Xəbər və fikir jurnalı №10 (80) 12. 03. 2012 M. Saakaşvilinin Azәrbaycanı qarışdıran çıxışı


№10 (80)      12.03.2012      Fərqli düşüncə



Yüklə 247,76 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix20.10.2017
ölçüsü247,76 Kb.
#5701
1   2   3   4   5   6   7   8   9

№10 (80)      12.03.2012      Fərqli düşüncə

8

M.Saakaşvilinin Azәrbaycanı qarışdıran çıxışı

Martın 7-dә Gürcüstan prezidenti

Mixeil Saakaşvili Milli Mәclisdә

çıxış edib. Rusiyanın bölgәdә

apardığı işğalçılıq siyasәtindәn,

Gürcüstanla Azәrbaycanın tarixi

bağlılığından danışan Saakaşvili

bildirib ki, bu iki respublika Qәrbә

istiqamәtlәnәn iki doğma bacı

kimi olublar. 1920-ci ildә Azәrbay-

can süqut edәndәn sonra Gürcüs-

tan 1 ildәn artıq davam gәtirә

bilmәyib. Amma әn dәhşәtli re-

pressiyalar belә bu iki xalqın

azadlıq istәyini öldürә bilmәyib.

Saakaşvili әlavә edib: 

«RӘSULZADӘNİN ARZUSU

ÖLMӘDİ»

Gürcüstan prezidentinin Milli Mәclisdә

çıxışından:

«Mәmmәd Әmin Rәsulzadәnin dediyi

kimi: «Bir kәrә yüksәlәn bayraq bir daha

enmәz!». Gürcülәr, azәrbaycanlılar vә

bir neçә Şimali Qafqaz xalqları öz gü-

clәrini Fransada birlәşdirib bu işi davam

etdirdilәr. Mәn Rәsulzadәnin Stalinә

yazdığı mәktubdan sitat gәtirmәyә

bilmirәm.

Mәktubda deyilir ki, «indi Rusiyada

baş verәnlәr 100 il bundan әvvәl baş

verәnlәrdәn fәrqlәnmir. Rusiya özünә

yeni müstәmlәkәlәr birlәşdirir. Kommu-

nist partiyaları imperiyanı yenidәn

dirçәltmәyә qәrar veriblәr».

Gürcüstan prezidenti deyib ki, Rә-

sulzadәnin arzusu ölmәdi. SSRİ nә xar-

icdәn işğal edildi, nә dә dağıdıldı. SSRİ

içindәn dağıldı. Azәrbaycan vә Gürcüs-

tan heç vaxt olmadığı kimi, azad vә

güclü oldular. İndi Gürcüstan vә Azәr-

baycan dağıdılması mümkün olmayan

ölkәlәrә çevrilib.

Mixeil Saakaşvili әlavә edir ki, «Biz

2012-ci ildәyik vә anlamalıyıq ki, indi

Sovet İttifaqının meyitini diriltmәk cәhdi

mәhvә mәhkumdur». Gürcüstan prezi-

denti deyir ki, son vaxtlar Moskvadakı

nostalgiya әhvallı qüvvәlәr Avroasiya bir-

liyi yaratmaq ideyası ilә çıxış edirlәr.

Amma aldanmaq olmaz. Adlar dәyişsә

dә mәzmun eynidir.  



«RUSİYA İLӘ 

DÜŞMӘNÇİLİKDӘN UZAĞIQ»

«Bu layihәnin çox adı olub. Adlar çox

ola bilәr. Amma mahiyyәt birdir-bizim

azadlığımıza, Rәsulzadәnin arzusuna

son qoymaq. Bu layihә uğur qazana

bilmәz. Hәtta Rusiya liderlәri dә bunu

anlamalıdırlar. Qeyri- sabit vassallar-

dansa güclü qonşuları olmaq daha

yaxşıdır. Mәyus vә qisas almaq hәvәsi ilә

yaşayan insanlardansa xoşbәxt qonşu-

ların әhatәsindә olmaq daha yaxşıdır».

Saakaşvili deyir ki, o, Rusiya ilә

düşmәnçilikdәn uzaqdır. Amma әtraf-

dakıları hәdәlәmәyәn, böyüklük il-

lüziyaları ilә yaşamayan bir Rusiya

arzusundadır. Prezident deyir ki, onların

Rusiya ilә ümumi keçmişi mövcuddur.

Gәlәcәk dә birlikdә qurulmalıdır. Vә bu

gәlәcәk Avropa Birliyi, elәcә dә NATO-

ilә ittifaqdadır. Gürcüstan rusları turist,

qonaq kimi qәbul etmәyә hazırdır. Ancaq

işğalçı kimi yox.



“SAAKAŞVİLİ BİZİ 

TӘHQİR ETDİ”

Milli Mәclisin deputatı Fәzail Ağamalı

isә günün ikinci yarısı parlamentdә çıxışı

zamanı Mixeil Saakaşvilinin çıxışından

narazı qaldığını bildirib. O, hesab edir ki,

Gürcüstan prezidenti bu çıxışı ilә depu-

tatları tәhqir edib: «Şükürlәr olsun ki,

heç olmasa Rәsulzadәdәn danışdı.

Ancaq Gürcüstan әrazisinin işğala mәruz

qaldığından danışan Saakaşvili bir dәfә

dә olsun Azәrbaycanın Ermәnistan

tәrәfindәn işğala mәruz qalmasından

danışmadı. Heydәr Әliyev zamanında,

elәcә dә İlham Әliyevin prezidentlik

dönәmindә Azәrbaycanın Gürcüstan

dövlәtinә vermiş olduğu töhfәlәrdәn

danışmalı idi. Bir kәlmә dә danışmadı.

Mәn buna çox tәәssüf edirәm. Bizim

qarşımızda bu cür çıxış etmәk bizә hör-

mәtsizlikdәn başqa bir şey deyil».

Fәzail Ağamalı hesab edir ki, Milli Mә-

clisin tribunasından Rusiya barәdә dә o

cür çıxış etmәk düz deyil. Deputat deyir

ki, Gürcüstanın Rusiya ilә problemlәri ola

bilәr. Amma Azәrbaycanı bu mәsәlәyә

qatmaq düz deyil. 

Çıxışının әvvәlindә Azәrbaycanın

inkişafı vә onunla strateji müttәfiqlikdәn

qürur duyduğunu deyәn Saakaşvili isә

2008-ci il hadisәlәrinә dә toxunub:

«2008-ci ildә xarici qüvvәlәr Gürcüs-

tanın mövcudluğunu tәhlükә altına sa-

landa siz bizimlә bәrabәr möhkәm

dayandınız. Biz hәlә Qafqaz Albaniyası

dövründәn böyük işğalçılara qarşı bir-

likdә dayanmışıq».



«ӘLİ VӘ NİNO»NUN 

SONLUĞUNU TӘZӘDӘN YAZAQ

Mixeil Saakaşvili Milli Mәclisdә çıxışını

Qurban Sәidin «Әli vә Nino» әsәrinin

sonluğundan sitat gәtirmәklә yekun-

laşdırıb. Deyib ki, Әli ilә Nino müxtәlif

millәtlәrdәn olsalar da, onları azadlıq

sevgisi birlәşdirirdi. Vә sonda Әli Gәncә

әtrafında bolşeviklәr tәrәfindәn öldürü -

lür.

Saakaşvili  hesab edir ki, indi Gürcüs-



tan vә Azәrbaycan bu romanın axırını

yenidәn yaza vә onu xoşbәxt sonluqla

bitirә bilәrlәr...

Gürcüstan prezidenti tribunanı tәrk et-

mәsindәn әvvәl bir daha Mәmmәd Әmin

Rәsulzadәnin mәşhur kәlamını Azәrbay-

can vә gürcü dillәrindә tәkrar edib: «Bir

kәrә yüksәlәn bayraq, bir daha en 

-

mәz!». 


GÜRCÜSTAN PREZİDENTİNİN

ÇIXIŞINI ALQIŞLAYANLAR

Xatırladaq ki, Gürcüstan prezidentinin

Milli Mәclisdәki çıxışından narazı qalanlar

olsa da, onun nitqini alqışlayanlar, sevgi

vә heyrәtlә qarşılayanlar da çoxdur. Çıxış

mәtbuatda vә sosial şәbәkәlәrdә hәlә

dә müzakirә edilmәkdәdir. Müxalif siyasi

liderlәr, ziyalılar, köşә yazarları, blogger-

lәr çıxışa öz münasibәtlәrini açıqlayır vә

onlar arasında deputat Fәzail Ağamalını

Mixeil Saakaşvilinin nitqinә qarşı çıx-

mağa görә qınayanlar da var. 



İlqar Rәsul

Fәzail Ağamalı

Gürcüstan prezidenti: «Bir kәrә yüksәlәn bayraq, bir daha enmәz!»



M.Saakaşvili Azәrbaycan parlamentindә 

çıxış edәrkәn


Yüklə 247,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə