World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə44/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   40   41   42   43   44   45   46   47   ...   102

90 
 
Azərbaycanda  cəmi  bir  sement  istehsalçısı  fəaliyyət  göstərməkdədir.  Bu  isə  öz  növbəsində 
Azərbaycanda  sement  qiymətlərinin  beynəlxalq  səviyyədəkindən  daha  sürətli  artımına  səbəb 
olmuĢdur.  Diaqram  2.3  göstərir  ki,  2004-2006-cı  illərdə  sementin  yerli  qiymətləri  dünya 
bazarındakı qiymətlərə yaxınlaĢsa da, 2007-ci ildə idxal qiymətindən 50 faiz yüksək olmuĢdur. 
Üçüncüsü  isə,  tikinti  materialları  üzrə  idxalçıların  sayı  çox  azdır  və  sərhəd  keçid 
məntəqələrindəki  məmurlar  xarici  rəqabətin  məhdudlaĢdırılmasına  Ģərait  yaradırlar.  Qeyd 
olunanları cəmlədikdə bu nəticəyə gəlmək olar ki, inhisarçı təcrübələr maneəyaradıcıdır ki, bu 
da investorlara və iqtisadiyyata birbaĢa təsir edir.  
Xidmətlər 
2.27.
 
2001-2007-ci  illərdə  Azərbaycanın  xidmət  sektoru  qeyri-neft  iqtisadiyyatının  ən 
dinamik  komponenti  olmuĢdur.  Azərbaycanda  xidmət  sektorundakı  inkiĢafa  iki  amil  töhfə 
vermiĢdir.  Birincisi,  çox  hallarda  müĢahidə  olunan  inkiĢafı  müĢayət  edən  xidmətlərin 
əhəmiyyətliliyinin  artması.  Ġkincisi,  Azərbaycanın  Ġpək  Yolunun  üzərində  yerləĢməsini  nəzərə 
alaraq ticarətin və nəqliyyatın uzun illər boyu ölkədə oynadığı əhəmiyyətli roldur. Bu baxımdan 
7000  dükanın  olduğu  Aeroport  yarmarkası  xüsusi  maraq  doğurur  (ticarət  göstəriciləri  rəsmi 
statistik  göstəricilərdə  aydın  Ģəkildə  görünmür).  Bu  yarmarkaya  Çin  (elektron  avadanlıqlari, 
mətbəx  ləvazimatları,  geyimlər),  Ġran  (xalı,  parça)  və  Türkiyədən  (geniĢ  çeĢidli  geyimlər  və 
parçalar)  idxal  olunur  və  mallar  yerli  alıcılara  satılmaqla  bərabər    təyyarə,  yük  maĢını  və  ya 
avtobuslarla Gürcüstan, Ġran və Rusiyaya (Dağıstan) ixrac olunur.   
2.28.
 
2000-ci  illərdə  xidmət  sektorunun  strukturunda  əhəmiyyətli  dəyiĢikliklər  baĢ 
vermiĢdir. Nəqliyyat və topdan/pərakəndə ticarət xidmətin ən iri alt-sektorları olmuĢlar (qeyri-
neft ÜDM-in  təxminən 10 faizi). Mehmanxanalar, dövlət  idarəetməsi və  müdafiəsi  və  maliyyə 
vasitəçiliyi ən dinamik inkiĢaf edən sahələr olmuĢ və yüksək artım templəri nümayiĢ etdirmiĢlər. 
Nəqliyyat  statistikası  yükü artan  BTC  və  BTE kəmərlərini də  əhatə  edir  və bu məlumat  DSK-
nın  dərc  etdiyi  nəqliyyat  sektoru  üzrə  məlumatlarda  ayrıca  olaraq  göstərilmir.  Buna 
baxmayaraq,  xüsusən  regional  və  transit  ticarətlə  bağlı  digər  nəqliyyat  xidmətləri  də  öz 
əhəmiyyətliliyini  saxlamaqdadır.  2001-2007-ci  illər  ərzində  Azərbaycanda  telekommunikasiya 
xidmətlərinin  bumu  baĢ  vermiĢdir.  Son  iki  ildə  mobil  telefon  Ģirkətləri  fəaliyyətə  baĢladığı 
halda,  sabit  xəttli  operator  dövlətin  əlində  qalmaqdadır.  Azərbaycanın  maliyyə  sektorunda  da 
böyük  inkiĢaf  müĢahidə  olunmuĢdur  və  2008-ci  ilin  mart  ayına  qədər  Azərbaycanın  de  facto 
sabit valyuta məzənnəsi siyasətinin tətbiqi səbəbindən 2005-2007-ci illərdə iqtisadiyyata kredit 
artmıĢdır.  Bank  sektorunda  inkiĢafın  bir  hissəsi  daĢınmaz  əmlak  bumunu  dəstəkləyən  ev 
təsərrüfatlarına  verilən  kreditlərinin  artması  ilə  bağlıdır.  Sosial  xidmətlər  və  dövlət  idarəçiliyi 
sektorunda da inkiĢaf müĢahidə olunub, lakin bunun əsas səbəbi dövlət sektorunda iĢəgötürmə 
siyasəti olmuĢdur. Azərbaycanın turizm sektorunda canlanma qeydə alınmıĢdır ki, bu da əsasən 
yerli turizm hesabına baĢ vermiĢdir. Səhiyyə sektorunun qeyri-neft ÜDM-də çəkisi dəyiĢməyib, 
lakin  digər  sektorların,  daĢınmaz  əmlak,  təhsil,  ictimai  və  fərdi  xidmətlər,  qeyri-neft  ÜDM-də 
payı azalmaqdadır.  
2.29.
 
Xidmət sektorunun üzləĢdiyi institusional məsələlər sektorun özü kimi  müxtəlifdir. 
Topdan  və  pərakəndə  ticarətdə  vergi  və  gömrük  üzrə  inzibati  maneələr  vacib  məsələ  olaraq 
qalmaqdadır.  Sabit  icarə/vergi  dərəcəsi  və  dəyiĢməz  nəqliyyat  xərcləri  (idxal/vergi  rüsumları 
daxil olmaqla) hesabına Aeroport Yarmarkasının uğur əldə etməsi digər ticarətçilərin üzləĢdiyi 
problemləri  göz önünə çıxarır.  Nəqliyyat  sektorunda  ən vacib  strateji  yol (BTC) uzunmüddətli 
müqavilə  əsasında  idarə  olunur.  Digər  əhəmiyyətli  nəqliyyat  kanalı  olan  dəmiryolu  sektoru 
dövlətin  əlində  olsa  da,  müqavilə  razılaĢmaları  yenilənməkdədir  (Fəsil  4).  Hava  və  dəniz 


91 
 
nəqliyyatı  rəqabətə  qapalıdır.  Telekommunikasiyaya  gəldikdə  isə,  xüsusilə  üçüncü  operatorun 
bazara  daxil  olması  ilə  mobil  rabitə  sahəsində  əhəmiyyətli  rəqabət  müĢahidə  olunur.  Lakin, 
bununla yanaĢı, yerüstü xəttli rabitə operatoru dövlətin əlindədir və onun özəlləĢdirilməsi üçün 
çox yaxĢı imkanlar var (Fəsil 4). ĠnkiĢafla əhəmiyyətli dərəcədə əlaqəli olan Azərbaycanın bank 
sektoru özünün rəqabətlilik səviyyəsini mərhələli, lakin dayanıqlı formada artırmaqdadır. Ġki ən 
iri bankın bazardakı payı son illər ərzində əhəmiyyətli dərəcədə aĢağı düĢmüĢdür. Bununla belə, 
Azərbaycanın artan iqtisadiyyatında xarici bankların çatıĢmadığı açıq-aydın görünür.  
Nəticə 
2.30.
 
Azərbaycan  iqtisadiyyatı  həqiqətən  də  çoxsahəlidir,  lakin  onun  regional  baxımdan 
rəqabətli  olması  üçün  müasirləĢməyə  ehtiyacı  var.  Qeyri-neft  artımın  qorunub saxlanılması 
üçün Azərbaycan xarici bazarlara üz tutmalı, ixrac bazarlarını və məhsullarını inkiĢaf etdirməli 
və  qorumalıdır.  Dünya  bazarı  aĢağı  məhsuldarlıq  və  qeyri-səmərəliliyə  tolerant  deyil. 
Azərbaycan  yeni  investisiyalara  acıq  olmalıdır  və  bunun  da  iki  vacib  səbəbi  var:  (1)  neft 
bumuna qədər məhsuldarlıqda yaranmıĢ problemlərin aradan qaldırılması, (2) son zamanlar real 
məzənnənin bahalaĢması ilə bağlı olaraq rəqabət qabilliyətinə düĢən yükün azaldılması.  
2.31.
 
Azərbaycanın qeyri-neft iqtisadiyyatının cari strukturu know-how və investisiyaların cəlb 
olunması  üçün  münasib  deyil.  Bunun  səbəbi  iqtisadiyyatın  qapalı  və  rəqabətə  meylliliyin 
olmadığı  ilə  bağlıdır.  Əhəmiyyətli  potensialın  mövcudluğuna  baxmayaraq  Azərbaycanın  kənd 
təsərrüfatı  məhsuldarlığın  artırılmasına  hazır  deyil  ki,  bu  da  konsolidasiyaya  meylliliyin 
olmadığı  ilə  Ģərtlənir  (torpaqların  satılması  və  yaxud  icarəyə  verilməsi  yolu  ilə).  Bunun  əsas 
səbəbi  regional  səviyyədə  topdansatıĢ  sahəsində  inhisarçı  və  yaxud  oliqopoliya  nəzarətinin 
olmasıdır. Eyni zamanda bu məsələ, digər keçid  dövrünü  yaĢayan və inkiĢafda olan ölkələrdə 
müĢahidə  olunduğu  Ģaquli  inteqrasiya  olunmuĢ  müəssisələrin  yaranmasını  da  ləngitmiĢdir. 
Bununla yanaĢı, ictimayi birliklərin səviyyəsi də aĢağıdır.  
2.32.
 
Eyni  zamanda,  kommunal  xidmət  sektoru  qapalı  olduğundan,  neft  və  qaz  emalı  ilə 
məĢğul olmaq məqsədilə yeni daxil olmaq istəyənlər üçün bazar açıq deyil. Bazara daxil olmaq 
üçün  heç  bir  hüquqi  manea  olmasa  da  Azərbaycanın  bum  yaĢayan  iqtisadiyyatına  yeni 
iĢtirakçıların daxil olmaması sual doğurur. Digər sənaye sektorlarında da daxili investisiyaların 
səviyyəsi  sabitdir,  lakin  xarici  investisiyaların  səviyyəsi  azalır  ki  (ÜDM-ə  nisbətən)  bu  da 
əlveriĢsiz biznes mühitindən xəbər verir. Tikinti sektorunda da oxĢar vəziyyət mövcuddur. Eyni 
zamanda,  xidmət  sektorunda  yüksək  artım  müĢahidə  olunsa  da,  onun  iki  potensial  aparıcı  alt-
sektorları  –  bank  və    yerüstü  xəttli  telefon  rabitəsi  –  ciddi  xarici  investorların  diqqətini  cəlb 
etməmiĢdir. Bundan əlavə, xidmət sektorunun fəaliyyət göstərdiyi mühitdə tənzimləmə ilə bağlı 
çoxlu  problemlər  var.  Qeyri-neft  BXĠ-lərin  aĢağı  olması  Azərbaycanın  ixrac  potensialına  xələl 
gətirir.  
C.
 
R
EGIONAL INTEQRASIYA VƏ TICARƏT
 
Son inkişaf göstəriciləri  
2.33.
 
Azərbaycanın  inkiĢaf  etməkdə  olan  iqtisadiyyatı  artan  neft  ixracına  əsaslanır. 
Azərbaycanın  ümumi  ticarətinin  həcmi  2001-ci  ildə  ÜDM-in  79  faizindən  2007-ci  ildə  ÜDM-in 
102  faizinədək  yüksəlmiĢdir.  2007-ci  ildə  ümumi  ixracın  91  faizi  neftin  payına  düĢürdü.  Neft 
qiymətlərinin  dinamikasından  asılı  olaraq  neftin  ümumi  ixracda  payı  2010-cu  ilə  qədər  artacaq 
(hasilat pika çatan dövrdə) və sonra tədricən azalacaq (hasilat stabil olan dövrdə). Bu dövr ərzində 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə