World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə42/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   38   39   40   41   42   43   44   45   ...   102

86 
 
Azərbaycan  Beynəlxalq  Əməliyyat  ġirkəti (ABƏġ) tərəfindən idarə  olunur. Azərbaycan Dövlət 
Neft  ġirkəti  (ARDNġ)  hökumət  adından  neft  hasilatı  ilə  bağlı  ABƏġ-lə  əməkdaĢlıq  edən  de-
facto “səlahiyyətli qurumdur‖. Eyni zamanda, ARDNġ Azərbaycanın digər yataqlardakı neft və 
qaz hasilatı ilə bağlı əməliyyatlarını keçirən Ģirkətdir
58
. Bunlara neft və qaz hasilatı, quyuların və 
dərin su platformaları zavodlarının qurulması və saxlanması daxildir. 
2.18.  Azərbaycanda  neft  və  qazın  emalı  ilə  bağlı  fəaliyyət  dövlət  müəssisələri  tərəfindən 
həyata  keçirilir.  Azərbaycanda  neft  və  qazın  emalı  ilə  bağlı  geniĢ  çeĢidli  fəaliyyətlər 
mövcuddur:  neftayırma  və  plastik  məhsulların  istehsalından  baĢlayaraq  qazın  anbarlaĢdırılması 
və paylanmasına qədər. 2003-cü ildən baĢlayaraq 
bu  sektor  ildə  təxminən  6  faiz  artım  nümayiĢ 
etdirmiĢ,  2006-cı  ildən  sonra  isə  onun  payına 
qeyri-neft  hasilat  sənayesinin  təxminən  yarısı 
düĢürdü. 2007-ci ildə bu sektorun ÜDM-də payı 
təxminən  3  faiz  təĢkil  edirdi.
59
 Ölkənin  neft 
konserni  olan  ARDNġ  ölkənin  neftayırma 
potensialını  idarə  edir  və  region  ölkələrə 
investisiya yatırmaq hesabına (neft qiymətlərinin  
artımından  faydalanaraq)  geniĢlənir  (birgə 
neftayırma  və  neft-kimya  zavodları).  ARDNġ, 
həmçinin,  neft  məhsullarının  daxili  bazara 
topdansatıĢ  təchizatçısıdır  (öz  istehsalı  və  idxal 
hesabına). Neft-kimya sektoru Azərkimya Dövlət 
Müəssisəsi  tərəfindən  idarə  olunur.    Azərkimyanın  nəzdində  7  törəmə  müəssisə  fəaliyyət 
görsədir və orada 6600 nəfər iĢçi var. 2007-ci ilin birinci rübündə müəssisə Hökumət tərəfindən 
enerji  qiymətlərinin  artırılması  ilə  bağlı  olaraq  fəaliyyətini  müvəqqəti  olaraq  dayandırmıĢdır. 
Qaza gəldikdə isə, ARDNġ daxildə qazın paylanması baxımından yeganə alıcıdır (ARDNġ-in öz 
istehsalı,  AÇG  və  ġah  Dəniz  yataqlarından  alınan  və  əvvəllər  Rusiyadan  idxal  olunan  qaz); 
ARDNġ həmçinin qaz anabarlarının qurulmasına da investisiya  yatırmıĢdır. Azəriqaz paylayıcı 
Ģirkətdir  və  qazdaĢınma  Ģəbəkəsinin  operatorudur.  Son  illərdə  ARDNġ-in  gəlirləri  artdıqca, 
Ģirkət  əsas  fəaliyyətinə  aid  olmayan  sferalarda  iĢləyərək  (əsasən  sosial  infrastrukturun 
qurulması), restrukturizasiyanı həyata keçirərək, Beynəlxalq Maliyyə Hesabatlığı Standartlarına 
(BMHS)  keçərək  zənginləĢmiĢdir.  Əgər  Azəriqazın  paylayıcı  Ģəbəkəsinin  qaz  xəttləri  Hökumət 
dəstəyilə  yeniləĢirsə,  Azərkimyanın  maliyyə  vəziyyəti  zəifdir  və  Ģirkət  Hökumətin  prioritetlər 
siyahısında aĢağı mövqeyə malikdir. Hər iki Ģirkətdə BMHS-in tətbiqi istiqamətində gecikmələrə 
yol  verilir  və  bu  səbəbdən,  onların  maliyyə  hesabatlığında  qeyri-Ģəffavlıq  mövcuddur.  Ġri  emal 
sənayelərinin ―tənzimləməsi‖ əsasən aĢağıdakılara diqqət  yetirməlidir:  (i)  büdcə  prosesi zamanı 
büdcənin  icrası  (Ģirkətin)  və  investisiya  planları  haqqında  məlumatın  alınması  (2006-cı  ildən 
həyata  keçirilir),  və  (ii)  Azəriqaz  və  Azərkimyaya  istehsal  üçün  lazım  olan  komponentlərin 
(ARDNġ  tərəfindən  satılan)  qiymətinin  artırılması.  2007-ci  ilə  qədər  bu  qiymətlər 
subsidiyalaĢdırılırdı  (ARDNġ-in  vergi  öhdəliklərinin  kompensasiyası  hesabına).  Tənzimlənmə 
mühiti bir tərəfdən Enerji və Sənaye Nazirliyi, digər tərəfdən isə Tarif ġurası tərəfindən həyata 
keçirilir.  Azərbaycanın  gələcəyi  nöqteyi-nəzərindən  baxanda,  hələ  ki,  emal  sənayesinə  yerli  və 
                                                 
58
 Azərbaycanın  neft  və  qaz  sektoru  ilə  bağlı  siyasi  müzakirələr  ―Azərbaycan:  Enerji  Sektoru  Ġslahatı  ilə  əlaqədar 
Məsələlər  və  Rəylər,  Dünya  Bankı  2005‖  adlı  sənəddə  göstərilir.  2005-ci  ildə  sektorda  əhəmiyyətli  dəyiĢikliklər 
olduğu halda, burada qeyd olunan institusional məsələlər öz həllini tapmamıĢdır.  
59
 Bu  potensial  Azərbaycana  öz  neftini  cənuba  ―ixrac‖  etməyə  yardım  etmiĢdir.  Belə  ki,  2008-ci  ildə  Azərbaycan 
emal olunmuĢ neftini Ġrana ötürmüĢ, əvəzində isə Körfəzdən xam Ġran nefti almıĢdır. 
Cədvəl 2.2: Qeyri-neft hasilatı sənayeləri, artım 
faizləri 
  
2005 
2006 
2007 
 
Qeyri-Neft 
Sənayeləri
1
 
14.8 
4.1 
7.9 
 
Qida emalı 
4.2 
4.0 
10.1 
 
Metallurgiya 
30.2 
9.1 
1.7 
 
Kimya sənayesi 
6.2 
14.9 
-33.6 
 
Nəqliyyat vasitələri və 
avadanlıqlar 
79.0 
-11.1 
23.3 
 
Toxuculuq  
55.7 
-17.1 
-21.6 
 
Elektrik, qaz və suyun 
istehsalı və təchizatı  
4.8 
8.0 
-7.6 
 
Mənbə: Azərbaycan Statistika Komitəsi 
Qeyd: illik dəyiĢiklik. 


87 
 
regional  tələb  var,  müəssisələrin  daha  yaxĢı  idarə  olunması  və  yeni  investisiyaların  yatırılması 
yolu ilə effektivliyin artırılması vacibdir.   
2.19.
 
Digər emal və kommunal xidmət sektorlarında da artım müĢahidə edilmiĢdir. Digər 
iri sektorlar (koksun və neft məhsullarının emalından sonra) qida emalı və metallurqiyadır. 2006-
cı  ildə  bu  sektorların  ümumi  istehsalda  birgə  payı  2.6  faiz  təĢkil  etmiĢdir.  2001-2007-ci  illər 
ərzində  ən  dinamik  sahələr  kiçik  altsektorlar  olmuĢdur:  metallurqiya,  maĢın  və  avadanlıq, 
elektrik avadanlığı və nəqliyyat avadanlığı. Bu sektorların ortaillik artım tempi 20 faizdən yuxarı 
olmuĢdur.  Ġstehsalın  ən iri altsektoru olan qida emalı  2001-2007-ci  illər  ərzində çox zəif artım 
nümayiĢ  etdirmiĢdir.  2006-cı  ilə  qədər  ortaillik  hesabla  8  faiz  artan  kommunal  sektor  (elektrik 
enerjisi, qaz, su) tariflərə dəyiĢiklik edildikdən sonra 7 faiz azalmıĢdır. 
60
  
2.20.
 
Ġstehsal  sənayesi  əsasən  dövlət  mülkiyətindədir.  2006-cı  ildə  istehsalın  72  faizi  özəl 
sektorun  payına  düĢsədə,  neft  sektorunun  bura  daxil  olunması  ilə  bağlı  olaraq  bu  göstərici 
yanıldıcıdır. Neft sektorunu çıxdıqda özəl sektorun payına əlavə dəyərin 28 faizi düĢür ki, bu da 
2000-ci ilin 15 faizindən artıqdır. Azərbaycanın neft emalı, kimya və kommunal sənayelərinin 90 
faizi, metallurgiya sənayesinin isə 60 faizi dövlətə məxsusdur. Bu alt-sektorların cəmi qeyri-neft 
sənayesinin 2/3-sini təĢkil edir.  
2.21.
 
Sənaye  sektorunda  birinci  dərəcəli  institusional  məsələ  istehsal  sahəsində  dövlət 
mülkiyyətinin  və  idarəetməsinin  necə  dəyiĢdirilməsidir…  AYĠB-in  keçid  indekslərinə  görə 
digər  keçid  dövrünü  yaĢayan  ölkələrin  Azərbaycanla  müqayisədə  iqtisadiyyatlarının  daha  çox 
özəl  sektor  tərəfindən  idarə  olunması  göstərilsə  də,  Azərbaycanda  bu  məsələ  özəl  sektorun 
idarəçiliyilə  və  yaxud  özəlləĢdirmə  ilə  bağlı  deyil.  Bu  daha  çox  özəl  sektorun  idarə  olunması 
üçün  müvafiq  dövlət  strukturunun  seçilməsidir  ki,  bunun  nəticəsində  müasir  (novator) 
məhsulların təchizatı təmin olunsun və dayanıqlı iĢ yerləri açılsın.  
2.22  
…və həmçinin  kommunal  xidmətlər sektorunda. Kommunal xidmətlər sahəsində (bu 
sektor daha geniĢ Ģəkildə 4-cü fəsildə müzakirə olunur) Hökumət daha çox dövlət sektoruna önəm 
vermiĢdir.  Bunu  bütün  kommunal  xidmət  sektoruna  Ģamil  etmək  düzgün  olmasa  da,  beĢ 
istiqamətdə  tətbiq  olunan  tədbirləri  qeyd  etmək  lazımdır:  (i)  ünvanlı  sosial  yardım  sxeminin 
qurulması,  (ii)  sayğaçlaĢdırma  və  kommunal  xidmətlərdən  istifadəyə  görə  hesab  təqdim  etmək 
sisteminin  təkmilləĢdirilməsi,  (iii)  xidmətlərin  keyfiyyətinin  yaxĢılaĢdırılması,  (iv)  daxili 
idarəçiliyin  gücləndirilməsi  (BMHS  prinsiplərinin  tətbiqi  və  imkan  olan  yerdə  idarəçilik 
strukturunun dəyiĢdirilməsi) və (v) tariflərə elə düzəliĢ etmək ki, istehsalçılar daha  yaxĢı xidmət 
üçün  daha  çox  pul  ödəsinlər,  kasıb  təbəqə  isə  ünvanlı  sosial  yardım  sxemi  vasitəsilə  müdafiə 
olunsun.  Strategiya  özü-özlüyündə  davamlıdır,  lakin  növbəti  addımın  atılmasının  vaxtı  çatıb 
(məsələn  idarəçilik  strukturunun  gücləndirilməsi  üçün  müvafiq  qurumun  yaradılması;  növbəti 
paraqrafa bax). 2007-ci ildə Azərbaycanın kommunal sektorunun 99.3 faizi dövlətə məxsus olub 
ki (2000-ci ildəki kimi), bu da 2004-cü ilin 89.9 faizindən çoxdur. Qeyd etmək lazımdır ki, Asiya 
və  regional  investorlarla  elektrik  enerjisinin  istehsalı  ilə  bağlı  danıĢıqlar  baĢ  tutmamıĢ  və  hal-
hazırda  Azərbaycan  elektrik  enerjisinin  paylaĢdırılmasının  idarə  olunmasını  özü  həyata  keçirir. 
Hökumətin bu sahəyə özəl sektorun cəlb edilməsi səylərinin yenidən baĢlanması vacibdir (ölkənin  
milli prioritetlərinə cavab verən strateji investorun seçilməsi vasitəsilə).
61
 
 
                                                 
60
 2007-ci ilin yanvar ayında, Azərbaycan bütün sektorlar üçün kommunal xidmət qiymətlərinin rentabel səviyyəsinə 
yaxın tənzimlədi (fəsil 4). 
61
 Fəsil 5-də özəlləĢdirmənin inkiĢafı ilə bağlı AYĠB-in keçid göstəricilərinə bax.  


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə