daim aşiqini hicranla incitməsində görürdü. Dövrün mühafizəkar adamları
tərəfindən anlaşılmayıb, dəli adlandırılan, bir çox hallarda olduğu kimi işgəncə
ilə öldürülən mütərəqqi, qabaqcıl görüşlü adamlar, yeni ideyaların carçıları olan
şəxslər bir növ qəzəl ədəbiyyatının lirik qəhrəmanlara bənzəyirlər. Həmin
adamların arzuları, kədərləri aşiq obrazında əks etdirilirdi. Xaqani, qəzəllərində
janrın bu keyfiyyətindən məharətlə istifadə edə bilmişdir. Bu baxımdan onun
qəzəlləri dərin məzmunlu ictimai-fəlsəfi şeirləri ilə birləşir.
Xaqani yaradıcılığında qitə şəkli də mühüm yer tutur. Onun qitələrində ya
olmuş hadisə və fakta münasibət əks olunur, ya da ictimai, əxlaqi, fəlsəfi bir
məsələ ətrafında fikir yürüdülür, hər qitənin də əsasında bir fakt, bir fikir, ideya
durur. Əgər qəsidələrdə şair müxtəlif məsələlər ətrafında geniş, rəngarəng
düşüncə və fikirlər silsiləsi yaradırsa, qəzəllərdə daha çox insan qəlbinin ülvi,
yüksək duyğularını əks etdirirsə, qitələrində ancaq bir mətləb izlənilir, bir neçə
beyt əsasında həmin mətləb ifadə olunur. Bu ümumi keyfiyyətlə bərabər, Xaqani
qitələrində konkretlik özünü aydm göstərir. Xəlifənin şairə dəbirlik vəzifəsi
təklif etməsi haqqında qitə buna misal ola bilər:
Xəlifə deyir ki, dəbirim olsan,
Qarşında baş əyər möhtəşəm dağlar.
Dəbirəm, doğrudur, yazım misilsiz,
Lakin baş əymərəm bu işə, zinhar.
Bir dəbir olmaqla nə fəxr edim ki,
Vəzitlik mənimçün deyil iftixar.
Mən bir günəş ikən ulduz olmaram;
Borc papaq qoymaqda nə məziyyət var.
Qitə əsrin ruhani başçısma, onun xəlifəsinə şairin meydan oxumasıdır.
Çoxları üçün şərəf olan bu vəzifə məğrur sənətkarı təmin etmir. "Mən bir günəş
ikən ulduz olmaram" deyərək qüdrətli intibah sənətkarı kimi özünü və sənətini
hər hansı gəlirli vəzifədən çox-çox üstün tutur. Aşağıdakı qitə də konkret bir fakt
əsasında, müəyyən bir şəxsin hamıya məlum bərəkətinə cavab kimi qələmə
ahnmışdır:
Xaqanidən yuxarıda oturdunsa, nə olar,
Nə bu sənə bir hünərdir, nə də Xaqaniyə ar...
Görmədinmi, xırmanda da döyüm vaxtı həmişə,
Ağır dənlər alta yatar, boş saman üstə çıxar.
15
Xaqaninin həssas müşahidəçi nəzərindən heç nə kənarda qalmır. Hər hərəkət,
hər hadisə onun şair qəlbində əks-səda oyadır və bu əks-sədalar şeir parçalarına,
fikir, düşüncə qəlpələrinə, bədii fraqmentlərə, gələcək daha böyük əsərlər üçün
ilkin qeydlərə çevrilir. Şairin qitələri bir növ sənətkarın öz zəmanəsi haqda
düşüncələr toplusudur. Bu düşüncələr bəzən ümumidir, bütünlükdə isə mühitə,
onun əxlaqına qarşı yönəlmişdir. "Xaqani, zəmanə pis zəmanədir" deyən şair
əsrindən narazılığını müxtəlif şeirlərdə, o cümlədən qitələrinin bir çoxunda izhar
etmişdir;
Rahatlaq axtarma sən, ey Xaqani,
Onu bu dünyada tapa bilməzsən.
İflasa uğramış dünya evində,
Amançün kimiya tapa bilməzsən.
Saray həyatı, saray mühiti Xaqaninin ən çox narazı olduğu, ikrah etdiyi bir
yerdir. Bu cəhətdən o, müasiri Nizamiyə bənzəyir. Nizamidən daha çox saraym
zülmünü, çirkabını görüb öz üzərində hiss edən şairin sarayları tənqidində
ehtiraslı bir ruh vardır. Xaqaninin fikrincə, şah sarayları elə bir dənizdir ki, orada
sədəf yox, yüz min nəhəng var. İnsana heç bir inci verməyən, lakin onu məhv
etmək üçün hər dəqiqə min oyun quran saraylar şairin əsas nifrət və inkar
obyektidir. Gəncliyində saraya dəvət alan şair, çox keçmir ki, səhv etdiyini başa
düşür, saray həyatmm eybəcər, şər dolu mahiyyətim anlayır, özü ordan qaçmağa
çalışdığı kimi, başqalarına da məsləhət görür ki, saraylardan uzaq yaşasmlar,
ağalardan uzaq olsunlar:
Könül, sən gəl ağlın pənahmda ol,
Ki, ağıl tamahın boynunu vurar.
Bir parça çörəyə, suya qane ol,
Nə sərvət, nə mənsəb, nə ağa axtar
Xaqani feodal saraylarını dar zindana bənzədir, ürəyində şahlara rəğbət
olmadığını cəsarətlə söyləməkdən çəkinmir.
Xaqani dedikdə həmişə güclü, coşqun bir inkar yada düşür. Şairin
əsərlərində, hər şeydən əvvəl, bu inkar diqqəti cəlb edir. Xaqaniyə XII əsrin ən
böyük inkarçısı desək, səhv etmərik. Bu inkar nəyə qarşı yönəlmişdir? Şair nəyin
xatirinə inkar edir? Bu iki suala cavab vermək, onun Azərbaycan intibah
mədəniyyətindəki yerini müəyyənləşdirmək, şairin hansı cəbhədə durduğunu,
hansı ideallarla yaşadığını aydınlaşdırmaq deməkdir.
16
Xaqaninin
inkan
ayrı-ayrı
fərdlərin,
tək-tək
hadisələrin
təsadüfi
eybəcərliklərin yox, əsrin, zamanın inkandır. Yüzillərlə hökm sürən, İnsanı, onun
bütün istək və düşüncələrini vaxtı keçmiş, qocalıb qartımış baxışlar
məngənəsində sıxan, çürüdən, incidən baxışların, görüşlərin inkandır. Bu inkar
orta əsrlərin mürgüsündən oyanmış insan zəkasmm orta əsr şərini inkandır,
İntibah təlatümünün orta əsr mürgüsünü inkandır. Zahirən bu inkar bütün həyata,
bütün insanlara qarşı yönəlmişdir. Ancaq belə düşünmək böyük sadəlövhlük
olardı. Xaqani inkanm obyekti aydındır, məlumdur. Şairin 25-26 yaşlarında
yazdığı "Töhfətül-İraqeyn"dən bir parçaya diqqət yetirək:
Vaxtdır, öz dovründan qalsın fələklər,
Rəqs etsin yerdəki xətlər, büküklər.
Haman bu qozbelin vaxtdır ki, birdən,
Boz dovşan, ağ siçan düşsün belindən.
Dişilər qalsınlar bala doğmaqdan,
Qarınlar duvağa dönsünlər bir an.
Eyni inkar şairin başqa bir şerində belə ifadə edilmişdir:
Fələyi mən yerə vurardım, heyf,
Göylərə nərdivan tapmayıram.
Xaqani poeziyasmdakı inkarın kökü dərin, məzmunu isə genişdir. Lakin bir
cəhət aydındır: zəmanə rnsanm istədiyi kimi deyil. O, yeni rnsanm ağlma,
düşüncəsinə ziddir, düşməndir.
Getdi o dövranlar, getdi o dəmlər,
Ki, Cəmşid şah idi, div isə nökər.
Nə işlər törədir, yaxşı bax cahan,
Cəmşid qul olmuşdur, divsə hökmran.
Cəmşidin divlərə hökmran olduğu əsatiri, zamanları Xaqaninin xatırlaması
təəccüblü deyildir. Qərbin və Şərqin bütün intibah ziyalıları kimi onun da
nəzərində əski çağ bir idealdır. Bu günün inkandır. Orda işıq zülmətə, ədalət
zülmə, ağıl nadanlığa, Cəmşid divlərə hökmran idi. Xaqaninin yaşadığı dövr isə
feodal orta əsrlərinin hökmranlıq etdiyi, insan ağlını, hissini, istedadını özünə qul
etdiyi bir zamandir. Lakin elmin, mədəniyyətin və insanın inkişafı elə bir
məqama gətirmişdir ki, oyanmış şüur mövcud vəziyyətlə barışa bilmir, onu inkar
edir. Xaqaninin inkan məhz bu oyanmış şüurun üsyanıdır:
17
Dostları ilə paylaş: |