World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə34/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   30   31   32   33   34   35   36   37   ...   102

70 
 
1.44.
 
Uğurlu inkiĢaf daha yaxĢı bazar institutlarının mövcudluğundan qaynaqlanır.  Uğur 
o  zaman  əldə  olunur  ki,  ölkə  ixracın  diversifikasiya  olunması  və  dövlət  maliyyəsinin  idarə 
olunmasının  təkmilləĢdirilməsilə  yanaĢı  biliklərin  akkumulyasiyasına  və  infrastrukturun 
gücləndirilməsinə  önəm  verir.  Bir  sıra  təbii  ehtiyatlarla  zəngin  olan  və  uğurla  inkiĢaf  etmiĢ 
ölkələr  (Botsvana,  Çili,  Norveç,  BirləĢmiĢ  Ərəb  Əmirlikləri  və  Malayziya)  strateji  prioritetləri 
müəyyən edərkən institusional potensialın vacibliyini nəzərə almıĢlar. Belə ki, təbii ehtiyatlardan 
gələn  gəlirləri  iqtisadi  artımın  stimullaĢdırılmasına  sərf  etməkdən  öncə  institusional  potensialın 
kifayət qədər güclü olduğu müəyyən olunmuĢdur. Qeyd etmək lazımdır ki, bu ölkələr korrupsiya 
ilə mübarizə, hüquq normaları, hökumət qurumlarının effektivliyi, siyasi sabitlik, hesabatlılıq və 
idarəolunmanın  keyfiyyəti  kimi  idarəçilik  göstəricilərində  Azərbaycanla  müqayisədə  daha  çox 
uğur  əldə  etmiĢlər
39
 Analitiklərin  və  ya  sorğu  respondentlərinin  baxıĢlarından  asılı  olmayaraq 
mövcud  olan  iqtisadi  institutların  ümumi  keyfiyyətinin  ölçülməsi  üçün  obyektiv  meyarın  bir 
nümunəsi  pul  vəsaitlərinin  investisiyaya  yönəldilməsi  indeksidir  Contract-Intensive  Money 
(CIM).  Bu  indeks,  üçüncü  tərəflərin  öz  müqavilə  öhdəliklərini  yerinə  yetirməsi  üçün  mühitin 
etibarlı  olmadığı  hallarda  əhalinin  öz  maliyyə  aktivlərinin  daha  böyük  hissəsini  valyutada 
saxlamaq  niyyətini  qiymətləndirir.
40
 Diaqram  1.27  neft  bumunun  baĢlanmasına  təsadüf  edən 
dövrdə Azərbaycanın  institusional  keyfiyyətini  yaxĢı  nəticələr göstərən təbii ehtiyatlarla zəngin 
olan  və  kiçik  iqtisadiyyatlarla  müqayisə  edir.  Diaqram  göstərir  ki,  30-40  il  öncə  komparator 
ölkələrin  əksəriyyətində  olan  vəziyyət  Azərbaycanın  2008-ci  ildə  olan  durumundan  çox  az 
fərqlənir. Əslində, 1960-cı illərdə Çilinin adambaĢına düĢən gəliri, CĠM və qeyri-təbii ehtiyatlar 
ixracı  Azərbaycanın  bugünkü  eyni  göstəriciləri  ilə  müqayisə  olunandır.  Belə  ki,  2008-ci  ildə 
Çilinin  qeyri-təbii  ehtiyatlar  ixracı  üç  dəfədən  çox  artmıĢdır  (qeyri  təbii  ehtiyatlar  ÜDM-də 
çəkisi),  ölkənin  CĠM  indeksi  Norveçin  eyni  indeksinə  uyğundur  və  ən  əsası  adambaĢına  düĢən 
gəlir də təxminən üç dəfədən çox artmıĢdır. 
                                                 
39
 Kaufmann D və digərləri, 2007. 
40
 CIM (M2-nağd vəsait)/M2 düsturu ilə hesablanır. Bu əhalinin  maliyyə aktivlərinin hansı formada saxlamağa 
üstünlük verməsindən asılıdır və investisiya və artım templəri, eyni zamanda, iqtisadiyyatın kontraktlardan asılı olan 
sektorların miqyası ilə bağlıdır. Clague, Christopher; Philip Keefer, Stephen Knack, and Mancur Olson (1999), 
―Contract-Intensive Money." Journal of Economic Growth, 4, 185-209.  
 


71 
 
 
 
 
 
 
HaĢiyə 1.3:
 Malayziyada uğurlu diversifikasiya
 
Malayziyanın təcrübəsi göstərir ki, irimiqyaslı təbii sərvətlərin olması ―lənət‖ üçün əsas deyil. O göstərir ki, uzun 
ilər ərzində güclü siyasi iradə və sağlam iqtisadi siyasətlərə sadiqlik ―təbii ehtiyatlar lənətinin‖ qarĢısını ala bilər. 
1980-cı illərdə Malayziyanın mal və xidmətlər ixracının 32 faizini neft və təbii qaz təĢkil edirdi. 1980-2006-cı illər 
arasında neft qiymətləri kəskin dəyiĢmidir. Lakin, 2006-cı ildə Malayziyanın ümumi ixracının yalnız 13 faizi neft 
və qazdan ibarət idi. Bu müddət ərzində Malayziyanın real adambaĢına ÜDM-i ildə orta hesabla 3,6 faiz artmıĢ və 
2006-cı ildə 150 faiz artaraq 12 536 ABġ dollarına çatmıĢdır (cari PPP ilə).  
Uğurun  əsas  elemenetlərindən  biri  investisiyalar  üçün  kapitalı  təmin  edən  yüksək  yığım  (saving)  səviyyəsi 
olmuĢdur.  Ev  təsərrüfatlarından  məcburi  yığım  sxeminə  iĢtirak  etmək  tələb  olunurdu.  Hökumət  təhsil,  ipoteka, 
səhiyyə  xərclərinə  üstünlük  verirdi  və  coğrafik  baxımdan  xərclərin  aparılmasında  tarazlaĢdırılmıĢ  siyasət  həyata 
keçirirdi.  2005-ci  ildə  Transparency  Ġnternational  Corruption  Perception  indeksinə  görə  Malayziya  39-cu  yer 
tuturdu ki, bu da Malayziyanın təcrübəsindən faydalana bilməyən Nigeriyanın göstəricisindən (159-cu yer) qat-qat 
üstündür.  Təəcüblü  deyil  ki,  Dünya  Bankının  2009-cu  il  üzrə  Doing  Business  hesabatdında  Malayziya  20-ci  yeri 
tutmuĢdur. Azərbaycanın 33-cü yerə qalxması da ümidvericidir.  
Malayziya  1970-ci  illərdən  baĢlayaraq  ixrac  yönümlü  sahələrin  inkiĢafını  təĢviq  etsdə  də,  o,  80-ci  illərdə  neft 
gəlirləri  hesabına  hökumətin  yardımı  ilə  dövlət  Ģirkətlərinin  ağır  və  kimya  sənayesi  sahələrini  inkiĢaf  etdirmək 
istiqamətində səylər göstərmiĢ, lakin uğursuzluğa düĢar olmuĢdur. Bundan baĢqa 1966-1981-ci illər arasında dövlət 
sektorunun  həcmi  ikiqat  artmıĢdır.  1980-ci  illərin  ortalarında  resessiyanın  baĢlanması  nəticəsində  bu  meyllər 
azalmıĢdir. Bundan sonra Malayziya iqtisadiyyatın və ixracın diversifikasiyası yolunu tutmuĢdur.  
PeĢəkar  dövlət  qulluqçuları,  elm  xadimləri  və  texnokratlar  tərəfindən  məntiqli  iqtisadi  siyasətlər  hazırlanmıĢ  və 
icra olunmuĢdur. Ġqtisadi inkiĢafın nisbətən ilkin mərhələlərində hökumət kənd yerlərində olan iĢçilərdən istifadə 
etməklə  əmək  tutumlu  sənayeləĢməyə  diqqət  yetirmiĢdir.  Nəzərə  alaraq  ki,  həmin  zaman  iri  multimilli  Ģirkətlər 
ucuz  iĢçi  qüvvəsindən  faydalanmaq  üçün  istehsalı  inkiĢaf  etməkdə  olan  ölkələrə  keçirirdi,  hökumət  büdcənin 
əhəmiyyətli  hissəsini  təhsilə  yönəltməklə  istehsal  üçün  ixtisaslı  iĢçi  qüvvəsinin  təklif  edilməsinə  diqqət  yetirdi. 
Bundan  baĢqa  istehsal  sahəsinin  daxilində  belə  Malayziya  təbii  ehtiyatlara  əsaslanan  istehsaldan  texnologiya 
tutumlu məhsulların istehsalına keçməyə müvəfəq olmuĢdur. Xüsusilə də 1987-ci ildən sonra elektronika sənayesi 
Malayziyanın əsas ixrac qazancı gətirən sahəsində çevrildi. Bu sənaye sahəsi Malayziyada iki dalğada, 1972-75-ci 
illər  və  1985-90-cı  illər,  baĢ  vermiĢ  və  Malayziyanın  təhsilli  iĢçi  qüvvəsi  və  biznes  üçün  əlveriĢli  mühiti  buna 
imkan  vermiĢdir.  Belə  yüksək  əlavə  dəyərli  məhsulların  ixracı  sürətlə  artmıĢ  və  Malayziyaya  ticarət  Ģərtlərində 
dəyiĢiklik sarsıntılarından qorunmaq üçün ―təhlükəsizlik yastığını‖ təmin etmiĢdir. 
 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə