Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə92/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   88   89   90   91   92   93   94   95   ...   113

 
291 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ney 
 
Nizami Gəncəvi əsərlərində ney musiqi alətindən bəhs etmiş-
dir. O, “Xosrov və Şirin” poemasında  ney haqqında yazır: 
 
Türklərin o qovğasında türk neyinin səsindən
Türklərin boğazı tutulmuşdu (18, 143).  
 
“İsgəndərnamə” poemasında  şair şah məclislərində neyin ça-
lınmasına işarərə edərək yazır: 
 
Musiqi məclisi yenə quruldu
Şahlıq qapısı dünyaya aşıldı. 
Şah yenə neyinin naləsinə qulaq asdı, 
Gül rəngli suyu qədəhdə qaldırdı (44, 337). 
 
Qazi  Bürhanəddin  də  şeirlərində  ney  haqqında  məlumat 
vermişdir: 
 
Şaha, sor nə nəfir edər ki, bu dairədə ney üçün (20, 44). 
 


 
292 
 
Tulum.  Orta  əsrlərdə  Azərbaycan  ərazisində  geniş  yayılmış 
nəfəslə çalınan dəri alətlərindən biri də tulumdur. Bu nəfəsli mu-
siqi aləti hazırda Azərbaycanda demək olar ki, istifadə olunmur, 
ancaq ona Naxçıvan Muxtar Respublikasında indi də rast gəlmək 
olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tulum 
 
Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi 
vardır.  Alimlərimiz  tulumun  yaranma  tarixini  sinifli  cəmiyyətin 
ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli 
adlarla  Qafqaz,  eləcə  də  bir  sıra  Avropa  xalqları  arasında  geniş 
istifadə  edilir.  Maldarlıq,  əsasən  də  qoyunçuluqla  məşğul  olan 
köçəri tayfalar tulumdan çox istifadə etmişlər. 
Səs tembri zurnanın səsinə bənzədiyi üçün bəzən ona "tulum 
zurnası"  da  deyilib.  Tulum  xüsusi  üsulla  aşılanıb  yumşaldılmış 
keçi  və  ya  qoyun  dərisindən  hazırlanır.  Bütöv  soyulmuş  dərinin 
iki ayağı möhkəm bağlanılır. Qalan ikisindən birinə tuluma hava 
doldurmaq üçün sümükdən və ya qamışdan hazırlanmış, ağzında 
tıxacı  olan  boru,  digərinə  isə  musiqi  aləti  zurna,  balaban,  tütək 
keçirilir.  Çalğıçının  qoltuğu  altında  yerləşən  üfürülmüş  tuluq 
tədricən  sıxılır  və  bu  zaman  musiqi  alətinin  borusundan  çıxan 
hava barmaqlarla çalınır (9, 244).  


 
293 
 
Orta əsrlərdə Azərbaycanda zurna, balaban, muşiqar, şeypur, 
gərənay,  nəfir  və  s.  kimi  nəfəsli  musiqi  alətləri  də  geniş  yayıl-
mışdır. 
Zərb  musiqi  alətləri.  Orta  əsrlərdə  Azərbaycanda  təbil,  qa-
val-dəf, kus, lakkıtı, nağara, qoşanağara, dümbək, sinc və s. kimi 
zərb musiqi alətləri geniş yayılmışdı. Zərb musiqi alətlərinin ya-
ranma  tarixini  tədqiqatçılar  Azərbaycanda  lap  qədimlərə,  təxmi-
nən 10-12 min il bundan əvvəllərə aid edirlər. Onlar bunu Qobus-
tanda  qavaldaş  adlanan  daşlardan  musiqi  aləti  kimi  istifadə 
olunması ilə bağlayırlar (9, 248-249). 
Zərb  musiqi  aləti  təbil  şərq  xalqları  arasında  xüsusilə  geniş 
yayılmışdır. Onun içi boş olur və iki çubuğun təması ilə gur səslər 
çıxarır.  Bir  tərəfinin  dairəvi  çevrəsi  böyük,  digər  tərəfininki  isə 
kiçik  olur.  Təbildən  müxtəlif  mərasimlərdə  istifadə  edildiyi 
bəllidir. Təntənəli və dini mərasimlərdə, eləcə də hərbi yürüşlərdə 
və hərbi marşlarda təbildən geniş  istifadə olunmuşdur. Fəzlullah 
ibn  Ruzbixan  Xunci  təbil  və  borunun  müharibə  zamanı  istifadə 
olunan musiqi aləti olduğunu söyləyir (45, 93). Hətta Nizaməddin 
Şami də nağara və borunun döyüş zamanı çalındığını göstərir. O, 
yazır:  “Əmir  Teymur  ordusunun  böyük  qolu  və  mərkəzi  gürgü, 
nəfir, nağara, və boru  çalaraq tam bir şövkət  və  əzəmətlə gəldi” 
(46, с. 13 – 14). Məlumdur ki, «musiqi xalqın qəhrəmanlıq tarixi 
ilə qırılmaz tellərlə bağlıdır. İgid əcdadlarımız düşmənlər üzərinə 
təbillərin nərəsi, cəngavərlik musiqisinin sədaları altında hücuma 
keçmişlər.  Pəhləvanlar,  sərkərdələr  «Cəngi»,  «Misri»,  «Heyratı» 
və  s.  əzəmətli  havaların  ritmləri  altında  hücuma  keçmiş,  qurşaq 
tutmuş,  döyüşmüşlər  (47,  10).  Təbil  və  digər  musiqi  alətlərinin 
iştirakı  ilə  çalınan  döyüş  musiqisinə  Nizami  də  toxunmuşdur.  O 
yazır: 
 
Zəngin və şeypurun səsi vəlvələ saldı, 
Kərənay gurultusundan qan cuşa gəldi. 
Şeypur fəryadından, təbil səsindən 
Qırmızı güllərdən səndərus açdı (37, 326). 
 


 
294 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qazi  Bürhanəddin  orta  əsrlərdə  mövcud  olan  zərb  musiqi 
alətlərinin  (nağara  və  təbilin)  adlarını  çəkmişdir  (20,  44;  173; 
184). 
Orta əsrlərdə Azərbaycanda geniş yayılmış zərb musiqi alət-
lərindən biri də  dəf-qavaldir. Dəf və  qaval  eyni musiqi  alətinin 
xalq  arasında  işlənən  müxtəlif  adlarıdır.  Klassiklərin  əsərlərində 
adına tez-tez rast gəlinən dəf orta əsrlərdə toy və müxtəlif xarak-
terli  məclislərdə  yayğın  istifadə  olunan  zərb  musiqi  alətlərindən 
biri  idi.  Əsasən  xanəndələr  tərəfindən  istifadə  olunan  qaval  dai-
rəvi quruluşa malik olub, bir növ xəlbiri xatırladır. Adətən palıd, 
ərik və başqa möhkəm ağac növündən hazırlanan dairəvi ağac sa-
ğanağın bir üzünə nazik dəri çəkilir, içəri tərəfdən isə metal zınqı-


 
295 
 
rovlar (halqalar) bərkidilir. Başqa zərb alətləri kimi, qaval da adə-
tən çalınan zaman azca  qızdırılır ki,  dəri dartılıb  yaxşı  səslənsin 
(9, 250).    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dəf - Qaval 
 
Xaqani şeirlərinin birin də dəfi belə təsvir edir: 
 
Bir dəfvuran ustanı gör, 
Səf–səf duran heyvanı gör, 
Dəfdə şikaristanı gör, 
Bir-birilə cəng arar (16, 104). 
 
«Nizaməddin  Sultan  Məhəmmədin  (1470  –  1555)  rəhbərlik 
etdiyi  orta  əsr  Təbriz  miniatür  rəssamlıq  məktəbinin  görkəmli 
nümayəndələri  Ağa  Mirək,  Mir  Seyid  Əli,  Məhəmmədi,  Mirzə 
Əli və başqaları əsərlərində bir sıra çalğı alətlərimizlə yanaşı, dəfi 
də  təsvir  etmişlər»  (48,  72).  Bu  alət  indi  də  musiqiçi  üçlük 
dəstəsinin müğənnisi tərəfindən istifadə olunur. 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə