Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə47/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
117
 
 
"Şahzadə Mononoke", "Ruhların qaçışı" və s-nin adını çəkmək olar. Animelər 
təkcə uşaqlar üçün çəkilmiş cizgi filmlər deyil, həm də böyüklər üçün çəkilmiş 
və  gerçək  həyatda  olan  ya  da  olmayan  hər  cür  məsələyə  toxunan  kino 
məhsuludur. Bunların ən məhşurları Hayao Miyazakinin animeləridir (5, s.252). 
Yapon kinosunun dünyada tanınmasında təsiri olan bir başqa filmlər də qorxu 
filmləridir. Qərbin əsas personajı şeytan olan qorxulu filmlərinin əksinə, Yapon 
kinosunda  ölü  uşaqlar,  gotik  hekayələr  anladılaraq  fərqli  bir  qorxu  film 
perspektivi təqdim olunur. 
Yaponiya  rejissorlarının  çəkdiyi  qorxu  janrında  olan  filmlər  başqa 
ölkələrin  ekranlaşdırdığı  qorxu  filmlərindən  tamamilə  fərqlənir.  Belə  ki, 
yaponlar  professional  qorxu  filmlərində  səssizliyin  ardından  gələn  ani  qışqırıq 
səsləri,  qatilin  üzünün  göstərilməməsi,  qaranlıqda  görünən  ruhlar  və  s.  kimi 
adət  olunmuş  üsüllardan  istifadə  etməyi  sevmirlər.  Yaponiyada  mövcud  olan 
dini  inanclardan  dolayı  rejissorlar  adətən  qəribə  dini  hadisələrin  baş  verdiyini 
göstərməkdə  maraqlı  olurlar  və  izləyicinin  psixologiyasında  iz  qoymağı 
bacarırlar. Bu həm də filmi izləyən xarici kütlə üçün yetəri qədər maraqlı olur. 
Ən  məşhur  Yaponiya  qorxu  filmlərinə  "Halqa"  ("The  ring"),  "Qaranlıq  sular" 
("Dark water"), "Bir buraxılmış zəng" ("One missed call") kimi filmləri  misal 
çəkmək olar. 
2000-ci  illər.  50-ci  illərdən  sonra  Yaponiya  kino  sənayesinin  ən  yaxşı 
dövrüdür.  2-ci  "qızıl  dövr"  hesab  olunur.  Bu  dövrdə  yüksək  büdcəli  filmlər 
istehsal  olundu.  2006-cı  ildə  vizyona  girən  filmlərin  sayı  821-ə  çatdı.  2001-ci 
ildə  Miyazakinin  "Spirited  Away"yi  ən  yaxşı  cizgi  filmi  nominasiyası  üzrə 
Oskar mükafatını aldı (3, s.813). 
Bunlarla  yanaşı,  Yaponiya  başqa  xarici  ölkələrlə  də  çoxlu  sayda  ortaq 
film  çəkilişlərini  həyata  keçirmişdir.  Hindistan,  Amerika,  Tayvan,  Türkiyə, 
Rusiya kimi ölkələrlə ortaq filmləri olan Yaponiyanın bu mənada da qazandığı 
uğurlar az deyil. Xüsusilə, "Hollywood" tərəfindən maliyyələşdirilərək çəkilən 
filmlər  daha  çox  uğur  qazanmışdır.  Bunlara  misal  olaraq,  məşhur  rejissor 
Kventin Tarantinonun (Quentin Trantino) ekranlaşdırdığı iki hissəli "Bili öldür-
mək" ("Kill Bill"), tanınmış aktyor Kiana Rivsin (Keanu Reeves) çəkildiyi "47 
Ronin",  eləcə  də,  Edvard  Zvikin  (Edward  Zwick)  ekranlaşdırdığı  və  Tom 
Kruzun (Tom Cruise) rol aldığı "Sonuncu samuray" (The last samurai) filmləri 
dünyaca  məşhurdur  (7,  s.371).  2015-ci  ildə  Yaponiya  və  Türkiyənin  ortaq 
tarixindən danışan "Ertoğrul 1890" filmi ekranlaşdırılmışdır. Film həm Türkiyə, 
həm də Yaponiya tərəfindən maliyyələşdirilmişdir. 
Beləliklə,  yapon  kinosu  teatr  tərkibində  yaranmış  və  inkişaf  etmiş,  bir 
müddət  sonra  teatrla  qarşı-qarşıya  gəlmişdir.  İkinci  Dünya  müharibəsindəki 
məğlubiyyətin  doğurduğu  nəticələr  və  televiziyanın  yayılması  yerli  filmlərin 
təsirini  azaltmışdır.  Yeni  dalğa  filmləri  və  animasyonlar  isə  bir  müddət  sonra 
yenidən Yaponiyaya xas və dünya standartlarına uyğun məhsul istehsal edərək 
kino sənayesinin dirçəlməsinə nail olmuşlar. 
 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
118
 
 
Ədəbiyyat: 
 
1.
 
A.Talıbzadə. Şərq Teatrı Tarixi. Bakı,2016 
2.
 
Bernard  Lonjon,  Emile  Reynaud,  le  veritable  inventeur  du  cinema, 
Polignac, editions du Roure, 2007 
3.
 
H.Komatsu,  Dünya  Sinema  Tarihi:  Japon  Sinemasının  Modernleşmesi, 
Kabalcı Yayınevi,2008 
4.
 
Marie-France  Briselance  et  Jean-Claude  Morin,  Grammaire  du  cinema, 
Paris, Nouveau Monde, 2010 
5.
 
N.Bagu, The Japenese New Wave: Directory of world cinema Japan, The 
University of Chicago, 2010 
6.
 
P.Stephen , Savaşçının kamerası: Akira Kurasava sineması, 
Çevirmen: Ahmet Ergenç Kabalcı Yayıncılık, lstanbul 2013 
7.
 
R. Teksoy. Sinema Tarihi (1. Cilt). İstanbul: Oğlak Yayıncılık, 2009 
8.
 
T.C. Milli Eğitim Bakanlığı, Radyo-Televizyon, Diğer ÜlkeE Sinemaları , 
Ankara, 2011 
http://sinemaninrenkleri.blogspot.com/2011/07/japon-sinemas-tarihi-ve-
japon-filmleri.html 
9.
 
https://yapon.az/2014/05/13/katsudo-syasin-ilk-anime/ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
119
 
 
UOT 39 
 
İBN RUSTANIN QEYDLƏRİNDƏ XƏZƏR, XƏZƏRƏTRAFI 
ƏRAZİLƏR VƏ TAYFALAR 
 
Rəşad MUSTAFA 
“Western Caspian” Universiteti 
Fəlsəfə və Tarix kürsüsü, t.ü.f.d. 
 
reshadmustafa@gmail.com 
 
 
XÜLASƏ 
 
Əbu  Əli  Əhməd  ibn  Ömər  ibn  Rusta  X  əsrin  ən  əhəmiyyətli 
coğrafiyaşünas  –  səyyahlarından  biri  olmuşdur.  Onun  elm  aləminə  verdiyi 
məlumatlar  əsasən  “Kitab  əl-alaq  ən-nəfisə”  -  “Nəfis  daş-qaşlar  kitabı”nda 
toplanmışdır. Bu kitabın “Dənizlərin təsviri” hissəsində Xəzər dənizi haqqında 
xeyli  məlumat  vardır.  Buradan  öyrənirik  ki,  ibn  Rusta  Xəzər  dənizini  həm  də 
Təbəristan  dənizi,  Curcan  dənizi,  əl-Bab  dənizi  də  adlandırmışdır.  “Çayların 
təsviri”  bölməsində  Kür,  Araz,  İtil  (Volqa),  Səfidrud  kimi  Xəzərə  axan  çaylar 
haqqında  məlumat  verilir.  Eyni  zamanda  bu  kitabda  Xəzərə  dənizi  ətrafında 
yerləşən şəhərlər, tayfalar, dövlətlər haqqında da məlumatlar verilir. Tədqiqatın 
məqsədi  İbn  Rustanın  “Kitab  əl-alaq  ən-nəfisə”  əsərində  Xəzərlə  bağlı 
məlumatları tapmaq və onların etibarlılığını digər  mənbələrlə müqayisə edərək 
yoxlamaqdır. 
Açar sözlər: İbn Rusta, Məsudi, İbn Fədlan, Xəzər dənizi, xəzərlər 
 
THE CASPIAN SEA, ADJACENT REGIONS AND TRIBES  
IN İBN RUSTA'S WRITINGS  
 
SUMMARY 
 
Abu Ali Ahmad ibn Omar ibn Rustah was one of the famous geographer 
and explorer of 10th century. He collected his informations in “Kitab al-alaq al-
nafisa” – “Book of precious pearls”. In the part of “Description of seas” there is 
so many information about Caspian sea. We learn that ibn Rustah tryed to call 
Caspian sea (Khazar sea) as Tabaristan sea, Jurjan sea, el-Bab sea, Khazar sea 
too.  In  the  part  of  “Description  of  rivers”  there  is  informations  about  Kura, 
Araxes,  Itil,  Safidrud  rivers  which  flow  to  Caspian  sea.  There  were  given 
information  about  cities  which  located  near  Caspian  sea,  and  tribes  and  states 
which lived near Caspian sea. Aim of research was finding informations related 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə