World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə37/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   33   34   35   36   37   38   39   40   ...   102

76 
 
iqtisadi,  institusional  və  inzibati  maneələrdən  irəli  gələn  nəqliyyat  və  əməliyyat  məsrəflərinin 
azaldılmasını da nəzərdə tutur.  
G.
 
Q
LOBAL BÖHRANIN TÖRƏTDIYI  PROBLEMLƏRIN HƏLLI 
 
1.51.
 
Azərbaycan  ambisioz  iqtisadi  inkiĢaf  planını  həyata  keçirərkən  qlobal  iqtisadiyyat 
böhranla  üzləĢdi.  AMA  (Avropa  və  Mərkəzi  Asiya)  ölkələrinin  böhran  nəticəsində  böyük 
problemlərlə  qarĢılaĢması  fonunda  Azərbaycan  geniĢ  iqtisadi  Ģokdan  qaça  bilmiĢdir 
(amma,  böhran  müəyyən  dərəcədə  ölkəyə  təsir  etmiĢdir).  Görünür  ki,  AMA  və  Latın 
Amerikası  ölkələri  yüksək  gəlirli  ölkələrdən  sonra  böhrandan  ən  çox  əziyyət  çəkən  ölkələr 
olacaq.  Belə  ki,  bunlar  yeganə  regiondurlar  ki,  harada  2009-cu  il  üçün  ÜDM-in  artım  tempi 
2006-2007-ci  illərin  orta  artım  tempinin  yarısından  az  səviyyədə  gözlənilir.  AMA  regionu 
ölkələrinin  ABġ-ın  maliyyə  böhranı  ilə  birbaĢa  əlaqəsi  yoxdur,  lakin  bu  ölkələr  çox  güman  ki, 
dolayı  vasitələr  yolu  ilə  böhranın  fəsadları  ilə  üzləĢəcək.  Eyni  zamanda  gözlənilir  ki,  Avro 
zonasında  məcmu  tələbin  zəifləməsi  AMA  ölkələrinin  ixracını  azaldacaq.  Baltikyanı  ölkələrdə 
artım artıq dayanıb. MDB ölkələrində artım isə azalmaqdadır ki, bu da qismən neft qiymətlərinin 
aĢağı  düĢməsi  və  Rusiya  iqtisadiyyatında  yaĢanan  bank  böhranının  fəsadlarıdır. 
Qiymətləndirmələr  göstərir  ki,  hal-hazırda  Azərbaycan  iqtisadiyyatı  orta  AMA  ölkələri  ilə 
müqayisədə  daha  yaxĢı  mövqedədir:  (a)  ölkə  regional  baxımdan  az  inteqrasiya  olmuĢ,  keçən 
illərdə əldə olunan iqtisadi nəticələr əsasən neft gəlirləri ilə bağlı olmuĢdur (əvvəlki müzakirələrə 
bax),  bank  sektorunun  xaricdən  borclanması  nisbətən  aĢağı,  xarici  borclanma  isə  beynəlxalq 
ehtiyatlarla  tam  Ģəkildə  ödənilə  bilər.  Eyni  zamanda,  məcmu  tələbin  qeyri-neft  ixracından 
asılılığı  aĢağıdır.  (b)  2009-2010-cı  illərdə  neft  hasilatının  artması  gözlənilir  və  sonra  hasilatın 
tədricən  azalması  proqnozlaĢdırılır.  Neft  hasilatının  artırılması  gözləntilərilə  bağlı  (hətta  neft 
qiymətləri aĢağı olsa da) iqtisadiyyata böyük maliyyə axınlarının gəlməsi proqnozlaĢdırılır. Buna 
baxmayaraq  və  böhran  Ģəraitini  nəzərə  alaraq  iqtisadi  artımın  gündəlik  izlənməsinə,  qeyri-neft 
sektorunun  vəziyyətinin,  neft  hasilatı  planlarının  və  qiymətlərin  monitorinqinin  həyata 
keçirilməsinə ehtiyac duyulur. 
1.52.
 
Böhran  dövründə  Azərbaycan  daxili  tələbin  dayanıqlı  olduğunu  təmin  etməlidir. 
Böhrandan öncə  Azərbaycan məcmu  tələbi  geniĢləndirmək və  qeyri-neft ixracına təkan vermək 
üçün  dövlət  sektoruna  arxalanmaqda  davam  edə  bilərdi.  Böhranı  nəzərə  alaraq,  Azərbaycan 
inkiĢaf  strategiyası  barədə  yenidən  düĢünməlidir.  YanaĢmalardan  biri,  əvvəllər  olduğu  kimi, 
məcmu  tələbin  dəstəklənməsi  üçün  dövlət  xərclərini  istifadə  etməkdir.  Lakin,  bu  fəsil  və  3-cü 
fəsildə  qeyd  olunduğu  kimi,  Azərbaycanın  dövlət  xərcləri  artıq  kifayət  qədər  böyükdür.  Cari 
vəziyyətdə  xərclərin  azalması  (qeyri-neft  ÜDM-ə  nisbətən)  təmin  olunmalıdır  (lakin,  xərclərin 
azalma  tempi  düĢünülməlidir).  Əgər  böhran  nəticəsində  iqtisadiyyat  zəifləyərsə  xərclərin 
azaldılması tempi qısa-müddət baxımından kəskin olmamalıdır. Azərbaycan üçün münasib olan 
digər  yanaĢma  isə  qeyri-neft  özəl  investisiyalara  dəstək  verən  islahatların  sürətləndirilməsidir. 
Azərbaycanda  özəl  sektor  kifayət  qədər  böyük  inzibati  maneələr  Ģəraitində  fəaliyyət  görsədir 
(fəsil  5-də  iqtisadiyyat  üçün  böyük  məsrəflər  törədən  lisenziyalaĢma,  vergi  və  gömrük 
inzibatçılığı  məsələləri  müzakirə  olunur).  Fəsil  5-in  tövsiyələrinə  əsasən  Azərbaycan  2009-cu 
ildə qeyd olunan maneələrin azaldılmasına diqqətini yönəldə bilərdi. 
1.53.
 
Daxili  tələbi  dəstəkləmək  və  maliyyə  sabitliyinin  təmin  olunması  məqsədilə 
Azərbaycan  maliyyə  sektorunun  hərtərəfli  nəzarətini  gücləndirə  bilər  ki,  böhran 
nəticəsində  özəl  sektorun  kreditlərə  çıxıĢı  əhəmiyyətli  dərəcədə  azalmasın.  Qlobal  böhran 
nəticəsində  yaranmıĢ  maliyyə  qıtlığı  Azərbaycana  çox  güman  ki,  təsir  edəcək.  Qısamüddətli 
xarici  borcdan  gələn  birbaĢa  təsirlər  aĢağıdakılar  ola  bilər:  qısamüddətli  borcun 


77 
 
yenidənmaliyyələĢməsi,  bir  sıra  kommersiya  bankları  üçün  maliyyə  çatıĢmazlığı  və  bunların 
nəticəsində  özəl  sektor  üçün  yaranan  fəsadlar.  2009-cu  ildə  qısamüddətli  öhdəliklər  1-2  mlrd.$ 
civarında gözlənilir ki, bu da 2008-ci ilin sonunda Neft Fondunun aktivlərindən və ölkənin xarici 
valyuta  ehtiyatlarından  (təxminən  17  mlrd.$)  əhəmiyyətli  dərəcədə  azdır.  Qlobal  böhranın 
maliyyə sektoruna dolayı təsiri (daha geniĢ desək daxili investisiyaların maliyyələĢdirilməsi) özəl 
xarici  maliyyənin  azalması  formasında  olacaq  (Azərbaycan  banklarına  verilən  xarici  borc  və 
yaxud  BXĠ  (xüsusilə  qeyri-neft  sektoruna))
47
.  Bank  sektorunun  inkiĢafında  yaranan  riskləri 
azaltmaq  üçün  Azərbaycanın  maliyyə  sektoruna  məhsul  olan  qurumlar  maliyyə  sektoru  üzrə 
nəzarəti  gücləndirməlidir.  Əgər  maliyyə  sektoruna  dövlət  dəstəyi  tələb  olunarsa  bütün  bu  kimi 
yardımlar  icmal  büdcə  vasitəsilə  həyata  keçirilməlidir.  Maliyyə  sektorunun  investisiyaları 
dəstəkləmək  imkanlarının  gücləndirilməsi  məqsədilə  (xüsusilə  2009-cu  ildə)  Azərbaycan  özəl 
sektorun  əməliyyatlarının  yüngülləĢdirilməsi  (5-ci  fəsildə  müzakirə  olunur)  kreditə  çıxıĢın 
sadələĢdirilməsi sahəsində (fəsil 6) islahatları sürətləndirə bilər.  
1.54.
 
Əgər  böhrandan  əvvəl  Azərbaycan  ixrac  bazarlarının  geniĢləndirilməsi  üçün daha 
tez  və  aqressiv  reaksiya  verə  bilərdisə  (əvvəlki  dekadalarda  bu  Asiya  ölkələri  tərəfindən 
olunub), böhran qeyri-neft ixracında uğur əldə etmək məsələsini 2010-2011-ci illərə keçirir.  
Qlobal  böhran  nəticəsində  Azərbaycanın  ticarət  tərəfdaĢları  olan  ölkələrdə  ürəkaçmayan 
perspektivlər onu deməyə əsas verir ki, diversifikasiya sahəsində, xüsusilə də qeyri-neft ixracının 
geniĢlənməsi  sahəsində  nailiyyətlər  əldə  etmək  bir  qədər  çox  vaxt  tələb  edəcək.  Azərbaycan 
qlobal  iqtisadiyyatda  cərəyan  edən  azalma  meyllərini  istifadə  edərək  aĢağıdakıları  edə  bilər:  a) 
dövlət  sektoruna  müdaxilələrin  effektivliyini  artırmaq,  b)  özəl  sektor  üçün  əməliyyat  xərclərini 
azaltmaq. 
1.55.
 
Qlobal maliyyə böhranının dərinliyi və uzunluğu məlum olmadığı və eyni zamanda 
neft  qiymətlərinin  aĢağı  düĢməsi  və  zaman  baxımından  nə  qədər  aĢağı  səviyyədə  qalması 
barədə  məlumatın  olmadığını  nəzərə  alaraq  Azərbaycan  həddən  artıq  ehtiyatlı  olmalıdır. 
Bu  fəsildə  Azərbaycan  iqtisadiyyatının  neftdən  güclü  asılı  olduğu  və  yüksək  neft  qiymətləri 
Ģəraitində (böhran dövründən əvvəlki ssenari) dövlət xərclərinin azaldılması (qeyri-neft ÜDM-nə 
nisbətən)  ehtiyacı  göstərilmiĢdir.  Böhran  nəticəsində  Azərbaycan  dövlət  xərclərinin  azaldılması 
ilə  bağlı  olaraq  daha  çox  təzyiqlərlə  üzləĢir.  Ölkə  üçün  neftdən  gələn  fiskal  gəlirlərin 
qiymətləndirilməsinə  uzunmüddətli  yanaĢmanın  tətbiq  olunması  (3-cü  fəsildə  təklif  olunduğu 
kimi)  və  daimi  gəlir  yanaĢması  əsasında  xərclər  üçün  qısamüddətli  planın  hazırlanması  faydalı 
olardı.  Eyni  zamanda  qısa  müddət  perspektivində  neft  hasilatının  təfərrüatlı  və  dəqiq 
proqnozunun  hazırlanması  böyük  əhəmiyyət  kəsb edir.  Belə ki,  proqnoz neft və  qaz hasilatı və 
nəqlində mümkün olan səhvləri, eyni zamanda qısa müddət baxımından neft hasilatının mümkün 
azaldılması  hallarını  əhatə  etməlidir.  Bununla  yanaĢı  Azərbaycanın  xarici  ehtiyatları  (Mərkəzi 
Bank və Neft Fondu) və ölkənin hasil olunmamıĢ neft ehtiyatları dövlət xərclərinin 2008-ci ildə 
gözlənildiyindən  daha  aĢağı  neft  qiymətləri  əsasında  hesablanmıĢ  xərclər  səviyyəsinə 
uyğunlaĢdırılması üçün Ģərait yaradır.  
H.
 
N
ƏTICƏLƏR 
 
1.56.
 
ġübhəsiz  ki,  neft  sektoru  1994-2005-ci  illərdə  Azərbaycan  iqtisadiyyatının  inkiĢafında 
böyük  rol  oynamıĢdır.  Azərbaycanın  cari  strategiyası  və  həyata  keçirilən  siyasətlər  düzgün 
                                                 
47
 Dövlət  zəmanətilə  borcun  idarəolunmasının  gücləndirilməsi  məqsədilə  Təhlükəsizlik  Fondu  yaradılmıĢ  və 
büdcədə bununla bağlı xüsusi proviziyalar ayrılmıĢdır. Fondun əsas məqsədi dövlət zəmanətilə olan borcun vaxtında 
ödənilməsinin təmin olunmasıdır. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə