81
məzənnənin bahalaĢmasından (qısa müddət ərzində böyük həcmli xarici valyutanın axını
nəticəsində) və qeyri-ticari sektorlarda qiymət artımından əziyyət çəkirlər. Öz növbəsində bu
ölkənin qeyri-təbii ehiyatlar ixracına da mənfi təsir göstərir. Holland Sindromunun siyasi qərar
verənlər üçün (policymakers) təhlükə yaradan mənfi aspekti real məzənnənin bahalaĢmasının
müvəqqəti xarakter daĢımasıdır. Təbii ehtiyatlar bumunun sonunda real məzənnə bumdan
əvvəlki səviyyəyə qayıdır (ucuzlaĢır). Ölkə üçün real təhlükə də məhz buradadır, çünki ölkənin
artıq təbii ehtiyyatları tükənmiĢ, iqtisadiyyatın müxtəlif sektorlarında bacarıqlar, qeyri-təbii
ehtiyatlar sektorunda isə rəqabət qabiliyyəti itirilmiĢ olur. Bu Azərbaycan
üçün xüsusilə vacibdir,
çünki ölkədə neft hasilatı 20 ildən sonra tükənəcək. Ölkə üçün Holland Sindromunun öhdəsindən
gəlməsinin yeganə yolu (a) xarici valyutada olan gəlirlərin ölkə xaricində saxlanması və ya (b)
onları əvvəlcədən müəyyənləĢdirilmiĢ və dayanıqlı səviyyədə (həcmdə) ölkəyə gətirilməsidir.
2005-2008-ci illərdə Azərbaycanda daxili qiymətlər artsa da, Holland Sindromunun
mövcudluğunun bəyan olunmasına iki faktor mane olur. Birincisi, Azərbaycanın qeyri-neft
ticarət tərəfdaĢları olan ölkələr də milli valyutanın bahalaĢmasından əziyyət çəkiblər; Diaqram
1.17 göstərir ki, qeyri-neft ixracı üzrə hesablanmıĢ REM 2006-2007-ci illərdə mülayim
bahalaĢmıĢ və 2002-ci ilin səviyyəsindədir. Ġkincisi, Azərbaycanın ―idxal‖ etdiyi xarici
valyutanın həcmi dayanıqlı kimi qiymətləndirilir və onun səviyyəsi Fəsil 3-də müzakirə olunan
daimi gəlir ekvivalentinə təxminən uyğundur. Bununla belə, əgər neft qiymətləri aĢağı səviyyədə
qalmaqda davam etsə Azərbaycan neft gəlirləri hesabına formalaĢan xərclərini daimi
azaltmalıdır. Holland Sindromunun mövcudluğu barədə yalnız o zaman danıĢmaq olar ki, əgər
iqtisadiyyat xərclərin azaldılmasına uyğunlaĢa bilməsin. Fəsil 1-də Azərbaycanın real effektiv
məzənnəsi müzakirə olunmuĢdur; fəsil 4 Azərbaycanın real effektiv məzənnəsinin bahalaĢması
prosesinin yüngülləĢdirilməsi ilə bağlı (həmçinin ticarət tərəfdaĢlarından asılıdır) siyasətləri
müzakirə edir.