Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə84/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   80   81   82   83   84   85   86   87   ...   113

 
261 
 
Əbdülqadir Marağayinin Bağdad, Təbriz, Səmərqənd, Bursa, 
Herat  kimi  şəhərlərdə  yaşaması  və  bu  yerlərin  musiqi  aləmi  ilə 
yaxından  tanış  olması  türk,  ərəb  və  fars    musiqi  ənənələrinin 
dərindən  mənimsəməsi  onun  yaradıcılığına,  musiqi  irsinə  də  
ciddi təsir göstərmişdir.  
“Came  əl-əlhan,”,  “Məqasid  əl-əlhan”,  “Kənz  əl-əlhan”, 
“Fəvaid  əşəra”,  “Kitab  əl-Ləhniyyə”,  “Şərhül  kitab  əl-ədvar” 
kimi  musiqişünaslığa  dair  dəyərli  əsərlərdə  musiqinin  müxtəlif 
problemləri  öz əksini tapmışdır. Marağayi  irsinin araşdırıcıların-
dan  biri  Z.Səfərova  özünün  “Azərbaycan  musiqi  elmi”  əsərində 
böyük  musiqişünasın  elmə  gətirdiyi  yenilikləri  dəyərləndirərək 
yazır: “Əvvəla ingilis alimi Corc Farmerin Əbdülqadir Marağayi 
haqqında  dediyi  fikirlə  razıyıq  ki,  Əbdülqadir  Marağayi  musiqi 
haqda  orta  əsr  elminin  son  klassikidir.  O,  özündən  əvvəl  gələn 
ənənələri  yekunlaşdırmış və eyni zamanda elmə çoxlu  yeniliklər 
gətirmişdir.  İlk  növbədə  elmdə  24  şöbə  haqda  nəzəriyyə  təzədir 
və bu sahədə birincilik Əbdülqadir Marağayiyə məxsusdur. O, 24 
şöbəni açmış və bir-bir onun xasiyyətnaməsini vermişdir... Mara-
ğayi  eyni  zamanda  ilk  dəfə  risalələrində  öz  dövrünün  musiqi 
formaları və janrlarının adını vermişdir. ...O, yeni ritmik silsilələr 
və yeni musiqi alətləri icad etmişdir” (8, 215-216). 
Əbdülqadir Marağayi bəstəkar, musiqişünas, xanəndə, sazən-
də  kimi  məşhurlaşsa  da  o,  şair,  rəssam,  xəttat  kimi  də  uğurlar 
qazanmışdı.  
Muğamlar
 
Yaxın və Orta Şərqdə geniş yayılmış xalq yaradıcılığı ənənə-
lərinə  malik  professional  musiqi  janrlarından  biri  də  muğamdır. 
Orta əsrlərdə çox populyar olan muğam Yaxın və Orta Şərq xalq-
larının birgə səyi ilə meydana gələn və ortaq məqamları olan özü-
nəməxsus bir musiqi janrıdır. Bu barədə Əfrasiyab Bədəlbəylinin 
fikri  maraqlıdır:  «...  muğamat  –  xalq  musiqi  təfəkkürünün  ən 
gözəl  yaradıcılıq  məhsuludur.  Dərin  məna,  aydın  və  səlis  ifadə 


 
262 
 
daşıyan  məntiqi  qaydalara,  dürüst  üsullara  və  müəyyən  musiqi 
sisteminə əsaslanan muğamat dolğun məzmuna və zəngin forma-
lara malikdir. Muğamatın yaranması və tarix boyu inkişafı işində 
bir çox xalqlar iştirak etmişlər. Yaxın və Orta Şərq ölkələri ara-
sında olan qarşılıqlı iqtisadi və mədəni əlaqə, böyük karvan yolla-
rı  üzərində  salınmış  şəhərlərdə  musiqinin  yayılması  və  sairə  bu 
kimi amillər ərazisi bir-birinə yaxın olan qonşu xalqların musiqi-
sində bir çox ümumi cəhətlərin varlığını meydana gətirmişdir» (1, 
9). 
Muğamın  mənşəyi  ilə  bağlı  müxtəlif  fikirlər,  mülahizələr 
mövcuddur.  Bu  mülahizələrdən  birinə  görə  bu  janr  poetik  yara-
dıcılıqla birgə  yaranmışdır. Yaxın  Şərqdə, o cümlədən Azərbay-
canda  da  orta  əsrlərdə  şeirlərin  deklamasiya  şəklində  oxunması 
geniş  tətbiq  edilirdi.  Şeirləri  sözü  uzadaraq  oxuyurdular.  Poetik 
qafiyənin gözəlliyi və quruluşu baxımından öz-özlüyündə ahəng-
dar  olan  şeir  musiqi  deklamasiyalarının  yaranmasına  imkan 
verirdi.  Güman  etmək  olar  ki,  sözü    uzadaraq
 
deyilən  deklama-
siya  üslubda,  reçitativ  quruluşda  olan  muğam  melodiyalarının 
meydana  gəlməsinin    qaynaqlarından  biri  olmuşdur.  Muğamın 
hələ qədimdən klassik şairlərin şeirlərində ifa olunmasını nəzərə 
alsaq, bu fikir həqiqətə uyğun gəlir (13, 86). Başqa bir mülahizə 
isə  Quran  mətnlərinin  oxunması  ilə  əlaqədardır.  Bu  barədə 
Yəmən musiqişünası Samxa El Xolinin fikri maraqlıdır: “İmpro-
vizasiyanın  ən  qədim  və  əsl  ifadəsi  Quran  şeirlərinin  oxunma-
sından irəli gəlir, bu oxumanın prosodiyası ilə əlaqələndirilsə də, 
melodiyası  müğənniyə  sözlərin  əhəmiyyətindən  və  mövcud 
melodik  üslubun  şərtiliyindən  asılı  olaraq  improvizasiya  ixtiyarı 
verir” (13, 86-87).  
Bu  mülahizələrdən  aydın  olur  ki,  muğamatın  tarixi  qədim 
dövrlərə gedib çıxır. Türk musiqi araşdırıcısı  Y. Öztuna muğam-
ların  və onların  ayrı-ayrı şöbələrinin  yaranma tarixlərini təxmini 
olaraq  xronoloji  ardıcıllıqla  düzmüşdür.  Onlardan  Azərbaycanda 
məşhur olanlarının  yaranma tarixi  təxminən aşağıdakı ardıcıllıq-
dadır:  daha  qədim  olanlar  –  Cahargah,  Hicaz,  Hüseyni,  İsfahan, 
Kürdi, Nəva, Rast, Segah, Şahnaz, Üşşaq, Zəngulə, Mahur-1350-


 
263 
 
ci il, Bayatı - 1400-cü il, Hisar - 1400-cü il, Hümayun - 1400-cü 
il, Nivahənd - 1400-cü il, Zabul, - 1410-cu il, Bəstənigar - 1425-
ci il, və s. (7, 497-498). 
Muğamda nə qədər ortaq cəhətlər olsa da, hər hansı bir xalq, 
o cümlədən də Azərbaycan xalqı muğamata öz bədii-estetik dün-
yagörüşünə, musiqi ənənələrinə və s. uyğun olaraq özünəməxsus 
çalarlar gətirmişdir. Ü.Hacıbəyov muğamın uzun bir inkişaf yolu 
keçərək milli keyfiyyətlər qazanmasına işarə edərək yazırdı: «Ya-
xın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün 
yüksək  səviyyəsinə  çatmış  və  on  iki  sütunlu,  altı  bürclü  «bina» 
(dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın 
bütün  dörd  tərəfi:  Əndəlisdən  Çinə  və  Orta  Afrikadan  Qafqaza 
qədər geniş bir mənzərə görünmüşdür. XIV əsrin axırlarına doğru 
baş verən ictimai-iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq, 
bu  möhtəşəm  musiqi  «binasının»  divarları  əvvəllər  çatlamış  və 
sonralar isə büsbütün uçub dağılmışdır. Yaxın Şərq xalqları uçub 
dağılmış bu «musiqi binasının» qiymətli «parçalarından» istifadə 
edərək,  özlərinin  «lad  tikinti»  ləvazimatı  ilə  hər  xalq  ayrılıqda 
özünə  məxsus  səciyyəvi  üslubda  yeni  «musiqi  barigahı»  tikmiş-
dir.  Təbiidir  ki,  12  klassik  muğamın  adları  və  həmçinin  bu 
muğamların  özləri  də  böyük  dəyişikliklərə  uğramışdır:  əvvəllər 
müstəqil hesab olunan muğamlar bəzi xalqlarda şöbə halına keçir 
və  yaxud,  əksinə,  əvvəllər  şöbə  hesab  olunan  musiqi  sonralar 
müstəqil muğama çevrilir. Yenə də bu qayda ilə, muğam və onun 
şöbələrinin  eyni  adları  ayrı-ayrı  xalqlarda  müxtəlif  məna  ifadə 
edirdi» (14, 35-36). 
Muğamla poeziyanı bir çox şeylər bağlayır (bədii istiqamətin 
ümumiliyi,  kompozisiya-quruluş  xüsusiyyətləri  və  s.)  və  muğa-
mın inkişafında klassik poeziyanın,  divan ədəbiyyatının  rolu da-
nılmazdır. Orta əsrlərdə yaşayan Nizaminin, Xaqaninin, Nəsimi-
nin, Füzulinin qəzəlləri bu gün də Azərbaycan muğam ifaçılarının 
repertuarından  düşmür.  R.Zöhrabov  “Muğam”  adlı  əsərində  ya-
zır: «... başqa Şərq xalqlarında olduğu kimi, Azərbaycan xalqının 
da qədim dövrlərdən bəri  zəngin,  inkişaf etmiş  poeziyası  vardır. 
Şeri,  musiqini  sevən  bir  xalq  onları  əlaqəli  surətdə  inkişaf  et-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə