin  simvolu  hesab  edilir.  Ümumilikdə  Şərqlə 
Qərbi  fərqləndirən  ən  mühüm  amil  münasibətlərin  şəxsi,  ya  da  ictimai  miq-
yasda  qurulmasıdır.  Belə  ki,  Şərq  düşüncəsində  məqsəd  insanın  kamilləşməsi, 
Qərb  düşüncəsində  isə  cəmiyyətin  təkmilləşməsidir.  Ancaq  istənilən  halda 
cəmiyyət də insanlardan ibarətdir. 
Şərq  dedikdə  insana  əzəldən  xas  olan,  onun  mahiyyətini  ifadə  edən 
mənəvi-əxlaqi  keyfiyyətlər,  Qərb  dedikdə  isə  insanın  yeni  dövrdə  əldə  etmiş 
olduğu  intellektual  və  texnoloji  uğurlar  yada  düşür.  Lakin  bu  gün  Yaponiya, 
Çin,  Hindistan,  Cənub-Şərqi  Asiya  ölkələrinin  texnoloji  cəhətdən  qazandığı 
uğurlar dünya iqtisadi mərkəzinin tədricən Asiyaya keçdiyini təsdiq edir. Qərb 
sivilizasiyası  isə  hissə-hissə  bütün  Yer  Kürəsinə  yayılaraq  planetar  hadisəyə 
çevrilməkdədir. İndi Qərb dünyası humanist, mənəvi dəyərlər böhranı ilə üz-üzə 
qalıbdır. Təəssüf ki, qərbpərəst dairələrin düşüncəsinə görə onlara məxsus olan 
mədəniyyət islam mədəniyyəti daxilində aşınmaya məruz qalar və yox ola bilər. 
Buna görə də dözümsüzlüklə islama qarşı hərtərəfli hücuma keçərək onu zəif-
lətməyə  çalışırlar.  Halbuki  multikulturalizm  və  tolerantlığın  əsas  şərti  elə  dini 
dözümlülükdür. Şübhəsiz, islam sivilizasiyası özü də vahid deyildir. İslam döv-
lətləri,  cərəyanları  arasında  ziddiyyətlər  hələ  də  güclüdür.  Qərb  kütləvi  infor-
masiya  vasitələrində  terrorçuların  guya  islamı  təmsil  etdiyini  iddia  edən  fikir-
lərə  tez-tez  rast gəlinir.  Əslində  isə  onlar  məsələyə  necə  qərəzli  yanaşdıqlarını 
göstərirlər.  Bu  gün  bütün  dünyanın  sülh  və  təhlükəsizliyi  sərhəd  tanımayan 
terrorizmin  hədəfinə  çevrilmişdir.  Heç  bir  xalq  terrorizmdən  özünü  müdafiə 
olunmuş  hesab  edə  bilməz.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyev  V  Bakı  Beynəlxalq  Humanitar  Forumundakı  çıxışında  bu  məsələyə 
toxunaraq  demişdir:  "Qərb  siyasətçiləri  İslamı  terrorla  eyniləşdirirlər.  Halbuki 
terrordan ən çox əziyyət çəkən də elə müsəlman ölkələridir. Bəzi Avropa ölkə-
lərinin  rəhbərləri  "miqrantları  qəbul  etməyə  hazırıq,  ancaq  müsəlman  miq-
rantları yox" deyirlər. Bu, XXI əsrdə Avropada yenidən faşizmin baş qaldırması 
deməkdir"  [1].  Əslində,  bu  gün  danılmaz  faktdır  ki,  islamda  radikal  cərəyan-
ların güclənməsinin əsas səbəblərindən biri Qərbin imperiyapərəst ayrıseçkilik 
siyasətidir.  Baxmayaraq  ki,  "Qurani-Kərim"də  də  zorakılıq  qəbul  edilmir, 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
107
 
 
pislənir, qərb siyasətçiləri bunu bilə-bilə islama qərəzli münasibət bəsləyirlər. 
Qərb və Şərq mədəniyyətlərinin inteqrasiya perspektivi ilə bağlı müxtəlif 
yanaşmaların  mövcudluğu  da  bu  məsələnin  nə  qədər  problematik  olduğunu 
sübut edir. Yeri gəlmişkən, Şərq-Qərb münasibətlərinin bütün dövrlərdə aktual 
olmasına  baxmayaraq,  Şərq  ölkəsi  olan  Azərbaycanda  sovet  dövründə  bu 
məsələ  ilə  bağlı  tədqiqatlar  demək  olar  ki,  aparılmamışdır.  Sovet  rejiminin  bu 
qadağalarını  ilk  olaraq  dəf  edən  məşhur  şərqşünas  alim  Aida  İmanquliyeva 
olmuşdur. O, nəinki Azərbaycan hüdudlarından, hətta Şərq miqyasından kənara 
çıxaraq  yeni  dövrdə  bütöv  bəşəriyyət  miqyasında  gedən  proseslərin  məğzini 
açıb göstərmiş, Şərq-Qərb münasibətlərinin xarakterini və perspektivlərini təhlil 
etmişdir.  Aida  xanım  öz  zəmanəsini  qabaqlayaraq  Azərbaycan  gerçəkliyində 
Şərqlə Qərbin vəhdəti ideyasını ilk dəfə konseptual şəkildə irəli sürmüşdür [2, 
s. 380]. 
XX  əsrin  sonlarında  bütün  dünyada  yenidən  aktuallaşmış  bu  problemi 
Azərbaycanda  Aida  İmanquliyevanın  qızı,  Azərbaycanın  birinci  xanımı, 
YUNESKO  və  İSESKO-nun  xoşməramlı  səfiri,  Azərbaycanın  birinci  vitse 
prezidenti  Mehriban  xanım  Əliyeva  bir  daha  siyasi  gündəmə  gətirmiş,  öz 
məqsədyönlü fəaliyyəti ilə ölkəmizin bir təşəbbüskar və aparıcı tərəf kimi çıxış 
etməsinə nail olmuşdur. Məhz onun bu fəaliyyəti nəticəsində Bakı 2009-cu ildə 
İslam  mədəniyyətinin  paytaxtı  elan  olundu;  Bakıda  Şərqlə  Qərbi  birləşdirən 
tarixi  İpək  yolunun  bərpası  işinin  təməli  qoyuldu;  həmçinin  Bakı  Qərb-Şərq 
mövzusunda  kino  festivallarının,  incəsənət  bayramlarının,  beynəlxalq  elmi 
məclislərin keçirildiyi mədəni-mənəvi məkana çevrildi. 
Qərb  və  Şərq  xüsusi  "genotipə"  və  daxili  inkişaf  məntiqinə  malikdir. 
Cəmiyyətin iki tipi olan ənənəvi və texniki tiplərin qarşılıqlı əlaqəsi ənənəvi və 
texnogen  sivilizasiyaların  nailiyyətlərinin  və  dəyərlərinin  qarşılıqlı  çuğlaşması 
yolu  ilə  həyata  keçirilə  bilər  [3].  Bu  mövqedən  çıxış  edənlər  yaxın  və  uzaq 
gələcəkdə  müəyyən  sosial-mədəni  dəyişikliklər  əsasında  hansısa  irimiqyaslı 
birliyin yarana biləcəyini inkar edərək Qərb və Şərq mədəniyyətlərinin qarşılıqlı 
çuğlaşmasından  deyil,  yalnız  qarşılıqlı  təsirindən  danışmağı  üstün  tuturlar. 
Onların  fikrincə  dünyada  mövcud  olan  bu  qədər  müxtəlif  mədəniyyətlərin 
inteqrasiyası, ümumiyyətlə, mümkün deyil. 
Bəzi  filosoflar  Şərqlə  Qərbi  ayırmaq,  qarşı-qarşıya  qoymaq  cəhdlərini 
reallıqdan  uzaq,  uğursuz  adlandırırlar.  Onlar  bu  sivilizasiyaların  çoxdan 
qovuşduğunu  söyləyərək  tarixi  faktlara,  müasir  dünyada  baş  verən  proseslərə 
(miqrasiya,  ticarət,  kommunikasiya)  istinad  edirlər.  Doğrudan  da  xristianlıq, 
iudaizm  Şərqdə,  yoxsa  Qərbdə  yaranıb,  onlardan  hansı  sivilizasiyanın  əsasını 
təşkil  edir?  Məgər  Hötenin  yaradıcılıq  zirvəsini  "Qərb-Şərq  divanı"  təşkil 
etmirmi?  Quran  və  Şərqin  digər  müdrik  mənbələri  L.Tolstoyun  stolüstü 
kitabları deyildimi? Belə ritorik suallar çoxdur. 
Qərb  siyasi  sivilizasiyasında  demokratiya,  insan  azadlıqları  və  buna 
əsaslanan hüquq normaları sisteminin təşəkkül tapmasından danışan geosiyasət-


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə